AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
HÜSEYN CAVİDİN EV MUZEYİ
Ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunur
GÜLBƏNİZ BABAXANLI
HEYDƏR ƏLİYEV
VƏ HÜSEYN CAVİD
Bakı-Proqres- 2013
2
UOT: 82-121 (3-05)
Redaktor:
Aybəniz Əliyeva-Kəngərli
Filologiya üzrə elmlər doktoru
Gülbəniz Babaxanlı. Heydər Əliyev və Hüseyn Cavid.
Bakı, Proqres, 2013, 160 s.
Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının bu kitabında
dahi sənətkar Hüseyn Cavid irsinə Ümummilli lider Heydər Əliyevin göstər-
diyi diqqət və qayğıdan bəhs olunur. Ulu öndərin mədəniyyət siyasətinin
açıqlanması kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çev-
rilir.
Ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
ISBN: 978-9952-8207-8-2
© Gülbəniz Babaxanlı, 2013
3
İKİ ƏBƏDİYYƏT
(ÖN SÖZ YERİNƏ)
eyirlər, bir alimdən soruşurlar ki, əbədiyyət
nədir? Alim çox çalışır ki, elmi terminlərlə
əbədiyyətin nə olduğunu başa salsın, ancaq
bir şey çıxmır. Axırda deyir:
- Almazın nə olduğunu bilirsinizmi?
Deyirlər ki, hə, bilirik, dünyada ən bərk şeydir. Onda
alim bir də soruşur:
- Bəs dünyadakı ən böyük dağı tanıyırsınızmı?
Deyirlər ki, hə, tanıyırıq – Everestdir.
Alim deyir:
- Onda təsəvvür edin ki, Everest tamam almazdandır.
D
4
Hər min ildən bir sərçə boyda zəif bir quş gəlib həmin
almaz dağın başına qonur və cəmi bir dimdik vuraraq uçub
gedir. Bir də min ildən sonra qayıdıb eyni işi görür. Bax,
həmin almaz dağı həmin quş dimdikləyib qurtarandan
sonra əbədiyyətin bir anı keçəcək...
Pritçadakı alimin dediyi hələ cəmi bir əbədiyyətin bir
anıdır. Onda gör, iki əbədiyyəti necə təsəvvürə sığışdırmaq
olar: Heydər Əliyev əbədiyyəti və Hüseyn Cavid əbədiy-
yəti. Bu iki əbədiyyətin birliyindən, vəhdətindən danışılır
bu kitabda. Azərbaycanın iki qürur qaynağından, bütövlük-
də Türk dünyasının, insanlığın iki qürur qaynağından bəhs
açılır. Və o da maraq doğurmaya bilmir ki, bu iki əbədiy-
yəti bir-birinə bağlayan ən möhkəm tellərdən biri də məhz
ədəbiyyatdır.
Bu nədir, sadəcə bir təsadüfmü? Sözlərin səslənişin-
dəki ilginc yaxınlıqmı? Hər halda, burada bir hikmət də
olmamış deyildir. Çünki hər iki dahi bəşər həyatında
ədəbiyyatın roluna yüksək qiymət vermiş, insanlığın ərsə-
yə gətirdiyi ən böyük milli-mənəvi dəyərlər sırasına daxil
etmişlər. Böyük Hüseyn Cavid 1915-ci ildə “Açıq söz”
qəzetində dərc ertdirdiyi “Müharibə və ədəbiyyat” məqa-
ləsində öz vətənpərvər-proqressiv fikirlərini belə ifadə
edirdi: “...Tələbə və talibələr ikmali-təhsildən sonra bir də
5
kəndi filosofları, ədibləri tərəfindən yazılmış əsərləri mü-
taliəyə başlarlar. Şübhəsiz ki, ən faydalı düşüncələr, ən
ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə
əldə edilə bilir... Bir gənc bir şeir, bir hekayə, bir roman,
bir tarix, bir faciə oquyacaq olursa, dərhal kəndisinə ruh-
daş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bə-
yənir və o ruhda yaşamağa yeltənir və o məsləkdə yaşa-
maq istər və bu yazılan əsərlər isə, adəta aləmşümul bir
müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə
başlar.”
Dədə qorqudlar, nizamilər, füzulilər, cavidlər yurdu-
nun dahi yetirməsi olan, bu böyük müəllimlərin əsərlərin-
dəki humanist, vətənpərvər ideyalardan tərbiyə alan Hey-
dər Əliyev də ədəbiyyata çox böyük önəm verən və yeri
gəldikcə bu bəşəri təfəkkür sahəsinin inkişafına əlindən
gələn yardımı əsirgəməyən dünya şöhrətli bir siyasət ada-
mı, bir diplomat, bir ensiklopedik zəka sahibi kimi tanın-
mışdır. Onun ədəbiyyat, ədəbiyyatın bəşər tarixində oyna-
dığı mütərəqqi rol barədə müdrik fikirləri çoxdur. Elə bili-
rəm ki, həmin fikirlərdən birini bir daha səsləndirmək yeri-
nə düşər. Ədəbiyyata, mədəniyyətə milli özünüifadə, özü-
nütəsdiq vasitələrindən biri kimi yüksək önəm verən
Ümummilli Lider, bu obrazlı-intellektual fəaliyyət sahə-
6
sinin xüsusən ideoloji-informativ mübarizədə əvəzsiz rola
malik olduğunu təkidlə vurğulayırdı. Hüseyn Cavidin yu-
xarıda örnək gətirdiyimiz sözlərindən səksən il sonra Hey-
dər Əliyev öz böyük sələfi ilə həmfikir, həmməslək, həmə-
qidə olduğunu öz dərin mənalı sözləri ilə bir daha təsdiq
edirdi: “...Biz daim çalışmalıyıq ki, Azərbaycan xalqını
dünyaya daha yaxından tanıdaq. Qoy bilsinlər ki, xalqımı-
zın çoxəsrlik, zəngin tarixi mədəniyyəti var. Bilsinlər ki,
Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimi-
zin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə
əsaslanır. Bu ona görə lazımdır ki, hamımıza məlum olan
düşmən qüvvələr həmişə sübut etməyə çalışmışdır ki,
Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü
yoxdur. Şübhəsiz ki, bu cəfəngiyatdır. Bəzən buna heç ca-
vab vermək istəmirsən. Lakin xalqımıza düşmən olan,
qəsd etmək istəyən dairələr, qüvvələr, bəzən də millətlər
respublikamızı parçalamaq, onun ərazisini qəsb etmək is-
təyənlər əvvəllər də çalışmışlar və indi də çalışırlar sübut
etsinlər ki, guya Azərbaycan xalqı tarixi köklərə malik
olan bir xalq deyildir.
Ona görə də Füzuli kimi şəxsiyyəti dünyaya bir
daha tanıtmaqla onun necə böyük şair, mütəfəkkir, filosof
olduğunu və dünya mədəniyyətinə nə qədər töhfə verdiyi-