Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

129
modelləşdirmə imkanlarını əks etdirməsindədir. O.Freydenberqin
yazdığı kimi, mif yaradıcılığının obrazı mif yaradıcılığının məkan,
zaman və səbəb qavrayışının bütün qanunları və onun subyekt və
obyekti qarışdırması ilə birgə məhz mif yaradıcılığı təfəkküründən
düzəlmədir
193
.
A.Y.Qureviç «dünya modelini» gerçəkliyi qavrayışın zaman,
məkan, dəyişmə, səbəb, tale, say, hiss olunanın fövqəlhissi olana
münasibəti, təkin tama münasibəti kimi universal anlayışların öz
aralarında birləşərək yaratdıqları «koordinatlar toru» hesab edərək
yazır ki, insanlar dünya modelinin vasitəsi ilə gerçəkliyi qavrayır və
şüurlarında mövcud olan dünyanın obrazını qururlar... İnsan özünün
bütün davranışlarında cəmiyyətin yaratdığı «dünya modelinə»
əsaslanır; onun tərkibini təşkil edən kateqoriyalar vasitəsi ilə ətraf
aləmdən gələn impuls və təəssüratları seçərək özünün daxili
təcrübəsinin məlumatlarına çevirir»
194
.
V.N.Toporov göstərmişdir ki, dünya modeli ən ümumi şəkildə
konkret bir ənənə kontekstində dünya haqqındakı bütün dəyərlərin
müxtəsərləşdirilmiş və sadələşdirilmiş təsviri kimi müəyyən olunur.
Modeli təsvir olunan «dünya» anlayışının özünü insan və onun
mövcud olduğu mühitin qarşılıqlı münasibətləri kimi başa düşmək
məqsədəuyğundur
195
. C.Bəydilinin də təsbit etdiyi kimi, mifopoetik
dünya modeli özlüyündə dünyanın obrazı kimi bir işarələr sistemi-
dir... Mifoloji dünya modelinin özülündə ikili qarşıdurmalar (binar
oppozisiyalar) sistemi dayanır ki, kifayət qədər sayda olan həmin
193
Фрейденберг  О.М.  Миф  и  литература  древности.  Москва:
Наука, 1978, с. 21
194
Гуревич  А.Я.  Категории  средневековой  культуры.  Москва:
Наука, 1984, с. 30
195
Топоров В.Н. Модель мира / Мифы народов мира. В 2-х томах.
Том 2. Москва: Изд. «Советская энциклопедия», 1982, с. 161


130
qarşıdurmalar da əsas etibarilə məkan və zamanla bağlıdır
196
. Bu
halda mif – A.Hacılıya görə – dünya haqqında təsəvvürlər sistemi,
müasir mədəniyyətin genetik kodu tək aşkarlanır. Əsatiri sistemin
hər bir ünsürü ümumdünya modelinin tərkib hissəsi kimi əhəmiyyət
qazanır
197
.
Mifoloji
dünya
modelinin
əsas keyfiyyəti
onun mifoloji
semiotizmində, başqa sözlə, işarələndirmənin mifoloji təbiətində
ifadə olunur. Mifoloji şüur dünyanı mifoloji məntiqlə mənimsəyir –
təsnif edir, eyniləşdirir, fərqləndirir, obrazlaşdırıb işarəyə çevirir,
sistemə salaraq insanla onun dünyası arasında ünsiyyəti təşkil və
tənzim edən dünya modelinə çevirir. Burada məsələnin bütün
mahiyyəti mifoloji şüurun dünyanı necə işarələndirməsində, başqa
sözlə, işarələrdən qurulmuş modelə necə çevirməsindədir.
İşarə, ümumiyyətlə, ilk növbədə fəlsəfi-metodoloji mahiyyət
daşıyır. N.A.Butinov yazır ki, qərb filosof və psixoloqlarının
sözlərinə görə, insanın yaşadığı zahiri dünya (təbiət – S.R.)
«müqəddəs saxlancdır»; insan ancaq «duyğular kompleksini» dərk
edə bilər, bu duyğuların arxasında nəyin durduğunu bilmək sanki
insana verilməyib. O görür, eşidir, toxunur, iyləyir, dadına baxır,
lakin bu zaman həmin duyğuları yaradan obyektin obrazını, surətini
yox, ancaq obyektin özünə tamamilə oxşamayan işarəni, simvolu
qavrayır»
198
.
İnsanın qavraya bildiyi işarənin özü təbiəti etibarilə mifoloji və
tarixi şüurda tamamilə fərqlidir. Mifoloji şüuru «məntiqəqədərki»
adlandıran L.Levi-Brül onun çağdaş insanın
196
Bəydili (Məmmədоv) C. Dünyа mоdeli / Аzərbаycаn filоlоgiyаsı, V
kitаb. BDU nəşriyyаtı, 2003, s. 34
197
Hаcılı А.  Dünyа  аğаcı  // Аzərbаycаn şifаhi  xаlq ədəbiyyаtınа  dаir
tədqiqlər, XI kitаb. Bаkı: Sədа, 2002, s. 55
198
Бутинов Н.А. Леви-Строс – этнограф и философ  / Леви-Строс К.
Структурная антропология. Москва: Глав. Ред. Вост. Лит., 1985, с. 431


131
şüurundan fərqli olaraq əşyaların obyektiv xassələrinə qarşı biganə
olmasını, mistikliyini xüsusi vurğulamışdır
199
. V.N.Toporovun
«mifopoetik»,  «kosmoloji»,  «mifopoetik
dünyagörüşü»
adları
altında səciyyələndirdiyi mifoloji epoxa və mifoloji şüurun
200
özünəməxsusluqları haqqında Y.M.Meletinski göstərir ki, mifoloji
təfəkkürün bəzi xüsusiyyətləri ondan irəli gəlirdi ki, «ibtidai» insan
özünü onu əhatə edən təbiət dünyasından ayıra bilmir və özünə
məxsus olan xassələri təbiət obyektləri üzərinə köçürür. Bu isə
insanın
təbiətlə
öz
vəhdətini
instinktiv
duymasının,
stixik
başadüşməsinin yox, təbiəti özündən keyfiyyətcə ayırmağı bacar-
mamasının məhsulu idi. Belə sadəlöhv «insanlaşdırmanın» vasitəsi
ilə təbii və mədəni obyektlərin...  «metaforik» qarşılaşdırılması baş
verirdi
201
. Mifoloji şüurun totem təsnifatına imkan yaradan bu
«metaforizmin»
mahiyyəti
isə
«ətrafdakı
təbiət
mühitinin
«obrazları» vasitəsi ilə ictimai kateqoriya və münasibətləri təqdim
etmək və əksinə, təbiət münasibətlərini ibtidai münasibətlərlə
«şifrələməkdən» ibarətdir
202
.
Yeri gəlmişkən qeyd edək ki, Meletinskinin qeyd etdiyi bu
mifoloji «metaforizm» mifoloji şüurun işarələndirmə üsulunun
əsasını təşkil edir. Mifoloji dünya modelində gerçəkliyin təsvir
üsulunu tarixi şüurdakı üsuldan tamamilə fərqləndirən «mifoloji
metaforizmi» onun struktur elementlərinin struktur semantikası
səviyyəsində təsvir edən V.N.Toporov yazır ki,
199
Леви-Брюль  Л.  Сверхестественное  в  первобытном  мышлении.
Москва: Педагогика-Пресс, 1994, с. 8, 61
200
Топоров  В.Н.  О  ритуале.  Введение  в  проблематику.
Архаи-
ческий ритуал в фольклорных и раннелитературных памятниках (сб.
ст.).  Москва:  Наука,  1988,  с.  9-15;  Топоров  В.Н.  О  космологических
источниках  раннеисторических  описаний  /  Труды  по  знаковым
системам (сб. ст.). Вып. 6, Тарту, 1973, с. 114-117
201
Мелетинский Е.М. Поетика мифа. Москва: Наука, 1976, с. 164-165
202
Meletinski Y.M. Göst. əsəri, s. 232


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə