Microsoft Word Yoluxucu x?st?likl?r



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə55/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

 
 
833) Qarayaranın dəri formasından fərqli olaraq banal karbunkul və 
furunkullarda aşağıdakılardan hansı müşahidə olunmur? 
 
A) Qartmaq altında irinin olması 
B) Mülayim ödem 
C) Yara nahiyyəsinin və ətraf toxumaların kəskin ağrılı olması 
D) İfadəli limfadenit 
E) Dərinin zədələnmiş nahiyyəsinin hiperemiyası 
 
Ədəbiyyat:  N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
834) Qara yara üçün bu epidemioloji qanunauyğunluqlar səciyyəvidir: 
 
A) Xəstəliyin inkişafı əmək fəaliyyətinin xarakteri və məişət xüsusiyyətləri ilə 
əlaqədardır 
B) Törədicinin xarici mühitdə yüksək davamlığı 
C) Xəstəliyin yay-payız fəsilliliyi 
D) Bütün sadalananlar 
E) Kişilər arasında yüksək xəstələnmə 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
835) Qara yara zamanı rast gələn patoloqoanatomik dəyişikliklərə aid deyil: 
 
A) Hemorragik traxeit, plevrit, pnevmoniyanın olması 
B) Hepatositlərin sitolizi 
C) Dəridə qara yara karbunkulu 
D) Bağırsağın seroz-hemorragik iltihabı 
E) Limfadenit 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
836) Qara yaranın patogenezində əhəmiyyətlidir: 
 
A) Törədicinin dəridən, tənəffüs yollarının və mədə-bağırsaq traktının selikli 
qişasından daxil olması 
B) Törədicinin limfogen və hematogen yayılması zamanı prosesin generalizasiyası 
C) Regionar limfa düyünlərinin zədələnməsi 
D) Bütün sadalananlar 
E) İnfeksion- toksik şokun inkişafına səbəb ola biləcək toksemiya 


 
 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова 
Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с. 
 
837) Qarayara zamanı inkubasion dövr nə qədər davam edir? 
 
A) 5 - 7 gün 
B) 8 - 12 saat 
C) 8 - 10 gün 
D) 2 - 14 gün 
E) 15 - 20  gün 
 
Ədəbiyyat:  N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
838) Qara yaranın aşağıdakı klinik formaları ayırd edilir: 
 
A) Qara yara sepsisi 
B) İkincili generalizə olunmuş 
C) Bütün sadalananlar 
D) Lokalizə olunmuş 
E) Sadalananlardan heç biri 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
839) Qarayaranın dəri forması olan xəstələrdə ikincili septisemiyanın inkişafı bu 
simptomla müşayət olunmur: 
 
A) Temperaturun 40-41°-yə təkrar yüksəlməsi, titrətmə 
B) Meninqoensefalitlə 
C) Qanlı qusma və ishalla bağırsağın zədələnməsi 
D) Hemorragik ağciyər ödemi ilə pnevmoniyanın inkişafı 
E) Dəridə ikincili pustulların, bullyoz elementlərin, hemorragiyaların əmələ gəlməsi 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
840) Qara yaranın ağciyər formasının və plevropnevmoniyanın ümumi 
simptomlarına aid deyil: 
 
A) İfadəli fizikal məlumatlar: perkutor səsin kəskin qısalması, yaş xırıltılar 
B) Taxipnoe 


 
 
C) İnfeksion-toksik şokun inkişafı 
D) Döş qəfəsində güclü ağrıların əmlə gəlməsi ilə kəskin başlangıc 
E) «Paslı» bəlğəm, qanhayxırma 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
841) Qara yaradan fərqli olaraq qızıl yel üçün səciyyəvidir: 
 
A) Limfadenitin olmaması 
B) Bütün sadalananlar 
C) İltihab zonasının dəqiq konturlu olması 
D) Qartmağın olmaması 
E) İltihabın periferiyasına doğru dərinin ağrılı olması 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
842) Qara yara zamanı immunoterapiya aparılması üçün istifadə olunur: 
 
A) Normal insan immunoqlobulini 
B) Spesifik qlobulin 
C) Qara yara əleyhinə vaksin 
D) İgM ilə zənginləşdirilmiş normal insan immunoqlobulini 
E) Qara yara əleyhinə zərdab 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
843) Qara yara zamanı sağalandan sonra evə yazılma və müşahidə qaydalarına 
aiddir: 
 
A) Xəstəliyin septik formasını keçirmış şəxslər klinik sağaldıqdan və qanın 2 dəfə 
bakterioloji mənfi nəticəsindən sonra evə yazılır 
B) Xəstə ilə təmasda olmuş şəxslər 8 gün ərzində tibbi müşahidə altında olurlar 
C) Bütün sadalananlar 
D) Qanın bakterioloji müayinəsini 5 gün intervalı ilə aparırlar 
E) Dəri formasında qartmaq düşdükdən və çapıq formalaşdıqdan sonra 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə