Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



31

1.  Konservlik  sortlar  –  bu  sortların  meyvəsi 

texniki  yetişkənliyə  catdıqda  (göy  zeytun)  duza  və  sirkəyə 

qoyulmaqla  konservləşdirilir.  Bunlara  Askolano,  Santa 

Katerina,  Tolqomskaya,  Armudu  Zeytun  və  başqaları 

aiddir. 


2.  Konservlik-  yağlı  sortlar  –  bu  sortların 

meyvələri  tam  yetişdikdə  (qara  zeytun)  duzlamaq  (quru 

duzlama)  və  zeytun  yağı  almaq  üçün  işlədilir.  Bunlara 

Tolqomskaya,  Aqostino, 

rimeyvəli  Nikita  Zeytunu, 

Azərbaycan zeytunu, Şirin zeytun və başqaları daxildir. 

3.  Yağlı  sortlar  –  bu  sortların  meyvələrindən 

ancaq  yağ  almaq  üçün  istifadə  edirlər.  Bunlara  çox  yağlı 

sortlardan  –  Della  Madonna,  Tbilisi,  Koreciolo,  Nikita 

zeytunu və başqaları daxildir. 

Dövlət  sortsınanmasına  qəbul  edilmiş  bir  sıra 

qiymətli sortları qısa təsvir edək.  



Azərbaycan  zeytunu  –  bu  sortdan  konserv  yağ 

üçün istifadə olunur. Ağacı güclü boy atandır, boyu 9 m- ə 

çatır;  çətri  enli-  girdə,  qollu-  budaqlıdır.  Meyvəsi  iri, 

uzunluğu  2,5  –  3,1  sm,  kütləsi  5,9  qr,  qısa-  oval  formalı, 

yastıburundur.  Konserv  üçün  istifadə  olunan  meyvəsi 

(texniki)  oktyabrda  və  qara  meyvələri  (botaniki)  noyabrda 

yetişir.  Hər  ağacdan  35  –  40  kq  məhsul  yığılır. 

Meyvələrinin  tərkibində  70%-  ə  qədər  yağ  vardır,  80%-  i 

isə ətli hissə təşkil edir.  

Aqostino

  –  bu  konserv  yağlı  sort  sayılır.  Ağacı 

ortaboylu, hündürlüyü 4 – 6 metrdir; çətri kürəşəkilli, qollu- 

budaqlıdır.  Meyvəsi  iri  olub,  uzunluğu  2,8  –  3,1  sm  və 

kütləsi  7,3  –  12  qr,  qısa-  oval  formalı,  təpəsi  girdədir. 

Oktyabrın  ortalarından  (texniki),  noyabrın  sonuna  qədər 

(botaniki)  yetişir.  Hər  ağacı  25  –  30  kq  məhsul  verir. 

Meyvəsinin ətində 68,5% yağ vardır, ətliliyi 80%- ə çatır.  



Armudu  zeytun  –  konserv  üçün  istifadə  olunan 

sortdur.  Ağacı  ortaboylu,  hündürlüyü  4  –  5  metrdir;  çətri 



Zeytun və zeytun yağı_________________________________ 

 

32



enli-  girdədir,  qollu-  budaqlıdır.  Meyvəsi  iridir,  uzunluğu 

3,0  –  3,3  sm,  kütləsi  8  –  10  qramdır,  uzunsov-  oval 

formalıdır,  ucu  uzunsovdur.  Oktyabrın  ortalarından  (göy 

zeytun)  noyabrın  (qara  zeytun)  sonunadək  yetişir.  Hər 

ağacdan  25  –  27  kq  məhsul  verir.  Meyvəsinin  tərkibində 

68%- dək yağ var, ətli hissəsi meyvənin 90%- ni təşkil edir.  



Santa  Katerina  –  konservlik  sortdur.  Ağacı 

ortaboylu,  hündürlüyü  4  –  6  metr,  çətri  kürəşəkillidir. 

Meyvəsi  çox  iridir,  uzunluğu  3,2  –  4  sm,  kütləsi  9  –  15 

qramdır,  uzunsov-  oval  və  ya  oval  formalıdır,  təpəsi 

girdədir. 

Oktyabrın 

sonundan 

(göy 


zeytunları 

konservləşdirmək  üçün)  dekabrın  ortasınadək  (zeytunları 

quru  duzlamaq  üçün)  yetişir.  Hər  ağacdan  20  –  25  kq 

məhsul yığılır. Meyvəsinin tərkibində 69% yağ olur, ətliliyi 

90 – 90,5%- i təşkil edir.  

Nikita-1

  yağlı  sortlara  aiddir.  Ağacı  orta  və  ya 

iridir, hündürlüyü 6 – 8 metrdir; çətri kürəşəkilli, yığcamdır. 

Meyvəsi  xırda  və  ya  orta  irilikdə  olur,  uzunluğu  2,0  –  2,3 

sm, diametri 1,6 – 1,7 sm, kütləsi 4,5 qramdır; girdə- oval 

formalı,  təpəsi  girdə  və  ya  azacıq  şişmərdir.  Meyvələri 

noyabrın  ortalarında  tam  yetişir.  Hər  ağacdan  25  –  30  kq 

məhsul verir. Meyvəsinin tərkibində 72%- ə qədər yağ olur. 

Ə

tliliyi  75%-  dir.  Konservləşdirmək  və  yağ  almaq  üçün 



istifadə olunur.  

Tbilisi 

–  bu  sortdan  yağ  alırlar.  Ağacı  güclü  boy 

atandır,  hündürlüyü  6  –  7  metrdir.  Çətri  kürəşəkilli,  qollu- 

budaqlıdır.  Meyvələri  xırda  və  ya  ortadır,  uzunluğu  1,8  – 

2,4 sm, kütləsi 3,2 – 6,0 qramdır; girdə- oval formalı, təpəsi 

küt  və  ya  girdədir.  Oktyabrın  sonundan  noyabrın 

yarısınadək (tam)  yetişir. Meyvəsindən quru duzlama üçün 

də istifadə etmək olar. Hər ağacı 35 – 40 kq məhsul verir. 

Tərkibində 72%- dək yağ vardır, ətliliyi 86%- dir. 

Askolano  –  zeytunu  taliyadan  gətirilən  zeytun 

sortudur. Meyvəsi iri, oval formalıdır. Meyvəsinin uzunluğu 




__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



33

2,8 – 3,2 sm, diametri 2,4 – 2,6 sm, kütləsi 8 – 9 qramdır. 

Rəngi  tünd-  bənövşəyi,  ətliyi  ağ,  qabığı  bənövşəyidir. 

Meyvəsi  budaqlarla  uzun  saplaqlı  bir-bir  və  qrup  şəklində 

yerləşir.  Bu  ən  yaxşı  məhsuldar  sort  hesab  edilir.  Gec 

yetişir. 

Yaşıl 

meyvələri 



sirkəyə 

qoymaqla 

konservləşdirmək,  xırda  meyvələr  duza  qoymaq  üçün  və 

yağ almaq üçün istifadə olunur.  



Krım-172

  –  sortu  irimeyvəli,  dairəvi  formada, 

qabırqalıdır.  Meyvəsinin  uzunluğu  2,4  –  2,5  sm,  diametri 

1,8  –  1,9  sm,  kütləsi  4,5  –  5,0  qramdır.  Meyvəsinin  ucu 

ş

işdir. Rəngi qara, parlaq və sıx yerlşən xırda ağ nöqtəlidir. 



Ə

tliyi zərif, meyvəsi uzun saplaqlı olub budaqlarda tək- tək 

yerləşir.  Bu  sort  şaxtaya  davamlı  və  məhsuldardır.  Gec 

yetişir.  ri  meyvələri  yaşıl  halda  sirkəyə  qoyulmaqla 

konservləşdirilir.  Krım-172  sortundan  yüksək  keyfiyyətli 

zeytun yağı istehsal olunur. 



Koreciolo  –  sortunun  meyvəsi  xırda,  uzunsov- 

oval  formadadır.  Meyvəsinin  uzunluğu  1,8  –  2,0  sm, 

diametri  1,2  –  1,4  sm,  kütləsi  orta  hesabla  2,7  qramdır. 

Meyvəsinin  qabığı  sıx  yerləşən  xırda-  ağ  nöqtəlidir,  lakin 

tam  yetişdikdə çox az hiss olunur. Ətliyi kremi,  qabığı isə 

açıq bənövşəyi rəngindədir. Meyvəsi budaqlarda 3 – 5 ədəd 

qrup  şəklində  olmaqla  kiçik  saplaqda  yerləşir.  Çəyirdəyi 

sığallı, iri, uzunsov- oval formalıdır. Tez yetişən məhsuldar 

sortdur, tərkibində  yağı  65 – 70%- ə qədərdir. Əsasən  yağ 

istehsalı üçün istifadə olunur.  



Manzanilo – zeytunu iri meyvəli, oval formalıdır. 

Uzunluğu 2,6 – 2,7 sm, diametri 2,2 – 2,9 sm, bir ədədinin 

kütləsi 6,5 – 7,0 qramdır. Rəngi tünd- bənövşəyi parlaqdır. 

Yaşıl  halda  konservləşdirmək,  tum  yetişdikdə  isə  yağ 

istehsalı  üçün  istifadə  edilir.    Keyfiyyətli  zeytun 

sortlarından sayılır. 



Nikitin-2

  –  zeytunu  iri  meyvəlidir.  Meyvənin 

uzunluğu 2,8 – 3,1 sm, diametri 1,8 – 2,0 sm, kütləsi 5,5 – 

Zeytun və zeytun yağı_________________________________ 

 

34



5,6  qramdır.  Meyvəsi  uzunsov-  oval  formalı,  uc  hissədə 

konusvarı  və  çıxıntılıdır.  Rəngi  tünd-  bənövşəyi,  mum 

təbəqəsi ilə örtülü olub, seyrək yerləşən iri ağ nöqtəlidir. Bu 

sort  yüksək  keyfiyyətli,  məhsuldar,  şaxtaya  davamlı, 

gecyetişəndir.  Yaşıl  meyvələri  sirkəyə  qoyulur,  yetişmiş 

qara  meyvələr  quru  duzlama  və  yağ  istehsalı  üçün  sərf 

edilir. Ətliliyi 85%- dir. Yağ çıxarı 79,1%. 

Sevilyano  –  zeytunun  meyvəsi  çox  iridir.  Kütləsi 

10 – 12 qrama qədər, oval- uzunsov formalı olub uc hissədə 

bir  qədər  nazilir.  Rəngi  qara,  parlaq  və  ağ  nöqtəlidir. 

Çəyirdəyi  şiş  uclu,  orta  iri  və  ətlikdən  çətin  ayrılır.  Gec 

yetişən  sortdur.  Ən  yaxşı  sort  hesab  edilir.  Əsasən 

konservləşdirmək üçün istifadə olunur. 

Zeytun  sortlarını  yaşıl  konservləşdirmək  üçün 

avqustun  sonu-  sentyabrda  bənövşəyi  rəngin  əmələ 

gəlməsinə  qədər  yığırlar.  Quru  duzlama  və  yağ  istehsalı 

üçün  zeytunu  tam  yetişdikdən  sonra  yığırlar.  Zeytun 

meyvəsinin yetişmə müddəti onun sortundan və becərildiyi 

bölgədən  asılıdır.  Bir  ağacdan  orta  hesabla  70  –  75  kq 

zeytun məhsulu yığmaq mümkündür. Meyvələr əllə yığılır. 

Yetişmiş meyvələr zərif olduğundan tez əzilir və tünd rəngə 

boyanıb  xarab  olur.  Yetişmiş  zeytunları  tutumu  3  –  4  kq 

olan 


xırda 

yeşiklərə 

və 

ya 


səbətlərə 

yığırlar. 

Konservləşdirmək 

üçün 


zeytunu 

sortlaşdırdıqda 

büzüşmüşlər, 

ş

axtavurmuşlar, 



zərərvericilərlə 

zədələnmişlər, həmçinin mexaniki zədələnmişlər seçilib yağ 

istehsalına verilir.  

Zeytun  meyvəsini  təzə  halda  uzun  müddət 

saxlamaq olmaz. Ona görə də konservləşdirmək (sirkəyə və 

duza  qoymaq  üçün)  üçün  yığılan  zeytun  tez  bir  zamanda 

emal müəssisəsinə çatdırılmalıdır. 

 

 



 


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə