Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   23   24   25   26   27   28   29   30   31

85 

 

 

Azərbaycanın  bank  sisteminin  inkişaf  strategiyasının  əsasını  sərbəst  maliyyə 

ehtiyatlarının mobilizasiyası,  maliyyə  ehtiyatlarının  investisiya  şəklində  real  sektora 

transformasiyası  və  daha  effektiv  paylaşdırılması  təşkil  edir.  Bunun  üçün  bank 

sisteminin özünün keyfiyyətcə yeni inkişafına, müasir bank texnologiyalarının tətbiqinə, 

təkmil və sabit qanunvericilik bazasının formalaşdırılmasına və s. islahatlara ehtiyac var. 

Bu baxımdan bank sisteminin inkişafına bilavasitə təsir edən vergitutma mexanizmi və 

nəzarət  funksiyalarının  təkmilləşdirilməsi  istiqamətində  bir  sıra  işlər  həyata 

keçirilməlidir. 

lk  öncə  vergi  orqanları  tərəfindən  vergi  ödəyicilərinin  bank  filiallarında  olan 

hesablaşma  (və  ya  digər)  hesablarına  vergi  və  tədiyyələrin  ödənilməsinə  dair  təqdim 

olunan  tapşırıqların  icrası  vəziyyətini  yaxşılaşdırmaq  lazımdır.  Bir  çox  hallarda  icra 

sənədləri  bankların  filialları  tərəfindən  heç  bir  hüquqi  əsas  olmadan  geri  qaytarılır  və 

bankın baş ofisinə təhvil verilməsi tövsiyə olunur. Bankın baş ofisi tərəfindən isə həmin 

sənədlər  müxtəlif  səbəblərə  görə  filiallara  vaxtında  göndərilmir.  Buna  görə  sənədlərin 

(sərəncamların) icrası müddəti süni olaraq uzadılır. Bu problemin həlli yolu kimi Milli 

Bankın  respublikada  fəaliyyət  göstərən  banklara  vergi  orqanlarının  icra  sənədlərinin 

qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  qəbul  olunması  tapşırığının  verilməsi 

vacibdir. 

Bundan  başqa,  bank  əməliyyatlarının  aparılması  üçün  verilmiş  lisenziyaları  geri 

alınmış  kredit  təşkilatlarının  büdcə  ilə  son  haqq-hesabların  aparılması  vaxtında  təmin 

edilməlidir. Lisenziyalar geri alındıqda banklar tərəfindən qanunvericiliyə uyğun olaraq 

ləğvetmə  komissiyası  yaradılır  və  həmin  komissiyanın  işi  başa  çatdıqdan  sonra  bank 

büdcə  ilə  son haqq-hesablar  aparmalıdır. Əfsuslar olsun ki,  lisenziyaları  geri  çağırılmış 

ə

ksər kredit təşkilatlarında müvafiq komissiyalar bu günədək yaradılmamış, yaradılsa da 



belə  onların  fəaliyyəti  hal-hazırda  başa  çatmamışdır.  Bu  səbəbdən  bu  kimi  kredit 

təşkilatları  ilə  büdcə  ilə  son  haqq-hesabları  aparmaq  vergi  orqanlarının  imkanı 




86 

 

xaricindədir. Lisenziyaları geri çağırılmış kredit təşkilatlarında ləğvetmə komissiyasının 



yaradılmasına,  ləğvetmə  prosesinin  aparılması  və  başa  çatdırılmasına  nəzarət 

funksiyalarının gücləndirilməsi mexanizmi işlənilib hazırlanmalıdır. 

Vergi  Məcəlləsinin  111-ci  maddəsinə  müvafiq  olaraq  əgər  malların  təqdim 

edilməsi,  işlərin  görülməsi  və  xidmətlərin göstərilməsilə əlaqədar  gəlir  əvvəllər 

sahibkarlıq  fəaliyyətindən  əldə  edilən  ümumi  gəlirə  daxil  edilmişdirsə,  vergi  ödəyicisi 

onlarla  bağlı  olan ümüdsüz borc  məbləğini  gəlirdən  çıxmaq  hüququna  malikdir. 

Azərbaycanda  fəaliyyət  göstərən  kredit  təşkilatları  isə  Milli  Bank  tərəfindən  müəyyən 

edilmiş  qaydaya  uyğun  aktivlərin  təsnifatından  asılı  olaraq  xüsusi  ehtiyat  fondunun 

yaradılmasına  aid  məbləği  bütünlüklə  xərclərə  daxil  edirlər.  Bank  olmayan  digər 

təsərrüfat  subyektlərindən  fərqli  olaraq,  banklar  xüsusi  ehtiyat  fondunu  bütün  aktivlər, 

həmçinin ümüdsüz olmayan  aktivlər  üzrə  yaradırlar  ki,  bu  da  onların  fəaliyyət 

göstərməsinə daha sərfəli şərait yaradır. 

nteqrasiya  proseslərinin  reallığına  görə  qeyd  etməliyik  ki,  Avropa  Birliyinin 

xüsusi  direktivi  ilə  üzv  ölkələrdə  bank  əmanətləri  üzrə  gəlirlər  2005-ci  ildə  15%-li 

dərəcələrlə vergiyə cəlb edilirlər. Direktiv 2008-ci ildən bu dərəcələrin 20%-ə, 2011-ci 

ildən  35%-ə  qədər  artırılmasını  nəzərdə  tutur.  Avropa  Birliyi  daxilində  reallaşması 

nəzərdə tutulan bu tədbirlərin iqtisadi mahiyyəti bəllidir. Məsələ vergitutma sistemində 

bərabərliyi, neytrallığı təmin etməyə – hər bir gəliri eyni dərəcə ilə vergiyə cəlb etməyə 

bağlıdır. 

Ş

übhəsiz  ki,  Avropa  Birliyinin  faiz  gəlirləri  üzrə  standartlarının  Azərbaycanın 



bank  sektoruna  köçürülməsi  mümkün  deyil.  Amma  uzunmüddətli  perspektivdə 

vergitutmanın təməl prinsiplərinə və inteqrasiya proseslərinin yaradacağı yeni reallıqlara 

da göz yummaq olmaz.  

Nəzərə  alınmalıdır  ki,  artıq  Azərbaycan  banklarında  12  mlrd.  əmanət  saxlanır. 

Aydındır  ki,  bu  depozitlər  üzrə  ödənilən  faizlər  bir  çox  hallarda  vergiyə  cəlb  edilən 

başqa gəlirlərdən - əmək haqlarından, mükafatlardan və s.-dən yüksək olur. Bu və başqa 




87 

 

cəhətlərə görə perspektivdə faiz gəlirlərinə vergi güzəştlərinin ləğvi və eyni zamanda bu 



gəlirlərdən  gəlir  vergisinin  aşağı  dərəcəsi  ilə  vergitutma  məqsədəuyğun  hesab  oluna 

bilər. Qanunvericiliyin göstərilən istiqamətdə təkmilləşməsi vacib sayılmalıdır. 

 Xarici  maliyyələşmə  mənbələri  –  kredit  və  səhm  buraxılışı  hesabına 

maliyyələşmə  arasındakı  vergi  fərqlərinin  azaldılması  mövcüd  qanunverici  reallıqların 

qorunmasını və ya bir sıra xarici ölkələrdə istifadə edilən digər bir üsulun - imputasiya 

sisteminin  tətbiqini  tələb  edir.  Yəni  məsələ  dividend  ödənişlərinin  vergidən  azad 

edilməsi  müddətinin  artırılması  ilə  də,  səhmdarın  gəlir  vergisi  üzrə  öhdəliyini 

korporasiyanın mənfəət vergisinə müvafiq azaltmasına imkan verən hüquqi əsaslarla da 

həll  oluna  bilər.  kinci  həll  –  imputasiya  sistemi  təkcə  səhm  maliyyələşməsi  ilə  bank 

krediti  maliyyələşməsi  arasındakı  fərqlərin  azaldılması  baxımından  maraqlı  deyil.  Biz 

bilirik  ki,  banklar  korporativ  sektora  aiddir  və  bankın  səhmdarları  da  potensial  olaraq 

ikiqat vergitutmaya məruz qalırlar. Böyük Britaniya, Fransa, Kanada,  taliya, Finlandiya 

və  s.  ölkələrdə  son  zamanlara  qədər  tətbiq  olunan  imputasiya  sistemi  ikiqat 

vergitutmanın zərərini minimallaşdırmağa yönəlib.  

mputasiya  sisteminin  tətbiqi  zamanı  səhmdar  öz  gəlir  vergisi  ödənilən  mənfəət 

vergisi hesabına qismən azalda bilir. Məsələn, bankın səhmlərinin 1%-inin sahibi gəlir 

vergisi üzrə öhdəliyini mənfəət vergisinin 1%-i həcmində – 20 min manat azalda bilir. 

Beləliklə, imputasiya sisteminin qanunverici təsbiti də məqsədə müvafiq ola bilər, 

ancaq  qeyd  etməliyik  ki,  bu  sistemin  praktik  tətbiqi  arzu  edilən  nəticələri  verməyib. 

Qlobal  kapital  bazarlarında  bu  mexanizm  tam  fəaliyyət  göstərə  bilməyib.  Bu  cəhətlər 

imputasiya sisteminin tətbiqinin səmərəliliyinə əsaslı şübhələr doğurur və buna görə də 

iddia  edə  bilərik  ki,  məsələnin  ən  düzgün  həlli  dividend  ödənişlərinin  uzunmüddətli 

perspektivində vergitutmadan azad edilməsidir. 

Ə

vvəllər  ölkədə  tətbiq  edilən  məcburi  ehtiyat  normaları dünyanın  başqa  ölkələri 



ilə  müqayisədə  olduqca  yüksək  idi  və  ölkə  kredit  təşkilatları  yüksək  dərəcəli  impliçit 

vergitutmaya  məruz  qalırdılar.Qlobal  maliyyə  böhranı  bu  məsələyə  baxışı  dəyişdi. 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə