© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com
CƏBRAYILBƏYLİ, ZAHİD ŞIXMƏMMƏDOV, ŞƏFİQƏ ƏFƏNDİZADƏ...
QONŞU OLDULAR.
YALNIZ CAVİDLƏR AİLƏSİ, HƏTTA BU BİNA MƏRKƏZİ İCRAİYYƏ
KOMİTƏSİ KİMİ MÜHÜM DÖVLƏT İDARƏSİNƏ ÇEVRİLƏNDƏN SONRA
DA 1937-Cİ İLƏDƏK BURADA YAŞADI.
... ƏSƏRLƏRİNİ YAZARKƏN HEY O BAŞ – BU BAŞ VAR – GƏL
EDƏN CAVİDİN DÖŞƏMƏDƏ BİR YOL KİMİ AYDIN SEÇİLƏN İZİ
QALIBMIŞ.
HƏMİN İZ TARİXƏ KÖÇDÜ.
*
*
*
Bu otaqda verilən fotolar maksimal dərəcədə orijinal fotolardır və burada
Cavidə, onun ailə üzvlərinə məxsus əşyalar, ev avadanlığı yer almaqdadır.
Qapıdan girərkən sol əldəki divarda rəssam Oqtay Sadıqzadənin yağlı boya ilə
çəkdiyi portret asılıb. Bu rəsmdəki Mişkinaz xanım gəncdir (Əsər Mişkinaz
Cavidin 1922-1925-ci illərdəki fotoları və Cavidlə dostluq etmiş, bu evə daimi
gedib gələnlərdən olmuş Seyid Hüseynin oğlu Oqtay Sadıqzadənin şəxsi
müşahidələri əsasında 1992-ci ildə çəkilmişdir).
Portretin altında elə həmin divardaca Mişkinaz Cavidin gündəliklərindən
onun öz xətti ilə olan (böyüdülmüş) parça:
Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi
oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir
cızmaqara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mən
isə onun oxucusu ola bilməzdim. Çünki savadım yox idi. Cavid mənə dərs
deməyə başladı...
Portretin altında elə həmin divardaca H.Cavidin Mişkinaz xanıma yazdığı
məktubdan bir parça:
MİŞKİNAZ!
... QƏRİBSƏMƏYƏ BAŞLADIM, TANIŞ DA ÇOX AZ... PƏNAH BƏY
DƏ DÜNƏN YOX, SIRAĞA GÜN GƏLDİ. KİSLOVODSKİN YAĞMURLARI
DAD – BİDAD ELƏYİR. DIŞARI ÇIXMAQ MÜMKÜN DEYİL.
... GƏLƏN DƏFƏ ƏRTOĞROLA ŞƏKİLLİ OTKRITKA YAZACAĞAM,
BU DƏFƏ BAĞIŞLASIN.COCUQLARI ÖPÜRƏM.
ƏRTOĞROL HƏLİMƏNİN DƏ DƏRSLƏRİNƏ BAXSIN...
BAQİ EHTİRAM, SƏNİ ÖPÜRƏM, CAVİD
30 İYUN, 1927, KİSLOVODSKİ.
Mişkinaz
Cavid
Aparıcı mətn:
Mişkinaz Cavid bu evin sahibəsi idi. 1920-ci ildən burada yaşadılar. Əslən elə
Cavidin ata-babaları kimi Naxçıvanın Remeşin kəndindən olan bu sadə el qızı
böyük şairin əsl könül hayanı idi. O, Cavidə yalnız sədaqətli, dəyanətli bir həyat
yoldaşı deyil, həm də dost, müsahib, sirdaş ola bildi.
Cavid ona əlifba öyrətdi, savad verdi. Mişkinaz, Hüseyn Cavidin yüzlərlə
tələbəsindən biri idi. Caviddən aldığı o savadla Mişkinaz çox illər sonra şairin
© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com
unudulmuş əsərlərini yazıya köçürtdü. Onun haqqında ən doğruçu xatirələri
qələmə aldı.
Bu otağın sol divarında Cavidlərin 1920-36-cı illər arasında çəkilmiş fotoları
nümayiş olunur.
Aparıcı mətn:
Cavidin “Bahar Şəbnəmləri”, “Maral”, “Şeyx Sənan”, “Ana”, “Keçmiş
günlər”, “Şeyda” əsərləri nəşr edilir. Əsrin ikinci onilliyi artıq Cavidin Azərbaycan
ədəbi mühitində özünü asta-asta tam təsdiq etdiyi mərhələdir.
1918-ci ildə Cavid ailə həyatı qurur.
Özü oktyabrın 24-də anadan olmuş şairin oğlu Ərtoğrol 1919-cu, qızı Turan
1923-cü ilin oktyabrında dünyaya gəlirlər.
Cavid yaradıcılığı Azərbaycan teatrının səhnəsində getdikcə möhkəm yer
tutmağa, şəriksiz birincilik qazanmağa başlayır.
Aparıcı mətn:
Hüseyn Molla Abdulla Oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanın
Şahtaxtı kəndində dünyaya göz açdı. İlk təhsilini mollaxanada alan, 5 il ərzində
ilahiyyatı, fars, ərəb dillərini öyrənən Hüseyn, 14 yaşında ikən XIX yüzilin
görkəmli maarifçilərindən olan Məhəmmədtağı Sidqinin təşkil etdiyi “Məktəbi-
tərbiyə”yə daxil olur. 1898-ci ildə isə burada təhsilini başa vurduqdan sonra
Təbrizə gedərək oradakı “Talibiyyə” mədrəsəsində oxuyur.
Yaradıcılığa erkən başlayan Hüseyn ilk şerlərini “Gülçin”, “Arif”, “Salik”
təxəllüsü ilə qələmə alır.
Təbrizdə ikən o dövrün “Nasiri”, “Sürəyya”, “Şərqi-Rus” qəzetlərini ardıcıl
mütaliə edir. Farsca şerlər yazır.
Rus dilini yaxşı öyrənmək üçün çalışır.
Əsrin əvvəllərində artıq qəzetlərə məktublar, məqalələr göndərməyə başlayır.
Kitab dolabında nümayiş olunan kitablar Ərtoğrol Cavidə məxsusdur. Birinci
rəfdə görünən fotoşəkil H.Cavidin böyük qardaşı Şeyx Məhəmmədin oğlu Tahir
Rasizadənindir.
Aparıcı mətn:
1937-ci il iyunun 4-də H.Cavidin həbsindən sonra “xalq düşməninin” ailəsi
adı altında damğalanmış bu ailə ilə qohumlar, dostlar yaxınlıq etməyə ehtiyat
edirdilər. Tahir Rasizadə onlarla daima əlaqə saxlayıb, Ə.Cavidə mənəvi dayaq
olmuşdur. T.Rasizadə ixtisasca aqronom olsa da, yaradıcılıqla da məşğul olmuş,
şeirlər, pyeslər... yazmışdır.
T.Rasizadə 1942-ci ildə Böyük Vətən Müharibəsində həlak olub. Divardakı
növbəti fotolar 1922-24-cü illər arasında çəkilmişdir. Mərkəzdəki büst Mişkinaz
xanımındır (müəllif Ö.Eldarov 1992). Büstün yuxarı hissəsində “Mənim tanrım”
şeirindən misralar yazılıb:
“Bənim tanrım gözəllikdir sevgidir”.
Aparıcı mətni:
Türkyədə təhsilini başa vurub vətənə qayıtdıqdan sonra Cavid bir müddət
daimi iş yeri axtarmaqla məşğul olur və bu arada dövrün əsas mətbuat