Microsoft Word Yoluxucu x?st?likl?r


) Qara yara zamanı veterinar-sanitar tədbirlərə aiddir



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə56/70
tarix14.06.2018
ölçüsü27,2 Kb.
#48698
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

 
 
844) Qara yara zamanı veterinar-sanitar tədbirlərə aiddir: 
 
A) Heyvanı məhsulların buraxılışı və realizasiyasına nəzarət 
B) Bütün sadalananlar 
C) Heyvanların və insanların vaksinasiyası 
D) Ocaqda dezinfeksiya və cəsədlərin basdırılması zamanı heyvan qəbiristanlığında 
bütün zəruri qaydalara riayyət olunması 
E) Xəstə heyvanların izolyasiyası və müalicəsi 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
845) Qara yara törədicisi üçün səciyyəvidir: 
 
A) Fiziki-kimyəvi təsirlərə törədicinin vegetativ formalarının davamsız olması 
B) Törədicinin virulentliyi orqanizmdə kapsul əmələ gətirməsi və ekzotoksin ifraz 
etməsi ilə əlaqədardır 
C) Aerobdur, xarici mühitdə spor əmələ gətirir 
D) Bütün sadalananlar . 
E) Qram müsbət bakteriyadır 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
846) Qara yara zamanı patogenetik terapiya vasitələrinə aiddir: 
 
A) Bütün sadalananlar 
B) Heparin 
C) Dezintoksikasion məhlullar 
D) Steroid hormonlar 
E) Təzə dondurulmuş plazma və qan 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
847) Qara yaranın dəri formasında aşağıdakı fəsadlar və nəticələr mümkündür: 
 
A) İkincili septisemiya 
B) Bütün sadalananlar 
C) Letal nəticə 
D) Asidoz 
E) İnfeksion- toksik şok 
 
Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное 
руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
848) Dabağın patogenezinin həlqələrinə aid deyil: 


 
 
 
A) İmmunitetin formalaşması 
B) Selikli qişaların və dərinin epitel hüceyrələrində törədicinin daxil olaraq çoxalması 
C) MSS-nin zədələnməsi 
D) Daxil olma yerində birincili affektin formalaşması 
E) İkincili aftalar və vezikulların formalaşması ilə virusemiya 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова 
Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с. 
 
849) Dabaq diaqnozu bunun əsasında qoyulur: 
 
A) Epidemioloji təhlil və epizootoloji şəraitə görə 
B) Bioloji sınağın nəticəsinə görə 
C) Bütün sadalananlara görə 
D) Cüt zərdablarla komplementin birləşmə reaksiyasına görə 
E) Klinik məlumatlar əsasında 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова 
Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с. 
 
850) Visseral leyşmaniozu keçirən həşərat hansıdır? 
 
A) Phlebotomus perniciosus 
B) Pediculus corporalis 
C) Phlebotomus pappatasii 
D) Pediculus capitis 
E) Phlebotomus serqenti 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
851) Antroponoz dəri leyşmaniozunun keçiricisi hansıdır? 
 
A) Phlebotomus perniciosus 
B) Phlebotomus ariasi 
C) Phlebotomus pappatasii 
D) Phlebotomus serqenti 
E) Phlebotomus major 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
852) Taun üçün bu ötürülmə yolu səciyyəvi deyil: 
 
A) Alimentar 
B) Transmissiv 
C) Təmas 


 
 
D) Hava-damla 
E) Parenteral 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова 
Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с. 
 
853) Taun üçün bu epidemioloji qanunauyğunluq səciyyəvi deyil: 
 
A) Taun epidemiyalarının baş verməsi nəinki bioloji, həmçinin sosial-məişət 
faktorları ilə əlaqədardır 
B) Xəstəliyin ağırlığı taun törədicisinin ştamından asılı deyil 
C) Xəstələnmə fəsli xarakter daşıyır 
D) Taun xüsusi təhlükəli infeksiyalara yüksək letallığı və pandemik yayılmağa 
meyilli olmasına görə aid edilib 
E) Taun epidemiyaları gəmiricilər arasında olan epizootiyalardan sonra baş verir 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
854) Birincili ağciyər taunu üçün səciyyəvi deyil: 
 
A) Fibrinoz və ya fibrinoz-hemorragik plevritin inkişafı 
B) Hava-damla ötürülmə yolu 
C) Pnevmonik ocaqlar bakteremiyadan əvvəl yaranır 
D) Alveolların möhtəviyyatının mikroskopiyası zamanı taun törədicisi aşkarlanmır 
E) Hemorragik septisemiya 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
855) ÜST təsnifatına görə taunun aşağıdakı formaları aid edilir: 
 
A) Bubon 
B) Bütün sadalananlar 
C) Ağciyər 
D) Dəri 
E) Septik 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова 
Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с. 
 
856) Tulyaremiya xoraları qara yara xoralarından bütün sadalananlarla 
fərqlənir, bundan başqa: 
 
A) Səthi yerləşməsi ilə 
B) Palpasiya zamanı ağrılı olması 


 
 
C) Zədələnmənin mərkəzində qara qartmağın olmaması ilə 
D) Periferiyaya doğru yumşaq toxumaların ödeminin olmaması 
E) İfadəli limfadenitin olması 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
857) Taun bubonunun ən çox rast gələn fəsadı: 
 
A) Septisemiya 
B) Qızıl yel iltihabı 
C) Meningit 
D) Pnevmoniya 
E) Fleqmona 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
858) Aşağıdakı hansı əlamət taunun dəri formasını qarayaranın dəri 
formasından fərqləndirir? 
 
A) regionar limfadenitin olması 
B) yaranın ağrılı olması 
C) hərarətin olması 
D) dəridə xoraların olması 
E) dəri səthində iltihabi ocağın olması 
 
Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh. 
 
859) Taunun ağciyər forması üçün ən tipikdir: 
 
A) Köpüklü- qanlı bəlğəmli öskürək 
B) Döş qəfəsində kəsici ağrıların olması, təngnəfəslik 
C) Yüksək intoksikasiya zamanı kasıb obyektiv fizikal məlumatlar 
D) Ağciyər-damar çatmamazlığının artması 
E) Bəlğəm vasitəsilə çoxlu miqdarda taun çöplərinin ifrazı 
 
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, 
Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: 
ГЭОТАР – Медиа, 2009.- 1056 с. 
 
860) Tauna şübhəli xəstələrdən bakterioloji müayinə üçün material götürülür: 
 
A) Bütün sadalananlar 
B) Vezikulların, pustulaların, karbunkulların, xoraların, fliktenlərin möhtəviyyatı 
C) Qan, seksion material 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə