189
tam və ya qismən icra olunmadıqda icraçı bankın məsul şəxsi bu barədə icra
sənədində qeyd yazır və öz imzası və ştampı ilə təsdiqləyərək müddət başa
çatdığı gündən 2 (iki) iş günü gec olmayaraq icra məmuruna təqdim edir.
nkasso sərəncamı qismən ödənildikdə icraçı bankın məsul şəxsi onun
bankda olan nüsxəsinin müvafiq hissələrində qismən ödənişin tarixini və
məbləğini, habelə ödənişin qalıq məbləğini qeyd edir, onları öz imzası və
ş
tampı ilə təsdiqləyir.
nkasso sərəncamı tam ödənildikdə icraçı bankın məsul şəxsi icra
sənədində qeyd yazır, onu öz imzası və ştampı ilə təsdiqləyir və bir nüsxəsini
bankda saxlayaraq sənədi icra məmuruna qaytarır.
Dövlət Sosial Müdafiə Fondunun, vergi və gömrük orqanlarının
sərəncamları ilə hesablaşmalar
Dövlət Sosial Müdafiə Fondunun sərəncamları ilə hesablaşmalar zamanı
borclunun (ödəyicinin) bank hesabına xidmət göstərən bank (icraçı bank)
Dövlət Sosial Müdafiə Fondunun icra sənədi olan sərəncamına uyğun olaraq
məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə
sanksiyalarının Fondun hesabına alınmasını “Sosial sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş
qaydada həyata keçirir.
Sərəncam Dövlət Sosial Müdafiə Fondunun təsdiq etdiyi formaya uyğun
olaraq icraçı banka təqdim edilir.
Sərəncam 4 (dörd) nüsxədə (kağız daşıyıcısında olduqda) tərtib edilir və
hər bir nüsxə Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli vəzifəli şəxsinin
imzası və möhürlə təsdiqlənir. Sərəncam qüsurlu olmadıqda bankın məsul şəxsi
onu dərhal icraya qəbul edir, qüsurlu olduqda isə sərəncamın müvafiq
hissəsində səbəbini göstərməklə sərəncamı Dövlət Sosial Müdafiə Fonduna
geri qaytarır.
Nüsxələrdən biri vəsaiti ödəyicinin bank hesabından silmək üçün əsas
olur və icraçı bankda qalır. kinci nüsxə sərəncamın icraya qəbul olunması
barədə iltizam kimi icraçı bankın məsul şəxsinin imzası və ştampı ilə təs-
diqlənir, Dövlət Sosial Müdafiə Fonduna qaytarılır. Bankın məsul şəxsi sə-
rəncamın bir nüsxəsini müvafiq qeydlərlə bu Təlimatın 8.6-cı bəndində nəzərdə
tutulmuş qaydada Dövlət Sosial Müdafiə Fonduna təqdim edir. Dördüncü
nüsxə ödəyiciyə verilir.
Ödəyicinin bank hesabında vəsait olmadıqda və ya çatışmadıqda Dövlət
Sosial Müdafiə Fondunun sərəncamı icraya qəbul olunduğu gündən 90
(doxsan) gün ərzində icraçı bankda saxlanılır. Bu barədə icraçı bank növbəti 2
(iki) iş günü ərzində Fonda yazılı bildiriş verir.
cra olunan sərəncam, habelə icra olunmayan və ya qismən icra olunan
sərəncam bu Təlimatın 8.5-ci bəndində nəzərdə tutulmuş müddət başa
çatdıqdan sonra növbəti 2 (iki) iş günündən gec olmayaraq bankın məsul şəxsi
190
tərəfindən üzərində müvafiq qeydlər aparılaraq imzası və ştampı ilə təsdiq edilir
və Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
Sərəncam Dövlət Sosial Müdafiə Fondu tərəfindən geri götürüldükdə
sərəncamın bir nüsxəsi üzərində müvafiq qeyd aparılaraq bankda saxlanılır.
Ödəyicinin bank hesabı bağlandıqda sərəncamın üzərində bu Təlimatın 8.6-cı
bəndində nəzərdə tutulmuş qaydada müvafiq qeyd aparılır və növbəti 2 (iki) iş
günündən gec olmayaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
Vergi orqanlarının sərəncamları ilə hesablaşmalar zamanı borclunun
(ödəyicinin) bank hesabına xidmət göstərən bank (icraçı bank) vergi orqanının
icra (ödəniş) sənədi olan sərəncamına uyğun olaraq vergilər, faizlər və ya tətbiq
edilmiş maliyyə sanksiyaları üzrə ödəyicinin milli və ya xarici valyutada bank
hesabında olan pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasını və ya
vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların ödəyicinin bank hesa-
bından dövlət büdcəsinə alınmasını Azərbaycan Respublikası Vergi Məcəl-
ləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Sərəncam Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi
formaya uyğun olaraq icraçı banka təqdim edilir.
Sərəncam 4 (dörd) nüsxədə (kağız daşıyıcısında olduqda) tərtib edilir və
hər bir nüsxə vergi orqanının səlahiyyətli vəzifəli şəxsinin imzası və möhürlə
təsdiqlənir. Sərəncam qüsurlu olmadıqda bankın məsul şəxsi onu dərhal icraya
qəbul edir, qüsurlu olduqda isə sərəncamın müvafiq hissəsində səbəbini
göstərməklə sərəncamı vergi orqanına geri qaytarır.
Nüsxələrdən biri vəsaiti ödəyicinin bank hesabından silmək üçün əsas
olur və icraçı bankda qalır. kinci nüsxə sərəncamın icraya qəbul olunması
barədə iltizam kimi icraçı bankın məsul şəxsinin imzası və ştampı ilə təs-
diqlənir, vergi orqanına qaytarılır. Sərəncam tam icra olunduqdan sonra bankın
məsul şəxsi onun üçüncü nüsxəsi üzərində müvafiq qeydlər yazır, onları öz
imzası və ştampı ilə təsdiqləyərək vergi orqanına təqdim edir. Dördüncü nüsxə
ödəyiciyə verilir.
Sərəncam vergi orqanı tərəfindən geri götürüldükdə və ya ödəyicinin
bank hesabı bağlandıqda həmin ana qədər qismən icra olunan sənəd bu
Təlimatın 8.11-ci bəndində nəzərdə tutulmuş qaydada vergi orqanına təqdim
edilir.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə
müvafiq olaraq vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının
icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının
qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.Dövlət Sosial
Müdafiə Fondunun, vergi və gömrük orqanlarının sərəncamlarının elektron
qaydada təqdim edilməsi, icraya qəbul olunması və icrası ilə bağlı digər məsə-
lələr müvafiq dövlət orqanları ilə banklar arasında qarşılıqlı razılaşma əsasında
müəyyən edilir.
Pul köçürmələri milli və xarici valyutada həyata keçirilir.