Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə39/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   35   36   37   38   39   40   41   42   ...   230

 

 

79



Hal-hazırda  islam  bankinqi  qeyri-müsəlman  ölkələrin  də  maliyyə  sis-

temlərində  tətbiq  edilir,  bu  proses  yalnız  müsəlman  əhalisinin  üstünlük  təşkil 

etdiyi  ölkələrdə  deyil,  həmçinin  müsəlmanların  azlıq  təşkil  etdiyi  ölkələrdə 

(məsələn, Böyük Britaniyada və ABŞ-da) gedir.  

Dünya  üzrə  ən  məşhur  banklar  -  HSBC,  Deutsche  Bank,  Calyon, 

Citibank,  Standard  Chartered,  BNP  Paribas,  ING  bank,  Chaise  Manhattan 

Bank,  Goldman  Sachs,  The  Nomura  Securities,  JP  Morgan,  Lloyds  TSD  və 

digər banklar kimi bankları öz strukturlarında yalnız islam ölkələrində deyil, o 

cümlədən  ABŞ-da,  Böyük  Britaniyada,  Almaniyada,  Fransada  olan 

müştərilərinin maliyyələşdirilməsi üçün islam bölmələrini açır.  

Qərbdə ilk  slam  Bankı  Islamic  Banking System (hal-hazırda –  Islamic 

Finance House) 1978-ci ildə Lüksemburqda təsis edilmişdir. 1981-ci ildə  slam 

ölklərindən  olan  varlı  müsəlmanların  birliyi  nəticəsində  “Dar  Al-Maal  Al- 

slami” adlı holdinq şirkəti Cenevrədə quruldu.  

Fransada  və  Almaniyada  bir  çox  beynəlxalq  və  milli  banklar  islam 

bölmələrini  açırlar.  Onlara  Deutsche  Bank  AG,  ABN  Amro  Holding  NV, 

Societe Generale SA and BNP Paribas, Commerz Bank, HSBC banklarını aid 

etmək olar. Fransanın Calyon Corporate and Investment Bank SA bankı 80-ci 

illərdən mübadilə əməliyyatlarını həyata keçirir. Deutsche Bank sükuk istiqraz 

vərəqələrini buraxır, islam hec fondunun yaradılması üzərində işləyir.  

Danimarkada, Avstraliyada, Kanadada və digər ölkələrdə həmçinin islam 

maliyyə idarələri fəaliyyət göstərir.  

 

 

 



Mənbə: Исламская Финансовая система. Москва, 2009 

 

MDB-də  islam  banklarının  inkişafına  mane  olan  səbəblərdən  biri  islam 



bankinqi prinsiplərinin milli qanunvericiliyə uyğun olmamasıdır. Eyni zamanda 

bir  çox  MDB  ölkələri  slam  nkişaf  Bankının  üzvləridir  –  Azərbaycan, 

Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan.  

Qazaxıstan.  Ölkədə  islam  maliyyə  institutlarının  işi  üçün  müvafiq  qa-

nunverici  və  tənzimləyici  əsas  hələ  ki,  mövcud  deyil.  Qazaxıstanda  şəriət 

normalarını səlahiyyətli şəkildə şərh etməyə və islam maliyyə əməliyyatlarına 

qüsursuz  nəzarəti  həyata  keçirməyə  qadir  olan  xüsusi  təşkilat  yoxdur.  slam 

Şə

riət qanunları ilə idarə olunan vəsaitlə

mlrd.dollar

0

260



295

350


413

487


İ

llər       2004           2005           2006            2007         2008

M

iq

d

a




 

 

80



bankinqinin tətbiqi zamanı olan maneələr ilk növbədə islam tranzaksiyalarının 

tənzimlənməsi  və  uçotu  məsələsidir.  2003-cü  ildə  Turan  Aləm  Qazaxıstan 

bankı  ölkədə  ilk  dəfə  islam  normalarına  uyğun  kredit  tranşı  açmışdır  və  iki 

ildən  sonra  isə  islam  maliyyələşdirmə  prinsipləri  əsasında  50  milyon  dollar 

məbləğində ilk ictimai  əqd bağlamışdır. 2007-ci ilin may  ayında Turan Aləm 

bankı  və  Birləşmiş  Ərəb  Əmirliklərinin  Emirates  Islamic  Bank  adlı  bankı 

arasında,  Qazaxıstanda  islam  maliyyələşdirmənin  inkişafı  üzrə  tədbirlər 

nəzərdə  tutan,  əməkdaşlıq  haqqında  memorandum  imzalanmışdır.  Həmçinin 

tərəflər Qazaxıstanda şəriət prinsiplərilə işləyəcək bankın yaradılması haqqında 

razılaşdılar.  2007-ci  ilin  mart  ayında  Qazaxıstanın  “Alyans  Bank”ı  Calyon 

Corporate  and  Investment  Bank  SA  və  Abu  Dhabi  Islamic  Bank  banklarının 

köməyilə  “mürabahə”  sistemi  ilə  kreditin  verilməsi  haqqında  saziş  imza-

lamışdır.  Əqdin  məbləği  150  milyon  dollar  təşkil  etdi,  həmin  sazişdə  Yaxın 

Şə

rq ölkələrindən kredit bankları iştirak etmişdir. Qeyd edək ki, Alyans Bank 



aktivlərin həcminə görə Qazaxıstanın üçüncü bankıdır.  

Hal-hazırda  mürabahə  ölkədə  istifadə  olunan  islam  maliyyələşdirmənin 

yeganə  növüdür.  Xatırladaq  ki,  mürabahə  prinsiplərinə  görə  bank  müştərinin 

adından  müəyyən  mal  (komplektləşdiricilər,  xammal  və  s.)  alır  və  sonra  onu 

artırılmış  qiymətlə  müştəriyə  satır.  Qiymət  artımının  həcmi  tərəflərlə 

ə

vvəlcədən razılaşdırılır və müəyyən müddət ərzində ödənilir. Müdarabə, icarə, 



sükuk, müşarakə kimi və digər məhsullar öyrənilmə mərhələsindədirlər.  

Özbəkistan.  Özbəkistan  slam  nkişaf  Bankının  üzvüdür.  2007-ci  ilin 

iyul  ayında  slam  nkişaf  Bankı  Özbəkistanın  üç  kommersiya  bankına  15 

milyon dollar məbləğində maliyyənin ayrılmasını müəyyən etmişdir. “Asaka” 

Dövlət-Səhmdar Kommersiya Bankına 8 milyon dollar, “Özsənayetikintibank” 

Səhmdar  Şirkətinə  4  milyon  dollar  və  “ poteka-bank”  Səhmdar-Kommersiya 

poteka  Bankına  3  milyon  dollar  məbləğində  kredit  xəttinin  ayrılması  plan-

laşdırılır.  Kredit  xəttinin  məqsədi  sənaye  və  kənd  təsərrüfatı  sektorunda  kiçik 

biznes  və  xüsusi  sahibkarlıq  subyektlərinin  maliyyələşdirilməsidir.  Müqa-

vilənin  şərtlərinə  görə  bu  vəsaitlər  tütün  məmulatlarının  istehsalı  və  lotereya 

biznesində istifadə edilməməlidir.  



Qırğızıstan.  Həmçinin  Qırğızıstan  slam  nkişaf  Bankının  üzvüdür. 

Lakin bu gün ölkədə islam bank fəaliyyəti inkişaf etməyib, çünki ölkədə lazımi 

qanunvericilik və hüquqi baza yox idi. Yalnız 6 mart 2007-ci ildə Qırğızıstanın 

Milli Bankı “Qırğızıstan Respublikasında islam maliyyələşdirmə prinsiplərinin 

həyata  keçirilməsi  haqqında”  əsasnamə  qəbul  etmişdir.  Sınaq  layihəsi 

“Ekobank” ASC bazasında həyata keçirilir. Həmin əsasnamə islam maliyyələş-

dirmə prinsiplərinə uyğun icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi 

qaydasını müəyyən edir.  



Rusiya.  Hal-hazırda  Rusiyada  tam  islam  bankları  fəaliyyət  göstərmir. 

Rusiyada hələ müvafiq qanunvericilik yoxdur, bu da islam banklarının fəaliy-

yətini praktiki olaraq mümkünsüz edir. Badr-Forte bankı Rusiyada islam maliy-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə