Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə127/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   123   124   125   126   127   128   129   130   ...   230

 

 

266



tizasiya fondu ilə və ya mənfəətlə geri ödənir. Məsələn, bir fabriki qurmaq ya 

da  mövcud  fabriki  genişləndirmək  üçün  uzunmüddətli  kredit  alan  bir  sənaye 

ş

irkəti  aldığı  krediti,  gələcəkdə  əldə  edəcəyi  mənfəətlə  ödəyir.  Qısa,  orta  və 



uzunmüddətli kreditlərin yuxarıda açıqlanan özəllikləri ayrı-ayrı kredit qurum-

larının  qurulmasına  səbəb  olmuşdur.  Məsələn,  qısamüddətli  kreditlərlə  daha 

çox əmanət və kommersiya bankları, orta və uzun müddətli kreditlərə isə daha 

çox investisiya və inkişaf bankları vasitəçilik edirlər. 

Alan şəxsə görə: dövlət krediti və özəl krediti. Kredit alanın şəxsinə görə 

dəyişir.  Kreditdən  istifadə  edən  şəxsi  dövlət  və  ya  bələdiyyənin  qurumları  da 

bilir. Bu kredit özəl kreditdən bir az fərqlidir. Çünki kreditin müddət sonunda 

borc  ödənməzsə  təzyiq  və  ya  icbaretmə  kimi  vasitələr  bir  az  zəifdir.  Kreditin 

digər növü dövlət kreditidir. Dövlət krediti o zaman meydana gəlir ki, kreditor 

və  yaxud borcalan sifətində dövlətin özü (mərkəzi hökumət və  yerli hakimiy-

yət) çıxış edir. Borcalan kimi çıxış etdikdə dövlət büdcə xərclərinin təmin edil-

məsindən  ötrü  borc  kapitallar  bazarında  öz  borc  öhdəliklərini  yerləşdirməklə 

büdcəyə  əlavə  vəsait  cəlb  edir.  Dünya  təcrübəsinin  göstərdiyi  kimi  daxili 

borclar dövlət xərclərinin maliyyələşdirilməsinin vergilərdən sonra ikinci mən-

bəyidir.  Eyni  zamanda  büdcə  kəsirinin  örtülməsi  məqsədi  ilə  borc  vəsaitlə-

rindən istifadə olunmanın miqyasları resursların səmərəli və qənaətli istifadəsi 

nöqteyi-nəzərdən  məhdudlaşdırılır.  Çünki  borcu  müəyyən  vaxtdan  sonra  qay-

tarmaq gərəkdir. 

Dövlət  borc  öhdəliklərini  müəyyən  məqsədli  dövlət  proqramlarının 

maliyyələşdirilməsi  məqsədilə  bazarda  yerləşdirə  bilər.  Məsələn,  milli  iqtisa-

diyyatın bərpası, inkişafı, ayrı-ayrı sahələrin yenidən qurulması, konkret region-

ların inkişafı, müxtəlif sosial proqramlar, təbii fəlakət nəticələrinin aradan qal-

dırılması  və  s.  məqsədli  proqramlar,  təkcə  dövlət  büdcəsinin  cari  gəlirləri 

hesabına  deyil,  həm  də  dövlət  borcu  xətti  ilə  də  maliyyələşə  bilər.  Dövlət 

krediti çərçivəsində dövlət kreditor kimi də çıxış edə bilər. Belə hallarda dövlət 

vəsaitlərindən  müxtəlif  subyektlərə  kreditlər  verilir.  Bu,  xüsusilə  milli  iqti-

sadiyyatın çox vaxt mənfəətsiz və yaxud azmənfəətli, lakin geniş təkraristehsal 

üçün  zəruri  sahələrə  xasdır.  Burada  onu  da  qeyd  etmək  olar  ki,  dövlət  kredi-

tindən  (dövlət  həm  kreditor,  həm  də  borcalan  olduqda)  iqtisadiyyatın  tən-

zimlənməsinin güclü aləti kimi də istifadə edə bilər. 

Kredit münasibətləri təkcə ölkə daxilində deyil, ölkələr arasında da möv-

cuddur. Kredit kapital ixracının formalarından biri kimi çıxış edir. Belə hallarda 

kreditin  başqa  növü  olan  beynəlxalq  kredit  ön  plana  çıxır.  Beynəlxalq  kredit 

zamanı  iştirakçılar  dəyişmir,  lakin  kredit  sövdələşməsinin  tərəflərindən  biri 

xarici ölkəyə mənsub olmalıdır. 

Klassik  iqtisadçılara  görə,  inkişaf  etməkdə  olan  ölkələrin  maliyyə  qay-

naqlarına  olan  ehtiyacın  qarşılanmasına  beynəlxalq  kredit  deyilir.  nkişaf 

etməkdə  olan  ölkələrdə  rast  gəlinən  problemlərdən  biri  yığım  çatışmazlığıdır. 




 

 

267



Beynəlxalq  kreditə  olan  ehtiyacın  səbəblərini  aşağıdakı  formul  vasitəsi  ilə 

göstərə bilərik:  



S - I = X - M. 

Burada S -ölkə daxili yığımı; (I) - ölkə daxili investisiyaları; X - mal və 

xidmət ixracını; M - mal və xidmət idxalını göstərir. S < I-dən isə ölkə daxilin-

də qoyulan investisiyaların miqdarının ölkə içindəki yığımlara nisbətən böyük 

olduğu başa düşülür.  

Bu durumda investisiyaların beynəlxalq kredit hesabına saxlanaraq qarşı-

lanması məsələsi olacaqdır. Saxlanan beynəlxalq qaynaqlar idxalat  çoxluğuna 

yönəldiləcəkdir. 

Beynəlxalq maliyyələşmə, ölkələr arasındakı müxtəlif növ maliyyə axın-

larının və əməliyyatların prosesini əhatə edir. Beynəlxalq Maliyyə quruluşları-

nın  fəaliyyətlərindəki  əməliyyatlar  bir-birindən  fərqlidir.  Bunun  səbəbi  də 

kreditlərin çeşidliyindədir.  

Beynəlxalq maliyyələşmə anlamı olaraq həm xarici borcları, həm də bey-

nəlxalq yardımları əhatə edən geniş bir mənaya malikdir.  anələr yardım özəl-

liyi  formasında  olub  beynəlxalq  maliyyələşmə  formalarından  biridir.  anələr, 

ehtiyac  hiss  edilən  maddələrin,  ehtiyacı  olan  ölkəyə  verilməsi  ilə  həyata 

keçiririlir.  Çox  az  rastlanan  pul  ianələridir.  Texniki  yardımlar  da  ianə  anlamı 

içindəki  yardımlardır.  Adətən,  beynəlxalq  maliyyə  qurumlarının  fondlarından 

az inkişaf etmiş ölkələr ianə formasında yararlana bilirlər. 

Beynəlxalq  maliyyələşmənin  böyük  bir  hissəsini  rəsmi  yardımlar  təşkil 

edir. Bunlar hökumətdən-hökumətə köçürülən borc vermə əməliyyatlarıdır ki, 

ümumiyyətlə, uzunmüddətli və aşağı faizli olurlar. Digər maliyyələşmə forması 

da millətlərarası qurumlar (əsasən, Dünya Bankı və ona bağlı olan qurumlardır) 

tərəfindən açılan kreditlərdir.  

Digər  bir  beynəlxalq  kreditləşmə  forması  özəl  satıcı  kreditləridir.  Özəl 

istehsalçı və ya satıcı qurumlar qarşı tərəfdəki ölkənin rəsmi və ya özəl sektor 

qurumlarına  doğrudan  kredit  verirlər.  Xarici  özəl  investisiyalar  da  beynəlxalq 

maliyyə qaynaqları içində önəmli bir yer tutur. Xarici sərmayəli şirkətlərin inki-

ş

af etməkdə olan ölkələrə investisiya yardımları doğrudan-doğruya mənfəət əl-



də etmək məqsədini güdür. 

Defisit  iqtisadiyyatı  müəyyən  şəraitdə  borc  iqtisadiyyatını  səciyyələndi-

rir.  Borc  iqtisadiyyatı  xarici  borc  və  ödəmələrin  artan  həcmi  ilə  səciyyələnir, 

yeni borclanmalar və xarici borcların ödənilməsi ilə ölkə siyasətinin əsas şərt və 

fəaliyyət istiqamətlərindən birinə çevrilir. 

Ölkənin  xarici  öhdəliklərinin  yerinə  yetirməsinin  əsas  səbəbi  ona  qarşı 

kreditor  tərəfindən  cavab  tədbirlərinin  görülməsi  təhlükəsidir.  Bu  tədbirlər 

borclu  ölkənin həmin ölkə ərazisində  yerləşən  aktivlərinin müsadirə edilməsi, 

həmçinin ikitərəfli ticarətin dayandırılması və s. ola bilər. 

Beynəlxalq  kredit  ilk  növbədə  müxtəlif  ölkələrin  rezidentləri  arasındakı 

iqtisadi  əlaqələrə, ikinci növbədə rezident  ölkələrin müxtəlif institutlarla,  yəni 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə