236
Risklərin idarə edilməsi sistemi mütəmadi olaraq bankın daxili audit böl-
məsi tərəfindən qiymətləndirilməli və nəticələr barədə bankın Audit Komi-
təsinə hesabat verilməlidir.
Bank fəaliyyətində mövcud olan risklərin idarə edilməsi məqsədilə bank-
da kredit riskinin səmərəli idarə edilməsi ilə bağlı Kredit komitəsi, likvidlik və
bazar risklərinin idarə edilməsi üzrə Aktiv və Passivləri darəetmə Komitəsi
yaradılır.
Zəruri hallarda bankın informasiya texnologiyaları sistemlərinin səmərəli
və təhlükəsiz işini təmin etmək, habelə bankın qarşılaşdığı diğər risklərin idarə
olunması məqsədi ilə nformasiya texnologiyaları komitəsi və digər komitələr
yaradıla bilər. Bankdaxili komitərlərin səlahiyyətləri Azərbaycan Respublikası
Mərkəzi Bankının normativ xarakterli aktları, korporativ idarəetmə standartları
və bankın daxili sənədləri ilə tənzimlənir.
Banklarda risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati
struktur yaradılarkən aşağıdakılar təmin edilməlidir:
1. təşkilati strukturun bütün səviyyələri arasında effektiv əlaqə və
informasiya axını;
2. maraqlar münaqişəsinin yaranmaması;
3. məsuliyyət və səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi;
4. müstəqil və şəffaf qərar qəbuletmə prosesi;
5. bankın məruz qala biləcəyi risklər barədə daimi olaraq bank rəhbərliyi
və struktur bölmələrinin məlumatlandırılması;
6. bankdaxili risk mədəniyyətinin formalaşdırılması.
Risklərin idarə edilməsi strukturu aşağıdakılardan ibarətdir:
Müşahidə Şurası. Müşahidə Şurası bankın fəaliyyəti nəticəsində məruz
qala biləcəyi bütün riskləri anlamalı, onlar barədə tam məlumat əldə etməli,
bütün risklərin adekvat səviyyələrini, onları idarəetmə imkanlarını müəyyən
etməli və riskləri düzgün müəyyənləşdirən, qiymətləndirən, onlara nəzarət edən
səmərəli risklərin idarə edilməsi sisteminin yaradılmasını təmin etməlidir.
Risklərin idarə edilməsi prosesində bankın Müşahidə Şurasının vəzifə və
səlahiyyətləri aşağıdaklılardan ibarətdir: bankın risklərinin idarə edilməsi siya-
sətini, risklərin idarə edilməsi üzrə təşkilati strukturunu, səlahiyyət və məsuliy-
yətlərini, müxtəlif əməliyyat və fəaliyyət istiqamətləri üzrə daxili qayda və
prosedurları, risklərin idarə edilməsi işində istifadə edilən müxtəlif metodo-
logiyaları, limitləri təsdiq etmək; risklərin idarə edilməsi sisteminin effektivliyi
və səmərəliliyinin təmin edilməsinin yoxlanılmasına dair daxili audit bölməsinə
tapşırıqlar vermək; bankın qəbul edəcəyi riskin səviyyəsini müəyyənləşdirmək;
adekvat risklərin idarə edilməsi qaydalarının hazırlanmasını təmin etmək;
Mərkəzi Bankın tələbləri nəzərə alınmaqla bankın kapitalı üzrə kəmiyyət və
keyfiyyət tələblərini müəyyən etmək; bankın idarə heyətinə risklərin idarə edil-
məsi ilə bağlı tövsiyələr vermək; Risklərin idarə edilməsi komitəsindən (R K)
mütəmadi hesabatlar tələb etmək; R K-ə rəhbər təyin etmək.
237
darə
Heyə
ti. darə Heyəti Müşahidə Şurası tərəfindən təsdiq edilən və
risklərin idarə edilməsini həyata keçirən təskilati strukturu yaradır və risklərin
idarə edilməsi üzrə bütün qayda və prosedurların hazırlanmasını təmin edir.
darə Heyəti öz fəaliyyəti ilə əlaqədar olan riskləri anlamalı, bankın effektiv və
qanunvericiliyə uyğun qaydada fəaliyyət göstərməsi üçün mükəmməl və
etibarlı nəzarət mühitinin yaradılmasını, bu mühitin qorunub saxlanılmasını,
səlahiyyətlər iyerarxiyasını, vəzifə və məsuliyyətlə , o cümlədən səlahiyyətlərin
müəyyənləşdirilməsi və qərarların qəbul edilməsi prosedurlarını, professional
bilik və təcrübəyə malik risklərin idarə edilməsi heyətini və onların davamlı
olaraq bilik və peşəkarlıq səviyyələrinin artırılmasını təmin etməlidir. darə
Heyəti risklərin idarə edilməsi bölməsinə cavabdeh olan darə Heyətinin üz-
vünü təyin etməlidir. Risklərin idarə edilməsi prosesində bankın darə He-
yətinin səlahiyyət və vəzifələri ən azı aşağıdakılardan ibarətdir:
1. risklərin idarə edilməsi funksiyasının vəzifə və səlahiyyətlər bölgüsünü
müəyyən etmək;
2. risklərin idarə edilməsi sisteminə yetərli sayda təcrübəli və peşəkar
ə
məkdaşları cəlb etmək;
3. risklərin idarə edilməsi siyasətini tətbiq etmək və mütəmadi olaraq ona
yenidən baxmaq;
4. risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirmək;
5. risklərin idarə edilməsi bölməsinə tapşırıqlar vermək.
Risklə
rin idarə
edilmə
si komitə
si. Bankda onun əməliyyatlarının
növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə
və üzləşdiyi risklərə adekvat risklərin idarə edilməsi sistemi yaradılmalıdır.
Risklərin idarə edilməsi sistemi bankın fəaliyyətinə xas olan risklərin müəyyən
edilməsi, qiymətləndirməsi, onlar barədə hesabatların hazırlanması, məqbul
risk limitlərinin müəyyən edilməsi və onlara nəzarət edilməsi və risklərin azal-
dılmasını təmin etməlidir. Bankda risklərin idarə olunması üzrə daxili siyasət,
qaydalar, təşkilati struktur və hesabatlıq sistemlərini, habelə risklərin müəyyən-
ləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi, monitorinqi və hesabatlığa dair
minimum tələblər Mərkəzi Bankın müvafiq normativ xarakterli aktları ilə
tənzimlənir.
Müşahidə Şurası, darə Heyətindən asılı olmayan və risklərin idarə
edilməsi üzrə müstəqil qərarlar qəbul edə bilən risklərin idarə edilməsi ko-
mitəsini (R K) yaratmalıdır. Bu komitə bankda risklərin idarə edilməsi üzrə
məsuliyyətə malik olan darə Heyətinin bir neçə üzvündən, eləcə də bankın
struktur bölmələrinin rəhbər işçilərininin iştirakı ilə yaradılmalıdır. R K-in
iclasları ayda bir dəfədən az olmayaraq keçirilməli və nəticələri barədə bankın
Müşahidə Şurasına hesabat verilməlidir. R K-in sədri bankın Müşahidə Şurası
tərəfindən təyin edilir. R K-in sədri digər bankdaxili komitələrin üzvü olmalı və
veto hüququna malik olmaqla bu komitələrdə məbləği məcmu kapitalının 1%-
dən çox olan bütün əməliyyatlara dair qərarların qəbul edilməsində iştirak
etməlidir.