Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə174/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   170   171   172   173   174   175   176   177   ...   230

 

 

365



arasında optimallığı təmin edərək bankın mənfəətini maksimizə etməkdir. An-

caq bu üç prinsipin bir-biri ilə uyğunlaşmamağı da bir həqiqətdir. 

Bank menecmentinin məqsədi gəlirliliyi maksimuma çatdırmaq və risk-

ləri  minimuma  endirməkdir.  Bir  bankın  ən  təməl  məqsədi,  aktiv  və  öhdə-

liklərini  sabit  və  yüksək  bir  xalis  faiz  marjasında  saxlayaraq  idarə  etməkdir. 

Banklar aktiv – öhdəlik mövqelərini idarə edərək sahibləri üçün qazanc istehsal 

edirlər. Bankın təməl gəliri çeşidli aktiv maddələrindən qazandığı faiz gəliridir. 

Bu faiz gəliri qiymətli kağız gəlirləri və bankçılıq xidmət gəlirləri tərəfindən ta-

mamlanır.  Bankın  əsаs  xərcləri  isə  əmanətlər  üçün  ödədiyi  faiz  xərcləridir. 

Ə

manətin miqdarına və strukturuna ən önəmli təsir edən ünsür müştərinin səda-



qətidir. 

Bankın uçot siyasəti - bank tərəfindən maliyyə hesabatlarının hazırlanıb 

təqdim  edilməsi  üçün  qəbul  olunmuş  konkret  prinsiplər,  əsaslar,  şərtlər, 

qaydalar və təcrübədir. Bankın uçot siyasəti maliyyə hesabatlarına tətbiq edilən 

bütün uçot Qaydalarına uyğun olmalı və aşağıdakı tələblərə cavab verməlidir

10

:  



1. qərar qəbul edilməsində istifadəçilərin ehtiyacları üçün münasib olma-

lıdır;  


2. etibarlı olmalıdır. Belə ki, bu siyasət: 

• bankın maliyyə vəziyyətini və nəticələrini dəqiq şəkildə təqdim edir; 

• hadisə və əməliyyatların yalnız hüquqi formasını yox, həmçinin iqtisadi 

məzmununu əks etdirir; 

• neytraldır; 

• hərtərəflidir; 

• istənilən mənada tamdır. 

Maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  ilə  bilavasitə  əlaqəli  olan  ele-

mentlər - aktivlər, öhdəliklər və kapital hesab olunur. Bu elementlər aşağıdakı 

qaydada müəyyən olunur: 

1.  Aktivlər - əvvəlki dövrlərdə baş vermiş hadisələr nəticəsində bank tə-

rəfindən nəzarət edilən və gələcəkdə bank tərəfindən iqtisadi səmərə alınması 

gözlənilən vəsaitlərdir. 

2.  Öhdəliklər  -  əvvəlki  dövrlərdə  baş  vermiş  hadisələrdən  yaranan  və 

tənzimlənməsi bankdan iqtisadi səmərəyə malik vəsaitlərin əks-axınına gətirib 

çıxaran cari borclardır. 

3.  Kapital - bankın öz vəsaitləridir və bankın bütün öhdəlikləri çıxıldıq-

dan sonra onun aktivlərdə qalan payıdır. 

Maliyyə hesabatlarında aktiv və öhdəliklər aşağıdakı qaydada təsnifləşdi-

                                                            

10 Ətraflı: Azərbaycan Respublikasının bank sistemində maliyyə hesabatlarının tərtib və 

təqdim olunması Qaydaları 

 



 

 

366



rilməlidir: tələb olunanadək və 1 ayadək; 1 aydan 3 ayadək; 3 aydan 6 ayadək; 

6 aydan 1 ilədək; 1 ildən yuxarı. 

Aktivlər.  Aktivdə  əks  olunan  gələcək  iqtisadi  səmərə  banka  aşağıdakı 

yollarla daxil olur: 

1. aktiv,  bank  tərəfindən  göstərilən  xidmətlərdən  ayrılıqda  və  ya  digər 

aktivlərlə əlaqəli şəkildə istifadə olunduqda; 

2. aktiv, digər aktivlərlə mübadilə olunduqda; 

3. aktiv, öhdəliklərin ödənilməsi üçün istifadə olunduqda;  

4. aktiv, bankın sahibləri arasında bölüşdürüldükdə. 

Bir  çox  aktivlər,  məsələn,  əsas  vəsaitlər  fiziki  formaya  malikdir.  Lakin 

fiziki  forma,  aktivin  mövcudluğunu  müəyyən  etmək  üçün  əsas  deyil,  belə  ki, 

patentlər və müəlliflik hüququ fiziki formaya malik olmamasına baxmayaraq, 

aktiv  hesab  olunur,  çünki  bank  tərəfindən  onlardan  gələcəkdə  iqtisadi  səmərə 

ə

ldə  etmək  gözlənilir  və  nəzarət  olunur.  Həmçinin  mülkiyyət  hüququnun  ol-



ması da  aktivin mövcudluğu üçün birincidərəcəli  hesab  edilmir.  Belə ki,  əgər 

bank əldə olunması gözlənilən mənfəətə nəzarət edirsə, icarə olunan əmlak da 

aktiv  kimi  tanınır.  Bankın  aktivləri  əvvəlki  dövrlərin  əməliyyatları  və  digər 

hadisələr nəticəsində yaranır. Yaranmış xərclər və yaradılmış aktivlər arasında 

sıx əlaqə mövcuddur, lakin bunlar uyğun olmaya  da bilər. Belə ki, bank xərc 

həyata  keçirdikdə,  nəzərdə  tutulur  ki,  bu  xərc  gələcəkdə  mənfəət  əldə  etmək 

məqsədi  güdür,  lakin  bu  o  demək  deyil  ki,  aktiv  kimi  tanınan  obyekt  yaran-

mışdır.  Həmçinin  müvafiq  xərclərin  istisna  olması,  maddənin  aktiv  kimi 

tanınmasına mane olmur və mühasibat balansında tanına bilər.  

Aktivlərin  gəlirliliyi  təhlildə  istifadə  edilən  digər  bir  əmsaldır.  O,  aktiv 

portfelinin  səmərəliliyini  qiymətləndirir  və  bankın  məruz  qaldığı  risk  dərə-

cəsinin  və  əldə  edilən  fəaliyyətinin  nəticələrinin  ən  yaxşı  göstəricisidir.  Qeyd 

etmək lazımdır ki, bu əmsalın göstəricisi cari ildə yüksək ola bilər, lakin eyni 

zamanda kredit portfelinin keyfiyyətinin aşağı olması səbəbindən, növbəti ildə 

keçən ilə nisbətən çox aşağı düşə bilər. Bu səbəbdən, əmsalın göstəricilərini bir 

neçə il üzrə müqayisə etmək daha məqsədəuyğundur. Bəzi banklar Aktivlərin 

Gəlirliliyi  əmsalını  iki  cür  hesablayırlar:  biri  cəmi  aktivlərə,  digəri  isə  məh-

suldar aktivlərə görə (kredit və investisiya kimi gəlir gətirən aktivlər): və bunlar 

arasında  müqayisə  aparmaqla,  qeyri-məhsuldar  aktivlərin  səviyyəsi  haqqında 

məlumat əldə olunur. 



 Öhdəliklər. Öhdəliyin əsas xüsusiyyəti bankın borcunun olmasıdır. Öh-

dəlik - borcdur və ya müəyyən bir işi müəyyən şəkildə yerinə yetirmək və ya 

müəyyən  şəkildə  hərəkət  etmək  barədə  verilmiş  təminatdır.  Öhdəliyin  yerinə 

yetirilməsi aşağıdakı üsullarla həyata keçirilə bilər:  

1.  pul vəsaitlərinin ödənilməsi vasitəsilə; 

2.  digər aktivlərin verilməsi ilə; 

3.  xidmətlər göstərməklə; 

4.  bir öhdəliyin digəri ilə əvəz olunması vasitəsilə;  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə