91
ş
ikayət ərizəsində onun fikrincə düzgün olan kredit öhdəliyini və ya şikayətin
digər səbəbini dəqiq göstərməlidir. Fiziki və hüquqi şəxslərin şikayətlərinə
Mərkəzi Bank tərəfindən baxılır və araşdırılma tələb olunduqda şikayət
məlumat təchizatçısına göndərilərək şikayətin araşdırılması tələb edilir. Şikayət
ə
saslı olduqda bank və ya BOKT həmin şəxsin kredit məlumatlarında dərhal
müvafiq dəyişiklik aparır, şikayət əsassız olduqda isə bu barədə MKR-ə
ə
saslandırılmış cavab verir.
MKR-də borcalanlar haqqında toplanan və əldə edilən məlumatlara
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Banklar haqqında” Azər-
baycan Respublikasının Qanunu ilə müəyyən edilən bank sirri rejimi tətbiq
edilir. MKR-ə sorğular banklar və BOKT-lər tərəfindən cari borcalanları
haqqında sorğu edilən şəxsin razılığı tələb olunmadan, potensial borcalanları və
zaminləri haqqında isə yalnız barəsində sorğu edilən şəxsin (şəxslərin)
imzaladığı yazılı razılıq əsasında edilir.
Ə
manətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının
Qanunu 29 Dekabr 2006-cı ildə ölkə parlamenti tərəfindən qəbul edilmiş və
Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2007 ci il tarixli Fərmanına
ə
sasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 2007-ci ilin 12 avqust
tarixindən isə fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondunun
yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabi-
liyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin iti-
rilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank
sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq
yığılan təqvim haqlarının hesabına formalaşdırılır. ƏSF hüquqi şəxsdir, qeyri-
kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fond, üzərində öz
adı olan möhürə, habelə Mərkəzi Bankda və bu Qanunla müəyyən olunmuş
qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi mənfəət
götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta
ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Mərkəzi Bank Fondun
öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə mə-
suliyyət daşımır.
Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına
malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi
iştirakçılarıdır. ştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kə-
narda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və
onlar üzrə kompensasiya ödənilmir.
Ə
manətlərin Sığortalanması Fondunun bugünə olan əsas hədəfi üzv
banklardakı fiziki şəxslərin əmanətlərini sığortalamaqdır.
Fond yarandığı gündən etibarən qorunan əmanətlərə görə faiz dərəcələri
bir neçə dəfə dəyişdirilmişdir. 1 avqust 2013-cü il tarixindən etibarən 10
faizdən çox olmayan faizlə yerləşdirilən hər bankdakı 30.000 manata qədər
92
ə
manətlər sığortalanır. Kompensasiyanın maksimum həddi 30.000 manatdır.
Ə
manətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir və sığorta
haqları yalnız üzv banklar tərəfindən ödənilir.
2.2. Bank infrastrukturu
Bank sisteminin fəaliyyətini təmin edən müəssisələr, agentliklər və
xidmət sahələri Bank infrastrukturuna aiddir. Bank infrastrukturu özündə məlu-
mat, metodik, elmi, kadr təminatı, həmçinin rabitə vasitələri və kommuni-
kasiyanı birləşdirir.
Bazar iqtisadiyyatı şəraitində banklar hər şeydən əvvəl ölkə iqtisadiy-
yatının, onun sahələrinin, həmçinin xidmət göstərdiyi fıziki və hüquqi şəxslərin
fəaliyyəti barədə geniş və operativ məlumatlara ehtiyac duyurlar. Bu banklara
müştərilərin kredit qabiliyyətliliyi, iqtisadi və işgüzar bazarın, əmlakın idarə
edilməsi vəziyyətinin düzgün qiymətləndirilməsi və müştərilərin vaxtlı-
vaxtında məlumatlandırılmasını təşkil etmək üçün vacibdir.
Bazar iqtisadiyyatında mövcud olan güclü rəqabət, baş verə biləcək
iqtisadi böhran, müəssisələrin və dövlətin qeyri-sabit maliyyə vəziyyəti
şə
raitində düzgün qərarlar qəbul etməkdən ötrü məlumat təminatı banklar üçün
günün tələbinə çevrilir. Bunsuz banklar hətta müvəqqəti maliyyələşmə fəa-
liyyətini həyata keçirə bilməz, müştərilər üçün lazımi xidmətləri vaxtlı-vaxtında
keyfiyyətlə icra edə bilməzlər. Eyni zamanda kapital itkisinə yol verə bilərlər.
Banklar lazım olan məlumatları müxtəlif mənbələrdən - xüsusi agentlik-
lərdən, çoxsaylı məlumat kitablarından, jurnal və operativ nəşrlərdən, mərkəzi
banklardan və s., beynəlxalq aləmdə baş verən mühüm dəyişikliklər barədə
məlumatları isə internet vasitəsilə əldə edə bilər.
Metodiki təminat bank infrastrukturunun mühüm elementlərindən biridir.
ndi bankların fəaliyyətinə dair bütün lazım olan sənədlər toplusu Mərkəzi
Bank tərəfındən hazırlanır və fəaliyyətə buraxılır. Azərbaycan Mərkəzi Bank
strukturunda Tədqiqatlar və nkişaf Mərkəzi Makroiqtisadi və maliyyə sa-
bitliyinə dair aşağıdakı modelləri hazırlamışdır: Manatın real effektiv valyuta
məzənnəsinin tarazlıq səviyyəsi və məzənnə uyğunsuzluğunun qiymətləndiril-
məsi; Manatın məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyətinin qiy-
mətləndirilməsi; Daşınmaz əmlak bazarında “köpüyün” proqnozlaşdırılması;
nflyasiya Dinamik stoxastik ümümi tarazlıq Məcmu buraxılış kəsiri; Pula tələb
Makro stress-testləşmə (hüquqi və fiziki şəxslər üzrə) və Maliyyə sabitliyinin
qiymətləndirilməsi məqsədilə istifadə edilən indekslər.
Bank ifrastrukturunun mühüm elementlərindən biri də elmi təminatdır.
O, həm ayrı-ayrı bankları, həm də bütövlükdə bank sistemini əhatə etməlidir.
Elmin nailiyyətlərinin vaxtlı-vaxtında praktikada tətbiqinə şərait yarat-
maq üçün mütləq kifayət dərəcədə yüksək səviyyəli təhlil mərkəzləri yara-
dılmalıdır.