Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   2   3   4   5   6   7   8   9   ...   29

 

23 

 

Füzulinin,  Vaqifin,  Mirzə  Fətəli  Axundovun,  Hüseyn  Ca-

vidin,  yaxud  digərlərinin  əsərlərinin  heç  birisi  asanlıqla 

yaranmayıb. Heç də hamı bilmir ki, bu əsərlərin yaranması 

üçün  onlar  nə  qədər  zəhmət,  əziyyət  çəkiblər,  nə  qədər 

fədakarlıq göstəriblər.” 

Ədəbiyyatın  cəmiyyət  həyatında,  mədəni-mənəvi  inki-

şaf və kamilləşmədə oynadığı müstəsna rolu xüsusi qabar-

dan  Ümummilli  Lider  konkret  tarixi  situasiyalarda  onun 

təsir  mexanizmini  də  konkret  ədəbi  abidələrin  timsalında 

göstərirdi.  “Kitabi-Dədə  Qorqud”  dastanlarının  1300  illik 

yubileyi  ərəfəsində  Heydər  Əliyevin  söylədiyi  dahiyanə 

fikirlər bu baxımdan çox səciyyəvi sayılmalıdır. Nitqlərin-

də  Heydər  Əliyev  ədəbiyyata,  ölməz  milli-mənəvi  dəyər-

lərə nə qədər dərindən bələd olduğunu bir daha sübuta ye-

tirirdi. 

Heydər  Əliyevin  müstəqillik  illərində  dinə,  daha  doğ-

rusu,  dini-mənəvi  dəyərlərimizə  verdiyi  böyük  önəm  də 

onun  həyat  və  fəaliyyət  mövqeyinin,  prinsiplərinin  müəy-

yənləşməsində və formalaşmasında ülvi bir meyar olub ki, 

titanik  fəaliyyəti  boyu  hər  şeyi  bu  meyara  uyğunlaşdırıb. 

Hətta lazım gəldikdə dissident olmaqdan belə geri durma-

yıb. 1997-ci ilin noyabrında Azərbaycan Yazıçılar Birliyi-

nin  X  qurultayında  söylədiyi  nitqində  bu  etirafı  dilinə 



 

24 

 

gətirən Ulu Öndər deyirdi:  

“1969-cu  ildən  başlayaraq  1987-ci  ildə  istefaya  getdi-

yim  zamanadək  kommunist  partiyasında  ən  böyük  dissi-

dentlərdən  biri  mən  olmuşam.  Heç  də  təsadüfi  deyil  ki, 

kommunist partiyasına o qədər xidmət edən bir adam – yə-

ni  mən  həqiqətən  kommunist  partiyasına  xidmət  etmişəm 

– 1990-cı ilin yanvar hadisələrindən sonra kommunist par-

tiyasını  tərk  etmişəm.  Azərbaycanda  bunu  etməyə  adi 

adamların  cəsarəti  çatmadı.  Amma  mən  böyük  çətinliklər 

içərisində və böyük təhlükə altında  kommunist partiyasını 

tərk etdim. Mən adi tərk etmədim, mənim bu barədə bəya-

natım  qəzetlərdə  dərc  olunub,  oxumusunuz.  Mən  ittiham 

verdim, bildirdim ki, nəyə görə kommunist partiyasını tərk 

edirəm. Ümumiyyətlə, mən nə etmişəmsə, hamısını şüurlu 

etmişəm.  Heç  bir  şeyi  şüursuz  etməmişəm.  Bütün  keç-

mişimə,  həyatıma  görə,  bütün  gördüyüm  işlərə  görə  də 

heyfsilənmirəm. Hesab edirəm ki, hamısını xalqın naminə, 

millətin  naminə  və  doğma  Azərbaycanın  naminə  etmi-

şəm.”  


Belə bir aydın həqiqəti bəlkə bu yuxarıda örnək gətirdi-

yimiz fikirlə bağlı bir daha təkrar etmək lazımdır ki, Hey-

dər  Əliyevin  bütün  maraqları  Azərbaycanın,  Azərbaycan 

xalqının mənafeyi, rifahı, firavanlığı, azadlığı, xoşbəxtliyi, 




 

25 

 

dünya xalqları arasında öz layiqli yerini tutması ilə müəy-

yən  olunurdu.  Və  bütün  bunlara  xidmət  edən  nə  vardısa, 

Heydər Əliyevin prinsiplərini, həyat və fəaliyyət mövqeyi-

ni  müəyyənləşdirirdi.  Bütün  ömrünü  uf  demədən  xalqının 

yolunda sərf etməyi həyat tərzi kimi qəbul edən Ulu Öndər 

elə belə də olmalıdır. 

Heydər  Əliyevin  klassik  ədəbiyyatla  bağlı  mülahizələri 

və  proqram  xarakterli  nitqləri  bundan  öncə  də  ədəbiyyat-

şünas  alimlərin  diqqətini  cəlb  etmiş  və  bu  haqda  sanballı 

elmi  tədqiqatlar  aparılmışdır.  Heydər  Əliyev  diplomatiya 

və idarəçilik məktəbinin son nümayəndələrindən biri olan, 

görkəmli ədəbiyyatşünas alim, professor Vilayət Quliyevin 

ümumilikdə  ensiklopedizmə  yad  olan  XX  əsrin  azsaylı 

ensiklopedik  zəkalarından  biri  kimi  qiymətləndirdiyi  ulu 

öndər  haqqında  aşağıdakı  sözlərində  də  dərin  səmimiyyət 

və heyranlıq duyğuları özünü aydın şəkildə büruzə verir: 

“Heydər  Əliyevin  az  qala  hər  gün  yeni  nümunələrlə 

zənginləşən  ensiklopedist  qənaətlərində  ədəbiyyatla  bağlı 

fikir  və  mülahizələr  xüsusi  yer  tutur.  Mübaliğəsiz  demək 

olar  ki,  məktəb  şagirdi    kimi  yazıb-oxumağı  öyrəndiyi 

dövrdən bu günə kimi (oçerkin yazıldığı 1997-ci il nəzərdə 

tutulur  –  G.B.)  Azərbaycan  ədəbiyyatı  Prezidentimizin  ən 

etibarlı  yol  yoldaşı  olmuşdur  və  olaraq  qalır.  Təsadüfi 



 

26 

 

deyil ki, o özü də dəfələrlə bir şəxsiyyət kimi formalaşma-

sında, mənəvi cəhətdən kamilləşməsində doğma ədəbiyya-

tın əvəzsiz rol oynadığını etiraf edib. Yenə də mübaliğəsiz 

demək  olar  ki,  Azərbaycan  ədəbiyyatının  bütün  dövrləri, 

bütün şəxsiyyət və hadisələri Heydər Əliyev üçün eyni də-

rəcədə  doğma  və  yaxın  olmuş,  onu  eyni  dərəcədə  maraq-

landırmışdır.  O,  folklor  haqqında  da,  klassik  və  müasir 

ədəbiyyatın  tanınmış  nümayəndələri  barəsində  də  eyni 

sərbəstliklə  mülahizə yürüdür.  İşinin həddindən artıq çox-

luğuna,  vaxtının  və  imkanlarının  son  dərəcə  məhdud-

luğuna baxmayaraq ədəbi inkişafın müasir mərhələsi, yeni 

və ən yeni ədəbi gəncliyin problem və qayğıları ilə maraq-

lanır.  Deməyə  ehtiyac  yoxdur  ki,  çağdaş  Azərbaycan  ya-

zıçılarının  müxtəlif  nəsilləri  də  Heydər  Əliyevin  şəxsində 

ən  tələbkar  oxuçu  və  tənqidçilərini,  ədəbiyyatın  ən  yaxın 

dostunu  və  təəssübkeşini  görürlər.”  (Heydər  Əliyev  və 

Azərbaycan ədəbiyyatı, səh. 39-40) 

Xüsusi  halda,  iki  nəşri  işıq  üzü  görmüş  və  2011-ci  il 

nəşri  müstəqil  Azərbaycan  Respubikasının  ilk  Dövlət 

Mükafatına  layiq  görülmüş  “Heydər  Əliyev  və  Azər-

baycan  ədəbiyyatı”  kitabında  Ümummilli  Liderin  klassik 

ədəbiyyatla  bağlılıqlarına  geniş  həcmli  bir  bölmə  həsr 

edilmişdir.  Bölmənin  müəllifləri  –  AMEA-nın  müxbir 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə