Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
48 
 
ci  ildə  islam  ölkələrinin  idman  nazirlərinin  iclası  və  həmrəylik 
oyunlarında  Azərbaycan  Respublikası,  Türkiyə  və  Şimali  Kipr 
Türk Respublikasının idman nazirləri görüşərək çoxtərəfli əmək-
daşlığın  inkişaf  yollarını  müzakirə  etmişlər  [37,  v.57].  Onu  da 
qeyd etmək  lazımdır ki, bu cür  əlaqələr hər  iki dövlətin üzv ol-
duğu digər təşkilatlar çərçivəsində də həyata keçirilmişdi. 
2005-ci ildə ölkələrimizin idmançıları Bakı, İstanbul, İzmir, 
Antalya, Marmaris şəhərlərində keçirilmiş cüdo, boks, gimnasti-
ka,  sərbəst  və  yunan-Roma  güləşi,  atletika,  taekvondo,  kaman-
dan oxatma, qılıncoynatma, həndbol, voleybol  və alpinizm  üzrə 
10-dan çox müxtəlif yarışlarda iştirak etmişlər [37, v.60]. Voley-
bol üzrə qadınlar arasında 2004-2005-ci illər Avropa çempionlar 
liqasının qrup mərhələsi oyunları çərçivəsində ölkəmizin “Azər-
reyl”  klubu  Türkiyənin  “Beşiktaş”  komandası  ilə  Bakıda  və  İs-
tanbulda  qalibiyyətli  iki  matç  keçirmişdi.  2005-ci  il  mayın  24-
dən  iyunun  1-ə  kimi  Marmarisdə  keçirilmiş  sərbəst  və  yunan-
Roma  güləşi  üzrə  beynəlxalq  turnirdə  iştirak  etmiş  yeniyetmə-
lərdən  ibarət yığma komandamız  bir qızıl,  iki gümüş  və  iki  bü-
rünc  medal  əldə  etmişdi.  Həmin  il  avqustun  11-21-də  İzmirdə 
keçirilmiş tələbə  idmançıların XXIII  universiadasında  Azərbay-
can  komandası  atletika,  taekvondo,  kamandan  oxatma,  sərbəst 
və yunan-Roma güləşi, qılıncoynatma idman növündə 38 nəfər-
lik  nümayəndə  heyəti  ilə təmsil olunmuşdu. 2005 ci  ilin avqus-
tunda Türkiyədə alpinizm üzrə təşkil olunmuş “Ağrı dağına yü-
rüş”  adlı  beynəlxalq  tədbirdə  tərkibində  4  nəfər  olan  komanda-
mız  da  iştirak  etmişdi.  2005-ci  il  noyabrın  12-15-də  Antalyada 
yeniyetmələr arasında cüdo üzrə ənənəvi beynəlxalq turnir keçi-
rilmişdi. 2005-ci ildə bu qardaş ölkənin də nümayəndələri bizim 
ölkədə  keçirilmiş  yarışlarda  fəal  iştirak  etmişlər  [37,  v.61].  11-
13  martda  Bakıda  taekvondo  üzrə  gənclərin  Avropa  birinciliyi 
keçirilmiş, bu yarışlarda Türkiyə idmançıları dörd qızıl, dörd gü-
müş və dörd bürünc medal əldə edərək medalların ümumi sayına 
görə ölkələr  arasında  ikinci  yerə  çıxmışdılar.  22-28  martda  Ba-
kıda Ə.Çoudrinin kuboku uğrunda yarışda, 9-10 apreldə Bakıda 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
49 
 
kişilər arasında “B” kateqoriyalı beynəlxalq cüdo turnirində, 5-9 
may


Həsənov Yusifəli Lətif oğlu 
 
50 
 
çempionatında iştirak etmiş, “Turan” futbol komandası ABŞ tə-
rəfinin dəvəti ilə orada bir neçə yoldaşlıq görüşü keçirmiş, 1996-
cı ildə stend atıcılarımız dünya kubokunun növbəti mərhələsinin, 
basketbol üzrə iki komandamız  “Bob  Krouzi”  beynəlxalq turni-
rinin, digər  nümayəndələrimiz  paraolimpiya  yarışlarının  iştirak-
çısı olmuşdular. 
1996-cı ilin  ən böyük idman hadisəsi ABŞ-ın Atlanta şəhə-
rində  keçirilən  XXVI  Yay  Olimpiya  Oyunları  olmuşdu.  Azər-
baycan  idmançıları  da  həmin  tədbirdə  fəal  iştirak  etmişdilər  [3, 
v.7]. Gənclər və idman naziri Ə.Qarayev 22-27 iyun 1997-ci ildə 
Milli Məclis sədrinin birinci müavini A.Rəhimzadənin rəhbərlik 
etdiyi parlament nümayəndə heyətinin tərkibində ABŞ-da səfər-
də olmuşdu [3, v.8]. Səfər zamanı ölkələrimiz arasında ikitərəfli 
münasibətlərin inkişafına, xüsusən gənclər və idman problemlə-
rini  əhatə  edən  məsələlərə  geniş  diqqət  yetirilmişdi.  Qaçqın  və 
məcburi  köçkün  uşaqlarının  problemləri  də  diqqət  mərkəzində 
olmuşdu.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  mərhum  prezident 
H.Ə.Əliyevin ABŞ-a rəsmi səfərləri gənclər və idman sahəsində 
əməkdaşlığın  genişləndirilməsi  işinə  çox  böyük  kömək  etmişdi 
[3, v.9]. Azərbaycan tərəfi birgə idman tədbirləri, məşq toplanış-
ları,  amerikalı  idmançılar  və  komandalarla  vaxtaşırı  görüşlər, 
məşqçi kadrlar və yeni məşq metodikası materialları mübadiləsi-
ni  əhatə  edən  proqramın  hazırlanması,  idmanın  maddi-texniki 
təchizatı və idman infrastrukturunun inkişafı sahəsində qarşılıqlı 
faydalı əməkdaşlıq şəraitinin yaradılması, idmançılarımıza müa-
sir  idman  avadanlığı,  idman  geyimlərinin  verilməsi  sahəsində 
kömək  göstərilməsi  istiqamətində  ABŞ-la  əməkdaşlığın  qurul-
masına  çalışmışdı.  Bunun  nəticəsi  olaraq  Rüfət  və  Emil  İsrafil-
bəyov  qardaşları  ilk  azərbaycanlı  boksçular  olaraq  Baltimorda 
şöhrət qazanmışlar [3, v.10]. Ötən illər ərzində gənclərdən ibarət 
idmançı nümayəndə heyətlərimiz qarşılıqlı olaraq hər iki ölkədə 
təşkil olunmuş gənclər və idman tədbirlərində iştirak etmişlər [3, 
v.11-14]. Bunun bariz nümunəsi kimi 1997-1999-cu illərdə ABŞ 
idmançılarının Bakıda Ə.Çoudrinin şərəfinə keçirilmiş boks üzrə 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
51 
 
beynəlxalq turnirlərdə iştirakını qeyd etmək olar. 24-30 oktyabr 
2002-ci ildə isə hərbçi taekvondoçular arasında ABŞ-da keçiril-
miş  dünya  çempionatında  komandamız  bir  qızıl  və  üç  bürünc 
medal  qazanmışdı.  10-14  sentyabr  2003-cü  ildə  Nyu-Yorkda 
təşkil olunmuş sərbəst güləş üzrə dünya çempionatında idmançı-
larımız da qüvvələrini sınamışlar. 2004-cü ildə ölkəmizdə, 2005-
ci  ildə  ABŞ-da  boks  üzrə  Azərbaycan-ABŞ  yoldaşlıq  görüşləri 
keçirilmişdi.  2005-ci  il  mayın  13-15-də    Bakıda  təşkil  olunmuş 
bədii  gimnastika  üzrə  Azərbaycan  Gimnastika  Federasiyasının 
kuboku  yarışlarında və oktyabrın 3-9-da XXVII dünya çempio-
natında  ABŞ  idmançıları  iştirak  etmiş,  17-19  iyun  2005-ci  ildə 
Las-Veqasda  keçirilmiş  qılıncoynatma  üzrə  Qran-pri  yarışların-
da  idmançımız qüvvəsini  sınamışdı. Göründüyü kimi,  Azərbay-
can-ABŞ  idman  əlaqələri  idmanın  müxtəlif  sahələrini  əhatə  et-
mişdi.  Lakin  düşünürük  ki,  bu  əlaqələrin  miqyasını  heç  də  qə-
naətbəxş  saymaq  olmaz.  Çünki  həmin  əlaqələrin  daha  geniş  və 
dərin olması üçün kifayət qədər potensial var. 
Tədqiq  olunan  dövrdə  Azərbaycan  Respublikası  ilə  MDB 
(ölkəmiz  1993-cü  il  sentyabrın  24-də  bu  təşkilata  daxil  olmuş-
dur) ölkələri, o cümlədən də Rusiya  Federasiyası arasında bey-
nəlxalq  əlaqələr,  o  cümlədən  idman  əlaqələri  miqyasına  və  in-
tensivliyinə  görə  xüsusilə  fərqlənmişdi  [140,  s.125-131].  Bu  da 
əsassız deyildir. Çünki  Azərbaycan Respublikası ilə Rusiya Fe-
derasiyası  və  digər  sabiq  müttəfiq  respublikalar  arasında  idman 
əlaqələri SSRİ dövründə çox geniş və güclü olmuşdur. Bu əlaqə-
lər müstəqillik dövründə əvvəlki illərlə müqayisə ediləcək səviy-
yədə olmasa da, davam etdirilmişdi. Bütün sahələrdə olduğu ki-
mi, idman sahəsində də Rusiya Federasiyası ilə əlaqələrin mün-
təzəm xarakter alması üçün iki ölkə arasında müqaviləyə ehtiyac 
duyulurdu.  Buna  görə  də  Rusiya  Federasiyası  Bədən  Tərbiyəsi 
Komitəsi  ilə  Azərbaycan  Respublikasının  Dövlət  Bədən  Tərbi-
yəsi və İdman Komitəsi arasında 26 oktyabr 1993-cü ildə Sankt-
Peterburqda  1993-1997-ci  illəri  əhatə  edən  13  maddədən  ibarət 
əməkdaşlıq sazişi imzalanmışdı [31, v.8]. Sazişin 13-cü bəndinə 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə