93
Kadr təminatı bank infrastrukturunun ən vacib elementidir. 85 ildən
yuxarı ölkəmizdə maliyyə və bank orqanları üçün kadrlar hazırlayan Azər-
baycan Dövlət qtisad Universitetinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan
Dövlət qtisad Universitetində «Beynəlxalq valyuta, kredit və maliyyə
münasibətləri», «Bank işi», «Qiymətli kağızlar bazarı» və bir çox digər fənlər
tədris olunur ki, son məqsəd iqtisadi sistemlər üçün yüksəkixtisaslı kadr
hazırlığından ibarətdir.
Bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektlərinin artması banklar
tərəfindən göstərilən xidmətlər çeşidinin və həcminin çoxalmasına gətirib
çıxarır. Öz növbəsində bu, bankları keyfıyyətcə yeni, texniki cəhətdən yüksək-
səviyyəli ödəmələrin və hesablaşmaların sürətli icrasını təmin edən rabitə və
digər texniki vasitələrin əldə edilməsini təmin edir.
Bank sisteminin sabit, normal iş şəraitini təmin edən amillərdən biri qa-
nunvericilikdir. Bank qınunvericiliyi bu sistemin zəruri bir hissəsidir.
Hal-hazırda Azərbaycanda bank sisteminin fəaliyyətini tənzimləyən bir
neçə əsas qanunlar qüvvədədir:
1) Banklar haqqında Azərbaycan Respublikasının Qanunu (4 mart
2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2
oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunlarla
qəbul edilmiş dəyişikliklər və əlavələrlə)
2) Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan
Respublikasının Qanunu (17 aprel 2007-ci il, 9 oktyabr 2007-ci il, 6 noyabr
2007-ci il, 26 may 2009-cu il, 19 iyun 2009-cu il və 30 iyun 2009-cu il tarixli
qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə). Banklar haqqında Azər-
baycan Respublikasının Qanunu (4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel
2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30
iyun 2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə);
3) Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası-
nın Qanunu (25 dekabr 2009-cu il); Əmanətlərin sığortalanması haqqında Azər-
baycan Respublikasının Qanunu (08 may 2009-cu il və 30 iyun 2009-cu il
tarixli qanunla qəbul edilmiş dəyişikliklər və əlavələrlə);
4) Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 27
noyabr 2001-ci il tarixli, 220-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-
IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 17 aprel 2007-ci il
tarixli, 320-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 507-IIIQD nömrəli; 30
iyun 2009-cu il tarixli, 856- IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD
nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə;
5) Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının qanunu
(2001-ci il 23 noyabr və 30 sentyabr 2010-cu il tarixli əlavə və dəyişikliklərlə);
6) Poçt haqqında Azərbaycan Respublikasının Qanunu (1 may 2007-ci
il, 2 oktyabr 2008-ci il və 30 iyun 2009-cu il tarixli qanunlarla edilmiş əlavə və
dəyişikliklərlə);
94
7) Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublika-
sının Qanunu 25 dekabr 2009-cu il);
8) “ poteka haqqında” Azərbaycan Respublikası Qanunu.15 aprel 2005-
ci il;
9) “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının
Qanunu 29 dekabr 2006-cı il;
10) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu 25 fevral 2009-cu il.
Beynəlxalq təcrübə göstərir ki, bank sisteminin səmərəli fəaliyyəti üçün
bank birlikləri və konsorsiumları, holdinqləri, xüsusi təyinatlı banklar, kredit
kooperasiyaları haqqında qanunlar işlənib hazırlanmalıdır. Həmçinin bankların
fəaliyyətini nizamlayan qanunlar toplusuna kredit işi, elektron ödəniş sistemi,
bank sirri, bankların iflası qanunları da daxil edilməlidir. Maliyyə-kredit
sistemində banklarla bərabər fəaliyyət göstərən digər maliyyə institutları-
qiymətli kağızlar və fond birjası, faktorinq və trast şirkərləri, investisiya fondlan
haqqında qanunlar da az əhəmiyyət kəsb etmir.
2.3. Bank sistemində nəzarət modelləri
Dünyada bank sferasına nəzarətə və bu sferanın tənzimlənməsinə ciddi
ehtiyac ötən əsrin 20-30-cu illərində baş vermiş Böyük depressiyadan sonra
formalaşmağa başlamışdır. kinci Dünya müharibəsindən sonra bank biznesinin
beynəlmiləlləşdirilməsi və kapitallaşmanın sürətləndirilməsi beynəlxalq bank
nəzarəti qayda və normalarının formalaşmasını şərtləndirdi. Bununla belə, bank
sferasında nəzarət səlahiyyətləri hər bir ölkədə qanunvericiliklə müəyyən
olunmuş institusional formalarda həyata keçirilir. Bu sistemlərin müxtəlif
ölkələr üzrə fərqlərinə baxmayaraq, onların hamısı aşağıdakı əsas məqsədlərin
həyata keçirilməsinə istiqamətlənib:
1. Pul və maliyyə sabitliyinin saxlanması. Bu da bankların iflasına yol ve-
rilməməsi və aktiv və passivlərin səmərəli idarə edilməsinə yönəldilmiş bank
tənzimlənməsi ilə bağlı tədbirlərin görülməsi deməkdir.
2. Bank sisteminin səmərəliliyinin təmin olunması. Bu isə aktivlərin key-
fiyyətinin artırılması və potensial risklərin azaldılması hesabına əldə olunur.
Bank nəzarətinə həmçinin daxili bank əməliyyatlarının və maliyyə vəziyyətinin
qiymətləndirilməsi daxildir ki, bu da bankların həyati əhəmiyyətli iqtisadi əmə-
liyyatları və institutları maliyyələşdirmək qabiliyyətini qiymətləndirməyə
imkan verir.
3. Əmanətçilərin maraqlarının müdafiəsi: əmanətçilər qarşısında öz öhdə-
liklərini yerinə yetirə bilməyən bankların fəaliyyətinə müvafiq orqanların əma-
nətçilərə münasibətdə öz öhdəliklərini yerinə yetirə bilməyən bankların fəaliy-
yətinə nəzarəti gücləndirilməlidir.