Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə7/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   2   3   4   5   6   7   8   9   10   ...   153

                                                                                                                                                  

16 


 

çuvalların  da  evdədi,  gədəyə  deyərəm  gətirər".  Ya  da  "Qardaş,  malın  tələf  olan 

deyil,  qiymət  də  ucuz  idi  deyin  satdırmadım,  dedim  sən  gələnə  bəlkəm  qiymət 

dəyişdi, gəlib özün yerbəyer elərsən, odu vurdurmuşam, dörd çuvalını anbara, adə, 

Əlmərdan, ağanın mallarını çəkin qapana". Hamı bilir ki, Ağa Rəsul namus üstə, 

şərəf üstə, təmiz ad üstə diri gözlü ölümə gedər, adının ləkələnməsinə razı olmaz. 

İsmayılın  dükanından  aşağıda  Bəzzazbazar  çayçısı  Əlmuxtarın  çayxana  və

pitixanası  yerləşir.  Əlmuxtar  çayçılıqda  şöhrət  qazanıb,  çox  səliqəli,  təmizkar  və

mömin kişidir. Seyfi adında bircə şəyirdi var. Qapıdakı o nəhəng samovarları Seyfi 

qaynadır,  tacirlərin  "Ağa  Əlmuxtar,  bir  çay"  çağırışına  Seyfi  cavab  verir,  cəld 

çaydan  və  piyalələri,  fincanları,  lahıc  işi  parlaq  mis  siniyə  düzüb  aparır.  Qab-

qacağı  da  Seyfi  yuyur,  Əlmuxtar  bir  çay  dəmləməklə  məşğuldur,  bir  də  haqqı

yığmaqla. Dal otaqdakı köməkçisi pitiləri bardaqlarda hazırlayıb təndirə qoyur və

lazım olduqca, Əlmuxtarın tələbilə, Seyfiyə verib göndərir. Əlmuxtar bəstəboy olsa 

da,  çox  qüvvətli  kişidir,  nəhəng  samovarları  tək-başına  qaldırır,  qaynar-qaynar 

taxtabəndin  üstünə  qoyur.  Güləş  həvəskarıdır.  Hacı  Qədir  demişkən  "Qolunda 

Əliyyəlmürtəza  gücündə  bir  zərrə  var".  Cavanlığında  toylarda  cox  guləşib,  indi 

şəninə  və  yaşına  yaraşdırmır.  Bircə  arzusu  var:  lazımınca  pul  toplayıb  ağanın 

ziyarətinə  getmək  və  üzünü  o  Həzrətin  türbətinə  sürtmək.  Bu  eşq  ilə  kişi  hər 

məhərrəmdə elə şurnan sinə vurur ki, bir ay qarası sinəsindən getmir. 

Tələsməyin,  bir  dükançını  da  sizə  nişan  verməliyəm,  onun  da  bizə  dəxli  var. 

Bəzzazbazarın orta göbəyində ipək, arşınmalı ticarəti ilə heç bir əlaqəsi olmayan o 

xırdaca dükan kitabfüruş Məşədi Qulama məxsusdur. Bu balaca, səliqəli və təmiz 

dükan,  onun  qəribə  sakini  çox  maraqlıdır.  Buraya  o  qədər  şair  və  şeir  həvəskarı

gəlir ki! Gəlin biz də onu nəzərdən qaçırmayaq, qalan tüccarın dükanları ilə işimiz 

olmayacaq, Bəzzazbazar böyük, tacir çox, nə işimizə qalıb. Məşədi Qulam indilik 

bu aləmdə yeganə adamdır ki, onun dükanı burda dissonans kimi səslənir. 

Hamıya  bir  ləqəb  qoşmağa  həvəsli  Şamaxı  camaatı  onu  Qırmızı  Qulam 

adlandırır.  Kişinin  sözü  qızıl-qırmızı,  düz  müsahibinin  gözünün  içinə  deməsinə

görə. Ətraf kəndlərdə onu tanıyanlar hörmətlə Məşədi Qulam deyə müraciət edir. 

Uzaq şəhərlərin kitab və şeir həvəskarları üçün o, "kitabfuruş Məşədi Qulam"dır. 

Şərqin  ən  mötəbər  şəhərlərindəki  xəttatlar,  əlyazma  divanları,  zəngin  ornamentli, 

zərrin  və  qiymətli  Quranlar  tərtib  edən  və  satan  şəxslər  Qulam  kişini,  qiyabi  də

olsa, tanıyır, sarvanlar vasitəsilə ona satmaq üçün müntəxəb məcmuələr, 

 

 



                                                                                                                                                  

17 


 

risalələr, "Şahnamə" və "Xəmsə"lər, təfsirlər, "Qisəsül-əmbiya", "Qisəsül-övliya", 

İncə  ornamentli  divanlar  göndərir    və  Şamaxı,  Gəncə,  Şuşa  qalası  və  başqa. 

Şəhərlərdə  çalışan  xəttat  və  nəqqaşların  əsərlərini  də  onun  köməkliyi  ilə  əldə

edirlər. Şeir həvəskarları - tacirbaşı və sarvanlar Şamaxıya gələndə Məşədi Qulama 

dəyməyi  mütləq  vacibatdan  sayarlar.  Məşədi  Qulam  Şərqin  müxtəlif  cəhətlərilə

əlaqə  saxlayan  müştərilərin  səliqəsinə  yaxşı  bələddir.  Hər  birinin  istəyinə  görə, 

gələcəyi  günü  təxminən  də  olsa  müəyyənləşdirib,  istəyə  biləcəyi  əsəri  əl  altında 

hazır  saxlayır.  Məşədi  Qulamın  qazancı  böyük  olmasa  da,  bazarı  kasad  deyil, 

rəvacdır.  Bəzzazbazar  qış  aylarında  satıcıdan  xali  olanda  şeir  həvəskarı  olan 

dükançıların  bəzisi  Məşədi  Qulamın  dükanına  yığışır,  onun  həvəslə  oxuduğu 

şeirləri dinləyirlər. Məşədi Qulamın da bir azarı var: yaman həcviyyatpərəst, həcv 

aludəsidir.  Kimə  həcv  qoşulsa,  gizlicə  "xəttat  və  azurğu  şair"  adlandırdığı

Nəcəfquluya  üzünü  köçürtdürüb  saxlayacaq,  alıcı  düşəndə  yüz  and-aman  eləyib 

"bax, sən imam, mənim adım olmasın", deyib satacaq.   

Bununla  da  bizim  Bəzzazbazarın  əsas  sakinlərindən  bir  qismi  ilə  tanışlığımız 

qurtarır. Vay, vay, bağışlayın, lap yadımdan çıxmışdı, Bəzzazbazarda daim dükanı

olmasa da, bir nəfərin işi, həyatı bütünlüklə buraya bağlıdır: bu suçu-Sərçə Bağıdır 

ki, evlərə su daşıyır və dükan sahiblərinin aftafa-səhənglərinə gərək olan miqdarda 

bulaq  suyu  gətirir.  Xırdaboy,  cılız  adamdır  Sərçə  Bağı.  İl  uzunu  yalın  ayaqları, 

cadar-cadar  olmuş  dabanları  qıpqırmızı  olar.  Çox  üzüyola  bir  eşşəyi  var,  suyu 

güyümlərə  doldurub,  iri  xurcunun  hər  iki  gözünə  qoyur,  agzını  qapayıb  gətirir. 

Bazar  başında  Sərçə  Bağının  cır  -  "hoşşə"  səsini  eşidən  kimi,  dükançı  şəyirdləri 

cəld su üçün qapıya qab çıxarırlar.  

Hə,  indi,  deyəsən,  doğrudan  da,  tanışlığımız  qurtardı.  Bircə  Bəzzazbazarın 

ayağındakı  o  ikimərtəbəli  iri  bina  qaldı.  Onun  haqqında  ayrıca  danışacağıq: 

Mahmud ağaya məxsus olan karvansara həmin odur. Gəlin həmin binanı ötüb üzü 

dağa - Cuma məsciddən aşağıda Laləzarın yerləşdiyi təpə ilə qabaq-qənşər küçənin 

sol  tərəfinə  dönək.  Bu,  Gürcübazardır.  Burada  bizi  bazarın  başlanğıcındakı  tək 

bircə  bina  maraqlandırır:  əczaxana  iki  mərtəbəlidir,  görürsünüzmü,  iri  otaqları, 

böyük, işıqlı pəncərələri var. Üst qatdakı əczaxana bir gurcü xanımına məxsusdur, 

nüsxəbənddir, özünü hələ ki, görən olmayıb, buranı bir erməni icarədar idarə edir, 

alt mərtəbə isə şərabxanadır. Şamaxının 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə