Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə112/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   108   109   110   111   112   113   114   115   116

 
445
Qəhvənin minerallı maddələri onun botaniki növlərindən, 
sortundan  və  yetişdiyi  bölgənin  torpaq-iqlim  şəraitindən 
asılıdır. Minerallı maddələrin 30-50%-ni kalium, 4-6%-ni maq-
nezium,  2,3-18%-ni  kalsium  təşkil  edir.  Qəhvə  içkisi  hazır-
ladıqda  onun  tərkibindəki  kaliumun  hamısı,  maqneziumun 
70%-i,  natrium,  kalsium  və  manqanın  yarısı  məhlula  keçir. 
Qəhvənin kimyəvi tərkibi qovrulma zamanı bir qədər dəyişir. 
Tədarük edilən çiy qəhvə dənləri ətirsiz və ağızbüzüşdü-
rücü  xassəyə  malik  olur.  Eyni  zamanda  qəhvə  çətin  üyüdülüb 
toz  halına  salınır,  qaynar  suda  yaxşı  şişmir  və  qəhvə  içkisi 
hazırlayarkən suda həll olmur. Bütün bu çatışmazlıqları aradan 
qaldırmaq və istehlak etmək üçün qəhvəyə hazır yarımfabrikat 
məhsul  xassəsi  vermək  məqsədilə  çiy  qəhvə  dənlərini  qovu-
rurlar. 
Qəhvə qovrularkən dənlərin həcmi 30-50%-ə qədər artır, 
kütləsi  13-21%  azalır.  Bu,  qovrulma  zamanı  suyun  buxarlan-
ması  və  bir  çox  maddələrin  parçalanması  sayəsində  baş  verir: 
şə
kər  karamelləşir,  nəticədə  karamelen  əmələ  gəlir.  Dənlərin 
darçını rəngə boyanması da karamelenin əmələ gəlməsi ilə izah 
edilir. 
Qəhvə  qovrularkən  triqonellin  qismən  nikotin  turşusuna 
(vitamin  PP)  çevrilir  ki,  bu  da  qəhvə  içkilərinin  bioloji  dəyər-
liliyini  artırır.  Müəyyən  edilmişdir  ki,  çiy  qəhvənin  tərkibində 
olan B qrupu vitaminləri (B
1
, B
2
, B
6
, B
12
 və pantoten turşusu) 
qovrulma  zamanı  nisbətən  davamlı  olur  və  qəhvə  içkilərinə 
keçir. 
Qəhvə dadının əmələ gəlməsində bütün komponentlərdən 
ə
sasən  aşı  maddələri,  turşular,  xüsusən  xlorogen  turşusu  və 
onun  parçalanma  məhsulları,  həmçinin,  karamelləşmə  məhsul-
ları daha çox əhəmiyyətlidir. 
Qəhvənin  tərkibindəki  ətirli  maddələrin  tərkibində  qaz-
maye  xromatoqrafiyası  ilə  400-ə  qədər  birləşmə  müəyyən 
edilmişdir.  Bunlardan  ən  əsasları  sirkə  turşusu,  furfurol  spirti, 
anetol  (oksiaseton),  piridin,  uçucu  turşular,  pirazin  əsasları, 
 
446
aseton,  fenollar,  5-metilfurfurol,  furfurol,  asetaldehid,  me-
tiletilaldehid,  metilmerkaptan,  furfurol-merkaptan,  metil  spirti, 
maltol 
 asetilfurandır. 
Ə
tirli  maddələrin  ümumi  miqdarı  qovrulmuş  qəhvə-də 
0,055%-dən 1,5%-ə qədərdir. 
Qəhvənin müalicəvi xassələri. Kofein və qəhvənin ətirli 
maddələri suda həll olduğundan içkinin tərkibinə keçir. Qəhvə 
içkisinin hazırlanması üsulu yalnız onun dad keyfiyyətinə deyil, 
həm də onun orqanizmə təsirində də özünü göstərir. Qəhvənin 
müxtəlif  üsullarla  hazırlanmasının  ümumi  qaydaları  möv-
cuddur. Əvvəla, qəhvə içkisini qaynatmaq olmaz. Hətta birinci 
qabarcıqların çıxması ilə müşahidə olunan qaynamağa başlama 
qəhvənin  ətrinin  azalmasına  səbəb  olur.  Soyuyub  yenidən 
qızdırılmış qəhvənin dadı və ətri kəskin azalır. Müəyyən olun-
muşdur  ki,  «türksayağı»  və  ya  «şərqsayağı»  hazırlanmış  qəh-
vəni  çöküntüsü  ilə  birlikdə  içdikdə  sidik  ifrazı  artır.  Çünki 
içkinin tündlüyü və onun tərkibindəki kofeinin miqdarı bu qəh-
vələrdə  nisbətən  çoxdur.  Eyni  zamanda,  içilən  içkinin  tərki-
bindəki  kofein  və  onun  oksidləşmə  məhsulları  orqanizmdən 
daha tez xaric olunur. 
Qəhvənin  əsas  xassələri  onun  orqanizmə  oyadıcı  təsi-
rindən  irəli  gəlsə  də,  insanlar  onu  xoşagələn  ətrinə  və  spesifik 
dadına  görə içirlər.  Lakin bəzi insanlar üçün qəhvənin oyadıcı 
təsiri  onlarda  əks  təsir  göstərir.  Belə  hallarda  təbii  qəhvə 
ə
vəzinə  kasnı  bitkisindən  hazırlanmış  qəhvə  içkilərindən  isti-
fadə  etmək,  yaxud  qəhvəni  yarıbayarı  südlə  qarışdırıb  içmək 
məsləhətdir. 
Çexiya  alimləri  qəhvə  dənlərindən  kofeinin  ayrılması 
üsulunu işləmişlər və nəticədə qəhvənin spesifik dad və ətri qo-
runub saxlanılır. 
Qəhvənin  əsas  bioloji  fəal  maddəsi  alkaloid  kofeindir. 
Bu,  insan  və  heyvan  orqanizmlərində  olan  bəzi  kimyəvi  mad-
dələrə yaxındır. Ona görə də uzun müddət qəhvə içmək insana 
ziyan  deyil.  Çünki  kofein  orqanizmdən  xaric  olunur  və  uzun 


 
447
müddət qəbul edilərkən orqanizmdə toplanıb qalmır. Onun çox 
hissəsi  parçalanır  və  sidik  turşusuna  çevrilir.  6  saat  ərzində 
qəbul  olunan  kofeinin  50%-i  parçalanır,  bir  gündən  sonra  isə 
orqanizmdə qalmır. 
Kofeinin  təsirindən  insanın  refleksiya  fəaliyyəti  artır, 
tənəffüs  prosesi  dərinləşir  və  tezləşir,  ürəyin  fəaliyyəti  yaxşı-
laşır,  aşağı  qantəzyiqi  normallaşır,  baş  beyini,  ürək  və  böyrək 
damarları  genişlənir,  sidik  ifrazı  artır,  mədə  şirəsinin  sek-
resiyası güclənir. 
Qəhvədən  müalicəvi  məqsədlə  1591-ci  ildən  istifadə 
edilməyə  başlanmışdır.  Əvvəllər  Avropa  alimləri  qəhvənin  tə-
sirinə yanlış fikir kimi baxırdılar, lakin sonradan bəzi xəstəlik-
lərin  müalicəsində  qəhvədən  geniş  miqyasda  istifadə  etməyə 
başladılar. 
Çiy qəhvədən hazırlanmış içkidən başağrılarında, üşütmə 
və  titrətmədə,  podaqra  və  artritdə  istifadə  edilməyə  başlandı. 
Sonralar  qovrulmuş  qəhvədən  hazırlanan  içki  və  həlimdən 
geniş  istifadə  edilirdi.  Tünd  qəhvə  həlimi  limon  şirəsi  ilə 
malyariya xəstəliyində tətbiq olunurdu. Bəzi hallarda qəhvədən 
zəhərlənmələrdə, miqren və əsəb pozuntusunda, qida həzminin 
yaxşılaşdırılmasında istifadə edilirdi. 
Bu  üsullar  indi  də  tətbiq  olunur.  Tünd  qəhvə  əla  tonus-
landırıcı kimi da da içilir. Nəticədə içkidəki kofeinin təsirindən 
yuxu qaçır, oyanıqlıq hiss olunur, əqli yorğunluq aradan qaldı-
rılır,  zehni  qabiliyyət  bərpa  olunur  və  yaxşılaşır,  yaddaş  fəal-
laşır və emosional təəssürat qavrayışı artır. 
Zəhərlənmə  zamanı  qəhvə  yaxşı  təsir  göstərir.  Belə  hal-
larda  mədə-bağırsaq  yuyulduqdan  sonra  xəstəyə  1-2  fincan 
qəhvə  verilir.  Qəhvənin  aşı  maddələri  mədə-bağırsağın  selikli 
qişasına  müsbət  təsir  edərək,  zəhərli  maddələrin  sorulmasına 
mane olur və onları çökdürüb orqanizmdən xaric edir. Eyni za-
manda,  qəhvə  orqanizmə  tonusqaldırıcı  təsir  göstərir  və  zəif-
ləmiş  ürək  fəaliyyətini  artırır.  Kofein  ishalı  dayandırır  və  qi-
danın həzmini və mənimsənilməsini yaxşılaşdırır. Belə hallarda 
 
448
təkcə qəhvə içkisi yox, onun əsasında hazırlanan jele, muss və 
kiseldən də istifadə olunur. Qəhvə aybaşı hallarında baş ağrısını 
aradan götürür, hamilə qadınlarda öyüməni dayandırır. 
Lakin  bütün  hallarda  qəhvədən  müalicə  məqsədilə 
istifadə  etdikdə,  həkimlə  məsləhətləşmək  lazımdır.  Xəstələrə 
gündə  2-3  fincandan  artıq  qəhvə  içmək  məsləhət  görülmür, 
çünki  kofeinin  artıq  miqdarı  ürəyə  və  əsəb  sisteminə  zərərli 
təsir göstərə bilər. 
Belə  fikir  irəli  sürülür  ki,  qəhvə  həm  də  yaxşı  qidalı 
vasitədir.  Qəhvənin  tərkibində  azotlu  maddə,  yağ  və  şəkər 
vardır. Lakin ondan çox istifadə etmək olmaz. 1 fincan şəkərli 
və  südlü  (qaymaqlı)  qəhvə  insanın  gün  ərzində  qida  ilə  qəbul 
etdiyi enerjinin 5%-ni təşkil edir. Ona görə də qəhvə içildikdə 
insan  aclıq  hiss  etmir  və  çox  miqdarda  qida  qəbuluna  ehtiyac 
duyulmur. 
Qıcıqlanan  insanlar,  yuxusuzluqdan,  ürəkdöyünmə-sin-
dən,  mədə  xorası  və  digər  həzm  orqanlarının  xəstə-liklərindən 
ə
ziyyət  çəkən  insanlar  üçün  qəhvə  zərərlidir.  Hətta  sağlam 
adam qısa müddətdə çox miqdarda tünd qəhvə içərsə, kofeinlə 
zəhərlənmə  baş  verə  bilər.  Belə  hallarda  başağrısı,  qulaqlarda 
səs-küy,  fikrin  yayınması,  qorxu  hissi,  həyəcan,  sayıqlama  və 
ə
l-ayaqların  əsməsi  kimi  hallar  müşahidə  oluna  bilər.  Xroniki 
olaraq  çox  qəhvə  qəbul  etmək  əsəb  gərginliyini  artırır, 
yuxusuzluq və xoşa gəlməz dəri qaşınmasına səbəb olur. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə