Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



137

sağlamlığına  olan  faydası  haqqında  öyrənəcəyimiz  daha 

çox şey var». 

Harvard Universitetinin xalq sağlamlığı məktəbi 

epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopulos:  

«Amerikalı  qadınlar  doymuş  yağların  əvəzinə 

daha  çox  zeytun  yağı  istifadə  etsəydilər,  döş  xərçəngi 

riskində 50% qədər azalma baş verə bilərdi… Zeytun yağı 

bəzi  bədxassəli  şiş  növlərinə  –  prostat,  döş,  onurğa, 

pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı qoruyucu 

təsirə malikdir». 

Mayami 


Universitetinin 

(ABŞ) 


tibb 

fakültəsindən D.Pek:  

«Zeytun  yağının  siçovullardakı  immunitet 

sistemini gücləndirdiyi sübut olunmuşdur…». 

Milan Universiteti əczaçılıq fakültəsindən Bruno 

Berra:  


«Təbii yolla süzülmüş zeytun yağının tərkibində 

olan  LDL  oksidasiona  olan  müqavimətini  aydın  şəkildə 

artırır». 

II 


Federiko 

Universitetinin 

daxili 

və 


metabolizma  xəstəlikləri  kafedrasından  A.A.Rivelles, 

G.Rikardi, M.Mançini:  

«Zeytun  yağı  insulin  müqavimətinin  qarşısını 

alır  və  qandakı  qlükozanın  daha  yaxşı  nəzarətini  təmin 

edir». 

Neapolitan  Universiteti  tibb  və  kimya  fakültə-



sindən Patrisia Qaletti:  

«Zeytun  yağı  polifenollarının  qida  kimi  qəbul 

edilməsi  reaktiv  oksigen  metabolitlərlə  bağlı  xəstəlik 

riskini  azalda  bilər  –  mədə-bağırsaqla  bağlı  bəzi 

xəstəliklər  və  damarların  tıxanması  kimi.  Zeytun  yağı 

insan eritrositlərini oksidativ təhlükədən qoruyur». 

Harvard 

Universitetinin 

Xalq 

Səhiyyəsi 



kafedrasından Frank Saks:  

Zeytun və zeytun yağı_________________________________ 

 

138



«Zeytun  yağından  ibarət  olan  zəngin  qida 

rasionlu  pəhriz  ifrat  kökəlməyi  nəzarətdə  saxlamaqda  və 

müalicə  etməkdə  az  yağlı  qida  rasionundan  ibarət 

pəhrizdən  daha  təsirlidir.  O  uzunmüddətli  artıq  çəki 

itkisinə  də  səbəb  olur,  bu  halda  çəkini  qorumaq  daha 

asandır…». 

Göründüyü kimi, bu gün bir çox alimlər zeytun 

yağını  əsas  qəbul  edən  qidalanma  modelinin  ən  ideal 

forma  olduğunu  düşünür.  Bu  xüsusiyyətlərinə  görə 

gündəlik  qida  rasionunda  olması  zəruri  olan  ən  əsas 

qidaların zeytun və zeytun yağı olduğu bildirilir. Allahın 

bir  çox  ayədə  diqqətimizə  çatdırdığı  zeytun  bitkisinin 

faydası  tibbi  bilgilərin  artması  ilə  paralel  olaraq  kəşf 

edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



139

 

DÖRDÜNCÜ FƏS L. 



ZEYTUN  YAĞININ KEYF YYƏT N N 

EKSPERT ZASI 

 

4.1. Ekspertizanın obyekti, məqsədi və 

üsulları 

 

Müasir  dövrdə  dövlətlər  arasında  iqtisadi  əlaqələr 

qurulduğu halda ticarət əlaqələri də genişlənir və inkişaf edir. 

Belə  əlaqələrdən  biri  kimi  tarixi  pək  yolunun  bərpası 

keyfiyyətcə  yüksək  olan  və  Beynəlxalq  standartlara  cavab 

verən  məhsulların  dünya  bazarına  çıxarılmasını  da  qeyd 

etmək  lazımdır.  Belə  bir  şəraitdə  xarici  ölkələrdən 

respublikamıza  çoxlu  miqdarda  ərzaq  məhsulları  daxil  olur. 

Bu məhsullar içərisində zeytun yağlarını da misal göstərmək 

olar.  Bitki  yağları  pərakəndə  ticarət  şəbəkəsində  xüsusi 

çəkiyə  malikdir.  Respublikamıza  gətirilən  zeytun  yağlarını 

yoxlamaq  və  keyfiyyətini  qiymətləndirmək  müasir  dövrdə  

istehlak  mallarının  ekspertizası  ilə  məşğul  olan  alimlərin 

qarşısında  duran  əsas  vəzifələrdən  biridir.  Zeytun  yağları 

ə

sasən  Respublikamıza  Yunanıstan,  spaniya,  taliya  və 



Türkiyədən  gətirilir.  Zeytun  yağları  müxtəlif  markalarda  və 

adlarda istehsal olunur. Bunlara misal olaraq   Extra Virgin, 

Riviera, 

Pomace 


markalı 

zeytun 


yağlarını 

və 


Respublikamızda  istehsal  olunan  “Final”  və  “Zeytun 

bağları”  markalı  zeytun  йаьларыnı  göstərmək  olar.  Bu 

yağların  müxtəlif  markalara  və  ticarət  sortlarına  ayrılması 

onların  ekspertizasını  və  keyfiyyətinin  qiymətləndirilməsini 

zəruri hesab edir.  

dqiqat  aparmaqda  məqsəd  Bakı  ticarətində 

satılan müxtəlif markalı zeytun yağlarının keyfiyyətini tədqiq 

etməkdir. Zeytun yağlarının keyfiyyətinin tədqiqində məqsəd 

Zeytun və zeytun yağı_________________________________ 

 

140



onların  keyfiyyətinin  həm  hiss  üzvləri  ilə  təyin  olunan 

göstəricilər  (orqanoleptiki  göstəricilər)  və  həm  də  fiziki-

kimyəvi göstəricilər üzrə normativ-texniki sənədlərin tələbinə 

uyğunluğunu müəyyən etməkdir. 

dqiqat  obyekti.  Tədqiqat  aparmaq  üçün 

“Azersun  Holdinq”  şirkətlər  qrupunun  nəzdində  fəaliyyət 

göstərən  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC-də  istehsal 

olunan Olive Oil  markalı “Final”  zeytun yağı, saflaşdırılmış  

“Zeytun bağları” yağı və  spaniyadan idxal olunan Pomace 

markalı zeytun yağı götürülmüşdür. 



Tədqiqatın  əsas  vəzifələri  və  məqsədi.  Tədqiqat 

aparmaqda  məqsəd  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC-də 

istehsal  olunan  zeytun  yağlarının  çeşidini,  keyfiyyət 

göstəricilərini  və  ekoloji  təmizliyini  öyrənməkdir.  Eyni 

zamanda  xaricdən  gətirilən  Pomace  markalı  zeytun  yağının 

keyfiyyətini  öyrənib  onu  vətənimizdə  istehsal  olunan  zeytun 

yağları ilə müqayisə etməkdir. 

Tədqiqatın  informasiya  bazası  və  işlənməsi 

metodikası. Monoqrafiyanın yazılmasında Azərbaycan və rus 

dillərində  53  adda  ədəbiyyatdan,  80  adda    normativ-texniki 

sənədlərdən    və  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC-  nin 

materiallarından  istifadə  olunmuşdur.  “Bakı  Yağ  və  Qida 



Fabriki”  MMC-  də  istehsal  olunan  zeytun  yağlarının 

orqanoleptiki  və  fiziki-kimyəvi  göstəriciləri  qüvvədə  olan 

standartlara  müvafiq  olaraq  müasir  tədqiqat  üsulları  ilə 

öyrənilmişdir.  Tədqiqat  üsulları  istifadə  olunan  dərsliklərdə 

(8),  dərs  vəsaitlərində  (30)  və  metodiki  vəsaitlərdə  (7,  50) 

geniş  verilmişdir.  Biz  öz  işimizdə  onlardan  yaradıcı  surətdə 

istifadə etdiyimizdən burada tədqiqat üsullarının metodikaları 

verilmir. 

Monoqrafiyanın 

yazılmasında 

həmin 

ə

dəbiyyatlardan  informasiya  bazası  və  metodika  üçün 



hərtərəfli istifadə edilmişdir. 

Tədqiqatın elmi yeniliyi. Tədqiqatın nəticəsi olaraq 

tərəfimizdən  ilk  dəfə  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC- 




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə