Microsoft Word yeni ekskursiya metni doc


© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com



Yüklə 210,32 Kb.
səhifə4/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
1   2   3   4   5   6   7   8

 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



CƏBRAYILBƏYLİ,  ZAHİD  ŞIXMƏMMƏDOV,  ŞƏFİQƏ  ƏFƏNDİZADƏ... 

QONŞU OLDULAR. 

 

YALNIZ CAVİDLƏR AİLƏSİ, HƏTTA BU BİNA MƏRKƏZİ İCRAİYYƏ 



KOMİTƏSİ  KİMİ  MÜHÜM  DÖVLƏT  İDARƏSİNƏ  ÇEVRİLƏNDƏN  SONRA 

DA 1937-Cİ İLƏDƏK BURADA YAŞADI. 

...  ƏSƏRLƏRİNİ  YAZARKƏN  HEY  O  BAŞ  –  BU  BAŞ  VAR  –  GƏL 

EDƏN  CAVİDİN  DÖŞƏMƏDƏ  BİR  YOL  KİMİ  AYDIN  SEÇİLƏN  İZİ 

QALIBMIŞ. 

HƏMİN İZ TARİXƏ KÖÇDÜ. 

 

   


 

 

 





Bu  otaqda  verilən  fotolar  maksimal  dərəcədə  orijinal  fotolardır  və  burada 

Cavidə, onun ailə üzvlərinə məxsus əşyalar, ev avadanlığı yer almaqdadır. 

Qapıdan girərkən sol əldəki divarda rəssam Oqtay Sadıqzadənin yağlı boya ilə 

çəkdiyi  portret  asılıb.  Bu  rəsmdəki  Mişkinaz  xanım  gəncdir  (Əsər  Mişkinaz 

Cavidin  1922-1925-ci  illərdəki  fotoları  və  Cavidlə  dostluq  etmiş,  bu  evə  daimi 

gedib  gələnlərdən  olmuş  Seyid  Hüseynin  oğlu  Oqtay  Sadıqzadənin  şəxsi 

müşahidələri əsasında 1992-ci ildə çəkilmişdir). 

Portretin  altında  elə  həmin  divardaca  Mişkinaz  Cavidin  gündəliklərindən 

onun öz xətti ilə olan (böyüdülmüş) parça: 

Biz  1918-ci  ilin  avqust  ayında  evləndik.  Çox  kiçik,  xudmani  toy  məclisi 

oldu.  Toydan  bir-iki  gün  sonra  Cavid  mənə  dedi  ki,  axı  mən  hərdənbir 

cızmaqara  edirəm,  gərək  mənim  ilk  oxucularımdan  biri  də  sən  olasan.  Mən 

isə  onun  oxucusu  ola  bilməzdim.  Çünki  savadım  yox  idi.  Cavid  mənə  dərs 

deməyə başladı... 

Portretin  altında  elə  həmin  divardaca  H.Cavidin  Mişkinaz  xanıma  yazdığı 

məktubdan bir parça: 

MİŞKİNAZ! 

...  QƏRİBSƏMƏYƏ  BAŞLADIM,  TANIŞ  DA  ÇOX  AZ...  PƏNAH  BƏY 

DƏ  DÜNƏN  YOX,  SIRAĞA  GÜN  GƏLDİ.  KİSLOVODSKİN  YAĞMURLARI 

DAD – BİDAD ELƏYİR. DIŞARI ÇIXMAQ MÜMKÜN DEYİL. 

...  GƏLƏN  DƏFƏ  ƏRTOĞROLA  ŞƏKİLLİ  OTKRITKA  YAZACAĞAM, 

BU DƏFƏ BAĞIŞLASIN.COCUQLARI ÖPÜRƏM. 

ƏRTOĞROL HƏLİMƏNİN DƏ DƏRSLƏRİNƏ BAXSIN... 

BAQİ EHTİRAM, SƏNİ ÖPÜRƏM, CAVİD 

30 İYUN, 1927, KİSLOVODSKİ. 



 

 

 

 

 

 

 

 

 

 

Mişkinaz 

Cavid 

Aparıcı mətn: 

Mişkinaz Cavid bu evin sahibəsi idi. 1920-ci ildən burada yaşadılar. Əslən elə 

Cavidin  ata-babaları  kimi  Naxçıvanın  Remeşin  kəndindən  olan  bu  sadə  el  qızı 

böyük  şairin  əsl  könül  hayanı  idi.  O,  Cavidə  yalnız  sədaqətli,  dəyanətli  bir  həyat 

yoldaşı deyil, həm də dost, müsahib, sirdaş ola bildi. 

Cavid  ona  əlifba  öyrətdi,  savad  verdi.  Mişkinaz,  Hüseyn  Cavidin  yüzlərlə 

tələbəsindən  biri  idi.  Caviddən  aldığı  o  savadla  Mişkinaz  çox  illər  sonra  şairin 



 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



unudulmuş  əsərlərini  yazıya  köçürtdü.  Onun  haqqında  ən  doğruçu  xatirələri 

qələmə aldı. 

Bu otağın sol divarında Cavidlərin 1920-36-cı  illər arasında çəkilmiş  fotoları 

nümayiş olunur. 

 

Aparıcı mətn: 

Cavidin  “Bahar  Şəbnəmləri”,  “Maral”,  “Şeyx  Sənan”,  “Ana”,  “Keçmiş 

günlər”, “Şeyda” əsərləri nəşr edilir. Əsrin ikinci onilliyi artıq Cavidin Azərbaycan 

ədəbi mühitində özünü asta-asta tam təsdiq etdiyi mərhələdir. 

1918-ci ildə Cavid ailə həyatı qurur. 

Özü  oktyabrın  24-də  anadan  olmuş  şairin  oğlu  Ərtoğrol  1919-cu,  qızı  Turan 

1923-cü ilin oktyabrında dünyaya gəlirlər. 

Cavid  yaradıcılığı  Azərbaycan  teatrının  səhnəsində  getdikcə  möhkəm  yer 

tutmağa, şəriksiz birincilik qazanmağa başlayır. 

Aparıcı mətn: 

Hüseyn Molla Abdulla Oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanın 

Şahtaxtı  kəndində  dünyaya  göz  açdı.  İlk  təhsilini  mollaxanada  alan,  5  il  ərzində 

ilahiyyatı,  fars,  ərəb  dillərini  öyrənən  Hüseyn,  14  yaşında  ikən  XIX  yüzilin 

görkəmli  maarifçilərindən  olan  Məhəmmədtağı  Sidqinin  təşkil  etdiyi  “Məktəbi-

tərbiyə”yə  daxil  olur.  1898-ci  ildə  isə  burada  təhsilini  başa  vurduqdan  sonra 

Təbrizə gedərək oradakı “Talibiyyə” mədrəsəsində oxuyur. 

Yaradıcılığa  erkən  başlayan  Hüseyn  ilk  şerlərini  “Gülçin”,  “Arif”,  “Salik” 

təxəllüsü ilə qələmə alır. 

Təbrizdə  ikən  o  dövrün  “Nasiri”,  “Sürəyya”,  “Şərqi-Rus”  qəzetlərini  ardıcıl 

mütaliə edir. Farsca şerlər yazır. 

Rus dilini yaxşı öyrənmək üçün çalışır. 

Əsrin əvvəllərində artıq qəzetlərə məktublar, məqalələr göndərməyə başlayır. 

Kitab dolabında nümayiş olunan kitablar Ərtoğrol Cavidə məxsusdur. Birinci 

rəfdə  görünən  fotoşəkil  H.Cavidin  böyük  qardaşı  Şeyx  Məhəmmədin  oğlu  Tahir 

Rasizadənindir. 



Aparıcı mətn: 

1937-ci  il  iyunun  4-də  H.Cavidin  həbsindən  sonra  “xalq  düşməninin”  ailəsi 

adı  altında  damğalanmış  bu  ailə  ilə  qohumlar,  dostlar  yaxınlıq  etməyə  ehtiyat 

edirdilər.  Tahir  Rasizadə  onlarla  daima  əlaqə  saxlayıb,  Ə.Cavidə  mənəvi  dayaq 

olmuşdur.  T.Rasizadə  ixtisasca  aqronom  olsa  da,  yaradıcılıqla  da  məşğul  olmuş, 

şeirlər, pyeslər... yazmışdır. 

T.Rasizadə  1942-ci  ildə  Böyük  Vətən  Müharibəsində  həlak  olub.  Divardakı 

növbəti  fotolar  1922-24-cü  illər  arasında  çəkilmişdir.  Mərkəzdəki  büst  Mişkinaz 

xanımındır  (müəllif  Ö.Eldarov  1992).  Büstün  yuxarı  hissəsində  “Mənim  tanrım” 

şeirindən misralar yazılıb: 

“Bənim tanrım gözəllikdir sevgidir”. 

Aparıcı mətni: 

Türkyədə  təhsilini  başa  vurub  vətənə  qayıtdıqdan  sonra  Cavid  bir  müddət 

daimi  iş  yeri  axtarmaqla  məşğul  olur  və  bu  arada  dövrün  əsas  mətbuat 



Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə