“Dədə Qorqud”un möcüzələr dünyası
12
qumentimiz M.Kaşğarinin “Divan”ındakı şərhlərdir: “Komıdı: ər
əvindqə komıdı = adam öz evinə həsrət duydu. Bir adam hər hansı
bir şey üçün darıxsa, ona qarşı ürəyində həsrət və şövq duysa,
yenə belə deyilir: komır – komımak)
1
. Türkologiyanın banisi
M.Kaşğari sanki bu fikirləri uzun müddət mübahisə obyektinə
çevrilmiş “Qom-qomla mənim qoma yurdum” misrasının seman-
tikası barədə söyləyib. Çünki “Kitab”dakı “qoma” ilə “Divan”-
dakı”komı” təkcə fonetik tərkibcə yox, həm də semantika baxı-
mından eyni xətdə birləşir.
Burada onu da qeyd etmək lazım gəlir ki, “Qom-qomla mə-
nim qoma yurdum” misrasını P.Xəlilovun “Necə qəzəblənməyim,
necə həyəcanlanmayım, yurdum; necə bərk həyəcanlanmayım,
yurdum” şəklində yozması (əvvəlki səhifələrə bax: A.Hacıyev bu
yozumu diqqəti çəkən, maraqlı mülahizələrdən hesab edir) həm
Qazanın dilindən verilmiş parçanın semantik yükü, həm də
M.Kaşğarinin fikirləri ilə səsləşir. ”Qom-qomla mənim qoma yur-
dum” misrasındakı mən və yurd sözləri müasir ədəbi dilimizdə ey-
nilə işlənir. Digər sözləri isə belə səciyyələndirmək olar: “qom
qomla” darıxmaq, həsrət duymaq mənasındadır; həmin sözdəki -la
morfemi isimdən feil düzəldən şəkilçi kimi çıxış edir (quş quşla-
maq, av avlamaq sözlərində olduğu kimi); “qoma” sözündəki -a
isimdən feil düzəldən şəkilçi kimi düşünülə bilir: qoma – həsrətli
olmaq, həsrətini duymaq. Bu da yuxarıda qeyd etdiyimiz kimi,
“qom-qomla qoma” modelindəki kök morfemlərinin eyni seman-
tik yuvaya daxil olduğunu göstərir.
Fikrimizcə, “Qom-qomla mənim qoma yurdum” misrası
“Həddindən çox darıxdığım, həsrətini duyduğum, həsrətli yur-
dum!” şəklində müasirləşdirilməlidir. Bu motiv “Koroğlu” epo-
sunda da üstün mövqedə görünür:
Göynən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
1
M.Kaşğari. “Divanü lüğat-it-türk”. III cild, Bakı, 2006, s.250.
“Dədə Qorqud”un möcüzələr dünyası
13
Bir-birindən xoş durnalar,
Bizim ellər yerindəmi?
Burada Bəkir Çobanzadə ilə bağlı bir detalı xatırlatmaq
yerinə düşür: B.Çobanzadə F.Ağazadə ilə birgə yazdığı “Türk
qrameri” (1930) kitabında -a
2
şəkilçi morfeminin cümlə daxilin-
dəki vəzifəsindən bəhs edərkən maraqlı nümunələr verir: Heç
olmazsa, yurduma dönsə idim də kohum-kardaşımı görə bilsə
idim; Mən bu yerləri nə vakt görəcək olsam, keçmiş ömrüm ya-
dıma gəlir... Bu cümlələrin semantikası olduqca təsirlidir: yurda
dönmək, qohum-qardaşla görüşə bilmək istəyi, keçmiş ömrü yada
salmaq arzusu, qəlbinin dərinliklərində baş qaldıran “dəli” bir
yurd, Vətən sevgisi... Bu cümlələr sanki doğma yurdun həsrətilə
çırpınan bir ürəyin pıçıltısıdır, həzin, kövrək bir nəğmədir. Elə bil
ki, B.Çobanzadə öz acı taleyini, kəşməkəşli günlərini qrammatika
dərsliyinə hopdurduğu məhz bu tip cümlələrlə ifadə edərək təsəlli
tapmağa çalışıb. Nə qədər qəribə görünsə də, semantikası birbaşa
B.Çobanzadənin həyatını xatırladan cümlələrlə Qazan xanın
dilindən verilmiş “Qom qomla mənim qoma yurdum” cümləsi
eyni semantik şaxədə birləşir.
“ اتا
م “ (D-232). Bu yazılış şəkli ardıcıl verilmiş iki misranın
əvvəlində eynilə təkrarlansa da, qorqudşünaslıqda müxtəlif mənalı
sözlər kimi transkripsiya olunub. Basatın dilindən verilmiş həmin
yazılış şəkillərinin transkripsiyasına mətn daxilində diqqət yetirək:
O.Ş.Gökyayın nəşrində “ اتا
م “ yazılış şəkli birinci misrada
“atam”, ikinci misrada isə “anam” şəklində transkripsiya olunub
(İstanbul, 2000):
Atam adıŋ sorar olsaŋ kaba ağac
Anam adın sorar olsaŋ kağan aslan.
M.Erginin nəşrində O.Ş.Gökyayın transkripsiyası eynilə
saxlanılıb (Ankara, 1958):
Atam adın sorar olsan kaba ağac
Anam adın dirişəŋ kağan aslan.
“Dədə Qorqud”un möcüzələr dünyası
14
H.Araslı birinci misradakı yazılış şəklini “anam”, ikinci
misradakını isə “atam” şəklində oxuyub (Bakı, 1977):
Anam adın sorar olsan – Qaba Ağac!
Atam adın deirsəŋ - Qoğan Aslan!
F.Zeynalov və S.Əlizadənin nəşrində H.Araslının
transkripsiyası eynilə saxlanılıb (Bakı, 1988):
Anam adın sorar olsaŋ - Qaba Ağac!
Atam adın deirsəŋ - Qağan Aslan!
V.V.Bartold birinci misradakı yazılış şəklini “anam” (Спро-
сищь имя моей матери – крепкое дерево), ikinci misradakını isə
“atam” (Имя моего отца –свирепый лев) kimi tərcümə edib
(Книга Моего Деда Коркута. Мoсква-Ленинград, 1962);
Qorqudşünaslıqda yuxarıdakı transkripsiyalara, eləcə də
V.V.Bartoldun tərcüməsinə müxtəlif bucaqlardan yanaşılmış,
fərqli mülahizələr irəli sürülmüşdür. Amma, qorqudşünas A.Hacı-
yevin qeyd etdiyi kimi, “həmin misraların yozumu indiyə qədər
mübahisəli olaraq qalmaqdadır”. Bu mənada ilk olaraq həmin
misraların yozumu ilə bağlı fikirləri nəzərdən keçirək:
“Atam adın sorarsan kaba ağac, anam adın sorarsan kağan
aslan”. O.Ş.Gökyayın fikrincə, bu, türklərin bir ağacdan törədik-
ləri haqqında olan inancın, totemizmin qalığıdır. Müəllif fikrini
qüvvətləndirmək üçün müxtəlif arqumentlər gətirir. Burada “Atəş
tanrıya duasında”n gətirdiyi bir nümunəni xatırlatmaq lazım gəlir:
“Anam atəş! Senin baban sert çelik, anan kaymak taşı ve cedd-i
áláların ak-kavak ağacıdır” (Dedem Korkudun kitabı. İstanbul,
2000, s.294).
S.Əlizadə birinci misradakı yazılış şəklinin transkripsiyası ilə
bağlı O.Ş.Gökyay və M.Erginin yox, H.Araslının mövqeyini
müdafiə edir: “Oğuzların qədim inancına istinadən (bax: “Salur
Qazanın evinin yağmalandığı boy”) ağaca ana deyilməsi daha
inandırıcı sayılmalıdır (“Kitabi-Dədə Qorqud”. Bakı,1988, s.249).
Dostları ilə paylaş: |