Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə8/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   4   5   6   7   8   9   10   11   ...   153

                                                                                                                                                  

18 


 

əhlikef  cavanlarının  məskəni  buradır.  Danışacağımız  qəziyyələr  burada  cərəyan 

etməsə də, bu şərabxana qəhrəmanlarımızın taleyini həll edənlərin əlində bir silah, 

bir dəstəvüz olub. 

İndi tanışlığımız ötəri də olsa qurtardı. Əlbəttə, biz sizinlə əsil qəhrəmanlarımız 

haqqında  heç  bir  şey  danışmadıq.  Onları  sonra  görəcəksiniz.  Ona  görə  də,  icazə

verin,  hələlik,  burada  vidalaşıb  mətləbə  keçək.  Sizə  səbir,  özümə,  ustadlar 

demişkən, tövfiq arzulayıram. 



İLK İMTAHAN 

Onluq  və  otuzluq  lampalar  Şamaxıda  təzə  dəb  düşmüş,  ilk  dəfə  Mahmud 

ağanın  evində  işıq  saçmışdı.  Otuzluqların  çəhrayı,  gullü-bəzəkli  gövdələri,  təmiz 

silinmiş  yekəqarın  şüşələri  bərq  vururdu.  Məclisin  yuxarı  başında  Mahmud  ağa, 

ondan  sağ  və  sol  tərəfə  divar  boyu  salınmış  məxmər  nimdərlərdə  aliməqam 

qonaqlar  əyləşmişdi.  Evin  yerinə  əlvan  xalılar  döşənmişdi,  Qonaq  otağının 

divarları  şəbəkə  camaxatanlardan  ibarət  idi;  bunların  bəzisinə  əlvan  yorğan-

döşəklər, bahalı xalçalar yığılmışdı. Adamboyu hündürlükdə olan bu camaxatan - 

dolabların  üstü  divar  uzunluğunda  işləmə-şəbəkə  rəflərə  çevrilmiş,  rəflərin  arxa 

hissəsi  kiçik  taxçalara  bölünmüşdü.  Rəflərdə  əla  çini  kasalar,  lacivərdi  qablar, 

əlvan  bəzəkli  nimçə,  dolça,  güldan,  gülabdan,  piyalə,  şirazi  qəlyan,  şərbətdanlar 

düzülmüşdü.  Rəflərin  üstündən  taxçaların  lap  tavana  yaxın  yerlərində  ipək  və

güləbətin pərdə başlıqları asılmış, arabir əlvan naxıslı, şəkilli nimçələr vurulmuşdu, 

Otağın  ayaq  tərəfində  üstü  naxışlı  günbəz  şəklində  düzəldilmiş  qədim  ocağın 

önündə  xanəndə,  nəvazəndə  və  rəqqasə  -  çəngiləf  ücün  yer  hazırlanmışdı.  Ocaq 

yerinin  sağ  tərəfindən  yarımtaxt  üstündə  sazəndə  dəstəsi:  tarzən,  zurnaçı, 

kamançaçı, dəfçi, yerdə isə qoşadumbul çalan oturmuşdu. Ocaq yerinin sol əlində

"çəngi  dəstəsi"ndən  olan  rəqqasə  qızlar  əyləşmişdi.  Onlar  səkkiz  nəfər  idi:  Sona, 

Nisə, Səkinə, İzzət, Rəna, Məleykə, Qəndi, Badam. 

Məclisə  ara  vermədən  Mahmud  ağanın  həmsinni  olan  cavanlar  daxil  olur, 

münasib yerdə əyləşirdi. İçəri girənlərin hər birisinə Mahmud ağa adəti üzrə öz əli 

ilə, nökərin gətirib onun qarşısına qoyduğu çaydan bir fincan təqdim edirdi. Qonaq 

çayı içib qurtardıqdan sonra Mahmud ağa onunla hal-əhvallaşırdı. Musiqi və rəqs 

məclisi hələ başlamamışdı. Məclis kimi isə gözləyirdi. 

 

 



                                                                                                                                                  

19 


 

Seyid  Əbdül  Əzim  içəri  girib  ümumi  salam  verdi,  tay-tuşu  onu  yanına  dəvət 

etdi.  O  keçib  Zeynalabdin  ilə  Hacəsəd  oğlu  Tərlanın  arasında  oturdu.  Bu  gün 

buraya  anasından  xəlvət,  həm  də  dostu  Tərlanın  təkidlərinə  görə  gəlmişdi.  İndi 

evin yeganə kişisi, böyüyü olsa da, qohum-əqrəba arasında "yaxşı yer" sayılmayan 

elə  məclisə  ilk  gəlişi  olduğundan  utanır,  qısılırdı.  Anasının  "bu  işi 

bəyənməyəcəyini bilirdi. Gənc daxilində qəribə bir həyəcan duyurdu. Ətlərini hara 

qoyacağını bilmirdi. Onu bu məclisə dəvət edən ikinci həmtayı Rza bəy, Mahmud 

ağaya yaxın bir mövqedə oturmuşdu. 

Əbdül Əzimin salamını baş işarəsilə alan Rza bəy, azacıq Mahmud ağaya tərəf 

əyilib  gələnin  kim  olduğunu  söylədi.  Mahmud  ağa  qarşısındakı  çay  dolu 

fincanlardan  birini  qaldırıb,  Seyid  Əbdül  Əzimə  tərəf  ötürtdürdü.  Gülümsər 

gözlərilə onu bir daha salamladı. İlk dəfə gördüyü gəncin utancaq üzü,  mehriban 

qara  gözləri,  sadə  geyimlə  düzgün  qaməti  ağanın  xoşuna  gəldi.  Gənc  gözaltı

məclisdəki  cavanları,  daha  sonra  aşağıbaşda  üzüaçıq  oturmuş  rəqqasə  qızları

təəccüb  hissilə  süzdü.  O  ömründə  kişi  məclisində  üzüaçıq  oturan  qadın 

görməmişdi,  həyasından  daha  da  qızardı.  Bütün  gördükləri  Seyid  Əzimin  tərbiyə

alıb böyüdüyü mühitə uyğun gəlmirdi. 

Qapıda səs-səmir ucalanda Mahmud ağa yerindən qalxdı, ona baxıb məclis əhli 

də ayağa durdu. Seyid Əzimin dizi yanında oturmuş Zeynalabdin adlı gənc astadan 

ona pıçıldadı: 

-  Bu  gün  xüsusi  ziyafətdi.  Ağanın  xarici  qonağı  var.  Deyəsən  urusdu,  ya 

firəngdi. Bax, odu gəlir... Deyirlər guya şəkil çəkir... 

Geyimi,  siması  ilə  məclisdəkilərdən  tamamilə  seçilən  bir  şəxs  otağa  daxil 

olduqda Mahmud ağa irəlilədi. Otağın ortasında qonağı qarşılayıb əl verdi və Seyid 

Əzimin başa düşmədiyi bir dildə onunla salamlaşdı. Əlindən tutduğu halda yerinə

qayıtdı, qonağı döşəkçəsi yanında qoyulmuş alçaq kətilin üstündə oturmağa dəvət 

etdi. Sonra əhli-məclisə müraciətlə qonağı nişan verdi: 

-

 

Ağalar,  qonağım  cənab  knyaz  Qaqarindir.  O  bizim  içərimizdə  olmayan, 



bizə nəsib olmayan bir sənət sahibidir. Rəssamdır. Şəkil çəkir, bir növ bizim qədim 

divarların  bəzəyini  işləyən  rəhmətüllah  Mir  Əli  kimi.  Dinimiz  bizə  insan  rəsm 

etməyi  qadağan  edir.  Xristianlarda  isə  belə  deyil.  Cənab  knyaz  buralara  səyahət 

edib ki, bizim həyat və təbiətimizdən bəzi lövhələri rəsm etsin. 

Rəssam özünə dikilən gözlərdən anladı ki, Mahmud ağa onu yığılanlara təqdim 

edir, qulağı anlamadığı sözlərin ahəngində ikən, sanki 

 

 



                                                                                                                                                  

20 


 

dili bilmədiyi üçün günahkarca gülümsəyir və o da öz növbəsində qonaqları, otağı

seyr  edirdi.  Sarışın,  dəniz  suyu  kimi  duru,  mavigözlü,  nazik  simalı  bu  gəncin 

əynində  kip  oturmuş  boğazlı  gödəkcəsinin  yaxası  iri  düymələrlə  düymələnmişdi, 

çərpələngə  oxşayan  üçkünc  qotazlı  papağını  çıxarıb  dizi  üstünə  qoymuşdu,  yerli 

adətlə tanış olduğundan ayaqqabılarını qapının ağzında çıxarıb içəri girmişdisə də, 

otaqda  papaqla  əyləşən  qonaqlardan  tək  bircə  onun  başı  açıq  idi.  O,  dilini 

bilmədiyi,  tanımadığı  bu  adamlara  mavi  gözlərindəki  dərin  bir  maraqla  baxır, 

hamını  -  hər  şeyi,  əlvan  geyimləri,  bir  küncdə  oturmuş  çəngi  dəstəsini,  otağın 

bərbəzəyini diqqətlə gözdən keçirirdi. 

Məclis isə artıq arəstə idi. İlk çaylar içilib qurtarmış və nökərlər boş fincanları

sini  və  naxışlı  məcməyilərə  yığıb  aparmışdılar.  Mahmud  ağanın  işarəsi  ilə

sazəndələr  oyun  havası  çalmağa  başladılar.  Öz  işini  bilən  "çəngi"lər  icərisindən 

birisi ayağa qalxıb, məclisin ortasına gəldi. Dərhal məclisdən xəfif bir pıçıltı keçdi. 

"Sona!.." Tərlan Seyid Əzimin qulağına pıçıldadı: 

- Sonadı, çəngilərin ən yaxşısı... 

Seyid  Əzim  Dağıstandan  qayıdandan  bəri  Şamaxı  cavanlarının,  tay-tuşu  olan 

gənclərin  ağzından  "Sona",  "çəngi  gözəli  Sona"  sözünü  çox  eşitmişdisə  də,  onu 

birinci dəfə görürdü. 

Sonanın  incə,  gözəl  üzü,  qızılgül  yarpağı  kimi  zərif  dodaqları  və  yanaqları

boyasız  idi.  Qulaqlarına  taxdığı  piyalə  sırğalar  birçəklərinin  altından  çiyinlərinə

dəyirdi.  Əlvan  yun  şətəl  geydiyi  balaca  ayaqları  uzun  darayı  tumanın  altından 

güclə  görünürdü.  Qanovuz  köynəyinin  üstundən  geydiyi  kimxa  arxalığının 

yaxasını  qarmalamış,  üstündən  ensiz  kəmər  bağlamışdı.  Arxalığın  yaxasına 

göyərçin  yumurtası  boyda  düymələr  tikilmiş, 

boynuna  kəlbəndi,  silsilə  taxmış, 

bənarə  örpəyinin  üstündən  çətirli  alnına  gülpərək  vurmuşdu.  Örpəyin ucları  uzun 

hörüklərilə bərabər kürəyinə atılmışdı. O birisi qızlardan yalnız Qəndi xanımın, bir 

də Badam xanımın üstündə Sona kimi çox qızıl var idi. qalanların bəzəyi nisbətən 

sadə idi. Amma zahiri gözəllikdə bir qız onunla rəqabət apara bilərdi. Bu, Sonadan 

xeyli cavan görünən Nisə adlı rəqqasə idi. 

İndi  söz-söhbət  kəsilmiş,  bütün  gözlər  Sonaya  dikilmişdi.  Məclis  əhlinin 

nəzərini cəlb etdiyinə əmin olan kimi Sona, sağ əlini döşünə qoyub məclisin dörd 

səmtinə  də  bas  əydi.  Rəqsə  başladı.  Əvvəlcə  yançaqlarını  oynada-oynada  dövrə

vurdu. Sonra əllərini gah başı üzərinə, gah çənəsi altına, gah döşləri üstünə, gah da 

belinə doğru apararaq  

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə