Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

Ələsgər Mirzəzadə 
 
70
  Tarixi cаlnamələrə görə bir çox işğalçılar Hasıllını öz 
qüruruna  görə  dəfələrlə  yandırmış,  əhalisini  pərən-pərən 
salmışdılar. Yanmış evlərin və xarabalığa dönmüş yurdla-
rın  sakinləri  ərazini  tərk  edərək,  Adnabazar  mahalına 
çəkilmiş, Şatırlı, Badamağacı, Burovar, Ləkin, Gözbulaq və 
b. kəndlərində məskunlaşmışdılar. Lakin Hasıllı diz çöksə 
də,  müqəddəs  ana  torpaqdan  güc  alaraq  ayağa  qalxmış 
insanlar  yenidən  öz  varislərini  ağuşuna  alaraq  inkişaf 
etməyə başlamışdır.   
  S.Nəsiroğlu  1876  –  cı  ildə  Peterburq  şəhərində  nəşr 
olunmuş “Qafqaz general - qubernatorunun siyasi-inzibati 
məlumatı”  kitabının  IX  cildinin  603-cü  səhifəsindəki  belə 
bir məlumatı bizə çatdırır: ”Prişib-Biləsuvar poçt traktının 
solunda (indiki Cəlilabad ərazisi – M.Ə ) yerləşən Hasıllı 
Muğanın  ən  böyük  məntəqəsidir.  Kəndin  “Ruskiy  Asul” 
deyilən hissəsində 736 nəfər rus, 14 nəfər polyak, 8 nəfər 
yunan,  5  nəfər  latış,  19  nəfər  prussiyalı  yaşayır.  Ruslar, 
əsasən,  yəhudi  məzhəbinə  mənsub  olan  subbotniklərdir. 
(S.Nəsiroğlu, Sehirli diyarın sirri. Həmşəhri, 1976, səh. 31). 
  Hasıllının  cənub  –  qərb  hissəsində  isə  əcnəbilərə 
məxsus  olan  talışlar,  taciklər,  kürdlər  və  yerli  tatarlar 
(azərbaycanlılar  –  M.Ə)  yaşayırlar.  Onların  sayı  6  min 
nəfərdən çoxdur...”.   
Hasıllı  haqqında  məlumatı  biz,  kənddə  ibtidai  təhsil 
məktəbinin  əsasını  qoymuş  və  onun  direktoru  işləmiş 
Leyla xanım Muğanlının 1908 – ci il sentyabr ayının 10-da 
yazılmış  gündəliyindən  alırıq.  Bu  məlumatların  çatdırıl-
masında yenə də S.Nəsiroğlunun yazdığı “Sehirli diyarın 
sirri" kitabına əsaslanırıq.   


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
71
  Leyla  xanm  yazır:  “Hasıllı  kəndi  Muğanın  ən  yara-
şıqlı və qədim kəndlərindən biridir. Kəndin came məscidi-
nin əsasını Teymurləng (Əmir Teymur) 1387 – ci ildə qo-
yub.  Hal  -  hazırda  kənddə  yaşayan  irandilli  tayfaların 
içində Teymurləngin qoşunlarına mənsub olan ailələr var. 
Onlara  tat,  tacik  ,  hətta  talış  deyirlər.  Amma  onlar  talış 
xanlığında  olan  talışlarla  tatar  (azərbaycanlı)  dilində  da-
nışırlar.  Onların  bir  neçəsinin  uşaqları  mənim  mədrə-
səmdə  məşğul  olur.  Özlərinin  Suğd  tayfasına  mənsub 
olduqlarını  bildirirlər”.  Sonra  Leyla  xanm  Muğanlı  Ha-
sıllının bazarı haqqında ətraflı məlumat verir. O da baza-
rın  bolluğundan  və  ucuzluğundan  danışır.  Sənətkarlığın 
geniş  vüsət  almasını,  ticarətin  nəinki  daxili,  hətta  xarici 
mühitlə əlaqəsini, karvansaraların çoxluğunu qeyd edir. 
  XX əsrin əvvəllərində Muğanın Cəlilabad ərazisində, 
qədim Həməşəranın şimal – qərb hissəsində yeni yaşayış 
sahəsinin  –  öz  bazarı  ilə  məşhur  olan  Astarxanbazar 
yaşayış  ərazisinin  əsası  qoyuldu  (1916-1917).  Hasıllı 
tacirləri ilə “ğəlmə” tacirlər arasındaki ziddiyyətlər bazar 
rəqabətini ğücləndirdi. “Ğəlmə” tacirlərin ən bacarıqlısı və 
agsaqqalı şirvanlı Məşədi Məhəmməd astarxanovkalıların 
kəndxudası (starostası) mülkədar Anikeyevdən qızıl pula 
bir neçə hektar torpaq alaraq şirvan və salyanlıları orada 
məskunlaşdırdı.  Rayonun  keçmiş  tarixi  haqqında  gərəkli 
məlumatlar toplamış tarixçi R.Əsgərov və S.Nəsiroğlu öz 
yazılarında  göstərirlər  ki,  Hasıllıdan  köçürülmüş  əhalinin 
yerləşdirilməsinə  Qafqaz  general-qubernatorluğunun  Səfi-
dəşt  polis  dairəsi  də  nəzarət  edir.  Yeni  tikilən  sahə  ətraf 
ərazilərdə Astarxanbazar adı ilə məşhurlaşır. Astarxan-bazar 


Ələsgər Mirzəzadə 
 
72
şəhərini  yenidən  qurmaq  üçün  ağsaqqallar  “məsləhət 
şurası”  çağırır.  Şuranın  qərarı  ilə  Aşqabaddan  Malaxov 
familiyalı bir mühəndis Muğana dəvət olunur və şəhərin 
baş  planı  hazırlanır.  Bu  plan  əsasında  şəhərin  tikintisinə 
başlanılır.  Beləliklə,  qədim  və  möhtəşəm  Həməşərənin 
ərazisi yenidən öz varlığına qayıdır.   
   
Muğanın qanlı - qadalı günləri 
(1917 – 1920-ci illər) 
 
  XX  əsrin  əvvəlləri  Muğan  tarixində  ictimai-siyasi 
hadisələr çox qarmaqarışıq, qanlı-qadalı olmuşdur. Çariz-
min  süqutu  ilə  başlanan  xaos  Muğanda  da  özünü 
göstərmiş, xalqa zidd daxili və xarici qüvvələr bölgəni qan 
çanağına  çevirmiş,  ərazini  öz  istək  və  arzularına  uyğun 
idarə  etməyə  çalışmışlar.  Rusiyada  çarizmin  yıxılması  ilə 
eser-menşevik və kommunistlərin fəallaşması, çar general-
larının  hakimiyyəti  geri  qaytarmaq  cəhdləri  ,  ingilislərin 
ağalığı,  o  cümlədən  Milli  hökumətin  (Azərbaycan  Xalq 
Cümhuriyyəti)  qurulması  və  Sovetləşmə  Muğandan  heç 
də yan keçməmişdi.   
  Hələ  çar  mütləqiyyəti  (I  Nikolay  (1825-1855  )) 
dövründə həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə 
Cənub  bölgəsində  Lənkəran  qəzası  yaradılmışdı. 
Lənkəran  qəzası  1841-46-cı  illərdə  Kaspi  vilayətinin 
tərkibinə  daxil  idi.  1846  il  14  dekabr  tarixli  fərmanla 
Şamaxı  quberniyası  təşkil  edildikdə,  onun  tərkibinə 
qatılmışdı  (1859  il  Şamaxı  zəlzələsindən  sonra  mərkəzi 
Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmış-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
73
dı).  Qəzanın  mərkəzi  Lənkəran  şəhəri  idi.  Qəza  Səbican, 
Lənkəran,  Ərkivan  məntəqələrindən  və  Muğan  pristavlı-
ğından  ibarət  idi.  Burada  qəza  idarəçi  sistemi  fəaliyyət 
göstərirdi. Muğan pristavlığinın mərkəzi Prişib kəndi idi. 
Bura  rus  koloniyası  olmaqla,  hərbi-siyasi  mərkəz  rolunu 
oynayırdı.  Burada  çar  Rusiyasının  əsgər  və  zabitləri,  köç 
etmış  mülki  ruslar,  ermənilər,  ukrayınlar  və  “ruslaş-
dırma”siyasəti  aparmaq  məqsədilə  rusiyanın  müxtəlif 
bölgələrindən  “sürgün”  edilmış  təriqətçilər  (molokanlar) 
yaşayırdılar.   
  Zaman keçdi, vaxt ötdü, XX ərin əvvəllərində Rusiyada 
çar  hakimiyyəti  devrildi.  Fevral  inqilabından  (1917)  sonra 
Lənkəranda  sovetlər  yarandı.  Oktyabr  çevrilişindən  (1917) 
sonra  Bakıda  hakimiyyəti  ələ  keçirmiş  Bakı  Soveti 
quberniyaya  daxil  olan  qəzaların,  o  cümlədən  Lənkəran 
qəzasının zor gücünə sovetləşdirilməsinə çalışırdı. 1918-ci il 
aprelin 12-də Bakı Soveti Lənkərana 280 nəfərlik silahlı dəstə 
göndərdi  və  aprelin  14-də  qəzada  sovet  hakimiyyətinin 
qurulması  elan  olundu.  Lakin  1918  il  avqustun  4-də 
Lənkəran  qəzasında  sovet  hakimiyyəti  süqut  etdi.  Burada 
sağ  eserlərlə  "Muğan  Müvəqqəti  hərbi  diktaturası  və  ya 
"Beşlər  diktaturası"  yaradıldı.  "Muğan  hökuməti"  antiazər-
baycan  siyasəti  yeridir,  denikinçilərin  Cənubi  Qafqazda 
ağalığını təmin etməyə çalışırdı.   
  XX əsrin əvvəlləri (1917 – 1918 ci illər) Cənubi Qafqaz, 
xüsusilə də Azərbaycan inqilabçı və əksinqilabçı qüvvələrin 
toqquşma  meydanına  çevril  di.  Bakı  və  Muğanda  bu 
hadisələr daha güclü cərəyan edirdi. Ölkənı bürümüş kəndli 
üsyanları, fəhlə tətilləri, “qırmızı partizan” hərəkatı və xarici 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə