Həsənov Yusifəli Lətif oğlu
32
nümayəndəmiz “Azərbaycanda idmana dövlət qayğısı və volon-
tyorluğun inkişafı” mövzusunda məruzə ilə çıxış etmişdi. Kon-
qresdə həm də Azərbaycan Respublikasında idmanın inkişafı və
maddi-texniki bazası haqqında məlumatın verilməsi ölkəmizin
təbliği baxımından da mühüm rol oynamışdı.
Azərbaycan tərəfi həmişə idmançılara viza verilməsi prose-
durunun maksimal surətdə asanlaşdırılmasına çalışmışdı [4, v.5].
Buna misal olaraq 1-9 avqust 1999-cu ildə Bakıda böyük müvəf-
fəqiyyətlə keçirilən yeniyetmələr arasında boks üzrə dördüncü
Avropa çempionatını göstərmək olar. Bu çempionatda Avropa-
nın 24 ölkəsindən olan komandalar içərisində Almaniyanın id-
mançıları da iştirak etmişdi. Bütün xarici iştirakçılar Bakıya vi-
zasız gəlmişdilər. Ümumiyyətlə, respublikamızın müvafiq or-
qanları ölkəmiz idman tədbirləri keçirdikdə vizaların sadələşdi-
rilməsi üçün həmişə bütün imkanlardan istifadə etməyə çalışır.
Azərbaycan Respublikası idman sahəsində Avstriya Federa-
tiv Respublikası ilə də əlaqələr yaratmışdı. 2001-ci ilin dekab-
rında ölkəmizin idman naziri Avstriyada səfərdə olarkən, tu-
rizmlə yanaşı müvafiq qurumlarla idman əlaqələrini müzakirə
etmişdi [46, v.6]. Ölkələrimizin idmançıları Avstriyada keçirilən
müxtəlif yarışlarda fəal şəkildə iştirak edirlər [46, v.6].
Son dövrlərdə Azərbaycan Respublikası ilə Rumıniya ara-
sında beynəlxalq idman əlaqələri də artan xətt üzrə inkişaf et-
mişdi. Azərbaycan Respublikası və Rumıniya hökumətləri ara-
sında 1995-ci ilin iyulun 2-də Buxarestdə elm, təhsil, mədəniy-
yət və idman sahələrində əməkdaşlıq haqqında saziş imzalan-
mışdı [30, v.1-3]. Müqavilənin 17 və 21-ci bəndlərinə əsasən tə-
rəflər müvafiq təşkilatlar arasında olan razılaşmalara əsasən bə-
dən tərbiyəsi və idman sahəsində əməkdaşlığın inkişafını dəstək-
ləmək, təşkil etdikləri elmi, mədəni, ədəbi, idman və digər təd-
birlər barədə qarşılıqlı şəkildə məlumat vermək və iştirak etmək
barədə razılaşmışlar. Elə bu müqaviləyə və ticarət-iqtisadi və el-
mi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətləra-
rası komissiyanın birinci iclas protokolunun icrası ilə əlaqədar
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
33
Rumıniyanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına və
həyata keçirilməsinə daim diqqət yetirilmiş və bunun qanunauy-
ğun nəticəsi kimi ölkələrimiz arasında idman sahəsində də
əməkdaşlıq uğurla inkişaf etmişdir. 13-16 may 2004-cü ildə Bu-
xarestdə keçirilmiş cüdo üzrə Avropa çempionatında, 26 aprel-3
may 2004-cü ildə Bakıda keçirilmiş AİBA prezidenti professor
Ə.Çoudrinin Kuboku uğrunda boks üzrə 8-ci Beynəlxalq turnir-
də, 16-22 noyabr 2004-cü ildə Bakıda keçirilmiş hərbçilərin
XXX dünya çempionatında, 11-13 mart 2005-ci ildə Bakıda ke-
çirilmiş taekvondo üzrə oğlanlar arasında 15-ci və qızlar arasın-
da 8-ci Avropa birinciliyində, 9-10 aprel 2005-ci ildə Bakıda
keçirilmiş ”B” kateqoriyalı beynəlxalq cüdo turnirində və 27-29
may 2005-ci ildə Bakıda voleybol üzrə qadınlar arasında keçiril-
miş dünya çempionatının ikinci seçmə mərhələsində idmançıla-
rımız iştirak etmişlər.
Tədqiqat dövründə Azərbaycan Respublikası ilə Polşa ara-
sında da beynəlxalq idman əlaqələri diqqəti cəlb edir. Belə ki,
iki ölkənin səfirlikləri zəruri yazışmalar aparmış, səfirliklər vasi-
təsilə müqabil tərəfin qurumları ilə əlaqə saxlanılmışdır. Polşa-
nın idman qurumlarının nümayəndələri vaxtaşırı Azərbaycan
Respublikasında keçirilən idman tədbirlərinə, ölkəmizin idman-
çıları isə Polşada keçirilən idman yarışlarına dəvət olunmuşlar
[29, v. 1-5]. 1997-ci il avqustun 26-da Varşavada imzalan-
mış ”Azərbaycan və Polşa hökumətləri arasında mədəni və elmi
əməkdaşlıq haqqında saziş”in 15-ci və 20-ci maddələrində gös-
tərilir ki, tərəflər gənclər və idman sahəsində əməkdaşlığı ayrıca
sazişlər əsasında dəstəkləyəcəklər [29, v.4]. Bununla əlaqədar
saziş layihəsi hazırlanmış, lakin o hələ də imzalanmamışdır [29,
v.5]. Buna baxmayaraq, ölkəmiz ilə Polşanın gənclər və idman
strukturları arasında əməkdaşlıq davam etdirilmişdir [166].
2001-ci ilin iyununda Polşa Dövlət İdman İdarəsinin vitse-prezi-
denti Azərbaycan tərəfinin dəvətinə əsasən ölkəmizdə səfərdə
olmuş, onunla gələcək əməkdaşlıq perspektivləri müzakirə olun-
muşdur [29, v.6]. Azərbaycan Respublikası idman nazirinin
Həsənov Yusifəli Lətif oğlu
34
müavini 21-23 iyun 2001-ci ildə Polşada keçirilmiş “Şərqi Av-
ropa ölkələrində idmanın strukturu və maliyyələşdirilməsi”
mövzusunda hökumətlərarası görüşdə iştirak etmişdir [29, v.7].
Görüş zamanı Polşanın bir sıra idman rəsmiləri ilə görüşlər ke-
çirilmiş və qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr
aparılmışdır. Həyata keçirilmiş səfərlər zamanı qarşılıqlı olaraq
ölkələrimizin idman siyasətləri öyrənilmiş, təcrübə mübadiləsi
aparılmışdır. Bundan başqa, görülən işlərin nəticəsi olaraq hər
iki ölkədə keçirilmiş idman tədbirlərində idmançılar qarşılıqlı
olaraq iştirak etmişdilər. Belə ki, 5-10 yanvar 2004-cü ildə Ba-
kıda keçirilmiş qadın komandaları arasında voleybol üzrə olim-
piya təsnifat turnirində Polşa yığma komandası iştirak etmişdir.
2004-cü ilin aprelində Varşavada keçirilmiş boks üzrə Olimpiya
lisenziya turnirində Azərbaycan boksçuları Afina Yay Olimpiya
Oyunlarına lisenziya əldə etmişlər [29, v.8]. 26 aprel – 3 may
2004-cü ildə isə Bakıda Ə.Çoudrinin kuboku uğrunda boks üzrə
VIII beynəlxalq lisenziya turnirində iştirak etmiş Polşa idmançı-
larından biri gümüş, digəri isə bürünc medal qazanmışdı. 14-16
yanvar 2004-cü ildə həndbol üzrə Azərbaycan yığma komandası
Polşada keçirilmiş Avropa çempionatının seçmə oyunlarında və
13-22 noyabr 2004-cü ildə isə Bakıda hərbçilər arasında cüdo
üzrə dünya çempionatında Polşa idmançıları mübarizə aparmış-
dılar [29, v.8]. 14-16 yanvar 2005-ci ildə Polşada həndbol üzrə
kişilər arasında Avropa çempionatının seçmə oyunları keçiril-
mişdi. Azərbaycanın həndbol üzrə yığma komandası da bu ya-
rışlarda qüvvəsini sınamışdı [29, v.9]. 2005-ci ilin martın 12-13-
də Varşavada keçirilmiş cüdo üzrə kişilər arasında “A” kateqori-
yalı beynəlxalq turnirdə Azərbaycan yığma komandası da iştirak
etmişdi.
Avropa voleybol klublarının ən nüfuzlu yarışlarından sayı-
lan Çempionlar liqasında ölkəmizin qadınlarından ibarət “Azər-
reyl” voleybol klubu 10 noyabr 2004-cü ildə Kalişdə keçirilmiş
oyunda yerli “Kalisiya Vinyari” klubunu 3:0 hesabı ilə məğlub
etmişdi. 25 yanvar 2005-ci ildə Bakıda keçirilmiş cavab görüşü
Dostları ilə paylaş: |