131
şısındakına çatdırmağa nail olur: “Biz ölkəmizi bu ağır
mərhələdən keçirmək üçün, ölkəmizin ərazi bütövlüyünü
bərpa etmək üçün, işğal olunmuş torpaqlarımızı azad et-
mək üçün, ölkəmizdə demokratik prosesləri inkişaf etdir-
mək üçün, ölkəmizin dünya birliyində özünə layiq yer tut-
ması üçün, onu daha irəliyə aparmaq üçün daxilimizdə
olan birliyi, həmrəyliyi möhkəmlətməliyik.”
Birliyin, həmrəyliyin möhkəmləndirilməsi yolları ara-
sında ən mühümlərindən biri kimi, Ümummilli Lider milli
mənəvi dəyərlərin xalqın müxtəlif təbəqələri tərəfindən
üzvi şəkildə mənimsənilməsində görürdü və bu fikrini hər
yerdə təbliğ edərək, onun bəhrələrindən də məmnuniyyət
duyğusu ilə danışırdı. Elə yubliey nitqində olduğu kimi:
“Mən məmnuniyyətlə deyə bilərəm ki, son illər (1993-
1996-cı illər nəzərdə tutulur – G.B.) Azərbaycan dövləti-
nin qüdrətinin möhkəmlənməsi illəri olmuşdur. Son illər
Azərbaycanın daxilində ictimai-siyasi vəziyyətin sabitləş-
məsi illəri olmuşdur. Son illər insanların bir-birinə mü-
nasibətlərinin daha da mehribanlaşması, daha da inkişaf
etməsi illəri olmuşdur. Biz bunları öz nailiyyətlərimiz kimi
qiymətləndiririk. Amma eyni zamanda, Respublikanın
gələcəyi üçün bunları ilk addımlarımız hesab edirik və
ümidvaram ki, Məhəmməd Füzuli yaradıcılığı, onun nəsi-
132
hətləri, onun bizə bəxş etdiyi töhfələr və irs bizə bu yolda
uğurla getməyə kömək edəcəkdir...”
Ulu Öndərin böyük ümidləri boşa çıxmadı. Bu ümidlə-
rin ifadə edildiyi gündən keçən on yeddi il ərzində Azər-
baycan Respublikası onun özünün müəyyən etdiyi doğru
yolla uğurla addımlamağa imkan verdi, ölkəmizi dünya
birliyində layiq olduğu yüksək mövqelərə çıxardı. Əgər
keçən əsrin səksəninci illərində Heydər Əliyevin Sovet İt-
tifaqı Kommunist Partiyası Siyasi Bürosuna üzv seçilməyi
münasibətilə yazılmış bir beyti iqtibas etsək, aşağıdakı
sözləri qürurla səsləndirə bilərik: “Biz elə yüksəldik, elə
yüksəldik; Təhlükəsizlik Şurasından gəldi səsimiz!”
Bütün bunlar isə, Heydər Əliyevin qurşadığı Peyğəmbər
qılıcı və kitabının-müdafiə və iqtisadi qüdrətimizin, mənə-
vi-intellektual yüksəlişimizin sayəsində, onun ardıcılları və
davamçılarının vətəndaş qeyrəti nəticəsində baş vermişdir.
Dahiyanə şəkildə seçilmiş bu doğru yolun bundan sonra da
yüksələn xətlə davam edəcəyinə, Heydər Əliyevin atdığı
ilk addımların səsinin get-gedə güclənəcəyinə, düşmən qu-
lağını kar edəcəyinə heç bir şübhə yoxdur.
Və ona da heç bir şübhə yoxdur ki, bu yolun daha inam-
la qət edilməsində, bu yoldakı sıralarımızın sıxlığında
bizim klassik şair və yazıçılarımız, böyük fikir adamla-
133
rımız, bədii-intellektual sərvətimizin daşıyıcıları hər za-
man yardımçımız və yol göstərənimiz olacaqdır. Başqa
görkəmli klassiklərimizlə yanaşı böyük Hüseyn Cavidin
də yaradıcı bir şəxsiyyət kimi bu sırada önəmli yer tutaca-
ğına heç bir şübhə yoxdur.
İqtisadi və siyasi qüdrəti get-gedə artan Azərbaycanın
öz klassiklərinin ölməz əsərlərini müxtəlif dillərə tərcümə
edərək dünya miqyasına çıxaracağına və onların yüksək
humanist dəyərlərindən təkcə xalqımızın deyil, bütün mü-
tərəqqi bəşəriyyətin də mədəni-mənəvi yöndən faydalana-
cağına da heç bir şübhə olmasın gərək.
134
SÖZARDI
Minillik zəngin humanist ənənələrə malik olan, dünya
ədəbiyyatının ayrılmaz tərkib hissəsi kimi şöhrət tapmış
Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi ən gör-
kəmli nümayəndələrindən biri-romantik şair və dramaturq,
filosof Hüseyn Cavid onilliklər boyu Heydər Əliyevin
yüksək qiymətləndirdiyi, yaradıcılığına böyük ehtiram və
diqqətlə yanaşdığı, daim təbliğ və təşviq etdiyi sənət-
karlardan biridir. Cavid yaradıcılığı ilə hələ Naxçıvanda
orta məktəbdə oxuyarkən tanış olmuş Heydər Əliyev
1981-ci ildə keçmiş Azərbaycan KP MK-nın Birinci katibi
olarkən Hüseyn Cavidin anadan olmasının 100 illiyinin
geniş miqyasda keçirilməsi barəsində qərar qəbul edilmə-
sinə nail olmuşdu. Heç şübhə yoxdur ki, klassik Azərbay-
can ədəbiyyatının bir sıra başqa nümayəndələri barəsində
135
çıxarılan qərarlar kimi bu yüksək dövlət sənədinin də əsas
müəllifi və ilhamvericisi o zaman respublikaya rəhbərlik
edən, ədəbiyyatımızın, tariximizin gözəl bilicisi və qayğı-
keşi Heydər Əliyev idi.
Ədəbiyyatdan tamamilə uzaq bir sahədə çalışan Heydər
Əliyev respublika rəhbərliyinə gəldiyi ilk günlərdən özünü
mədəniyyət və mənəviyyat sahəsinin mahir bilicisi kimi
göstərdi. Onun keçmiş Azərbaycan SSR-ə rəhbərlik etdiyi
on dörd il ərzində ölkəmiz yalnız iqtisadi cəhətdən çiçək-
lənmədi, həm də əvvəlki onilliklərdə qət edə bilmədiyi
sürətli və çoxcəhətli mədəni inkişaf yolu keçdi. Əslində
həmin dövrdə Azərbaycanın iqtisadi qüdrətinin artırılması
da nəticə etibarı ilə onun təhsilinin, səhiyyəsinin, mədəniy-
yətinin inkişafına geniş stimul yaradırdı. Keçmiş SSRİ-nin
banisi və baş ideoloqu Leninin saymazyana bir tərzdə
"partiya işinin təkərciyi və vintciyi" elan etdiyi ədəbiyyat
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət
siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Bu illərdə
ədəbiyyata dövlət qayğısı yeni vüsət aldı, nəşriyyatlar
şəbəkəsinin genişləndirilməsi, qəzet və jurnalların tirajının
artması, teatr və kinonun inkişafı, Azərbaycan ədəbiyya-
tının təbliği sahəsində görülən işlər nəticə etibarı ilə milli
mədəniyyətimizin nəinki keçmiş Ümumittifaq səviyyəsin-
136
də, həm də beynəlxalq miqyasda tərcümə edilməsinə, ta-
nınmasına və sevilməsinə yol açdı.
Bu dövrdə klassik Azərbaycan ədəbiyyatının nəşri sahə-
sində xüsusilə böyük işlər görüldü. Yuxarıda artıq qeyd
etdiyimiz kimi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah
İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov,
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy
Haqverdiyev, Nəriman Nərimanov və b. klassik müəl-
liflərin əsərləri yeni çoxcildliklər şəklində çap olundu.
Bu şair və yazıçıların əsərlərinin ruscaya və xarici dillərə
tərcüməsinə diqqət artırıldı. Heydər Əliyevin şəxsi təşəb-
büsü və fəal müdaxiləsi ilə Moskvada, "Xudojestvennaya
literatura" nəşriyyatında Nizami Gəncəvinin əsərlərinin
nəfis beşcildliyi buraxıldı. Klassiklərimizin ədəbi irsinin
rus dilinə və keçmiş SSRİ xalqlarının, habelə xarici ölkə
xalqlarının dillərinə tərcüməsi, Azərbaycanda keçirilən
dil və ədəbiyyat günləri və keçmiş sovet respublikalarında
keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti dekada-
ları yüz minlərlə adamın xalqımızın qədim mədəniyyəti,
təkrarsız söz sənəti inciləri ilə tanış olmasına imkan yarat-
dı. Keçən əsrin 70-ci illərinin ortalarında Moskvada "Proq-
res" nəşriyyatında ingilis və fransız dillərində çap olunan
Azərbaycan ədəbiyyatı antologiyalarının böyük bir qismi
137
söz sənətimizin klassik mərhələsini özündə ehtiva edirdi.
Nəhayət, bu dövrdə Azərbaycan ədəbiyyatının xaricdəki
dostları ölkəmizə daha tez-tez gəlir və xalqımız, mədə-
niyyətimiz haqqında həqiqətlərin yayılmasına yardım gös-
tərirdilər. Şübhəsiz ki, bütün bunlar ilk növbədə respub-
likanın birinci şəxsinin humanitar sahəyə, ədəbiyyat və
mədəniyyətə diqqətinin nəticəsi idi.
Artıq yuxarıda da qeyd etdiyimiz kimi, 80-ci illərin
ikinci yarısında biz tamamilə əks proseslərin getdiyinin
şahidi olduq. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdi-
yi dövrdəki ədəbi yüksəliş, mədəni inkişaf tədricən öz
yerini tənəzzül və geriləməyə verdi. Ədəbiyyatımızın klas-
sik və müasir nümayəndələrinin yubileylərinin keçirilməsi,
yaradıcılıqlarının öyrənilməsi, əsərlərinin nəşri başlı-başı-
na buraxıldı, mənəvi tərbiyə sahəsindəki uzaq hədəfli və
düşünülmüş siyasət öz yerini hərcmərcliyə və tələsik ha-
zırlanmış spontan tədbirlərə verdi. Özlərinin iddia etdikləri
kimi, xalqın içindən çıxan, demokratik düşüncənin daşıyı-
cıları sayılan, ən başlıcası isə, liderlərinin əksəriyyəti hu-
manitar sahənin mütəxəssisləri olan birillik Azərbaycan
Xalq Cəbhəsi nümayəndələrinin hakimiyyəti dövründə də
Heydər Əliyevin yaratdığı ənənələri dirçəltmək və davam
etdirmək sahəsində elə bir mühüm addım atılmadı. Əksinə,
138
bu dövrdə bir tərəfdən bəzi görkəmli ziyalılara əsassız
hücumlar başlandı, o biri tərəfdən isə ədəbiyyata heç bir
dəxli olmayan neobolşevik əhvali-ruhiyyəli təzə peyda
olmuş azsavadlı və cahil "ideoloqlar" Azərbaycan xalqının
əsrlər boyu yaratdığı ədəbi-mədəni irsini, onun görkəmli
şəxsiyyətlərini öz "partiya" mövqelərindən təftişə girişdi-
lər.
Tarix qəribə bir şəkildə təkrar olunmağa başladı – bir
fərqlə ki, proletkultçuların yerini “cəbhəkultçular” tutdu-
lar. Kütlənin qabarmasından üzə çıxan çör-çöp və tullantı
müvəqqəti də olsa, özünü rəhbər xəyal edərək, kütlənin ne-
çə onillərdən bəri yığılıb qalmış kin-küdurətini püskürmə-
yə başladı. Təbiətdə bunu vulkanların kortəbii püskürməsi
ilə müqayisə etmək olar. Eynilə kütlə də vulkan kimi
kortəbii və dağıdıcı bir qüvvədir və əgər Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəlməyi bir qədər də geciksəydi,
bəlkə də bu dağıdıcı proseslərin qarşısını almaq mümkün
olmayacaqdı. Hər halda, Ümummilli Liderin vaxtında dö-
nüşü də Azərbaycanın bir şansı sayılmalıdır.
Ulu Öndər vaxtında dönüşü ilə təkcə Azərbaycan
dövlətçiliyini xilas etmədi, həm də mənəvi-mədəni deqra-
dasiyanın qarşısını aldı, milli-mədəni simamızı, klassik-
lərimizi, mədəni dəyərlərimizi özümüzə qaytardı ki, bun-
139
lardan biri də, heç şübhəsiz, Hüseyn Cavid irsi idi.
Bəla və dəhşət burulğanının tam kənarında dayanan
Azərbaycana xilas qurşağını atan, onu bu girdabın cən-
gindən qurtaran məhz Heydər Əliyev oldu. Heydər Əliyev
ikinci dəfə qayıdarkən Azərbaycanın düşdüyü durumu
Hüseyn Cavidin keçən əsrin 20-ci illərində qələmə aldığı
“Peyğəmbər” dramındakı Peyğəmbər obrazının ilk mono-
loqlarından birində təsvir etdiyi vəziyyətlə müqayisə et-
mək mümkündür:
Öylə bir əsr içindəyim ki, cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də tanrıdan insan,
Küfrü haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız…
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız.
Gülüyor nurə daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çignənib duruyor.
140
Elə keçən əsrin 90-cı illərinin əvvəllərində də “küfrü
haq, cəhli mərifət sanan”, zülmətdə dayanıb, nura qəhqəhə
çəkməklə öyünən, haqqı və ədaləti ayaqlar altına salan bir
qrup yarımsavadlı dövlət başçıları haq və mərifət məbədi
olan, Heydər Əliyevin “Azərbaycanın milli sərvəti” adlan-
dırdığı Elmlər Akademiyasını bağlamaq istəmirdimi? Və
bu sərvəti xilas edən Azərbaycanın o zamankı Peyğəmbəri
Heydər Əliyev olmadımı? Azərbaycanın düşdüyü ekstre-
mal vəziyyətdə Heydər Əliyev susa bilməzdi və Hüseyn
Cavid əsərindəki Mələk də durumun ciddi olduğu bir
zamanda Peyğəmbərin susmasını tarixi bir ziyan, tarixin
ədalətli gedişinin pozulması adlandırırdı:
Əvət, gözlər kordur, qulaqlar sağır,
Vicdanlar qabadır, tənələr ağır.
Fəqət sağır qulaqları açmalı,
Dikənli yollara güllər saçmalı…
…Ey böyük yalavac, inan ki, sussan,
Bəsbəlli tarix görür böyük ziyan.
Deməli, Hüseyn Cavidin Peyğəmbəri tarixi yenidən ya-
ratmaq, onun görəcəyi ziyanı aradan qaldırmaq missiyasını
öz üzərinə götürmüşdür. Eyni missiyanı 1993-cü ildə Hey-
dər Əliyevin də Azərbaycan üçün öz çiyinlərinə götür-
141
düyünü və şərəflə daşıdığını görməmək olmaz. Əsərdəki
Mələk obrazı da müqayisə üçün maraqlı material verir.
Belə ki, Mələk – Peyğəmbərin vicdanının maarifçi səsidir.
Simvolik olaraq Mələyin Peyğəmbərə diktə etdiyi missiya
əslində onun özünün daxili səsinin diktə etdikləridir.
Ölkəsini və xalqını xilas etməyə qalxışmış Heydər Əliye-
vin də belə bir Mələyi – saf vicdanı və vətənpərvərlik qey-
rəti var idi, bunlardan güc alaraq bərabər olmayan döyüşə
atılanda hətta dünyada hər şeydən əziz olan həyatını da
verməyə hazır idi. Məslək uğrunda, ideya uğrunda, ülvi
amallar uğrunda döyüşə atılanlar üçün cismani həyat o
qədər də böyük önəm daşımır. Bu da maraq doğurur ki, öz
həyatlarına o qədər də əhəmiyyət verməyən bu cür dahi
şəxslər başqalarının həyatı üstündə əsir, hər bir insanı
tanrının bəxş etdiyi ən gözəl nemət olan həyatdan doya-
doya bəhrələnmək hüququnu təmin etmək üçün əllərindən
gələni edirlər. Yenə də “Peyğəmbər”ə müraciət edərək,
Baş rəisin dilindən verilmiş və bütün azərbaycanlıların əz-
bər bildiyi məşhur beyti xatırlayaq:
Kəssə hər kim dökülən qan izini,
Qurtaran dahi odur yer yüzini.
Heydər Əliyev də hakimiyyətə gəlişi ilə neçə ildən bəri
142
davam edən və hər gün qan izi ilə ürəkləri dağlayan müha-
ribədə sülh əldə etməyə nail oldu, qan izini kəsərək, şəhid
analarının göz yaşlarını qurutdu, bu baxımdan da Cavid
qəhrəmanına bənzərlik əldə etdi.
Əslində “Nəticə” kimi nəzərdə tutduğumuz bu “Sözar-
dı”nda söz sözü çəkdi və bir də ayılıb gördük ki, Heydər
Əliyev və Hüseyn Cavid bağlarının yeni bir dəstini araş-
dırmaqdayıq. Yanlış da bir naxışdır, deyiblər və bu yanlışı-
mız üçün qətiyyən təəssüflənmirik. İki dahinin yaradıcı-
lığında (yeri gəlmişkən, Heydər Əliyevin çoxcəhətli yara-
dıcılığına da xüsusi bir tədqiqat əsri həsr etmək günümü-
zün aktual problemlərindən biridir!) bu qədər kəsişən nöq-
tələrin olması, əlbəttə ki, təkcə tipoloji bənzərliklə izah
edilə bilməz. Buradakı bənzərlik daha çox genetik, milli-
psixoloji, eyni torpaqdan doğulmuş, eyni minerallardan
təşkil olunmuş, eyni hava ilə nəfəs almış iki insanın təbii
və zəruri bənzərliyidir. Sağlıq olsa, bu yarımfəsildə tezis
kimi qeyd etdiyimiz, ötəri toxunduğumuz bir çox maraqlı
mətləblərə yenidən qayıtmaq və bu problemə ayrıca bir
elmi-tədqiqat işi həsr etmək niyyətimizi də gizlətmək
istəməzdik.
Nəticə olaraq isə yalnız onu qeyd etməklə kifayətlənirik
ki, bəlkə də dünyada Heydər Əliyev və Hüseyn Cavid
143
mövzusu kimi, hökmdar və şair mövzusunun analoqu
yoxdur, çünki adamın çətin ağlı kəsir ki, hər hansı ölkənin
başçısı öz klassikinə bu qədər dərin və möhkəm bağlarla
bağlı olsun…
Şübhəsiz ki, bu mövzuya gələcəkdə də sanballı mono-
qrafiya və kitablar həsr ediləcəkdir. Biz isə ilk addımı atdı-
ğımız üçün hər iki dahinin ruhu qarşısında duyduğumuz
qüruru gizlətmək fikrində deyilik.
144
QEYDLƏR ÜÇÜN
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
_______________________________________________
Dostları ilə paylaş: |