Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə133/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   129   130   131   132   133   134   135   136   ...   230

 

 

280



edərkən,  üç  önəmli  nöqtəyə  diqqət  edərlər.  Bunlar:  qüvənli  (riski  minimum); 

likvidliyi (təhlükəsiz müddət) və gəirlilik (gəlirlilik maksimum). 

 

7.3. Azərbaycan banklarında kreditlərin verilməsi qaydaları

8

 

 

Kredit strategiyası. Bankın kredit strategiyası onun ümumi strateji baxışı 



ə

sasında formalaşmalıdır. Kredit strategiyası cəlb olunmuş vəsaitlərin strukturu, 

kadr  və  informasiya  resurslarının  yetərliyi  və  adekvatlığı  nəzərə  alınmaqla 

kreditlərin növləri üzrə (ipoteka, istehlak, kommersiya) bankın kredit resursla-

rının  yerləşdirilməsi  istiqamətlərini  müəyyən  edir.  Strategiyada  kredit  port-

felinin  diversifikasiyası  (iqtisadi  sektorlar,  coğrafi  ərazilər,  valyuta  növləri, 

kreditlərin  müddəti  və  gəlirliyi),  qeyri-qanuni  fəaliyyətlə  məşğul  olan  borc-

alanlarla əməkdaşlığa yol verilməməsi və digər kreditləşmə fəaliyyəti ilə bağlı 

məsələlər  üzrə  bankın  mövqeyi  ifadə  edilir.  Kredit  strategiyası  bankın  ixti-

saslaşması  ilə  cəmləşmə  səviyyəsinin  məhdudlaşdırılması  arasında  tarazlığın 

təmin edilməsi və kredit fəaliyyətinin  yalnız mərkəzləşdirilmiş qaydada və ya 

filiallar tərəfindən də həyata keçirilməsi kimi strateji məsələləri əhatə etməlidir.  

 Kreditlərin verilməsi meyarları. Bank tərəfindən kredit sifarişlərinin qiy-

mətləndirməsi  meyarları  kreditlərin  həcmi,  müddəti,  onlarla  bağlı  risklərin 

səviyyəsi,  borcalanın  fəaliyyət  növü  və  digər  amillərlə  müəyyən  edilir. 

Meyarlar ən azı aşağıdakı amillər üzrə qruplaşdırılır:  

1. Kreditin məqsədi və ödənişlərin mənbəyi; 

2. Borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi;  

3.  Kreditin,  habelə  onun  müqabilində  təklif  olunan  təminatın  bazar  və 

iqtisadi dəyişikliklərə qarşı həssaslığı;  

4. Borcalanın kredit tarixi, habelə tarixi məlumatlar və müxtəlif ssenarilər 

nəzərə alınmaqla nağd vəsait axını proqnozlarına əsasən borcalanın cari kredit 

qaytarma qabiliyyəti;  

5. Kommersiya kreditləri üzrə fəaliyyət sahəsində borcalanın təcrübə və 

bilikləri; 

6.  Kreditin  növü  ilə  bağlı  iqtisadi/bazar  sektorunun  vəziyyəti  və  həmin 

sektorda borcalanın vəziyyəti;  

7. Kredit müddəti ərzində kredit müqaviləsinə düzəlişlər edilməsi imkanı 

da daxil olmaqla kreditin şərtləri və müddəti;  

8. Təminatın adekvatlığı və zərurət  yarandıqda onun realizasiyası və  ya 

istifadə edilməsi.  

                                                            

8

  AR  MB.  Banklarda  kreditlərin  verilməsi  qaydaları-  ölkədə  fəaliyyət  göstərən 



kommersiya  banklarında  və  xarici  bankların  yerli  filiallarında  (bundan  sonra  -  banklar) 

kredit  riski  və  kreditlərin  verilməsi  üzrə  bankların  daxili  strategiya  və  qaydalarına  dair 

minimum tələbləri müəyyən edir. 

 



 

 

281



 Borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdə-

lik götürmə qabiliyyətini nəzərə almalıdır. Lakin borcalanın yüksək nüfuzu ona 

kreditin  verilməsi  barədə  qərar  qəbul  edilməsinə  yeganə  əsas  olmamalıdır. 

Hüquqi  şəxslər  tərəfindən  təqdim  olunmuş  kredit  sifarişi  qiymətləndirilərkən 

bank sifarişçinin korporativ idarəetmə sisteminin mövcudluğu və onun adekvat 

olmasını kredit riskinin ölçülməsində nəzərə almalıdır. Bank müəyyən edilmiş 

meyarlara əsaslanaraq hər bir borcalana (fiziki şəxslər, o cümlədən hüquqi şəxs 

yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  istisna  olmaqla) 

bankdaxili reytinq verməlidir.  

Kreditlərin verilməsi üzrə bankdaxili qaydalar. Kreditlərin verilməsi üzrə 

bankdaxili qaydalar kredit işini hərtərəfli tənzimləməli və kredit əməliyyatları 

aparılan zaman işdə rəhbər tutulmalıdır. Hər bir bank kreditlərin verilməsi üzrə 

bankdaxili  qaydalarda  apardığı  kredit  əməliyyatlarının  xarakterini  və  mürək-

kəbliyini nəzərə alaraq aşağıdakı məsələləri əks etdirməlidir:  



 Səlahiyyət bölgüsü. Bankdaxili qaydalarda kreditlərin verilməsi funksi-

yasını  yerinə  yetirən  strukturların  dəqiq  səlahiyyət  bölgüsü  müəyyən  edil-

məlidir. Bankdaxili strukturlara və ayrı-ayrı əməkdaşlara kredit sifarişlərinə rəy 

verilməsi  və  müvafiq  qərarın  qəbul  edilməsi  səlahiyyəti  verilərkən  qüvvədə 

olan  bank  qanunvericiliyinin  tələbləri,  əməkdaşların  iş  təcrübəsi  və  ixtisas 

səviyyəsi nəzərə alınmalıdır.  

Maraqlar  münaqişəsinin  yaranmasına  yol  verməmək  məqsədilə  bankda 

kredit  riskinin  qiymətləndirilməsi,  o  cümlədən  kreditlərin  təsnifləşdirilməsi 

funksiyası kredit portfelinin keyfiyyətinə, habelə normativlərə, prudensial hesa-

batlığa, bankdaxili tələb və limitlərin icrasına nəzarət funksiyasından müstəqil 

olmalıdır.  Bank  qeyd  olunan  funksiyaların  yerinə  yetirilməsi  üçün  məsul 

şə

xslər və ya struktur bölmələr müəyyən etməlidir.  



Bankın  rəhbərliyi  təşviqetmə  siyasəti  ilə  kredit  siyasəti  arasında 

ziddiyyətin yaranmasına yol verməməlidir (müəyyən olunmuş kredit limitlərinə 

riayət  etmədən  verilmiş  kreditlərin  sayının  və  məbləğlərinin  artırılması  əlavə 

mükafatlandırılmamalıdır).  

Kreditlər  üzrə  limitlər  və  kreditlərin  cəmləşməsi.  Bankdaxili  qaydalar 

kreditlərin  bütün məlum  cəmləşmələri  üzrə (kreditlərin növləri,  aidiyyəti olan 

şə

xslər,  iqtisadiyyatın  sektorları,  coğrafi  zonalar  və  s.)  limitlər,  müntəzəm 



monitorinq və hesabat tərtib edilməsi ilə əlaqədar tələbləri müəyyən etməlidir.  

Limitlər  müəyyənləşdirilərkən  bank  tərəfindən  hər  bir  kredit  növü  üzrə 

tələb olunan gəlirlik səviyyəsi və kredit portfelinin, habelə kreditlərin verilməsi 

üçün  cəlb  edilmiş  vəsaitlərin  həssaslığının  qiymətləndirilməsinin  nəticələri 

nəzərə alınmalıdır.  

Bankdaxili  qaydalarda  kredit  portfelinə  və  ya  məcmu  kapitala  nisbətdə 

bank  tərəfindən  Mərkəzi  Bankın  müəyyən  etdiyi  prudensial  tələblər  nəzərə 

alınmaqla ən azı aşağıdakı limitlər müəyyən edilməlidir:  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə