Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   2   3   4   5   6   7   8   9   ...   29

 

27 

 

üzvü  Teymur  Kərimli  və  professor  Vilayət  Quliyev  Ulu 

Öndərin  bu  sahədəki  fəaliyyətini  kifayət  qədər  dərindən 

araşdırmağa  çalışmış  və  təbii  ki,  bu  dahi  şəxsiyyətə  mə-

həbbətləri  sayəsində  bu  ülvi  məqsədlərinə  nail  olmuşlar. 

Xüsusi  halda,  bizim  mövzumuzla  bilavasitə  əlaqəsi  oldu-

ğuna  görə,  Heydər  Əliyevin  Cavid  irsinə  göstərdiyi  mə-

həbbət  və  qayğının  yüksək  səviyyədə  elmi  təhlili  razılıq 

doğurmaya bilmir. 

Ancaq,  əslinə  qalanda  Heydər  Əliyev  və  Azərbaycan 

ədəbiyyatı  problemini  ən  müxtəlif  rakurslardan  işıqlan-

dırmaq  mümkündür  ki,  onlar  arasında  ən  önəmlilərindən 

biri də Ümummilli liderimizin mesenatlıq fəaliyyəti, ədəbi 

irsimizə  -  istər  klassikamıza,  istərsə  də  çağdaş  sənətkar-

lara, xüsusilə, ədəbi gəncliyə və bütövlükdə dünya ədəbiy-

yatının ayrılmaz tərkib hissəsi olan  Azərbaycan ədəbiyya-

tının  inkişafına,  nəşrinə  və  təbliğinə,  dünyada  layiqincə 

tanıdılmasına  göstərdiyi  böyük  himayədarlıqdır.  Bu  ba-

xımdan Heydər Əliyevin böyük ədəbiyyat sevgisi haqqın-

da  danışmamaq  mümkün  deyildir.  Ancaq  aydındır  ki,  bu 

sevgi, abstrakt  şəkildə ədəbiyyata deyil,  konkret sənətkar-

ların  yaradıcılığına,  bu  irsdə  öz  əksini  tapmış  yüksək 

mədəni-mənəvi dəyərlərə yönəlmişdir. 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbiy-



 

28 

 

yatının  nəşrinə  və  təbliğinə  ayırdığı  böyük  qayğı  ilk  növ-

bədə özünü klassik ədəbi abidələrin timsalında göstərir. İlk 

dəfə respublika rəhbərliyinə gəldiyi 1969-cu ildən 2003-cü 

ilə kimi, yəni bir qərinədən artıq tarixi dövr ərzində klassik 

ədəbi-mədəni  irsin  öyrənilməsi,  təbliği,  nəşri,  qlobal 

səviyyədə tanıdılması və bununla da Azərbaycan xalqının, 

Azərbaycan  Respublikasının  dünya  səviyyəsində  layiq 

olduğu  yüksək  mövqeyin  bərqərar  edilməsi  bir  an  belə 

Heydər  Əliyevin  diqqətindən  kənarda  qalmayıb.  Haki-

miyyətə  gəldiyi  ilk  aylardan  mənəvi  mədəniyyət  və  ədə-

biyyat məsələlərini prioritet sahələrdən biri kimi müəyyən-

ləşdirən  ulu  öndər  1969-cu  ilin  noyabrında,  Azərbaycan 

Dövlət  Universitetinin  50  illiyi  münasibəti  ilə  söylədiyi 

proqram səciyyəli nitqində qarşıda duran mədəniyyət siya-

sətinin əsas tezislərini belə ifadə etmişdi:  

“Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin 

ən  yaxşı  ənənələri  Azərbaycan  Dövlət  Universitetində  in-

kişaf  etdirilmişdir.  Məşhur  filosof  Əbülhəsən  Bəhmən-

yarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom 

Nəsirəddin  Tusinin  və  dahi  lirik  şair  Füzulinin,  orta  əsr-

lərin  böyük  alimi  Rəşidəddinin  və  üsyankar  şair  Nəsimi-

nin,  tarixçi  Abbasqulu  ağa  Bakıxanovun  və  realist  yazıçı 

Mirzə  Fətəli  Axundovun,  görkəmli  satiriklərdən  Mirzə 




 

29 

 

Ələkbər  Sabirin,  Cəlil  Məmmədquluzadənin  və  bir  çox 

başqalarının  adları  bu  mədəniyyətin  çoxəsrlik  tarixinin 

bəzəyidir.  

Biz  Azərbaycan  xalqının  bu  və  bir  çox  digər  görkəmli 

oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və 

özbaşınalıq şəraitində  Azərbaycan xalqının ictimai fikrini, 

elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuş-

lar.” 

Azərbaycan  Respublikasına  33  illik,  yəni  bir  qərinəlik 



rəhbərliyi  dövründəki  fəaliyyətində  yuxarıdakı  tezisdən 

çıxış  edən  Ümummilli  Lider,  ölkəmizin  şanlı  tarixinin 

müxtəlif sahələrində əbədi iz salmış bir çox başqa əməlləri 

ilə  yanaşı,  “mədəniyyətimizin  çoxəsrlik  tarixinin  bəzəyi” 

(Heydər  Əliyev)  olan  böyük  klassiklərimizin  ölməz  irsinə 

özünə layiq və klassiklərə layiq səviyyədə göstərdiyi qayğı 

və diqqətə görə də, qədirbilən Azərbaycan xalqının ürəyin-

də  öz  əbədi  heykəlini,  yıxılmaz  mücəssəməsini  ucaltmış-

dır.  Nə  qədər  ki,  Yer  üzərində  Azərbaycan  adlı  gözəl  bir 

diyar  var,  nə  qədər  ki,  Azərbaycanda  şirin  ana  dilimizin 

rəvacı  və  zənginləşməsi  yolunda  qeyrətlə  çalışanlar  var, 

qədirbilən  insanların  ürəklərində  ucaldılmış  bu  möhtəşəm 

heykəli heç bir qüvvə yıxa bilməz, heç bir bədxah onun bir 

zərrəsinə  belə  sədəmə  toxundura  bilməz.  Çünki  bu 



 

30 

 

heykəlin bünövrəsi ümumxalq məhəbbəti adlanan əzəmətli 

bir qüvvəyə söykənməkdədir.  

Heydər Əliyevin klassik ədəbiyyatımıza, onun ayrı-ayrı 

şəxsiyyətlərinə,  bu  ədəbiyyatın  təbliğ  və  təşviqinə,  bütün 

dünyada  qlobal  bəşəri  dəyər  kimi  tanıdılmasına,  yüksək 

elmi  səviyyədə  tədqiqinə  və  gələcək  nəsillərə  çatdırı-

lmasına yönəlmiş təmənnasız xidmətlərini kiçik bir yazıda 

layiqincə  və  yetərincə  qiymətləndirmək  çox  çətindir  və 

bəlkə  də  imkansızdır.  Bu  xidmətlərdən  bəzilərinə  toxun-

maqda  bizim  başlıca  məqsədimiz,  sadəcə  olaraq,  tədqiq 

etdiyimiz mövzuya, yəni Heydər Əliyev və Hüseyn Cavid 

mövzusuna  yığcam  bir  giriş  şəklində  bu  barədə  fikir-

lərimizi qısa xülasə etmək idi. Bu xülasənin işığında yenə 

də  Heydər  Əliyevin  Hüseyn  Cavid  yaradıcılığına  münasi-

bətinin bəzi yönlərini araşdırmaq istərdik. Hər iki dahinin 

ruhu  bizə  yardımçı  olsun!  Necə  ki,  bu  yardımı  ürəyində 

vətən  və  xalq  məhəbbəti  gəzdirən  hər  bir  azərbaycanlı 

gündəlik  həyatında  və  fəaliyyətində  həmişə  hiss  et-

məkdədir.  

 

 

 



 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə