Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə159/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   155   156   157   158   159   160   161   162   ...   230

 

 

334



Mallar idxal edildikdən, işlər görüldükdən və ya xidmətlər göstərildikdən 

sonra; Bu halda və hazırkı Qaydaların 2.2.1.a., 2.2.2.a. yarımbəndlərində gös-

tərilən köçürmələr icra edilərkən, idxal müqaviləsi və gömrük bəyannaməsinin 

ə

slində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə qeyd aparılır, qeydiy-



yat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin sənədlərin 

surətləri  bankda  saxlanılır.  Ödəniş  işlərin  görülməsi,  xidmətlərin  göstərilməsi 

ilə  əlaqədar  olduqda,  banka,  idxal  gömrük  bəyannaməsinin  əvəzinə  işlərin 

görülməsi və ya xidmətin göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır. 

dxal  müqavilələri  üzrə  malın  dəyərini  yalnız  malı  alan  təşkilat  ödəyə 

bilər.  dxal  müqavilələrinin  dəyərinin  üçüncü  şəxs  tərəfindən  ödənilməsinə 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  (bundan  sonra  –  Mərkəzi  Bank) 

fərdi  icazəsi  ilə  yol  verilir.  Müqavilədə  mal  göndərənə  ödəniləcək  vəsaitlərin 

üçüncü şəxsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə ödənişlər icra 

edilə bilər. 

Respublikaya idxal olunan mallar (işlər, xidmətlər) müdafiə və milli təh-

lükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 2.2.2a yarım-

bəndində  göstərilən  köçürmələrin  icrası  üçün  Azərbaycan  Respublikası  Na-

zirlər  Kabinetinin  xüsusi  tapşırığı  (qərarı,  sərəncamı,  müraciəti,  dərkənarı) 

olduqda  köçürmə  əməliyyatları  idxal  müqavilələri,  gömrük  bəyannamələri  və 

ödənişlərin, o cümlədən avans ödənişlərinin aparılmasını təsdiq edən hər hansı 

digər  sənəd  tələb  olunmadan  icra  edilməlidir.  Bu  halda  Azərbaycan  Respub-

likası Nazirlər Kabinetinin xüsusi tapşırığını təsdiq edən sənədin surəti bankda 

saxlanılır. 

Reeksport və vasitəçilik üzrə köçürmələr aşağıdakılardır: 

1) Belə köçürmələr malı alan və ya xidmətlər göstərilən ölkədən vəsaitlər 

daxil  olunanadək  icra  edilərsə,  bu  halda  Qaydaların  2.2.2.  bəndinin  a  yarım-

bəndində nəzərdə tutulmuş avans ödənişi rejimi tətbiq olunur; 

2) icra olunmamış ixrac müqavilələri üzrə geri qaytarılan vəsaitlər; 

3)  rezidentlərin  xaricdə  yerləşən  filial  və  nümayəndəliklərinə,  həmçinin 

törəmə və tabelikdə olan müəssisələrinə məqsədli köçürmələr; Belə köçürmələr 

malların satılması və ya xidmətlərin göstərilməsi müqabilində icra edilərsə, bu 

Qaydaların 2.2.2.a. yarımbəndinin tənzimlənmə dairəsinə aid edilir.  

4) vergi qanunvericiliyinə riayət etmək şərti ilə, rezidentlərin xarici təsis-

çilərinə dividendlərin ödənilməsi məqsədi ilə köçürmələri; 

5) xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənil-

məsinə  yönəldilmiş  köçürmələr;  Bu  hallarda  rezidentlər  kredit  müqaviləsini, 

həmin  vəsaitin  ölkə  daxilində  istifadəsini  və  ya  bu  vəsaitlər  hesabına  alınmış 

malların  və  xidmətlərin  idxal  olunmasını  təsdiq  edən  sənədlərin  əslini  banka 

təqdim  etməklə  ödənişləri  apara  bilər.  Köçürmə  həyata  keçirildikdən  sonra 

sənədlərin surətləri bankda saxlanılmalıdır. 

Kredit ölkədən kənarda istifadə olunubsa, rezidentlər kredit müqaviləsini 

və  həmin  vəsaitin  ölkə  xaricində  istifadəsinə  dair  sənədi  banka  təqdim  edir. 




 

 

335



Ə

məliyyatın  sağlam  xarakter  daşıması  bankda  şübhə  doğurmadıqda  xarici 

banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsinə yönəldil-

miş köçürmələr icra edilə bilər. Əməliyyat icra edildikdən sonra təqdim edilmiş 

sənədlərin üzərində bankın qeydiyyatı aparılır və surətləri bankda saxlanılır. 

6) xarici müəssisə və təşkilatlardan cəlb olunmuş maliyyə yardımlarının, 

digər  borcalmaların  və  onlar  üzrə  faizlərin  ödənilməsinə  yönəldilmiş  köçür-

mələr. Bu hallarda rezidentlər Qaydaların 2.2.2e  yarımbəndində göstərilən sə-

nədləri  banka  təqdim  edilməklə  ödənişləri  apara  bilər.  Köçürmə  həyata 

keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır.  

Cəlb olunmuş maliyyə yardımları və digər borcalmalar ölkədən kənarda 

istifadə  olunubsa,  rezidentlər  müvafiq  müqaviləni  və  həmin  vəsaitin  ölkə  xa-

ricində istifadəsinə dair sənədi banka təqdim edir. Əməliyyatın sağlam xarakter 

daşıması  bankda  şübhə  doğurmadıqda  xarici  müəssisə  və  təşkilatlardan  cəlb 

olunmuş  maliyyə  yardımlarının,  digər  borcalmaların  və  onlar  üzrə  faizlərin 

ödənilməsinə  yönəldilmiş  köçürmələr  icra  edilə  bilər.  Əməliyyat  icra  edil-

dikdən sonra təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparılır və 

surətləri bankda saxlanılır. 

7) əvvəllər Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsait-

ləri; Bu halda pul vəsaitinin həmin rezidentin hesabına əvvəllər köçürülməsini 

sübut edən bank hesabından çıxarış təqdim edilməklə maneəsiz icra edilə bilər. 

Vəsaitlərin  rezidentin  hesabına  xaricdən  və  əksinə  köçürülməsi  məqsədi  bu 

Qaydaların  2.2.2a,  b,  c,  ç,  e,  ə  yarımbəndlərinin  tənzimlənmə  obyektidirsə, 

onda ödənişlər həmin yarımbədlərin tələblərinə əməl edilməklə aparılmalıdır.  

8)  əvvələr  Azərbaycan  Respublikasına  nağd  şəkildə  qətirilmiş  xarici 

valyuta vəsaitləri; ödənişin icrası üçün müvəkkil banka nağd şəkildə qətirilmiş 

xarici  valyuta  vəsaitinin  məbləği  10  (on)  min  ABŞ  dolları  ekvivalentinədək 

olduqda  "Sərnişin  gömrük  bəyannaməsi",  10  (on)  min  ABŞ  dolları  ekviva-

lentindən artıq olduqda "Sərnişin gömrük bəyannaməsi" və "Gömrük vəsiqəsi", 

eyni  zamanda,  fiziki  şəxsin  Azərbaycan  Respublikasına  daxil  olmasını  təsdiq 

edən viza qeydiyyatı olan (viza rejimi tətbiq edilən ölkədən gətirilərsə) pasportu 

təqdim edilməlidir. Əvvəllər nağd şəkildə gətirilmlş xarici valyuta vəsaitlərinin 

məbləği  50  (əlli)  min  ABŞ  dolları  ekvivalentindən  artıq  olarsa,  əlavə  olaraq 

valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu 

vəsaitin  ona  nağd  şəkildə  verilməsini  təsdiq  edən  sənədlər  (bank  hesabından 

çıxarış,  kassa  qəbzləri  və  s.)  təqdim  edilməlidir.  Təqdim  edilmiş  sənədlərin 

ə

slində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə bankın məsul işçisinin 



imzası  və  ştampı  ilə  təsdiq  edilmiş  qeydiyyat  aparıldıqdan  sonra,  onların  və 

viza qeydiyyatının surəti bankda saxlanılır. 

 Vəsaitlərin köçürülməsi məqsədi bu Qaydaların 2.2.2a, b, c, ç, e, ə  ya-

rımbəndlərinin  tənzimlənmə  obyektidirsə,  onda  ödənişlər  həmin  yarımbənd-

lərin tələblərinə əməl edilməklə aparılmalıdır.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə