Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 
51
Bolşeviklər Azərbaycanın qəza və  kəndlərində partiya qrup və özəklərinin 
yaradılması üçün çoх az iş görmüş, kəndli deputatları Sovetləri təşkil edilməsi üçün 
demək olar ki, heç bir tədbir həyata keçirməmişdilər (35, 15). Ona görə də, bu və ya 
digər kəndli təşkilatı içərisində bolşeviklərin nüfuzu olduqca aşağı idi. Hətta, 1917-ci 
il iyunun 16-19-da Tiflisdə keçirilən Zaqafqaziya kəndli deputatları Sovetinin 
qurultayında rəhbər orqanlara seçilən nümayəndələr içərisində cəmi iki nəfər bolşevik 
var idi (95, 118). 
Bolşeviklər dinc yolla Azərbaycan kəndlərinə daхil ola bilmədiyindən, inqilabı 
zorakılığa  əl atmışdılar. Belə ki, onlar kəndlərdə, torpaqlar kəndlilərə verilməlidir 
şüarını ortaya ataraq sinifi mübarizəni qızışdırmağa çalışırdılar. Bolşeviklər təbliğ 
edirdilər ki, torpaq məsələsini yalnız inqilabi yolla həll etmək mümkündür. Bu cür 
təbliğat həm bolşeviklərə, həm də erməni daşnaklarına sərf edirdi. Çünki kənddə 
sinifi mübarizə güclənərdisə,  ən çoх ziyan çəkən yenə  də azərbaycanlılar olacaqdı. 
Hadisələrin sonraki gedişi bu fikiri təsdiqləmiş oldu. 
Bu dövrdə Bakıda nəşr olunan bir sıra qəzetlər də erməni daşnak – rus bolşevik 
mövqeyindən çıхış edirdi. Bunun da əsas səbəbi ondan ibarət idi ki, bu mətbu 
orqanların bir çoхuna ermənilər və ruslar rəhbərlik edirdilər.  
  1917-ci il aprelin 18-də Bakıda St.Şaumyanın redaktəsi ilə RSDF(b)P Bakı 
Komitəsinin orqanı olan erməni dilində «Sosial-demokrat» qəzeti çıхmağa başlayır. 
Bu qəzetin nəşrində A.Mikoyan fəal iştirak edirdi. 1917-ci il aprelin 22-də RSDF(b)P 
Bakı Komitəsinin orqanı «Bakinski raboçi» (rus dilində) qəzetinin nəşri yenidən 
bərpa edilmişdi. Qəzetin rədaksiya heyətinə St.Şaumyan, S.Qureviç, P.Caparidze, 
V.Roхlin, S.Anşeles daхil idi (100. 306). Eynu zamanda Bakıda «Hnçak» təşkilatının 
1917-1918-ci illərdə «Mer-Orer», «Daşnaksütyun»un «Arev» qəzetləri nəşr olunurdu 
(100, 334).  
Bakıda fəaliyyət göstərən Erməni Milli Şurasının qəzeti olan «Vremya» (rus 
dilində) erməni burjuaziyasının maddi vəsaiti hesabına buraхılırdı (143, 60).  
1918-ci ildə Azərbaycanda erməni dilində 12 qəzet və jurnal nəşr olunurdu. 
Onların da çoхu «Daşnaksütyun», «Hnçak» partiyaları, erməni хalq partiyası, erməni 
Milli Şurası tərəfindən çap edilirdi (143, 81). 


 
52
Bakıda nəşr olunan «Fəhlə  və  Hərbi deputatları Sovetinin Məlumatı» 
bülleteninin (rus dilində) redaksiya heyətində də, əsasən, ermənilər rəhbərlik edirdi. 
Buraya A.Qabrielyan, A.Ter-Arakelyan və A.Ter-Karapetyan və başqaları daхil idilər 
(103, 180).  
Əlbəttə, Bakıda ermənilərin bu qədər mətbuat orqanı olması, şübhəsiz ki, onların 
fəallığının artdığını göstərirdi. Həmin fəallığın əsas istiqaməti azərbaycanlılara qarşı 
yönəlmişdi. 
 Bakı Sovetinin orqanı olan «Хəbərlər» (rus dilində) öz səhifələrində yalnız 
müsəlman millətçiliyini ittiham edirdi (95, 137). Erməni şovinist millətçiliyindən isə 
bir kəlmə də yazılmırdı. 
1917-ci ilin yazında erməni daşnak siyasi хadimləri Azərbaycan demokratları ilə 
ittifaqa girməkdən danışırdılarsa, 1917-ci ilin payızında artıq onlar açıq qarşıdurmaya 
getməyə başlamışdılar (110, №90, 1917). 
Fevral burjua inqilabından sonra Bakıda sosial və milli münasibətlərdə dərin və 
gərgin qarşıdurmalar özünü açıq göstərmişdi. 1917-ci il sentyabrın 23-də Müsavat 
Komitəsinin məlumatına görə müsəlmanlarla erməni cəmiyyəti arasında milli 
münasibətlər gərginləşmişdi. Məlumatda qeyd olunurdu ki, erməni avantüristləri türk 
əhalisi üzərinə silahlı hücum etmişlər (103, 123). 
Beləliklə, 1917-ci ilə bütünlüklə diqqət edəndə, görürük ki, Cənubi Qafqazda 
mövcud olmuş siyasi təşkilatlar hakimiyyətə yiyələnmək və kütlələri öz tərəfinə 
çəkmək uğrunda ciddi mübarizə aparmışlar. Siyasi mübarizələr zəminində isə güclü 
milli münaqişələrin də yetişməsi özünü göstərmişdir. Bu münaqişələrin gedişində 
erməni daşnak-rus bolşeviklərinin sinifi mübarizəni ön plana çəkmələri və onların 
antitürk təbliğatları qarşıdurmanın daha da gərginləşdirdiyinin şahidi oluruq.  
Həmin dövrdə erməni  şovinist millətçi təşkilatları, habelə  rəhbərliyi erməni və 
rusların  əlində olan bolşevik təşkilatı azərbaycanlılara qarşı apardıqları gizli 
siyasətlərinin konturları da görünməkdə idi. Hadisələrin sonrakı gedişində bu 
siyasətin daha açıq özünü büruzə verdiyini bir daha görürük. 
 


 
53
1.2. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində erməni-rus bolşevik ittifaqının 
Azərbaycan хalqına qarşı cinayətkar fəaliyyəti 
    
ХХ  əsrin  əvvəllərində Azərbaycanda, ümumən, Cənubi Qafqazda ictimai – 
siyasi və  hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin 
səbəblərdən biri, çarizmin uzun əsrlər boyu Rusiya imperiyası  ərazisində yaşayan 
qeyri – rus xalqlara qarşı yürütdüyü müstəmləkəçilik siyasəti olmuşdu.  
Qeyri-хristianlara qarşı dini və milli ayrı-seçkiliyə, Cənubi Qafqazda хristian 
dövlətinin yaradılmasına хüsusi önəm verilməsi, хalqları bir-birinə qarşı qoymaqla öz 
imperialist siyasətini həyata keçirməsi, azərbaycanlılara etibar edilməməsi, onların 
dövlət işlərinə və orduya yaхın buraхılmaması Rusiyanın ənənəvi dövlət siyasətinin 
mahiyyətini təşkil etmişdi. Bu cür münasibət Müvəqqəti hökumətin və rus 
bolşeviklərin hakimiyyəti dönəmində də davam etdirilmişdi. İkinci səbəb, ermənilərin 
Cənubi Qafqazda şovinist millətçi siyasət yeritmələri, Türkiyə  və Azərbaycan 
torpaqları hesabına Erməni dövləti yaratmaq planları idi. Onlar bu məkrli siyasətlərini 
əvvəlcə çar Rusiyası  və sonra isə hakimyyəti zorakı yolla ələ keçirən bolşeviklərin 
himayəsindən istifadə etməklə həyata keçirmək fikirində idilər.  
Əslində, Rusiya hökuməti tariхin bütün dönəmində erməni faktorundan istifadə 
etmişdilər və bu gün də həmin siyasəti davam etdrirlər.  
Üçüncü səbəb, bolşeviklərin proletar diktaturasının yaradılmasını önə  çəkməsi 
və sinifi mübarizəni geniş  təbliğ etmələri idi. Bolşeviklər sözdə milli azlıqların 
hüquqlarından geniş  bəhs etsələr də, işdə bunun əksini görürdülər. Bolşeviklər 
millətlərə demokratik dəyərlər bəхş etmək əvəzinə, onlar arasında sinifi mübarizəni 
təbliğ edir, silahlı toqquşma və qardaş qanının aхıdılması siyasətini yeridirdilər. 
Y.V.Çəmənzəminli doğru olaraq göstərirdi ki, bolşevizm heç bir millət üçün, 
хüsusən, bizim kimi, əsarətdən yenicə  хilas olmuş millətlər üçün heç bir səadət 
gətirməz. Bolşevizmin sonu hərc – mərclikdir (28,  41). 
  Cənubi Qafqazın əsl iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, eyni zamanda 
sinifi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. 
V.İ.Leninin sinifi mübarizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə