328
sonunadək Mərkəzi Bankın normativ xarakterli aktlarına, bankın mühasibat
uçotu siyasətinə və daxili qaydalarına müvafiq olaraq bankın baş mühasibat
kitabında uçota alınmalıdır. Mübadilə üçün təqdim edilmiş nağd valyuta (milli
və ya xarici) şübhə doğurduqda, onun saxta olması əlamətləri aşkar edildikdə,
yaxud müştəri tərəfindən ekspertizaya təqdim olunduqda mübadilə şöbəsinin
işçisi həmin nağd valyutanı təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin
məlumatlarını, nağd valyutanın nömrəsini, seriyasını, emissiya ilini və
nominalını xüsusi arayışda (Əlavə 6) qeyd edərək, bir nüsxəsini müştəriyə
təqdim etməli, nağd valyutanı şöbədə saxlamalıdır. Arayışın digər nüsxəsi və
nağd valyuta əməliyyat gününün sonunda banka təqdim olunmalıdır. Mübadilə
ş
öbəsinin iş rejimi bank üzrə əmrlə müəyyən edilir. Mübadilə şöbəsinin iş
rejimi bank əməliyyatlarını bankın baş mühasibat kitabında əks etdirən
avtomatlaşdırılmış əməliyyat sistemlərinin iş rejimi ilə eyni olmalıdır.
Mə
zə
nnə
nin müə
yyə
n edilmə
si
Nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən
müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və
hər şöbə üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və
məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilməlidir. Tədavülə
yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və
fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz. Əməliyyat günü
ə
rzində məzənnələr bankın əlavə əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron
poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır. Hər məzənnənin dəyişdiril-
məsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında
qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəy-
yən edilməsi barəsində sənəd mübadilə şöbəsinin gündəlik sənədlərinə tikilir.
Mərkəzi Bank xarici valyutanın rəsmi və nağd mübadilə məzənnələri arasın-
dakı fərqə limit müəyyən etdikdə bank mübadilə məzənnələrini təyin edərkən
həmin limitə riayət etməlidir.
Ə
məliyyat gününün başa çatması və qiymətlilərin inkassasiyası
Mübadilə şöbəsində əməliyyat günü başa çatdıqdan sonra əməliyyatların
uçotuna dair məlumatlar kassanın faktiki qalığı ilə hər bir valyuta növü üzrə
yoxlanılmalıdır. Uçot məlumatları üzrə qalıqla faktiki kassa qalığı arasında fərq
aşkar edildikdə, mübadilə şöbəsinin məsul işçisi banka məlumat verməli,
müvafiq qaydada akt tərtib edərək ona öz izahatını əlavə etməlidir. Mübadilə
ş
öbəsində əməliyyat günü başa çatdıqdan sonra günün sənədləri, nağd vəsait-
lərin yekun qalığı və aparılmış əməliyyatların hər bir valyuta üzrə ümumi-
ləşdirilmiş hesabatı banka təhvil verilməlidir. Bank mübadilə şöbəsinə verilən
avans vəsaitlərinin və əməliyyat gününün yekun qalığının gündəlik inkassa-
siyasını təmin etməlidir. nkassasiya bankın inkassasiya qaydalarına uyğun
olaraq müvafiq nəqliyyat və mühafizə ilə təmin edilmək şərtilə icra edilə bilər.
329
Mübadilə
ş
öbə
lə
rinin fə
aliyyə
tinə
nə
zarə
t
Banklar mübadilə şöbələrinin fəaliyyətinin təşkili, əməliyyatların aparıl-
ması və uçotu, məzənnənin müəyyənləşdirilməsi, əməliyyat gününün yekunlaş-
dırılması, hesabatlığın təmin edilməsi, inkassasiya xidmətinin göstərilməsi, təh-
lükəsizlik tədbirləri, nəzarətin həyata keçirilməsi və s. barədə daxili reqlament
və qaydalara malik olmalıdır. Bankın daxili audit xidməti mübadilə şöbələrinin
fəaliyyətini yüksək risk kateqoriyalı fəaliyyət sahəsinə aid etməli və ildə bir
dəfədən az olmayaraq mübadilə şöbəsində yoxlama həyata keçirilməlidir.
Banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və
ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından qanunve-
riciliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin
verilməsi Mərkəzi Bankın müvafiq qərarının icrasını dayandırmır.
9.5. Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından
çıxarılması qaydaları
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına
gətirilməsi və çıxarılması qaydaları "Valyuta tənzimi haqqında" Azərbaycan
Respublikası Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə
müvafiq olaraq hazırlanmış və fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin
Azərbaycan Respublikasına nağd gətirilməsi və Azərbaycan Respublikasından
nağd çıxarılması qaydalarını müəyyən edir.
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına
gətirilməsi və çıxarılması qaydaların məqsədləri üçün istifadə olunmuş "fiziki
şə
xs olan rezidentlər" (bundan sonra rezidentlər), "fiziki şəxs olan qeyri-rezi-
dentlər" (bundan sonra qeyri-rezidentlər), "müvəkkil banklar", "valyuta sərvət-
ləri", o cümlədən, "xarici valyuta", "xarici valyutada qiymətli kağızlar" və "qiy-
mətli metallar" anlayışları "Valyuta tənzimi haqqında" Azərbaycan Respubli-
kası Qanununda şərh edildiyi kimi başa düşülür.
Rezidentlə
r tə
rə
fində
n valyuta sə
rvə
tlə
rinin Azə
rbaycan Respublikasına
gə
tirilmə
si və
Azə
rbaycan Respublikasından çıxarılması
Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə
məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə
bilərlər.
Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş
valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək
olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən "Şərnişin gömrük
bəyannaməsi" (Əlavə № 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən