Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

105
4. Etnosun dünya modelinin semiotik təsnifat-işarələnmə sistemi
(başqa sözlə
toplumun totem təsnifatı səviyyəsində işarələnməsi):
damğalar, onqonlar;
5. Sosial sistemin həyatının tənzimləyici mexanizmləri (başqa
sözlə
ritual sistemi): ayin və mərasimlər.
Deyilənlər göstərir ki, görkəmli tarixçi F.Sümərin oğuznamələrin
mahiyyətini bütün göstəriciləri üzrə türkçülük şüuruna müncər
etməsi
142
onun problemə yanaşmada ideoloji kontekstləşdirməni
əsas götürməsindən irəli gəlməyib, «Oğuznamə» semanteminin türk
etnokosmik
dünya
modelinin
bilavasitə
fövqəlharmoniya
universumu olması, başqa sözlə,  «oğuznaməçilik» ənənəsinin türk
etnokosmik şüurunun əsas fövqəlmaddiləşmə kodlarından biri
olması ilə bağlıdır.
Beləliklə,  «Oğuznamə» semanteminin kateqorial-epistemoloji
strukturu ilə bağlı aşağıdakı qənaətlərə gəlmək mümkündür:
– «Oğuznamə» vahidi oğuz etnosunu bütövlükdə işarələndirən
etnokosmik universumdur (oğuz etnosunun söz modelidir).
– «Oğuznamə» proyeksiyalandırdığı oğuz etnik vahidini bir
etnos olaraq şərtləndirən kosmik semantemləri özünə konsentra-
siya etməklə etnokosmik işarə bütövüdür (işarə sistemidir).
– «Oğuznamə» ilə oğuz etnosunun bir-birinə münasibəti
kosmik eynigüclülük (ekvivalentlik) səviyyəsindədir. Oğuz etnosu
«Oğuznamə»də
bir
bütöv
olaraq
proyeksiyalandığı
kimi,
«Oğuznamə» də müstəqil işarə olmaqla bərabər, eyni zamanda
etnokosmosun struktur qatı
səviyyəsidir:  «Oğuz» adlı kosmik
vahidin zəruri və ayrılmaz qurum üzvü kimi çıxış edir.
– «Oğuz» və «Oğuznamə» vahidlərinin struktur birgəliyi mifik-
kosmoloji düşüncədən qaynaqlanır: etnos və onun kosmik pro-
yeksiyası kosmoloji düşüncənin məntiqinə uyğun olaraq dünya
modeli və mətn münasibətlərini özündə inikas edir. Oğuz et-
142
Sümər F. Оğuzlаr. Bаkı: Yаzıçı, 1992, s. 346-347


106
nosunun özünüdərki (dünya modeli) uyğun mətnlərdə gerçəkləşir
və Oğuznamə belə gerçəkləşmənin ən universal səviyyəsidir.

«Oğuznamə»nin
etnosun
özünügerçəkləşdirməsinin
ən
universal səviyyəsi kimi çıxış etməsi onun etnosun kosmik funksi-
onallığının
əsasında durmuş müqəddəs bilgini (sakral teoin-
formasiyanı) ifadə edən ən ilkin struktur səviyyəsi olması ilə
bağlıdır.
– «Oğuznamə» etnokosmik vahidini oğuz etnosunun universal
struktur vahidinə, universum işarəyə çevirən müqəddəs bilgi
oğuzların
ulu
əcdadı
Oğuz
kağanla
bağlı
ritual-mifoloji
informasiyadır;
– «Oğuz kağan»
oğuz etnosunu proyeksiyalandıran (inikas
edən) dünya modeli (etnokosmik semantemlərin
mənaların pa-
radiqması),  «Oğuznamə»
«Oğuz kağan» dünya modelini
gerçəkləşdirən sözlü mətn universumudur.
– Oğuz etnosunu təsvir dilindən
gerçəkləşmə kodundan asılı
olmayaraq, istənilən səviyyədə kosmik universum kimi təqdim
edən mətn «Oğuznamə»dir.
– Oğuz etnosunun orta əsrlərdə etnik passionarlığının sonuncu
dəfə öz etnokosmik işarəsi
«Oğuz» adı ilə kükrədiyi çağda tarixi
şüurun güclənməsi ilə meydana gələn bütün tarix əsərləri
«Oğuznamə» eposunun tarixə transformasiyası kimi çıxış edir.
– Orta əsr tarixçilərinin yazdığı oğuznamələr oğuz mifinin
transformativ paradiqmalar sistemi olan «Oğuznamə» eposunun
gerçək tarixi statusuna iddiasının sonuncu cəhdlərindəndir.
Həmin tarix əsərlərinin etnokosmik nüvəsini birbaşa «Oğuz-
namə» eposu təşkil edir.
– «Oğuznamə» eposunun dağılması ilə Oğuz mifinin tarixi
düşüncəyə öz «Oğuz»  (kağan) adı ilə birbaşa «müdaxiləsi» başa
çatır və o, etnoepik düşüncənin genetik strukturuna enərək


107
öz funksionallığını paradiqmatik impulslar və onları gerçəkləşdi-
rən sintaqmatik törəmələr (transformasiyalar) şəklində davam et-
dirir.
– Genealoji modeli işarələndirmək baxımından «oğuznamə» və
«şəcərə» anlayışları uyğun olaraq həm paradiqmatik törəmə, həm
də etnosemantik sinonimlərdir.
Beləliklə, «Oğuznamə» semantemi «Oğuz xan» dünya modelinin
söz paradiqması, başqa sözlə, epik-nominativ dünya modelidir.
Oğuz dünyasının söz modeli olan «Oğuznamə» semantemi ilə
mifoloji «Oğuz xan» dünya modeli arasında təkcə paradiqma-
invariant
münasibətləri
yoxdur. 
«Oğuz
xan»
modeli
ilə
«Oğuznamə» modeli arasında mifoloji şüurdan tarixi şüura keçidi
nəzərdə tutan böyük bir zaman var. Bu halda «Oğuznamə»
semantemi «Oğuz xan» mifoloji dünya modelinin tarixi şüur
çağındakı epik paradiqmasıdır. Bu paradiqmanın struktur nüvəsində
«Oğuz xan» semiotik modeli dayanır.  «Oğuznamə» semantemi öz
arxetipik strukturunda duran dünya modeli funksiyasına uyğun
olaraq tarixi şüur çağındakı (mifdənsonrakı çağ) «Oğuz» dünyasının
poetik söz kodu ilə ifadə olunmuş obrazını, istisnasız olaraq, bütöv-
lükdə modelləşdirir. Başqa sözlə,  «Oğuz» adı ilə adlanan sözlü
mədəniyyət bütöv şəkildə «Oğuznamə» semantemində işarələnir.
Oğuz epik mədəniyyətindəki atalar sözləri, dastanlar, hər cür
paremioloji vahidlər, epik şəcərələr, mənqəbələr və sairənin hamısı
bir kateqorial vahiddə – «Oğuznamə»də söz modelinə («Söz
Oğuz»a – «Oğuz Söz»ünə) çevrilir. Bu mənada,  «Oğuznamə»
semantemi
Oğuz
etnokosmik
varlığını
(dünyasını)
sözdə
modelləşdirən obrazdır.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə