Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə95/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   91   92   93   94   95   96   97   98   ...   230

 

 

197



olunmasıdır.  Azərbaycanda  IBAN-a  tam  keçid  03.09.2012-ci  il  tarixində 

planlaşdırılır. 

IBAN-ın strukturu 28 simvoldan ibarət olmaqla aşağıdakı quruluşa ma-

likdir: 


1.  ilk  dəyişməyən  2  simvol  –  “Ölkələrin  və  onların  qurumlarının  ad-

larının  təsviri  üçün  Kodlar”  beynəlxalq  standartına  (ISO  3166)  uyğun  olaraq, 

“AZ” Azərbaycan Respublikasının ölkə kodudur; 

2. növbəti 2 simvol – nəzarət rəqəmləridir; 

3.  növbəti  4  simvol  –  “Bank  dentifikasiya  Kodları”  beynəlxalq 

standartına (ISO 9362) uyğun olaraq, bankın BIC-inin ilk 4 simvoludur; 

4. növbəti 20 simvol – müştəri hesab nömrəsidir. 

2. Müştəri hesab nömrəsi üçün standart format mövcud deyildir. Müştəri 

hesab nömrəsində bankların seçimindən asılı olaraq filial kodu, balans hesabı, 

valyuta kodu, subhesab və müştəri kodu göstərilə bilər. Simvolların sayı 20-dən 

az olduğu halda, həmin boşluqların yerinə müştəri hesab nömrəsinin əvvəlinə s-

ıfırlar əlavə edilməlidir. 

3. Müştəri hesab nömrəsində yalnız Latın əlifbasının böyük hərflərindən 

(A-Z) və rəqəmlərdən (0-9) istifadə edilməlidir. 

4.  Elektron  ödəniş  sənədlərində  IBAN-ın  strukturunda  boş  sahəyə  yol 

verilməməlidir. 

5. Kağız daşıyıcıda hazırlanmış ödəniş sənədlərində IBAN-ın simvolları 

dörd-dörd qruplaşdırılmaqla boş sahə ilə bir-birlərindən ayrıla bilər. 



 

 



 

 

198



V FƏS L. BANK FƏAL YYƏT N N TƏŞK L  

 

 

5.1. Bank fəaliyyətinin həyata keçirilməsinə  

dair ümumi qaydalar 

 

Banklar iqtisadiyyatın pul və kredit ehtiyacını ödəyən qurumlardır.  



Mərkəzi  Bank  pul  təklifini  iqtisadiyyatın  pul  tələbinə,  iqtisadi  və  sosial 

siyasətin  hədəflərinə  görə  ayırmağa  çalışır;  banklar  iqtisadiyyatda  gerçəkləş-

dirilə bilən pul borc verə bilir, fondları ticarət, sənayə və kənd təsərrüfatına, ti-

kinti  və  s.  kimi  sektorlara  kredit  formasında  dağıdaraq  bir  qrup  iqtisadi  va-

hidlərin likvid çoxluğu ilə, digərlərinin likvid ehtiyaclarının ödənilməsinə yığım 

edilən  pulların  bazara  axmasını  saxlamaq  şərti  ilə  iqtisadi  fəaliyyətlərin 

davamlılığına və genişlənməsinə xidmət edirlər. 

Bank —  fiziki və hüquqi şəxslərdən depozitlərin  və  ya  digər qaytarılan 

vəsaitlərin  cəlb  edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini, 

habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-kassa  əməliyyatlarını 

məcmu halda həyata keçirən hüquqi şəxsdir. 

Yəni banklar iqtisadi vahidlərin məlum bir müddət xərcləmədikləri pul-

ları əmanət formasında toplayaraq və başqa formalarda borc alaraq saxladıqları 

borcu  verə  bilər.  Fondları  kredit  vermək,  qiymətli  kağızlar  satın  almaq, 

müxtəlif əməliyyatlarda iştirak  etməklə işlədirlər,  pul  yaradaraq  iqtisadiyyatın 

pul  tələbinin  (likvid  ehtiyacının)  önəmli  bir  bölümünü  ödəyir,  ödəmələrə  va-

sitəçi olmaq, pul həvalə etmək, sənəd qəbul etmək, kassa icarələmək kimi tək-

liflər edirlər. 

Günümüzdə  kredit  alqı-satqısı  böyük  bir  əhəmiyyətə  malikdir.  Malları 

istehsal edən, malların topdan və pərakəndə satışını həyata keçirən, bir yerdən 

digər yerə daşınmasını saxlayan firma və şirkətlər arasında, bunlarla ev idarələri 

arasında çeşidli formalarda kredit verilir, kredit alınır. Toplum içində alınan və 

verilən  kreditlərin  önəmli  bir  bölümünə  banklar  vasitəçi  olurlar.  Çünki  kredit 

zəmanətə  və  etimada  əsaslanır.  Banklar  kredit  tələb  edənlərin  kreditlərini 

ölçmək,  verdikləri  kreditlərin  vaxtında  qaytarılmasını  zəmanəti  altına  salmaq 

şə

rti ilə bu etimadı saxlayarlar.  



Həqiqətən, banklar hər şeydən öncə kredit alış-verişinin əsası olan girovu 

saxlayan qurumlardır. Toplum içində pulu olub borc verməyə hazır kimsələr və 

kredit  axtaranların sayı sonsuzdur. Ancaq bunların arasında bir kredit alış-ve-

rişinin meydana gəlməsi üçün borc alana etimad əsas şərtdir. Bank kredit almaq 

istəyəndə alınan kreditləri ölçmək və verdiyi krediti zəmanət altına almaq üçün 

gərəkli texniki alətlərə malikdir. 

Banklar  kiçik,  orta,  böyük  borc  verə  bilən  fondları  toplayaraq  böyük 

fondların  yığımına  xidmət  edirlər.  Bununla  müasir  böyük  şirkətlərin  və  döv-

lətlərin kredit tələblərini ödəmək imkanına sahibdirlər. Əgər banklar olmasa idi 



 

 

199



müasir  iri  şirkətlərin  və  dövlətin  böyük  həcmdəki  kredit  tələblərini  ödəyə 

bilmək üçün yüzlərlə əmanət sahibinə müraciət edilməsi idi.  

Avropa Birliyi ölkələrinin ədəbiyyatlarında banklar - xalqın əmanətlərini 

və ya da geri ödənməsi gərəkli pulları qəbuletmə və öz hesabına kreditlər açan 

qurumlar kimi səciyyələndirilir.  

qtisadi anlamda bank anlayışı iqtisadiyyata (banknot və qeydiyyatlı pul 

kimi)  ödəmə  vasitələri  saxlayan,  nağd  sərmayə  və  sərmayə  təmsil  edən 

xalqlarla  (daşınar  dəyərlərlə)  ilgili  ticarət  əlaqələrini  davamlı  olaraq  aparan 

qurumlardır.  

Türkiyənin  banklar  haqqında  qanununda  haqsız  olaraq  bank  kəlməsini 

ünvanında  işlədənlər  cəzalandırılır  və  iş  yerləri  keçici  və  ya  davamlı  olaraq 

bağlanılır, elan və reklamları dayandırılır.  

sveçrə qanunlarında reklamlarında haqsız yerə bank kəlməsinin istifadə-

sinə görə cəza nəzərdə tutulur.  

Dünya  üzrə  ən  yeni  müasir  bankçılıq  qanunu  sayıla  bilən  Avropa  Bir-

liyinin  banklar  haqqında  qanununda  bank  əməliyyatları  aşağıdakı  kimi  sıra-

lanmışdır: 

1.   Əmanət olaraq pulların qəbulu (depozit qəbulu); 

2.   Başqalarına aid cari hesablar formasında nağdsız ödəmə işlərinin apa-

rılması; 

3.   Kredit əməliyyatı; 

4.   Çek və veksellərin satın alınması, özəlliklə veksellərin diskontosu; 

5.   Valyuta əməliyyatları; 

6.   Qaranti əməliyyatı; 

7.   Qiymətli kağız əməliyyatları; 

8.    nvestisiya əməliyyatı; 

9.   Faktorinq əməliyyatı. 

   Bank əməliyyatlarının klassik bölgüsü balansa görə aparılır. Buna görə 

bank əməliyyatları bank balansının  aktiv,  ya  da  cədvəlində  yer  almasına  görə 

fərqləndirilir.  Bank  balansının  öhdəliklər  və  kapital  tərəfində  bankların  öz  və 

cəlb etdikləri vəsaitləri yer alır. Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli 

və ikinci (II) dərəcəli kapital daxildir. birinci (I) dərəcəli kapitalın strukturuna 

daxildir: nizamnamə kapitalı, səhmlərin emissiyasından əlavə vəsait, bölüşdü-

rülməmiş xalis mənfəət. ikinci (II) dərəcəli kapitalın strukturuna daxildir: cari 

ilin  mənfəət,  ümumi  ehtiyatlar,  kapitalın  digər  vəsaitləri,  məcmu  kapitaldan 

tutulmalar. 

Bankların  aktivlərində kreditlər və likvid dəyərlər  ən önəmli payı təşkil 

edir. 


Azərbaycan Respublikasının ərazisində banklar və bank  olmayan kredit 

təşkilatları  bank  fəaliyyətini Mərkəzi  Bankın  verdiyi xüsusi  razılıq  (lisenziya) 

ə

sasında həyata keçirilə bilər. Depozit əməliyyatları yalnız banklar və poçt rabi-



təsinin milli operatoru tərəfindən həyata keçirilə bilər. Bu Qanunun 3.4-cü və 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə