Microsoft Word yeni ekskursiya metni doc


© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com



Yüklə 210,32 Kb.
səhifə3/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
1   2   3   4   5   6   7   8

 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Müdiriyyətin  qapısının  sol  divarında  H.Cavidin  Bakıdakı  Ev  Muzeyinin 

açılışını  əks  etdirən  fotoşəkillər  (Heydər  Əliyev,  Turan  Cavid  və  başqaları)  və 

həmin tədbirin açılış lenti yer alır.  

Səkillərin  yuxarısında  Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyevin 

Hüseyn Cavid haqqında dediyi sözlər verilib: 

“Cavidin  bütün  yaradıcılığı,  bütün  fəaliyyəti  Azərbaycan  xalqının 

mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət 

olubdur. 

O,  həmişə  öz  iradəsi  ilə  yaşamış,  öz  iradəsinə,  millətinə  sadiq  olmuşdur. 

Hüseyn  Cavidin  yaratdığı  əsərlər  Azərbaycan  xalqının  milli  sərvətidir.  Onlar  bu 

gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”. 

 

   



 

 

 



 

 

 



HEYDƏR 

ƏLİYEV. 

 

Heykəllərlə  üzbəüz  divarda  səhnənin  sol  və  sağ  tərəfində  azərbaycan  və 

ingilis dillərində H.Cavidin tərcümeyi-halı yazılmış tablolar asılmışdır. 

Heykəllərlə  üzbəüz  divar  üzərində  sanki  səhnəni  xatırladan  yarımaçılı 

pərdələrlə dekor edilmiş lövhədə Cavidə Cavidlik vermiş pyeslərinin xalq sənətkarı 

Seyfəddin Məmmədvəliyev tərəfindən qoz ağacından qabartma  və oyma  üsulu  ilə 

işlənmiş adları yazılıb. 

Səhnə bu sözlərlə başlayır: “Dünya qoca bir səhnə demək”. 



ANA,  MARAL,  ŞEYX  SƏNAN,  ŞEYDA,  UÇURUM,  İBLİS,  AZƏR, 

AFƏT, PEYĞƏMBƏR, TOPAL TEYMUR, KNYAZ, SƏYAVUŞ, XƏYYAM, 

İBLİSİN İNTİQAMI, TELLİ SAZ. 

Bu  adların  aşağısında  divar  boyu  fotolar.  Onillər  ərzində  Azərbaycan 

səhnəsinin ən müxtəlif aktyor nəsillərinin ifasında səhnələrimizdə görünmüş Cavid 

qəhrəmanlarını əks etdirən şəkillər. 

Bunlar Azərbaycan teatrı tarixində qalan tamaşalar, rollar və aktyorlardır: 

ABBASMİRZƏ 

ŞƏRİFZADƏ, 

ÜLVİ 

RƏCƏB, 

MƏRZİYƏ 

DAVUDOVA,  KAZIM  ZİYA,  RZA  TƏHMASİB,  SİDQİ  RUHULLA,  SONA 

HACIYEVA, AĞASADIQ  GƏRAYBƏYLİ, MÖHSÜN SƏNANİ, ƏLƏSGƏR 

ƏLƏKBƏROV,  MEHDİ  MƏMMƏDOV,  ŞƏFİQƏ  MƏMMƏDOVA,  ƏLİ 

ZEYNALOV,  HƏSƏN  TURABOV,  SƏMƏNDƏR  RZAYEV,  HAMLET 

XANIZADƏ... 

Elə  bu  lövhədə  20-30-cu  illərdə  Bakı  teatrlarında  oynanmış  Cavid 

tamaşalarına  çağıran  afişaların  orijinalları  asılıb.  Lövhənin  yuxarı  hissəsində 

“Azər” poemasından götürülmüş misralar verilib: 

“Dünya qoca bir səhnə demək” 

Aparıcı mətn: 

Təxəllüs  seçdiyi  “Cavid”  sözünün  mənası  Böyük  şairin  yaşarı,  əbədi 

deməkdir.  Bu  əbədiyyəti  və  ölməzliyi  Cavidə  bəxş  edən  ən  əvvəl  onun  səhnə 

əsərləridir.  Azərbaycanda  poetik  teatrın  təməlini  qoyan,  mənzum  faciələrin  ilk 

təkrarsız  nümunələrini  doğuran,  dramaturgiya  tariximizdə  faciə  ustası  kimi  daimi 

birincilik  haqqını  qazanmış  Cavidin  öz  həyatı  nə  qədər  acılı,  faciəli  olsa  da  o, 




 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



xoşbəxt  bir  insan  idi.  Müxtəlif  təzyiqlərə,  təqiblərə  məruz  qalsa  da,  əsrin  ilk 

onilliyindən  başlayaraq  onun  “İblis”i,  “Şeyx  Sənan”ı,  “Seyavuş”u,  “Knyaz”ı... 

həmişə  səhnələrdəydi.  Abbasmirzə  Şərifzadə,  Ülvi  Rəcəb,  Mərziyə  Davudova, 

Sidqi  Ruhulla  kimi  parlaq  aktyorlar  canlandırırdılar  Cavid  surətlərini.  Gənclik 

Cavid  pyeslərini  əzbər  söyləyirdi.  Həm  yeni  aktyor  nəsilləri,  həm  də  teatral 

auditoriya Cavid əsərlərindən tərbiyə alaraq yetişib inkişaf edirdilər. 

Bir  neçə  nəslin  ruhuna,  düşüncəsinə  və  hisslərinə  hakim  olduğunu,  bələdçi, 

yol göstərən olduğunu Cavid öz sağlığındaca gördü. 

Bir yaradıcı üçün bundan böyük nə səadət ola bilər ki! 

Sağ  hissədə  isə  H.Cavidin  Bakıdakı  ev  muzeyinin  24  oktyabr  2002-  ci  il 

tarixli  açılışı  kəsilmiş  qırmızı  lent  və  fotoşəkillər  yerləşdirilib.  Elə  bu  guşədə  də 

Prezident H.Əliyevin açılış zamanı dediyi sözlər təqdim olunub: 

... Hüseyn Cavidin ev-muzeyi tarixi əhəmiyyət kəsb edən qiymətli sənədlərlə, 

eksponatlarla zəngindir. Bunlar bizi böyük Cavid dünyasına yenidən qaytarır. 

Ümidvaram  ki,  bu  Cavid  ocağı  xalqımızın  tarixinin,  ədəbi  irsinin,  milli 

mənəvi dəyərlərinin gənc nəsillərə aşılanmasında misilsiz rol oynayacaqdır. 

 

   


 

 

 



 

 

 



Heydər Əliyev 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının 

Prezidenti. 

 

 

 

 

 

 

 

 

24 oktyabr 2002- ci il. 

 

Ekspozisiyanın  birinci  otağında  sıralanmış  vitrinlərdə  Hüseyn  Cavidin  əsrin 

ilk  onilliklərində  ərəb  və  latın  qrafikası  ilə  nəşr  edilmiş  “Bahar  şəbnəmləri”, 

“Keçmiş  günlər”,  “İblis”,  “Şeyx  Sənan”,  “Uçurum”,  “Topal  Teymur”, 

“Peyğəmbər”  və  sair  əsərləri  ilə  yanaşı  bəraətdən  sonra  işıq  üzü  görmüş  müxtəlif 

dillərdə  olan  kitabları,  Cavidin  həyatı  və  yaradıcılığı  ilə  əlaqədar  həm 

Azərbaycanlı, həmdə əcnəbi müəlliflərin əsərləri düzülüb.  

Cavidin  ev  muzeyinə  bu  dəhlizdən  başlayan  səyahətin  ilk  anından  görkəmli 

bəstəkar  Cahangir  Cahangirovun  şairin  “Xəyyam”  pyesinə  yazdığı  musiqi  astaca 

səslənir və bələdçinin sözlərini müşayiət edir. 

Muzeyə  səyahət  ekspozisiyanın  birinci  otağının  sağındakı  xatirə  otağına 

keçidlə davam edir. 

 

   


 

 

** 



 

 



** 

 

 



CAVİDİN ÖMRÜ 

Əsasən  şairin  bioqrafiyasını  və  sənət  taleyini  əks  etdirən  bu  otaq  sırf  xatirə 

mahiyyətlidir.  Ona  görə  də  tərtibat  nöqteyi-nəzərindən  tam  müasir  görümlü 

dəhlizdən  fərqli  olaraq  buranın  tərtibatında  20-30-cu  illərin  ovqatı  bütün 

qabarıqlığı ilə sezilməkdədir. 

Aparıcı  mətn:  1920-Cİ  İLDƏ  O  ZAMANLAR  “DARÜLMÜƏLLİMİN” 

ADLANAN  BAKI  MÜƏLLİMLƏR  SEMİNARİYASI  İŞƏ  BAŞLAYANDA 

MÜƏLLİMLƏRLƏ  TƏLƏBƏLƏR  BİR  AİLƏ  KİMİ  YAXIN  OLSUNLAR 

DEYƏ  ONLARIN  NEÇƏSİNƏ  BU  BİNADA  VƏ  HƏYƏTDƏ  MƏNZİLLƏR 

VERDİLƏR. 

PƏNAH 

QASIMOV, 



HÜSEYN 

CAVİD, 


CAMO 


Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə