73
3. birja üzvlərinin nümayəndələri;
4. birja aparatının işçiləri.
Kotirovka komissiyasının iclasında komissiyanın sədrinin və yaxud onun
müavininin iştirak etməsi vacibdir. Onların kotirovka vərəqəsində imza etmə
hüququ vardır.
Kotirovka komissiyasının keçirilən iclasları qeyd edilir və bu iclasda aşa-
ğ
ıdakı məsələlərə baxılır:
1. kotirovka əsasında salınmış sazişlər sadalanır;
2. kotirovka əsasında kotirovka komissiyanın qərarları qeyd edilir. Jurna-
la komissiyanın sədri və yaxud da onun müavini qol çəkir. Jurnal elektron
şə
klində də mövcud ola bilər.
Kotirovkanın nəticələri kotirovka vərəqəsində qeyd edilir. Kotirovka və-
rəqəsi aşağıdakıları özündə cəmləşdirir:
1. kotirovkanın tarixi;
2. qiymətli kağızın emitentinin adı;
3. qiymətli kağızın növü;
4. qiymətli kağızın nominal qiyməti;
5. aksiya başına divident;
6. birja açılarkən qiymətli kağızın kursu;
7. birja bağlanarkən qiymətli kağızın kursu;
8. birja günü ərzində ən maksimal qiymət;
9. birja günü ərzində ən minimal qiymət;
10. keçən və bugünkü, birja günü bağlanarkən qiymət fərqi. Kotirovka
vərəqəsi komissiyasının sədri və yaxud da onun müavini tərəfindən imzalana
bilər. Kotirovka vərəqəsinə daxil edilmiş informasiya birja bülletenlərində nəşr
edilməli və tabloda nümayiş etdirilməlidir.
Birja qanunlarına uyğun olaraq kotirovkaya qəbul edilirlər:
1. ikinci bazarda tədavüldə olan ilkin şəkildə hüquqi-təşkilati formada
yaradılan səhmdar cəmiyyətlərin aksiyaları;
2. yerli və daxili idarəetmə orqanlarının özəlləşdirilməsi nəticəsində yara-
dılmış səhmdar cəmiyyətlərin aksiyaları;
3. səhmdarların çoxunun razılığı ilə ikinci bazara çıxarılan qapalı səhm-
dar cəmiyyətlərin aksiyaları;
4. səhmdar cəmiyyətin və ya digər hüquqi şəxsin iqtiqrazları;
5. opsion sertifikatları və ya digər istehsal qiymətli kağızlar.
Sazişlərin həyata keçirildiyi qiymət kurs adlanır. Birjada hər bir kotirovka
ediləcək qiymətli kağız üçün hər gün vahid kurs müəyyən edilir. Kotirovka
komissiyası tələb və təklifi nəzərə alaraq vahid kurs müəyyənləşdırir ki, bu kurs
da hər iki tərəfi razı salır.
Birja indekslə
ri. lk fond indikatoru XIX əsrin sonunda işlənib hazırlan-
mışdır. Çarlz Dou 1884-cü ildə 11 sənaye şirkətinin aksiyasını birləşdirən fond
indeksini işləyib hazırlamışdır. 1928-ci ildə isə bu indeks otuz ən iri sənaye şirkə-
74
tinin aksiyasını əhatə etmişdir. Amma bütün bunlar sənaye sektorunu əhatə etmir.
Dörd "Do Cons" indeksi mövcuddur. "Do Cons" sənaye indeksi. "Do Cons" sə-
naye indeksi dünyada ən qədim və geniş yayılmış indekslərindən biridir. Nyu-
York fond birjasında kotirovka edilən aksiyaların 15-20 %-ə qədəri "Do Cons"
indeksinin payına düşür. Bu indeksli birjada tədavülə buraxılan aksiyalar
toplanılır və alınan məbləğin müəyyən edilmiş deminotora bölünməsi ilə
hesablanır. "Do Sons" indeksi hər səhər Amerikanın iqtisadi profilli qəzetlərində
çap edilir. Amma Nyu-York fond birjasında isə "Do Cons" indeksi hər yarım
saatdan bir hesablanır və bu barədə məlumat verilir. "Do Cons" şirkəti bu
indeksdən fyuçers kontraktları və opsionlarla iş zamanı istifadə etməyi qadağan
edir. "Do Cons" nəqliyyat indeksinə iyirmi nəqliyyat şirkətinin aksiyaları daxil
edilir. Bura avia şirkətlər, dəmiryol şirkətləri və avtoyol şirkətləri daxildir. "Do
Cons" kommunal indeksi - qaz və elektrik təchizatı ilə məşğul olan on beş iri
ş
irkətin aksiyalarını özündə cəmləşdirir. "Do Cons" tərkib indeksi - bu indeks
həm də "indeks-GS" adı ilə də məşhurdur. Bu indeksin göstəriciləri "Do Cons"un
sənaye nəqliyyat və kommunal indekslərinin əsasında tərtib edilir. "Do Cons" in-
deksinin hesabına aşağıdakı şirkətlərin aksiyaları daxil edilmişdir: General
Elektrik, General Motors, nko, Dirop, Amerikan - 10, Cons Linvil, Merk,
Prokter ənd Kembeli, Teksako, Vulvort, Standart Oyl".
"Standard and Poors" - "500" indeksi 500 iri şirkətin aksiyasının bazar
qiymətini ölçən indeksdir. 500 iri şirkətin tərkibinə aşağıdakı şirkətlər qrupu aid
edilir: 400-sənaye, 20 nəqliyyat, 40 maliyyə və 40 kommunal şirkətlər. Bura
ə
sasən Nyu-York fond birjasından, Amerika fond birjasından və qeyri-birja
dövriyyəsindən qeydiyyatdan keçmiş şirkətlərin aksiyaları daxildir. "SR-500"
indeksinin hesablanma metodu "D.S" indeksinə nisbətən çox çətindir.
"SR-500" indeksi 1941-43-cü illərdən hesablanmağa başlanmışdır. "SR-
500" indeksinin bazis qiyməti kimi 1941-43-cü illərdə olan müvafiq aksiyaların
orta qiyməti götürülür.
Məsələn, SR-500 indeksinin 1997-ci il 4 aprelində indeksi 757.90 punkt
təşkil edirsə, bu onu bildirir ki, 500 şirkətin aksiyalarının orta bazar qiyməti
1941-45-ci illərlə müqayisədə 75 dəfədən bir az çox artmışdır.
"SR-100" indeksinin əsasını Çikaqo opsion birjasından qeydiyyatdan
keçmiş şirkətlərin opsionları təşkil edir. Bu indeks də əsas etibarı ilə Nyu-York
fond birjasından qeydiyyatdan keçmiş sənaye şirkətləridir. "SR-100" indeks də
"SR-500 indeksi kimi hesablanır, amma burada 100 şirkətin aksiyaları
götürülür. Məsələn, "SR-100" indeks kəmiyyəti 410 punkt təşkil edirsə, bu onu
göstərir ki, aksiyaların orta qiyməti 41 dəfə artmışdır.
ABŞ-ın qeyri-birja dövriyyəsində ən əsas indeks NASDAQ indeksidir.
"NASDAQ" indeksi qeyri-birja bazarının 5000 aksiyasını özündə birləşdirir.
"NASDAQ" indeksinin də hesablanma metodu "SR-500" indeksi kimidir. lk
dəfə bu indeksin hesablanmasına 1971-ci ildən başlanılmışdır və 100 punkta