Microsoft Word yeni ekskursiya metni doc


© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com



Yüklə 210,32 Kb.
səhifə5/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
1   2   3   4   5   6   7   8

 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



orqanlarından  olan  “Həqiqət”də,  “Tazə  xəbər”də  müxtəlif  məqalələri,  “İşıq”, 

“İqbal”, “Məktəb”də şerləri işıq üzü görür. Cavid bir müddət Gəncədə Məhəmməd 

ağa  Pişnamazzadənin  mədrəsəsində  dərs  deyir.  Maraqlı  fotolardan  biri  H.Cavidin 

1912-ci  ildə  Gəncədə  Pişnamazzadənin  məktəbində  dərs  deyərkən  çəkilmiş  və  o 

məktəbin  ilk  buraxılışının  vinetkasına  daxil  edilmiş  şəklidir.  Elə  həmin  divardan 

asılmış  daha  bir  şəkil  diqqəti  çəkir.  H.Cavidin  20-ci  illərdə  H.Cavidin  Teatr 

texnikumunun müəllim və tələbələri ilə çəkdirdiyi orijinal foto. 

Həmin divarda yuxarıda Cavidin fotoşəkilləri yer alıb.  

H.Cavidin fotoşəkli. Naxçıvan 1912. 

H.Cavid ailəsi ilə. Bakı 1922. 

H.Cavid ailəsi ilə. Bakı 1924. 

H.Cavid. Bakı 1924. 

H.Cavid. Bakı 1924. 

Həmin  divarda  fotoların  sağ  tərəfində  Mişkinaz  Cavidin  obrazı  əks  olunmuş 

süjetli  əl  xalçası  asılmışdır.  Xalçanın  altında  ailəyə  məxsus  sandıq  və  onun 

üzərində yenə də ailəyə məxsus əllə toxunmuş xalça var. 

Vaxtilə elə burada olmuş qapısı şüşəli şkaf. 

Bu  şkafın  içərisində  Cavidə  və  Mişkinaz  xanıma  məxsus  olmuş  bir  sıra 

əşyalar düzülmüşdür. 

Diqqəti çəkən bu eksponatlar arasında Mişkinaz  xanımın  iki  üzüyü, əl  işləri-

toxumalar, Hüseyn Cavidə məxsus əşyalar – cib dəftərləri, eynək qabı və s. vardır. 

ŞKAFIN  YANINDAKI  BU  TİKİŞ  MAŞINI  AĞIR  İLLƏRDƏ  ONLARIN 

DADINA  ÇATDI.  MİŞKİNAZ  XANIM  1938-Cİ  İLİN  APRELİNDƏ  “KLARA 

SETKİN”  ADINA  SƏNAYE  KOOPERATİV  ŞİRKƏTİNƏ  İŞƏ  DÜZƏLMİŞDİ 

VƏ  EHTİYAC  VADAR  ETDİ  Kİ,  FASİLƏLƏRLƏ  TA  1948-Cİ  İLƏ  QƏDƏR 

TİKİŞ  ARTELİNDƏ  ÇALIŞSIN.  ARTEL  İŞƏMUZD  QAYDADA  QƏBUL 

ETDİYİ  QADINLARA  BACARACAQLARI  QƏDƏR  SİFARİŞ  VERİRDİ.  ƏN 

ADİ  İŞ  ÜÇÜN  QAPILAR  “XALQ  DÜŞMƏNLƏRİ”NİN  ÜZÜNƏ  BAĞLI 

OLDUĞUNDAN  BÜTÜN  ƏZİYYƏTLƏRİNƏ  BAXMAYARAQ,  ARTEL 

GÖYDƏNDÜŞMƏ ÇÖRƏK AĞACI İDİ. 

Bu  guşədə  həmçinin  M.Cavidin  rəfiqəsi  –  İdris  Axundzadənin  həyat  yoldaşı 

Fəramuş xanımla çəkdirdiyi fotoşəkil asılmışdır. 

“Cavidin  faciəsi”  otağının  giriş  qapısının  sağ  tərəfində  H.Cavidin  portreti 

asılıb. 


Aparıcı mətn: 

BU  PORTRETİNİ  CAVİD  ÖZÜ  DƏ  GÖRMÜŞDÜ.  AZƏRBAYCAN 

DEMOKRATİK 

CÜMHURİYYƏTİ 

DÖVRÜNDƏ 

VƏ 


SOVET 

HAKİMİYYƏTİNİN  İLK  İLLƏRİNDƏ  BAKI  ŞƏHƏRİNİN  BAŞ  MEMARI 

OLMUŞ ZİVƏRBƏY ƏHMƏDBƏYOV (1873-1925) ƏSƏRİNİ ŞAİRƏ 1922- Cİ 

İLDƏ  HƏDİYYƏ  EDİB.  YENİ  QURULUŞUN  AZƏRBAYCANA  ZİDD 

SİYASƏTLƏRİNƏ  DÖZMƏYƏRƏK  ÖZ  HƏYATINI  YARIMÇIQ  QIRMIŞ 

İSTEDADLI  RƏSSAM  VƏ  MEMAR  Z.ƏHMƏDBƏYOV  CAVİDİN  İKİ 

PORTRETİNİ  İŞLƏMİŞDİ.  BUNLAR  ŞAİRİ  BİLAVASİTƏ  MÜŞAHİDƏ 

NƏTİCƏSİNDƏ YARANMIŞ MÜSTƏSNA RƏSMLƏRDİR. 




 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Etajerin rəfində ailəyə məxsus “pioner” markalı radio nümayiş etdirilir. 

İki  pəncərə  arasındakı  sahədə  mərkəzdə  Cavidin  böyük  qardaşı  Şeyx 

Məhəmmədin və ilk müəllimi olan M.T.Sidqinin fotoşəkilləri asılıb. 

Aparıcı mətn: 

Özü  də  müəllim  olan  Cavid  dərs  aldığı  insanların  hamısını  daim  ən  dərin 

ehtiramla  xatırlasa  da,  iki  ad  onun  üçün  xüsusən  əziz  idi.  İlk  müəllimləri-böyük 

qardaşı  Şeyx  Məhəmməd  və  “Məktəbi-tərbiyyə”dəki  ustadı  Məhəmməd  Tağı 

Sidqi. 

Fotoşəkillərin ətrafında Cavidə məxsus sənədlər nümayiş etdirilir: 



1. 1912-ci  ildə  Zaqafqaziya Ruhani İdarəsi tərəfindən  verilmiş  ruhani  rütbəsi 

haqqında attestat. 

2. 1911-ci ildə yaşadığı yer haqqında vəsiqə. 

3. 1926-cı ildə Berlinə və Parisə ezamiyyət vərəqəsi. 

4.  1926-cı  ildə  Azərbaycanda  və  SSRİ-nin  ərazisində  yaşamaq  hüququ 

haqqında şəhadətnamə. 

5.  İstanbul  Universiteti  ədəbiyyat  fakültəsinin  tələbəsi  H.Cavidin  şəxsiyyət 

vəsiqəsi. 

6. Cavid gecəsinin döş nişanı. Bakı 1922. 27 mart 1922-ci ildə Bakıdakı 2-ci 

dərəcəli  3,4  və  7-ci  Azərbaycan  məktəblərinin  keçirdiyi  H.Cavid  gecəsinin 

məramnaməsi. 

7. Böyük üstad! 

...  üç  gün  bundan  əvvəl  buraya  gələn  bir  seyid  həkim  ara-sıra  məktəbə  yolu 

düşür,  qardaşımla  dostdur.  Ona  hər  on  gündən  bir  “Nasiri”,  “İzzət”,  “İttila” 

qəzetləri  ayrıca  onlara  verilir,  oda  qərib  məktəbdə  oxuyur.  Mən  isə  ondan  alıb 

oxuyuram indi artıq abunə olmaq lazım deyildir... 

 

Kiçiyiniz Hüseyn Rasizadə 



 

Naxçıvan 1897. 

Otağın  ortasında  bir  zamanlar  bu  otaqda  istifadə  olunmuş  yemək  masası 

nümayiş etdirilir. 



Aparıcı mətn: 

BU OTAQDAKI MASANIN ARXASINDA MEHRİBAN AİLƏ HƏR GÜN 

SƏHƏR 

YEMƏYİNƏ, 



NAHARA, 

ŞAMA 


ƏYLƏŞƏRDİ. 

SÜFRƏNİN 

ALTINDA QALDIĞINDAN MASANIN GÖZLƏRİ İSTİFADƏ EDİLMİRDİ VƏ 

CAVİD  MÜXTƏLİF  QARALAMALARINI  KİP-KİP  O  SİYİRTMƏLƏRƏ 

DOLDURURMUŞ. 

1937-NİN 

İYUN 


GECƏSİNDƏ 

AXTARIŞ 


APARANLARIN  SÜFRƏNİN  ALTINDA  SİYİRTMƏ  OLA  BİLƏCƏYİ 

AĞILLARINA  GƏLMƏYİB  VƏ  XOŞBƏXT  TƏSADÜF  NƏTİCƏSİNDƏ 

CAVİD ƏLYAZMALARININ BİR QİSMİ BELƏCƏ XİLAS OLUB. 

 

   



 

 

** 



 

 



** 

 

CAVİDİN FACİƏSİ 

Ev  muzeyinin  bu  qanadındakı  son  kiçik  otaq  Hüseyn  Cavidin  və  onun 

ailəsinin sovet rejimi tərəfindən məruz qaldıqları müsibətlərə həsr edilib. 



Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə