Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə36/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   32   33   34   35   36   37   38   39   ...   230

 

 

73



3. birja üzvlərinin nümayəndələri; 

4. birja aparatının işçiləri. 

Kotirovka komissiyasının iclasında komissiyanın sədrinin və yaxud onun 

müavininin  iştirak  etməsi  vacibdir.  Onların  kotirovka  vərəqəsində  imza  etmə 

hüququ vardır. 

Kotirovka komissiyasının keçirilən iclasları qeyd edilir və bu iclasda aşa-

ğ

ıdakı məsələlərə baxılır: 



1. kotirovka əsasında salınmış sazişlər sadalanır; 

2. kotirovka əsasında kotirovka komissiyanın qərarları qeyd edilir. Jurna-

la  komissiyanın  sədri  və  yaxud  da  onun  müavini  qol  çəkir.  Jurnal  elektron 

şə

klində də mövcud ola bilər. 



Kotirovkanın nəticələri kotirovka vərəqəsində qeyd edilir. Kotirovka və-

rəqəsi aşağıdakıları özündə cəmləşdirir: 

1. kotirovkanın tarixi; 

2. qiymətli kağızın emitentinin adı; 

3. qiymətli kağızın növü; 

4. qiymətli kağızın nominal qiyməti; 

5. aksiya başına divident; 

6. birja açılarkən qiymətli kağızın kursu; 

7. birja bağlanarkən qiymətli kağızın kursu; 

8. birja günü ərzində ən maksimal qiymət; 

9. birja günü ərzində ən minimal qiymət; 

10.  keçən  və  bugünkü,  birja  günü  bağlanarkən  qiymət  fərqi.  Kotirovka 

vərəqəsi  komissiyasının  sədri  və  yaxud  da  onun  müavini  tərəfindən  imzalana 

bilər. Kotirovka vərəqəsinə daxil edilmiş informasiya birja bülletenlərində nəşr 

edilməli və tabloda nümayiş etdirilməlidir.  

Birja qanunlarına uyğun olaraq kotirovkaya qəbul edilirlər: 

1.  ikinci  bazarda  tədavüldə  olan  ilkin  şəkildə  hüquqi-təşkilati  formada 

yaradılan səhmdar cəmiyyətlərin aksiyaları; 

2. yerli və daxili idarəetmə orqanlarının özəlləşdirilməsi nəticəsində yara-

dılmış səhmdar cəmiyyətlərin aksiyaları; 

3. səhmdarların çoxunun razılığı ilə ikinci bazara çıxarılan qapalı səhm-

dar cəmiyyətlərin aksiyaları; 

4. səhmdar cəmiyyətin və ya digər hüquqi şəxsin iqtiqrazları; 

5. opsion sertifikatları və ya digər istehsal qiymətli kağızlar. 

Sazişlərin həyata keçirildiyi qiymət kurs adlanır. Birjada hər bir kotirovka 

ediləcək  qiymətli  kağız  üçün  hər  gün  vahid  kurs  müəyyən  edilir.  Kotirovka 

komissiyası tələb və təklifi nəzərə alaraq vahid kurs müəyyənləşdırir ki, bu kurs 

da hər iki tərəfi razı salır. 



Birja indeksləri.  lk fond indikatoru XIX əsrin sonunda işlənib hazırlan-

mışdır. Çarlz Dou 1884-cü ildə 11 sənaye şirkətinin aksiyasını birləşdirən fond 

indeksini işləyib hazırlamışdır. 1928-ci ildə isə bu indeks otuz ən iri sənaye şirkə-



 

 

74



tinin aksiyasını əhatə etmişdir. Amma bütün bunlar sənaye sektorunu əhatə etmir. 

Dörd "Do Cons" indeksi mövcuddur. "Do Cons" sənaye indeksi. "Do Cons" sə-

naye  indeksi  dünyada  ən  qədim  və  geniş  yayılmış  indekslərindən  biridir.  Nyu-

York fond birjasında kotirovka edilən aksiyaların 15-20 %-ə qədəri "Do Cons" 

indeksinin  payına  düşür.  Bu  indeksli  birjada  tədavülə  buraxılan  aksiyalar 

toplanılır  və  alınan  məbləğin  müəyyən  edilmiş  deminotora  bölünməsi  ilə 

hesablanır. "Do Sons" indeksi hər səhər Amerikanın iqtisadi profilli qəzetlərində 

çap  edilir.  Amma  Nyu-York  fond  birjasında  isə  "Do  Cons"  indeksi  hər  yarım 

saatdan  bir  hesablanır  və  bu  barədə  məlumat  verilir.  "Do  Cons"  şirkəti  bu 

indeksdən fyuçers kontraktları və opsionlarla iş zamanı istifadə etməyi qadağan 

edir.  "Do  Cons"  nəqliyyat  indeksinə  iyirmi  nəqliyyat  şirkətinin  aksiyaları  daxil 

edilir. Bura avia şirkətlər, dəmiryol şirkətləri və avtoyol şirkətləri daxildir. "Do 

Cons"  kommunal  indeksi  -  qaz  və  elektrik  təchizatı  ilə  məşğul  olan  on  beş  iri 

ş

irkətin  aksiyalarını  özündə  cəmləşdirir.  "Do  Cons"  tərkib  indeksi  -  bu  indeks 



həm də "indeks-GS" adı ilə də məşhurdur. Bu indeksin göstəriciləri "Do Cons"un 

sənaye nəqliyyat və kommunal indekslərinin əsasında tərtib edilir. "Do Cons" in-

deksinin  hesabına  aşağıdakı  şirkətlərin  aksiyaları  daxil  edilmişdir:  General 

Elektrik,  General  Motors,  nko,  Dirop,  Amerikan  -  10,  Cons  Linvil,  Merk, 

Prokter ənd Kembeli, Teksako, Vulvort, Standart Oyl".  

"Standard  and  Poors"  -  "500"  indeksi  500  iri  şirkətin  aksiyasının  bazar 

qiymətini ölçən indeksdir. 500 iri şirkətin tərkibinə aşağıdakı şirkətlər qrupu aid 

edilir:  400-sənaye,  20  nəqliyyat,  40  maliyyə  və  40  kommunal  şirkətlər.  Bura 

ə

sasən  Nyu-York  fond  birjasından,  Amerika  fond  birjasından  və  qeyri-birja 



dövriyyəsindən  qeydiyyatdan  keçmiş  şirkətlərin  aksiyaları  daxildir.  "SR-500" 

indeksinin hesablanma metodu "D.S" indeksinə nisbətən çox çətindir. 

"SR-500" indeksi 1941-43-cü illərdən hesablanmağa başlanmışdır. "SR-

500" indeksinin bazis qiyməti kimi 1941-43-cü illərdə olan müvafiq aksiyaların 

orta qiyməti götürülür. 

Məsələn, SR-500 indeksinin 1997-ci il 4 aprelində indeksi 757.90 punkt 

təşkil  edirsə,  bu  onu  bildirir  ki,  500  şirkətin  aksiyalarının  orta  bazar  qiyməti 

1941-45-ci illərlə müqayisədə 75 dəfədən bir az çox artmışdır. 

"SR-100"  indeksinin  əsasını  Çikaqo  opsion  birjasından  qeydiyyatdan 

keçmiş şirkətlərin opsionları təşkil edir. Bu indeks də əsas etibarı ilə Nyu-York 

fond birjasından qeydiyyatdan keçmiş sənaye şirkətləridir. "SR-100" indeks də 

"SR-500  indeksi  kimi  hesablanır,  amma  burada  100  şirkətin  aksiyaları 

götürülür. Məsələn, "SR-100" indeks kəmiyyəti 410 punkt təşkil edirsə, bu onu 

göstərir ki, aksiyaların orta qiyməti 41 dəfə artmışdır. 

ABŞ-ın  qeyri-birja  dövriyyəsində  ən  əsas  indeks  NASDAQ  indeksidir. 

"NASDAQ"  indeksi  qeyri-birja  bazarının  5000  aksiyasını  özündə  birləşdirir. 

"NASDAQ"  indeksinin  də  hesablanma  metodu  "SR-500"  indeksi  kimidir.  lk 

dəfə  bu  indeksin  hesablanmasına  1971-ci  ildən  başlanılmışdır  və  100  punkta 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə