Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə141/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   137   138   139   140   141   142   143   144   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

428

 

“DƏDƏ QORQUD KİTABI”NDA SİLAH 



VƏ  SİLAH HİSSƏLƏRİNİN ADLARI 

TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ 

 

 



Qorqudşünaslıqda silah adları, eləcə də döyüş geyimlərinin 

adları tarixi-linqvistik baxımdan kompleks və sistemli şəkildə 

araşdırılmayıb. Heç şübhəsiz ki, bu problemi həll etməklə bir sıra 

məsələlərə aydınlıq gətirmək olar. Məsələn: qədim türk tarixi, xü-

susən də türk hərb sənəti üçün səciyyəvi olan silah növlərinin 

ümumi mənzərəsi daha dolğun canlandırıla bilər; silah adlarında 

daşlaşmış  şəkildə yaşayan arxaik dil vahidləri aşkarlanar; türk 

mənşəli, eyni zamanda alınma silah adlarının “Kitab” və digər qə-

dim türk mənbələrindəki yeri və rolu barədə dəqiq fikirlər söylə-

mək olar; bir sıra obrazlı ifadələrin məhz silah adlarının asso-

siativliyi ilə yaradıldığı müəyyənləşər... Elə buna görə də ilk ola-

raq aşağıdakılara diqqət yetirmək lazım gəlir:  

− “Kitab”dakı silah adlarının bir hissəsi Orxon-Yenisey 

abidələri, eyni zamanda M.Kaşğarinin “Divan”ı üçün  də  səciy-

yəvidir: “Kitab”da: qılıç, ox, sügü...; Orxon-Yenisey abidələrində: 

kılıç, ok, süηüg...; M.Kaşğarinin “Divan”ında: kılıç, ok, sünqü...; 

− “Kitab”dakı silah adlarının  əksəriyyəti türk mənşəlidir: 

qılıc, yay, ox, dəpər, sügü... Bu sistemdə alınma sözlər çox azdır: 

gürz (fars), qəbzə (ərəb. dəstə, qulp); 

− “Kitab”da intensivliyi ilə  fərqlənən silah adlarının bir 

qismi müasir ədəbi dilimizdə  işlənməsə  də,  şivələrimizin  əksə-

riyyətində mühafizə olunur: sapand, taraqa... Burada bir detalı da 

qeyd etmək lazım gəlir: Borçalı toponimləri sistemindəki “Sadaq-

lı” oykoniminin apelyativi “Kitab”dakı “sadaq” (oxqabı) sözü ilə 

eyni xətdə birləşir ki, bu da silah adının toponimik vahiddə 

daşlaşmış şəkildə  yaşadığını təsdiqləyir; 

− “Kitab”ın dilində bir sıra hərbi terminlərin həm də şəxs 

adı kimi işlənməsinə təsadüf edilir: oq+çı=oqçı = Oqçı (Əηsə qoca 

oğlı Oqçı); yay (silah adı) = Yayxan keşiş  oğlı; dəmür tonlu = 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

429

 

Dəmür Tonlu Mamaq ... Bu cür adlar müasir türk, o cümlədən 



Azərbaycan antroponimikası baxımından da səciyyəvidir: Qılınc, 

Qılıncxan, Kaman, Kamandar, Gürzalı...; Burada bir məqam  da 

yada düşür: “qılınc” apelyativi İsa Hüseynovun “İdeal” romanında 

ləqəb kimi müşahidə olunur: Qılınc Qurban; 

− “Kitab”da təsvir olunan qılıc, yay-ox, sapan, dəpər, sügü 

kimi silah adları  qədim türk hərb sənətinin atributları kimi çıxış 

edir;  

− Rus dilindəki türk mənşəli sözlər sırasında silah və silah 



hissələrinin adları xüsusi yer tutur: саадак, топор, кинжал… Rus 

dilinə türk dillərindən daxil olmuş bu tip sözlərin hər biri “Ki-

tab”dakı forma və semantikasına uyğundur: sadaq, dəpər, xəncər... 

− “Kitab”dakı çoxsaylı obrazlı ifadələrin tərkibində silah 

adları açıq-aydın şəkildə görünür: qılıcı altından keçmək, qılıc qı-

nını doğramaq, ıldız kibi parlayıb gələn  kafir cidası, oxa sancıl-

maq, qurulu yaya bəηzər  çatma qaş, buynızı almas cida kibi bu-

ğa... Türk poetik təfəkkürü ilə yoğrulmuş bu ifadələrin hər birində 

silah adlarının məntiqi mərkəz funksiyasında çıxış etməsini və ya 

bunların hər birinin məhz silah adlarının assosiativliyi ilə yaran-

masını başqa faktlarla təsdiqləməyə ehtiyac qalmır. Burada o da 

vurğulanmalıdır ki, təqdim etdiyimiz obrazlı ifadələrə “Kitab”ın 

hər səhifəsində rast gəlinir. Bu da təsadüfi hesab oluna bilməz. 

Çünki “Kitab”, hər  şeydən  əvvəl, qəhrəmanlıq eposudur. Yeri 

gəlmişkən, müasir dilimizdəki “qılıncının dalı da kəsir, qabağı 

da”, “qılınca sarılmaq”, “yaya dönmək”, “ox atıb yayını gizlət-

mək” və s. kimi çoxsaylı frazeoloji vahidlər də “Kitab”la səsləşir, 

sanki onların hər biri “Kitab”ın poetik strukturundan süzülüb 

gəlib;  

− “Kitab”da  silah adlarından  əvvəl işlənmiş sözlər silah 

barədə dolğun təəssürat yaradır: qara polad uz qılıc, altmış tutan 

köndər, qarğu talı sügü, qayın oq, ağca tozlu qatı yay... Silah 

adlarının bu cür təqdimi sılahın nədən və necə hazırlanması barədə 

dəqiq nəticələr çıxarmağa imkan verir. Yəni silah adlarından əvvəl 

işlənmiş sözlərin informasiya tutumu çox dərin və  zəngindir. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

430

 

Qorqudşünaslıqda daha çox epitetlər başlığı altında öyrənilən belə 



ifadələrin semantikası, görünməyən tərəfləri həm də digər mənbə-

lər kontekstində araşdırılmalıdır... Bütün bunlar “Kitab”dakı silah 

adlarının hər birinə ayrılıqda münasibət bildirməyi diktə edir. Bu 

mənada “Kitab”dakı silah adlarının aşağıdakı kimi səciyyələndiril-

məsini  məqsədəuyğun  hesab edirik:  

Yaraq. “Kitab”ın dilində intensivliyi ilə fərqlənən “yaraq” 

sözü barədə  Ə.Dəmirçizadə yazır: “Yaraq – “Kitabi-Dədə Qor-

qud”da ümumən hər cür “əhtac – gərək – alət” mənasında iş-

ləndiyi halda, Azərbaycan dilində bu məna daralmış, yəni müasir 

dildə ancaq “silah” mənasını ifadə edən bir söz kimi işlənir”

1

. Bu 



fikir digər dilçilər tərəfindən də müdafiə olunur. Amma “Ki-

tab”dakı “yaraq”  sözünə bir neçə prizmadan yanaşmaq lazım gə-

lir: silah da daxil olmaqla hər cür hazırlıq mənasında: av yarağı. 

“Çün av yarağı oldı, kim atın ögər, kim qılıcın, kim çəküb ox at-

mağın ögər” (D-237); mühüm bir işə hazırlıq mənasında: dügin 

yarağın görmək (toy hazırlığı görmək). “Ağır dügin yarağın gördi” 

(D-89); yaraq görmək (hazırlıq görmək). “Bazırganlar yaraq gör-

dilər” (D-95); “yaraqlu” düzəltmə sifəti daxilində  məhz “silah” 

mənasında: yaraqlu (silahlı). “Yaraqlu altmış adam seçiη, varsun-

lar, tutıb gətirsinlər” (D-263);  qoşa söz formasında: yadaq-yaraq 

(yataq-yaraq; silah da daxil olmaqla hər cür hazırlıq görmək). 

“Yadağı-yarağilə yola girdi” (D-202); frazeoloji vahid daxilində: 

baş yarağı eləmək (başına çarə eləmək, başını qorumaq...). “Baş 

yarağıη eyləη, üzəriηüzə yağı  gəlür” (D-243); Maraqlıdır ki, 

“yaraq” sözü “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində yalnız 

“silah” mənasında təqdim olunub (Bakı, 1999, səh.103). 

H.Məmmədov isə “yaraq” sözünü “Kitab” və müasir Azər-

baycan dili kontekstində araşdıraraq düzgün nəticələr söyləmişdir: 

“Yaraq sözü də xalq deyimində “Dədə Qorqud” eposundakı geniş, 

bir neçə mənalığını saxlamışdır. Belə ki, “yaraqlandı getdi”, “üs-

tündə yarağın varmı?”, “yaraqsız çölə çıxma” və s. kimi deyimlər-

                                                            

1

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.145. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə