Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə29/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   25   26   27   28   29   30   31   32   ...   153

                                                                                                                                                  

74 


 

Bunlar Seyyidin ona verdiyi suyu çəkilmiş qızılgül və qəzəllər idi. Qız təhlükə

vaxtında da onu unuda, bu qan ocağında qoyub gedə bilmədi: "Sabah bütün bunlar 

tökülüb-töküşdürüləcək. Ağanın yazıları ələ keçər, Allah eləməmiş! Həm də seyid 

yazısıdı, dua kimi şeydi, mənə cəddi kömək olar", - deyə cunanın ucunu qoynuna, 

ürəyinin  üstünə  qoydu  və  qara  nimdaş  çarşaba  sıx-sıx  bürünüb  küçəyə  çıxdı. 

Ətrafda hənirti yox idi. Səs-səmir eşidilmirdi. Sübhün alaca toranında Sona on-on 

iki il ömür sürdüyü, artıq onun üçün doğma olmuş məhəlləni əbədilik tərk etdi. O 

burada  anasını,  son  ümidini  torpağa  basdırmışdı,  o  bu  məhəllədə  musiqinin  nə

olduğunu başa düşmüş, qüdrətinə valeh olmuş, el gözündə lənətli sənət sayılsa da 

rəqsə bağlanmışdı. O bu məhəllədə əbədi olaraq qadın və ana olmaq səadətindən 

məhrum olmuş, çəngi damğasıyla damğalanmışdı. Bu məhəllədə onun sevdiyi bir 

şəxs  yox  idi.  Hörmət  edən  də  yox  idi.  Bu  məhəlləyə  gələn  hər  bir  kişi  ona  nəşə

mənbəyi kimi baxmış, hər bir qadın onu özünə rəqib bilib nifrət etmişdi. Sonanın 

bu yerlərdə heç nəyi qalmırdısa da, nədənsə, bir anlıq ürəyi əzildi. Axı necə olsa 

on-on iki illik ömrü bu yerlərdə keçmişdi. 

Duyduğu hər bir hənirtidən ürkürdü. Sübhün bu erkən çağında kimə rast gəlsə, 

ona şübhə ilə baxacaqdı. Belə tezden küçədə görünən qadın kim ola bilər? Bu hal 

hamıda  maraq  doğurar,  sirri  açılar.  Bacardıqca  bu  yerlərdən  tez  uzaqlaşmaq 

lazımdır. Nə qədər basqın səsi, mütrüfün ölüm xəbəri yayılmayıb, qaçmaq, aradan 

çıxmaq  vacibdir.  Sona  evlərin,  çəpərlərin,  divar  və  hasarların  kölgəsi  düşən 

yerlərlə gedirdi. 

...Ayaqları  onu  elə  bir  yerə  gətirib  çıxartdı  ki,  nə  ağlı,  nə  də  ürəyi  buna  razı

olmazdı. Bu onların qapısı idi! Onun!.. "Aman Allah, mən onun da başım bəlaya 

sallam!  Mən  bura  nə  üçün  gəlmişəm?  Bəs  hara  gedim?  Hara?  Ay  yeri-göyü 

yaradan Allah! Kimə üz tutum?" 

Hava  aralanmışdı.  Evdən  azacıq  aralı  Qalabazar  məscidinin  minarəsindən 

azançının səsi ucaldı... Bu Şamaxı məhəllə məscidləri içərisində, Şamaxı azançıları

arasında  gözəl  səsi  ilə  tanınmış  Kəblə  Mürvət  idi.  Onun  çəkdiyi  azan  ürəklərə

işləyirdi.  Kəblə  Mürvətin  azanı  başqa  məhəllə  möminlərinin  qibtəsinə  səbəb 

olurdu. "Əşhədü ənna la ilahə illəllah"... Kəblə Mürvət sanki ağlayır, dibsiz göylərə

minlərin,  milyonların  naləsini,  fəryadını  çatdırmağa  cəhd  edirdi.  "Əşhədü  ənna 

Mühəmmədən rəsulullah" - Sona bu səsi eşidənde titrədi, ürəyində anlaşılmaz bir 

ümid  doğdu:  "Bəlkə  məscidə  gedim,  bəstə  girim,  aman  istəyim,  Allahın  evində

mənə heç nə eləməzlər", deyə məscidə, "Ia ilahə" səsi ucalan səmtə tərəf bir addım 

atdı. Lakin dərhal fıkrindən 

 

 



                                                                                                                                                  

75 


 

döndü:."Yox, onda bəs Ağa Səməd? Bəs Alış bilən kimi ona divan tutmazmı? 

Yox, o mənə inandı, şəhərdən yox ol, Alış bilməsin", dedi. Sona fikrini toplayıb nə

edəcəyini,  hara  üz  tutacağını  qərarlaşdırmağa  macal  tapmamış,  qarşıdakı  alçaq 

qapıdan  əli  boğçalı  bir  kişi  çıxdı.  Şiş  uzun  papaq  qoymuş,  qara  əbalı,  ayağı

nəleyinli  kişi  "lahövlə  vəla  qüvvətə  ilk  billahi  əliyül  əzim"  -  deyə  əqiq  üzüklü 

barmağını bığlarını, sonra da saqqalına çəkib maraqla Seyid Məhəmmədin hasarına 

sığınmış zənən xaylağına baxdı: "Bu kim ola? Pay yığana oxşamır, bir də bu vaxt 

pay  yığan  qapıya  gəlməz.  Minasoltan  da  deyil,  təhrindən  cavan  adamdı.  Yəqin 

naxoşu-zadı  var,  ağanın  canamazın,  ya  da  Quranın  aparmağa  gəlib  onuyçun",  - 

deyə  kişi  qonşu  evinə  gələn  naməhrəm  arvada  diqqət  etməyi  ədəbdən  kənar  iş

hesab  elədi  və  qələmkar  boğçasını  qoltuğuna  sıxıb  hamama  tərəf  yollandı.  Bu, 

Məşədi  Qənbər  idi,  o  adəti  üzrə  "təkbir"  deyə-deyə  tələsik  gedirdi;  axı  sübh 

namazımın vaxtı keçirdi, qüsl etməli, dəstəmaz almalı idi. 

Əgər  Sona,  kişinin  nə  fikrə  gəldiyini  duya  bilsəydi,  bəlkə  də  əlini  qapının 

çaxçaxına atmazdı, sübh namazı üçün dəstəmaza çıxan Mina-soltan da, qapını açıb 

heyrət və təəccüblə donub durmazdı. 

Şirvanda yaştı adamlara kiçiklər tərəfindən bir "hörmət adı" qoymaq dəbdi. Evə

gəlin  gələn gündən  kiçiklər  gəlini:  gəlin  soltan,  qönçeyi-can,  gəlin də  qayınlarını

mirzə  dadaş,  ağa  dadaş,  baldızlarını  yaşına  və  mövqeyinə  görə  Minasoltan, 

işvercan, noğulbacı, bircəbacı adlandırırdı. Seyid Əzimin anasının əsil adı kiçginə

xanım idi, amma bütün əqrəba Şirvan qaydasında ona Minasoltan deyirdi. Biz də 

gəlin onu elə bu adla adlandıraq. 

Minasoltan dedi: 

-Keç içəri qızım, nə istəyirsən? 

Sona  cəld  içəri  soxuldu;  qapı  arxasınca  bağlandıqda,  bu  evə  fəlakət  gətirə 

biləcəyindən narahat olsa da asudə nəfəs dərdi. 

-Sənə pənah gətirmişəm, xala, göydə Allah, yerde sənə... Məni Ağanın başına 

çevir, - deyə yerə çökdü, arvadın ayağına sərildi. 

Namaz,  dəstəmaz  Minasoltanın  yadından  çıxdı,  o  danışmağa  soz  tapmırdı; 

kimdir  bu  gəlin,  bu  naməlum  arvad?  Kimdən  qaçıb,  nəçidi?  Ərinin  yumruğu 

altından qaçıb ona pənah gətirən qohum-qonşu arvadı da deyil, tanımır onu... 

-Axı kimsən, ay bala, dur ayağa, özünü yerə sürtmə. Mən növzənbillah, imam-

övliyə döyüləm, Allaha xoş getməz, ayağıma neyşə yıxılırsan? 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə