Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə63/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   59   60   61   62   63   64   65   66   ...   116

 
249
skleroz və qantəzyiqinin müalicəsində də (3-4 həftə, gündə 3-4 
dəfə 20-30 damcı) istifadə etmək olar. 
Xalq  təbabətində  soğanın  sidikqovucu  xassəsindən 
vodyankanın müalicəsi üçün istifadə olunur. Ürək və qaraciyər 
xəstəlikləri  zamanı  əks-təsir  göstərdiyi  üçün  soğandan  istifa-
dəyə ehtiyatla yanaşılmalıdır. 
 Soğandan bəzi hallarda yumru qurdların (askarid, ostris) 
orqanizmdən  çıxarılmasında  istifadə  edirlər.  Belə  hallarda  ac-
qarına  soğan  yemək  və  ya  1/3-1/2  stəkan  soğan  tinkturası  iç-
mək məsləhət görülür. Tinkturanı hazırlamaq üçün orta irilikdə 
bir  ədəd  soğan  əzilir,  üzərinə  bir  stəkan  su  tökülüb  8-12  saat 
saxlanılır. 
Soğandan  hazırlanmış  əzintidən  dəridəki  qaşınan  səp-
kilərin, irinli sızanaqların, çillərin, piqmentli ləkələrin və ziyil-
lərin müalicəsində istifadə edirlər. 
Təzə  yanıqların  üzərini  soğan  əzintisi  ilə  örtmək 
məsləhət görülür, nəticədə iltihabi proseslər azalır və suluqların 
ə
mələ gəlməsinin qarşısı alınır. Bişirilmiş soğanın südlə əzintisi 
ilə irinli yaraların və döyənəklərin yumşaldılması üçün istifadə 
olunur. 
Tüklərin  möhkəmlənməsi  və  uzanması  üçün  həftədə  1-2 
dəfə  başın  dərisini  soğan  şirəsi  və  ya  əzintisi  ilə  ovxalamaq 
lazımdır.  Bu  məqsədlə  başı  soğan  qabığından  hazırlanmış 
həlimlə də yumaq olar. Belə həlimlərlə (1 ovuc soğan qabığı bir 
stəkan suda 5-10 dəq qaynadılır) başda olan kəpəyin kənar et-
mək  və  saçlara  qızılı-samanı  çalarlı  rəng  vermək  üçün  də 
istifadə etmək olar. 
Soğanın  antimikrob  xassəsi  onun  tərkibindəki  fitonsid-
lərin miqdarından asılıdır. Qədimdə buğda və çovdar saxlanılan 
anbarlara  qoyulan  soğan  taxılda  qurdların  əmələ  gəlməsinin 
qarşısını alırdı. Soğanın bu xassəsini professor B.P.Tokin təsdiq 
edərək  müəyyənləşdirmişdir  ki,  təzə  soğanın  tərkibindəki  xü-
susi  maddə  göbələklərə  və  xəstəlik  törədən  mikroblara  öldü-
rücü  təsir  göstərir.  Bu  maddə  qatılığından  və  fəaliyyətindən 
 
250
asılı  olaraq  qızılı  stafilokokkları,  Sibir  yarası,  difteriya  və 
vərəm çöplərini məhv edir. 
Soğanın  fitonsidləri  ilə  qripi  və  zökəmi  müalicə  edirlər. 
Bu  məqsədlə  gündə  3-4  dəfə  10-15  dəq  ərzində  buruna  soğan 
ş
irəsi  ilə  isladılmış  pambıq  qoyulur.  Belə  müalicəni  qulağın 
iltihabında da istifadə etmək olar. 
Bağırsaq  florasına  təsir  etmək  üçün  soğan  şirəsi  içilir, 
boğaz  ağrıları  və  ağciyərin  bəlğəmli  iltihabında  təzə  soğan 
ə
zintisini iyləyirlər. Təzə soğan şirəsini ağız boşluğunun selikli 
qişasındakı  xırda  yaraların  müalicəsində  də  istifadə  edirlər, 
çünki  soğanın  fitonsidləri  bəzi  göbələklərin  həyat  fəaliyyətini 
dayandırır. 
Batat  –  Батат  –  Ipomoea  batatas  Lam.  Otsarmaşıq 
(Convolvulaceae) fəsiləsindəndir. Kartofa bənzədiyi üçün şirin 
kartof  da  adlanır.  Əsasən  Çində,  Cənubi  Amerikada,  Yapo-
niyada, Hindistanda, Yeni Zelandiyada, Şimali Qafqaz və Türk-
mənistanda yayılmışdır. Batat istisevən çoxillik bitkidir. Uzun-
sov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta 
hesabla  72,5%  (7-175%)  su,  3,75%  zülal,  24%  karbohidrat,  o 
cümlədən  15-20%  nişasta  və  1,2-2%  şəkər,  0,8-1,5%  mineral 
maddə, 1% sellüloza vardır. 100 q batat 466 kCoul enerji verir. 
Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən 
mq%-lə:  C  –  23,  B
1
  –  0,10,  B
2
  –  0,05,  P  –  0,5  və  0,3  mq% 
karotin vardır. 
Batatın  ətli  hissəsi  ağ-qırmızı  və  ya  çəhrayı  olur.  Şirin 
xörəklərin və 1-ci xörəklərin hazırlanmasında istifadə olunur. 
Bibər  (saplaqlı  istiot)  –  Перец  –  Capsicum  annuum
Badımcançiçəklilər  (Solanaceae)  fəsiləsindəndir.  Vətəni  Mek-
sika və Qvatemaladır. Tropik Amerika hinduları onu ta qədim-
dən  becərirlər.  Kolumb  bibəri  Avropaya  gətirir  və  tezliklə 
bütün  ölkələrdə  yayılır.  Rusiyada  bibər  XVII  əsrin  əvvəllə-
rindən əkilməyə başlanmışdır. Bibər iki qrupa bölünür: şirin və 
acı bibər. Bibər yaşıl, qırmızı, sarı və narıncı rəngdə olur. Bol-
qarıstanın  şirin  bibər  sortları  çox  qiymətlidir,  müxtəlif 


 
251
qəlyanaltıların,  xörəklərin  və  konservlərin  hazırlanmasında 
istifadə  olunur.  Rusiyanın  və  Ukraynanın  cənub  rayonlarında, 
Moldova,  Orta  Asiya  və  Zaqafqaziya  respublikalarında  becə-
rilir.  stisevən  bitki  olduğundan  cənub  rayonlarında  daha  çox 
becərilir. 
stiotun tərkibi onun sortundan, yaşıl və ya qırmızı olma-
sından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin istiotun 
tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-
1,3%  zülali  maddə,  4,7-7,3%  ümumi  karbohidratlar,  0,5-0,6% 
mineral maddə və 90-350 mq% C vitamini vardır. 
Acı  istiotda  9-20%  quru  maddə,  o  cümlədən  4,5-8,0% 
şə
kər  vardır.  stiotun  acı  dadı  onun  tərkibindəki  kapsaisin 
qlükozidinin (C
18
H
27
NO
3
) miqdarından (0,02-1,0) asılıdır. 
stiot  dad  xüsusiyyətinə  görə  acı  və  şirin  növlərinə 
ayrılır.  Daxilində  isə  2-4  kamera  yerləşir.  Adətən  şirin  sortlar 
acılardan  iri  olur.  Şirin  istiotlara  bibər  adı  verilmişdir.  Şirin-
lərdən  duza  və  sirkəyəqoyma,  habelə  salat  və  2-ci  xörəklərin 
hazırlanmasında  istifadə  edilir.  Acılar  isə  aşpazlıqda,  duza, 
sirkəyə qoymaq və qurutmaq üçün istifadə edilir. 
stiot  yetişməsindən  asılı  olaraq  tünd  qırmızı,  sarı-qır-
mızı, sarımtıl və yaşıl rəngdə olur. Şirin istiot (bibər) kal dərilir 
və  satışa  buraxılır.  Acı  istiot  döyülmüş  quru  toz  halında  da 
satışa verilə bilər. 
Bütün  istiot  növləri  saplağı  ilə  birlikdə  dərilir.  Acı 
istiotun saplağının uzunluğu 2 sm-dən, şirin bibərin saplağının 
uzunluğu isə 3 sm-dən artıq olmamalıdır. 
stiotlar formasına görə silindrik, konusvarı, yumurtavarı, 
dairəvi hamar, əyilmiş, qabırğalı və çopur səthli olur. 
Ölçüsünə görə iri – 45 q-dan çox, orta – 25-45 q və xırda 
–  25  q-a  qədər  olur.  Ətli  hissənin  qalınlığından  asılı  olaraq 
nazik divarlı – 1-2 mm qalınlığında, orta qalınlıqda – 3-4 mm 
və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olur. 
 
252
Yetişmə  müddətindən  asılı  olaraq  tezyetişən  (90-120 
günə),  ortayetişən  (121-140  günə)  və  gecyetişən  (140  gündən 
çox) qruplarına bölünür. 
Ş
irin  bibərlərin  ən  çox  yayılmış  sortlarından  ağ  Krım, 
Bolqar-79,  Iri  sarı,  Maykop,  Adıgey,  Kalinkov,  Novoçerkask-
35,  Qoqaşarı,  Qırmızı  konservlik-211,  Oş-Kom,  Ağ  Moldova, 
Ağ Nikitski, Ratunda və digərlərini göstərmək olar. 
Acı istiotların ən çox  yayılmış sortlarından Həştərxan A 
160,  147/628,  Kayen,  Ukrayna,  Kardinalski,  Velikan, 
Margelan, Fil xortumu-304 və digərlərini göstərmək olar. 
Azərbaycanda  şirin  istiot  sortlarından  Maykop-470,  acı 
istiotlardan isə Fil xortumu-304 və Həştərxan-628 becərilir. 
Ş
irin  istiotun  meyvəsi  təzə,  təmiz,  sağlam,  forması  və 
rəngi  botaniki  sortuna  müvafiq  olmalıdır.  Saplaqlı,  yetişmə 
dərəcəsinə  görə  eynicinsli,  rəngləri  tünd  yaşıldan,  yaşılımtıl-
sarı,  tam  yetişmiş  isə  qırmızı  və  ya  sarı  rəngli  olur.  Uzunsov 
formalıların uzunluğu 6 sm-dən, yumru formalıların diametri 4 
sm-dən  az  olmamalıdır. Dadı  şirin  və  istiota xas zəif  tündlüyə 
malikdır. Kiçikölçülü meyvələrin olmasına yol verilir. Uzunsov 
formalılarda  4  sm-dən  6  sm-ə  qədər  ölçülü  və  yumru  for-
malılarda  isə  3  sm-dən  4  sm-ə  qədər  ölçülü  olanların  miqdarı 
8%-dən çox olmamalıdır. 
Bir  qədər  solmuş,  lakin  büzüşməmiş,  sıxılmış  və  çatla-
mışların miqdarı 15%-ə qədər ola bilər. Kənarlaşmanın ümumi 
miqdarı  hər  göstərici  üzrə  norma  daxilində  20%-dən  çox 
olmamalıdır. 
Acı  istiot  təzə,  meyvəsi  təmiz,  sağlam,  bütöv,  müxtəlif 
formalı, saplaqlı, yetişmiş, qırmızı rəngli, dadı acı və yandırıcı 
olmalıdır.  Acı  istiot  partiyasında  5%  miqdarında  əzilmiş  və 
çatlamışların və 5% miqdarında yaşıl rəngdə müxtəlif istiotların 
olmasına yol verilir. 
Bibərin  müalicəvi  xassələri.  Bibər  qidaya  təzə,  bişi-
rilmiş,  pörtlədilmiş,  duza  və  sirkəyə  qoyulmuş,  eləcə  də  müx-
təlif  konservlər  (qəlyanaltı  və  nahar  konservləri)  halında 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə