Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   11   12   13   14   15   16   17   18   ...   116

 
57
ANT V TAM NLƏ
 
Antivitaminlər  kimyəvi  tərkiblərinə  görə  vitaminlərə 
oxşayan, lakin vitamin xassəsinə malik olmayan birləşmələrdir. 
Bu  birləşmələr  orqanizmin  vitaminlərə  qarşı  tələbatını  yük-
səldir  və  avitaminoz  əlamətlərinin  meydana  çıxmasına  səbəb 
olurlar. 
Antivitaminlərin  təsir  mexanizmi  onların  kimyəvi  qu-
ruluşlarının vitaminlərə yaxın olması ilə əlaqədardır. Məlumdur 
ki,  bir  sıra  vitaminlər  (B
1
,  B
2
,  B
6
,  PP  vitaminləri,  pantoten 
turşusu  və  s.)  müxtəlif  fermentlərin  prostetik  qruplarına  daxil-
dir.  Onların  çatışmazlığı  həmin  fermentlərin  fəaliyyətinin  lən-
giməsinə  və  maddələr  mübadiləsinin  pozulmasına  səbəb  olur. 
Antivitaminlər kimyəvi quruluşuna görə özlərinə müvafiq gələn 
vitaminləri maddələr mübadiləsindən sıxışdırıb çıxarırlar. Onlar 
müvafiq  fermentlərin  zülali  hissələri  ilə  birləşirlər.  Bunun  nə-
ticəsində  həmin  fermentlər  vitaminlərlə  birləşmək  qabiliyyət-
lərini  itirir  və  qeyri-aktiv  hala  düşürlər.  Beləliklə,  antivita-
minlər  süni  surətdə  avitaminoz  yaradırlar.  Orqanizmə  yüksək 
dozada  vitamin  daxil  edildikdə  antivitaminlərin  təsiri  aradan 
qalxır. 
Bəzi  antivitaminlərin  təbabətdə  mühüm  əhəmiyyəti  var-
dır.  nfeksion  xəstəliklərin  müalicəsində  geniş  tətbiq  edilən 
sulfanilamid  preparatları  paraaminobenzoy  turşusunun  antivi-
taminləridir.  Məlumdur  ki,  paraaminobenzoy  turşusu  mikro-
orqanizmlərin inkişafında və çoxalmasında mühüm əhəmiyyətə 
malikdir.  Sulfanilamid  preparatları  mikroor-qanizmlərin  fer-
mentativ  sistemlərində  paraaminobenzoy  turşusunu  əvəz 
edərək,  maddələr  mübadiləsini  dayandırırlar.  Beləliklə,  mikro-
orqanizmlərin çoxalması və inkişafı pozulur. Sulfanilamid pre-
paratlarının bakteriostatik təsirinin mexanizmi bundan ibarətdir. 
Antivitaminlərə  misal  olaraq  paraaminobenzoy  turşu-
sunun analoqu olan streptosidi, nikotin turşusuna (PP vitamini) 
oxşar  olan  piridin-3  sulfoturşunu,  piridoksinin  (B
6
  vitamini) 
 
58
antivitamini  dezoksipiridoksin,  pantoten  turşusunun  (B
3
 
vitamini)  antivitamini  pantotiltaurini,  tiaminin  (B
1
  vitamini) 
antivitamini piritiamini göstərmək olar. 
K  vitamininin  antivitamini  olan  dikumarin  qanın  lax-
talanma  qabiliyyətinin  yüksəlməsi  ilə  əlaqədar  olan  xəs-
təliklərdə  müalicə  vasitəsi  kimi  tətbiq  edilir.  O,  qanın  tərki-
bində  olan  protrombinin  miqdarını  azaldır.  Bunun  nəticəsində 
qanın laxtalanma qabiliyyəti aşağı düşür. Göründüyü kimi, bəzi 
antivitaminlərin müalicəvi xassələri də vardır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
59
YEY LƏN B TK LƏRDƏN EV ŞƏRA T NDƏ 
MƏHSULLARIN HAZIRLANMASI ÜSULLARI 
 
 
Bitkilər  müalicəvi  məqsədlə  çox  nadir  hallarda  təbii  şə-
kildə istifadə olunur. Bir qayda olaraq, həmin bitkilərdən müx-
təlif  dərman  formaları  və  müalicəvi  preparatlar  hazırlanır.  Bu 
bitkilərdən  əczaçılıq  zavodlarında  sənaye  üsulu  ilə  fərdi  təsirə 
malik  olan  məhsullar  alınır  ki,  bunlar  da  məhlul,  toz,  həb, 
məlhəm  və  s.  formada  buraxılır.  Eləcə  də  sənaye  üsulu  ilə 
müalicəvi  bitkilərdən  qalen  preparatları  istehsal  olunur.  Qalen 
preparatların  hazırlanmasında  məqsəd  müalicəvi  bitkilərin 
tərkibindəki ballast maddələrdən azad olunmuş əsas təsir edən 
fəal maddələrin əldə edilməsidir. Müalicəvi bitkilərdən alınmış 
qalen  preparatlar,  tərkibində  ayrı-ayrı  və  ya  bir  neçə  fərdi 
kimyəvi  birləşmələr  olan  preparatlar  apteklərdə  həkim  resepti 
yaxud  reseptsiz  satılır.  Ev  şəraitində  isə  müalicəvi  bitki  xam-
mallarından  adi  qaydada  cövhər,  həlim,  tinktura,  toz,  məlhəm 
(maz),  şirə,  çay  və  çay  yığımı  hazırlanır.  Pəhriz  və  müalicəvi 
xassələri  olan  meyvə-tərəvəz  və  göyərtilər  isə  təzə,  şirə  və 
bişirilmiş halda istifadə olunur. 
Cövhər,  həlim  və  tinktura  (nastoyka)  hazırlamaq  üçün 
bitki xammalı əvvəlcə xırda doğranılır. Çünki bitki xammalı nə 
qədər xırda hissəciklərə doğranarsa, bir o qədər də tərkibindəki 
təsiredici  maddə  daha  tez  və  tam  ayrılır.  Bir  qayda  olaraq, 
yarpaqlar, çiçəklər və otlar ölçüsü 5 mm, zoğ, qabıq və köklər 3 
mm, toxumlar isə 0,5 mm ölçüdə xırdalanır. 
 

Ö V H Ə R 
 
Cövhər (nastoy) aşağıdakı üsulla hazırlanır. Xırdalanmış 
bitki  xammalı  emallı  qazana,  çini  və  ya  şüşə  qaba  qoyulub, 
üzərinə  su  əlavə  edilir.  Bəzi  hallarda  cövhər  hazırladıqda 
qarışıq fırında və ya sobada bir neçə saat qızdırılır. 
 
60
Ə
sasən  bir  hissə  bitki  xammalından  10  həcm  hissə  cöv-
hər  alınır.  Məsələn,  100  ml  cövhər  almaq  üçün  10  q  xırda-
lanmış  bitki  xammalı  götürülür.  Qeyd  etmək  lazımdır  ki,  cöv-
hərləri isti üsulla hazırladıqda suyun bir hissəsi buxarlanır. Ona 
görə  də  əvvəldən  suyun  miqdarı  bir  qədər  çox  götürülür. 
Cövhər hazırlanacaq qabın ağzı bağlanır və qaynayan su hama-
mında  15  dəq  qızdırılır.  Ev  şəraitində  su  hamamını  dərin  lə-
yəndə (tazda) qaynayan su əvəz edir. Bu suya içərisində cövhər 
olan qab yerləşdirilir. 
Hazırlanmış  cövhər  su  hamamından  çıxarılır,  bir  saat 
müddətində otaq temperaturuna qədər soyudulur, təmiz ağ bez 
parçadan  və  ya  cunaya  bükülmüş  pambıqdan  süzülür,  cecə 
sıxılır və üzərinə lazımi həcmə qədər qaynanmış soyuq su əlavə 
olunur.  Məsələn,  1:10  nisbətində  20  q  bitki  xammalından  200 
ml  hazır  cövhər  alınmalıdır.  Əgər  süzülmüş  cövhər  190  ml 
olarsa, üzərinə 10 ml qaynanmış soyuq su əlavə olunmalıdır. 
çilmək  üçün  nəzərdə  tutulan  cövhərlər  nisbətən  az  qa-
tılıqda, başqa sözlə, 1:10, 1:20, 1:30 və s. nisbətində hazırlanır. 
Xaricə tətbiq olunmaq məqsədilə nəzərdə tutulan cövhərlər isə 
daha qatı konsentrasiyada hazırlanır. 
Cövhər  hazırlamaq  üçün  su  hamamından  istifadə  edil-
məyə  də  bilər.  Bunun  üçün  xırdalanmış  bitki  hissəciklərinin 
üzərinə  qaynayan  su  tökülür  və  qaz  plitəsi  və  ya  soba  üzərinə 
qoyulur.  Bu  zaman  nəzarət  olunmalıdır  ki,  kütlə  qaynamasın. 
15 dəqiqədən sonra qarışıq soyudulur və süzülür. Bu üsulla ha-
zırlanmış  cövhər  adi  qaydada  çay  dəmlənməsindən  təcrübi 
olaraq fərqlənmir. Bəzi cövhərləri «soyuq üsulla» hazırlayırlar. 
Bu  məqsədlə  xırdalanmış  bitki  xammalının  üzərinə  emallı  qa-
zanda və ya şüşə qabda qaynanmış su əlavə olunur, ağzı örtülü 
halda 4-12 saat saxlanılır. Sonra süzülür və istifadə edilir. 
 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə