Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
35
də eyni hesabla “Azərreyl”in qələbəsi ilə başa çatmışdı [29, v.9].
Göründüyü kimi, ölkələr arasında idmanın müxtəlif növlərində
idman əlaqələri müntəzəm xarakter almış və daha da genişlən-
məsi üçün ümidverici amillər güclənmişdi.
Azərbaycan Respublikası və Macarıstan hökumətləri arasın-
da beynəlxalq idman əlaqələri də maraqlı olmuşdu. Ölkəmizin
idman naziri Ə.Qarayev 7 oktyabr 1997-ci ildə Amsterdamda
XIII Avropa İdman konfransında Macarıstanın Milli Fiziki Tər-
biyə və İdman İdarəsinin rəisi, Dövlət katibi, Olimpiya Komitə-
sinin vitse-prezidenti ilə görüşmüş və ikitərəfli idman əlaqələri-
nin perspektivləri müzakirə olunmuşdu [23, v.3].
2004-cü il ərzində Azərbaycan Respublikasının bir neçə ye-
ni diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdı. Ölkəmizin
Macarıstandakı səfirliyi fəaliyyətə başladığından Azərbaycan
Respublikası ilə bu ölkə arasında əlaqələrin möhkəmlənməsi is-
tiqamətində aparılan işlər xeyli intensivləşmişdi. Nəticədə 18
aprel 2005-ci ildə “Azərbaycan və Macarıstan hökumətləri ara-
sında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında sa-
ziş“in və “Azərbaycan və Macarıstan hökumətləri arasında tu-
rizm sahəsində əməkdaşlıq haqqında saziş”in layihələrinə ölkə-
nin bir sıra nazirlikləri tərəfindən baxılmış və ümumilikdə bəyə-
nilmişdi [23, v.4-5]. 24 mart 2006-cı ildə Macarıstan tərəfi dip-
lomatik kanallar vasitəsilə Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi və Macarıstanın Gənclər, Ailə, Sosial Məsə-
lələr və Bərabər İmkanlar Nazirliyi arasında gənclər sahəsində
əməkdaşlıq haqqında birgə bəyanat layihəsi təqdim etmişdi [23,
v.6-7].
Azərbaycan Respublikası və İtaliya arasında beynəlxalq id-
man əlaqələri də xüsusi əhəmiyyət kəsb etmiş və hər iki ölkə
arasında gənclərlə iş, idman və turizm sahələrində müəyyən işlər
aparılmışdı. Belə ki, son illərdə respublikamızın Gənclər, İdman
və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan Gənclər Təşki-
latlarının Milli Şurasının və müxtəlif gənclər təşkilatlarının nü-
mayəndələri öz italiyalı həmkarları ilə beynəlxalq forum, kon-
Həsənov Yusifəli Lətif oğlu
36
qres və digər tədbirlərdə görüşmüş və fikir mübadiləsi aparmış-
lar [19, v.1-19]. Ümumən, respublikamızın beynəlxalq əlaqələri-
nin güclənməsi fonunda Azərbaycan idmançıları müxtəlif idman
növləri üzrə İtaliyada keçirilən beynəlxalq yarışlarda, eləcə də
İtaliya idmançıları ölkəmizdə təşkil olunan idman tədbirlərində
iştirak etmiş və edirlər [19, v.17]. Bunlara misal olaraq aşağıda-
kıları göstərə bilərik:
2002-ci ilin dekabrında start verilmiş Avropa voleybol kon-
federasiyaları çempionlar liqasının ilk dövrə oyunlarında ölkə-
mizin “Azərreyl” və İtaliyanın “Voley Modena” klubları Azər-
baycanın və İtaliyanın voleybol meydançalarında qarşılaşmışlar.
29 mart–6 aprel 2003-cü ildə İtaliyada stolüstü tennis üzrə keçi-
rilmiş yarışlarda ölkəmizin idmançıları da iştirak etmişdilər. İd-
mançılarımız həmin ilin sentyabrında İtaliyada təşkil olunmuş
stend və güllə atıcılığı üzrə dünya kubokunda və oktyabrda Mi-
landa keçirilmiş dünya kubokunun final mərhələsində, 2004-cü
ilin aprelində Milanda güllə atıcılığı üzrə dünya kubokunun
mərhələsində, dekabrda voleybol üzrə qadınlar arasında Milanda
keçirilmiş Avropa çempionlar liqasında (“Azerreyl” komandası)
iştirak etmişdi. Həmin ayda Romada keçirilmiş sərbəst və yu-
nan-Roma güləşində yeni qaydaların tətbiqi üzrə hakimlər
seminarında iki nümayəndəmiz ölkəmizi təmsil etmişdi.
İntensivləşən idman əlaqələrimizin bariz nümunəsi kimi
aşağıdakı faktları da göstərmək olar. 2002-ci ildə idmançılarımız
İtaliyada keçirilmiş cüdo üzrə beynəlxalq turnirdə, kikboksinq
üzrə Avropa çempionatında, stend atıcılığı üzrə dünya kuboku-
nun final mərhələsində, sambo üzrə Milanda keçirilmiş beynəl-
xalq yarışda, həmin ilin sentyabrında Bakıda təşkil olunmuş fut-
bol üzrə matçda iştirak etmişlər. 9-10 avqust 2003-cü ildə İtaliya
gimnastları Bakıda təşkil olunmuş dünya kubokunun mərhələ-
sində, 23-24 avqustda cüdo üzrə kadetlər arasında Avropa birin-
ciliyində çıxış etmişlər. 2003-cü ilin sentyabrında futbol üzrə
2004-cü il Avropa çempionatının qrup yarışları çərçivəsində Ba-
kıda keçirilmiş oyunda Azərbaycan və İtaliya komandaları qarşı-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
37
laşmışlar. 2004-cü ilin aprelində Bakıda keçirilmiş bədii gim-
nastika üzrə dünya kubokunun mərhələsində, aprel-mayda boks
üzrə Ə.Çoudrinin kuboku uğrunda beynəlxalq olimpiya lisenzi-
yası turnirində, noyabrda həndbol üzrə qadınlar arasında dünya
çempionatının seçmə yarışlarında İtaliya idmançıları da iştirak
etmişlər. 2005-ci ilin yanvarında Turində keçirilmiş fiqurlu kon-
kisürmə üzrə Avropa çempionatında ölkəmiz də çıxış etmişdi.
Lakin təəssüflər olsun ki, ölkələrimiz arasında idman sahəsində
əməkdaşlıq haqqında rəsmi müqavilə hələ də imzalanmamışdı.
Müqavilənin imzalanması bu istiqamətdə əməkdaşlığın güclən-
məsində mühüm rol oynaya bilər. Son illər ölkəmizin idman-
çıları müxtəlif idman növləri üzrə İtaliyada keçirilən beynəlxalq
yarışlarda, Avropa və dünya çempionatlarında, turnirlərdə, id-
man festivallarında, eləcə də İtaliya idman nümayəndə heyətləri
ölkəmizdə təşkil olunmuş idman tədbirlərində uğurla iştirak et-
mişdilər.
İdman sahəsində Azərbaycan Respublikasının geniş əlaqələ-
rinin mövcud olduğu ölkələrdən biri də Çexiyadır. Müstəqilliyin
ilk illərində bu əlaqələr zəif olsa da, idmana dövlətin qayğısı və
fəal idman siyasəti nəticəsində 2000-ci ildən sonra bu əlaqələr
xeyli möhkəmlənmişdi. Nəticədə idmançılarımızın bu ölkədə
keçirilən idman yarışlarında iştirakı müntəzəm hal almağa baş-
lamışdı. Ölkəmizin idmançıları 14-16 mart 2004-cü ildə Praqada
keçirilmiş cüdo üzrə kişilər arasında “A” kateqoriyalı lisenziya,
10-15 may 2004-cü ildə Brunoda voleybol üzrə qadınlardan iba-
rət komandalar arasında “Sprinq CUP” beynəlxalq turnirində iş-
tirak etmişdilər [9, v.14]. Dövlətin idmana qayğısı sayəsində
maddi-texniki bazanın gücləndirilməsi ölkəmizdə bir sıra mötə-
bər idman yarışlarının keçirilməsinə imkan verdi ki, bu da bir
çox ölkələrin idmançıları ilə yanaşı Çexiya idmançılarının da öl-
kəmizdə keçirilən idman yarışlarında iştirakını təmin etdi. Misal
üçün, 27-31 may 2004-cü ildə Bakıda çex komandasının da işti-
rak etdiyi otüstü hokkey üzrə qadınlar arasında Avropa ölkələri-
nin çempion klub komandalarının 31-ci “Trofi” kuboku yarışları
Dostları ilə paylaş: |