273
qalıqların olması müştəri ilə banklar arasında müəssisə, təşkilat və əhalinin
kreditor olduqları kredit münasibətlərinin olmasını göstərir. Bank hesablarından
nağd pulların verilməsi bankın müştəri qarşısındakı borcunun ödənilməsi
deməkdir. Digər tərəfdən isə banka nağd pulların daxil edilməsi onların təda-
vüldən çıxarılmasını göstərir və bankların öz müştərilərinə olan borclarının
böyüməsi ilə müşayiət olunur. Nağdsız pul dövriyyəsinə gəldikdə isə, ödə-
nişləri daima yerinə yetirməkdən ötrü müəssisələrin vəsaitlərə əlavə tələbatı ya-
ranır. Buna səbəb gündəlik pul məxaricləri ilə pul mədaxilləri arasındakı
uyğunsuzluqdur. Belə hallarda əlavə pül vəsaitlərinə yaranan müvəqqəti təlabat
kredit cəlb olunmaqla ödənilə bilər. Burada verilən borcların həcmi və onların
ödənilmə müddətlərinin əmtəə istehsalı və satışı prosesləri ilə əlaqələndirilməsi
böyük əhəmiyyət kəsb edir. Dövriyyədəki pul kütləsinin ona olan tələbata
uyğun olması ictimai kapitalın geniş təkraristehsalının ahəngliyi və fasiləsizliyi
üçün mühüm əhəmiyyət kəsb edir. Məhz dövriyyədəki pul kütləsinin dövriy-
yənin tələbatlarına uyğun olması məqsədilə kreditləşmə prinsiplərinə riayət
edilməsi çox vacibdir. Eyni zamanda dövriyyədəki pul vəsaitlərinin həcminin
tənzimlənməsinin böyük iqtisadi əhəmiyyətini nəzərə alaraq kredit əməliy-
yatlarının pul siyasəti tədbirləri vasitəsilə dövlət tənzimlənməsi tətbiq olunur.
Burada kreditin iqtisadi rolunun yeni tərəfi aşkarlanır. Kreditdən iqtisadiyyatın
dövlət tənzimlənməsinin güclü aləti kimi istifadə olunur.
qtisadiyyatın kredit tənzimlənməsi kreditin həcmi və dinamikasını dəyiş-
məklə iqtisadiyyatın inkişafı imkanlarına və perspektivlərinə təsir göstərməsilə
ə
laqədardır. Kreditin dinamikası iqtisadiyyatın silsiləvi inkişaf ilə müəyyən-
ləşsə də dövlət tənzimlənməsi kreditin iqtisadiyyatın sahə və bölmələri üzrə ye-
rləşdirilməsinə güclü təsir göstərə bilir. Kredit tənzimlənməsi vasitəsilə dövlət,
sosial-iqtisadi problemlərin həllinə, ziddiyyətlərin zəiflədilməsi, iqtisadi böh-
ranların gedişinin yüngülləşdirilməsinə, inflyasiyanın dayandınlmasına, iqtisa-
diyyatın və ümumi milli məhsulun, ixrac və idxalın quruluşunun səmərələşdiril-
məsinə və s. çalışır. Məsələn, dünya təcrübəsindən yaxşı məlumdur ki, böhran
şə
raitində və yaxud böhran yaxınlaşdıqca bazar tələbini canlandırmaq məq-
sədilə dövlət çox vaxt kredit vasitəsilə istehsal investisiyalarını, mülki tikintini,
uzunmüddətli istehlak mallarının kreditə satışını, milli ixracı stimullaşdırmağa
çalışır. Borc kapitalı hərəkətinin təbii bazar mexanizmi ilə kredit tənzimlənməsi
arasındakı nisbət hər dəfə ölkə iqtisadiyyatındakı konkret vəziyyət, dünya ölkə-
lərinin ilk növbədə də əsas iqtisadi ortaqların istehsalındakı silsiləvi dəyişik-
liklər, beynəlxalq ticarətdə, beynəlxalq valyuta sistemində və kapital bazarın-
dakı vəziyyətdən asılıdır. Kredit tənzimlənməsi bütövlükdə iqtisadiyyatın sə-
mərələşdirilməsinə, onun keyfiyyətinin yüksəldilməsinə xidmət etsə də müəy-
yən məhdudiyyətlərə də malikdir. Bu məhdudiyyətləri bilmək, onlara bələd
olmaq kredit tənzimlənməsindən bacarıqla istifadə edilməsindən ötrü vacibdir.
Ə
ks halda kreditə hədsiz meyil, ondan makro və mikro səviyyələrdə sui-istifadə
pul kredit böhranları ilə nəticələnə bilər.
274
poteka krediti. poteka kreditinin spesifik cəhəti daşınmaz əmlakın
girov qoyulması və açılan kreditin uzunmüddətliyidir. poteka krediti bir qayda
olaraq, əmlakın girov qoyulması ilə uzunmüddətli ssudalar verilməsi üzrə
ixtisaslaşan banklar tərəfindən verilir. Bura ipoteka və torpaq bankları aiddir.
Onların resursları içərisində ən vacib yeri ipoteka istiqrazlarının buraxılışı ilə
formalaşan vəsaitlər tutur. Dünya praktikasında ipoteka kreditləşmə sisteminin
müxtəlif növlərindən istifadə edilir.
poteka kreditinin əsas tərkib hissəsi təminat şəkilində verilən əmlakın
qiymətləndirilməsidir. Əmlakın qiymətləndirilməsi bir sıra faktorlara əsaslanır
ki, bunların da ən əsası: əmlaka olan tələb və təklif, obyektin səmərəliliyi, onun
yerləşmə ərazisi, obyektdən istifadə edilərkən əldə edilən gəlir, əmlakın
qiymətləndirilməsinin kalkulyasiya metodu, bazar dəyəri üzrə qiymətləndirmə
metodu və gəlirin kapitalizasiya metodu hesab edilir.
Kalkulyasiya metodu obyektin balans dəyərinin və ləğvetmə dəyərinin
qiymətləndirilməsini nəzərdə tutur.
Bazar qiyməti üzrə qiymətləndirmə metodu analoji obyektlərin tələb və
təklif bazarı haqqındakı məlumatların yığılması və təhlilini nəzərdə tutur.
Gəlirin kapitalizasiyası metodu obyektin gələcəkdə gəlir götürmək
imkanlarının müəyyən edilməsinə əsaslanır.
poteka krediti ümumilikdə bazar münasibətlərinin inkişaf etməsində və
güclənməsində böyük rol oynayır.
Kredit multiplikatoru. Bankların kredit mexanizmi ilə yaratdıqları pulu
ifadə edən bir qavramdır. Əgər ödəmələr heç banknot istifadə edilmədən, ta-
mamilə çeklə aparılarsa, o təqdirdə kredit multiplikatorunun (k) düsturu aşa-
ğ
ıdakı kimi olar: K=(1-r)/r. Bura – r bankların əmanətə qarşılıq tutmaq məc-
buriyyətində olduqları qarşılıq nisbətlərini ifadə edir. Görüldüyü kimi, bu nisbət
nə qədər aşağı olursa kredit multiplikatorunun dəyəri o qədər yüksək olur.
Ə
slində banklardan alınan kreditlərin bunun çeklə istifadəsi mümkün deyildir.
Bir bölüm ödəmələr banknotla aparılır. Digər bir ifadə ilə, alınan kreditlərin bir
bölümü bank sistemin kənarında çıxarılmış olur. Bu vəziyyətdə kredit mul-
tiplikatoru aşağıdakı düsturla göstərilir: K=(1-r)/(r +M), M – banknotla aparılan
ödəmələrin nisbətidir. Dolayısı ilə M-in dəyəri nə qədər aşağı olarsa, kredit
multiplikatoru o dərəcə böyük olur.
7.2. Kreditləşmənin iqtisadi əhəmiyyəti və kredit tələblərinin dəyərləndirilməsi
Bankın əsas əməliyyatlarından biri onun aktiv əməliyyatıdır. Aktiv əmə-
liyyatlar vasitəsilə banklar cəlb etdikləri vəsaitləri ehtiyacı olanlar arasında
yerləşdirərək kreditor sifətində çıxış edirlər. Kredit əməliyyatı pul vəsaitlərini
müvəqqəti istifadə etmək üçün qaytarmalı və ödənilmək şərtilə yerləşdirilmə-
sində kreditor və debitor arasındakı münasibətdir.