Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə44/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

138
çıxarır. Lakin belə «hissələrinə ayırma» konkret mətni poetik
baxımdan bütöv şəkildə öyrənməyə imkan vermir. Bunsuz isə
mətnin bütöv estetik qavrayışı da mümkün deyildir»;  «struktur
yanaşma (isə – S.R.) abidəni bir bütöv kimi təhlil etməyə, eləcə də
kitab eposunun «söyləyicisinin» və hətta «müəllifinin»  («redakto-
runun» – ?!)
yaradıcı improvizasiya mexanizmlərini nəzərdən
keçirməyə imkan verir»
224
.
S.Y.Neklyudov rus folklorşünaslığında keçən əsrin 80-ci illərində
aparılmış struktur-semiotik tədqiqatların təcrübəsi əsasında müxtəlif
metodların sintezləşdirilməsi haqqında yazır:  «Struktur folklorşünaslıq
ənənəvi folklorşünaslıq yanaşmaları ilə xüsusilə intensiv şəkildə inkişaf
edən qarışıq fənlərin – mədəni antropologiya, dilçilik, semiotika,
informatikanın metodologiyalarının sintezi olaraq meydana gəlir. Onun
əsasında mətn və onun elementlərinin işarəvi təbiəti haqqında
təsəvvürlər durur...»
225
.
Mətnə, o cümlədən oğuz mətninə semiotik yanaşma, təbii ki,
modelləşdirmə – sxemləşdirmə ilə əlamətdardır. Bu, bəzən
məhdudiyyət kimi qiymətləndirilir. Lakin Y.M.Meletinski bununla
razılaşmayaraq
yazır: 
«Bəzən
semiotikləri
poetik
əsərin
bütövlüyünü pozan sxemləşdirmədə qınayırlar. Lakin sxemləşdirmə
ilə hər bir elmi məktəb, o cümlədən müqayisəli-tarixi və genetik-
sosial tədqiqatlar da məşğul olur. Ona görə ki, istənilən poetik
əsərin (hələ epik abidələri demirik) kökləri yerin və zamanın
vəhdəti
ilə
ciddi
şəkildə
məhdudlaşmamışdır.
Bu
cəhətdən
ənənələri, təsirləri, daha qədim və daha yeni faktorları və s. nəzərə
almaq lazım gəlir»
226
.
224
Meletinski Y.M. Göst. əsəri, 152
225
Неклюдов  С.Ю.  Российская  фольклористика  и  структурно-
семиотические исследования  // http // www.Ruthenia. Ru, с. 5
226
Мелетинский Е.М. К вопросу о применении структурно-семио-
тического  метода  в  фольклористике  /  Семиотика  и  художественное
творчество (сб.). Москва: Наука, 1977 с. 152


139
Y.M.Meletinski nəhayət etibarilə belə hesab etmişdir ki, «folklor
və mifologiyanın öyrənilməsi sahəsindən... gətirilmiş nümunələr
elmi obyektin müxtəlif aspektlərinin təhlili üçün müqayisəli-tarixi

struktur-semiotik
metodikaların
birləşdirilməsinin
mümkünlüyünü və zərurətini təsdiq edir»
227
. Lakin alim həm də
hesab etmişdir ki, «biri-biri ilə əlavə tamamlamalarda olan tarixi və
struktur tipologiyaların metodik birləşməsi hələ yaradılmamış,
ancaq yaradılma zərurətinə heç bir şübhə olmayan hansısa
metanəzəriyyə ilə nizamlanmalıdır»
228
.
Göründüyü kimi, oğuz mifinin strukturunun modelləşdirilməsi
də semiotik metoda söykəndiyi kimi, həmin metodun müqayisəli-
tarixi metodla sintezini tələb edir. Qeyd etmək istərdik ki,
metodların belə sintezinin zəruriliyi və uğurlu nəticələri bizim oğuz
mifinin
strukturunun
öyrənilməsinə
həsr
olunmuş
araşdırmalarımızla
229
da təsdiq olunur.
Oğuz
mifinin
struktur-semiotik
metodla
öyrənilməsi
ona
münasibətdə linqvostruktur aparatının tətbiqini də qaçılmaz edir.
Ona görə ki, «semiotikanın əsas qalası dilçilikdir. Başqa humanitar
sferalara semiotik yanaşma, sözün həqiqi anlamında, bu sferaların
işarə sistemləri kimi təbii dillərə bənzədilməsindən çıxış edir.
Mifologiya və folklora, dinə və incəsənətə münasibətdə «ikinci
modelləşdirici sistemlər» anlayışı buradan meydana çıxmışdır.
Semiotikanın
prinsipləri
(hər
halda
Qərbdə)
dilçilikdən
etnoqrafiyaya,
folklorşünaslıq

ədəbiyyatşünaslığa
köçürülmüşdür. Məsələn, Klod
Levi-Stros
struktur dilçiliyin
nailiyyətlərini fransız sosiologiya
227
Meletinski Y.M. Göst. əsəri, s. 163
228
Meletinski Y.M. Göst. əsəri, s. 165
229
Rzаsоy S. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı: Sədа, 2004; Rzаsоy S.
Оğuz mifi və Оğuznаmə epоsu. Bаkı: Sədа, 2007


140
məktəbinin ənənələrinə peyvənd etmək yolu ilə 50-ci illərdə (XX
əsrdə – S.R.) «struktur antropologiyanı» yaratdı»
230
.
Qeyd edək ki, semiotikada «ikinci modelləşdirici sistemlər adı
altında dilin (birinci sistemin) əsasında meydana gəlib, xüsusi tipli
əlavə ikinci struktur alan sistemlərin başa düşülməsi» qərara
alınmışdır.  «Beləliklə,
ikinci modelləşdirici sistemlərin təbiəti
linqvistik strukturlar üçün xarakterik olan bütün münasibətlər
kompleksini (özünün mənsub olduğu – S.R.) ikinci sıranın daha
mürəkkəb konstruksiya münasibətləri ilə tamamlanmaqla qaçılmaz
şəkildə ehtiva edir. Buradan qaçılmaz olaraq bu nəticə çıxır ki,
ikinci modelləşdirici sistemlərin əsas məsələlərindən biri onların dil
strukturlarına olan münasibətinin aydınlaşdırılmasıdır. Bu zaman
bizim «dil strukturu» anlayışına yüklədiyimizin məzmununu
razılaşdırmaq lazımdır. Şübhəsiz ki, istənilən işarə sistemi (o
cümlədən ikinci işarə sistemi) ayrıca bir dil kimi nəzərdən keçirilə
bilər. Bunun üçün onun ən sadə elementlərini (sistemin əlifbasını)
seçmək

onların
birləşmə
qaydalarını
müəyyənləşdirmək
lazımdır. Buradan belə bir qənaət alınır ki, istənilən işarə sistemi,
prinsipcə, dilçilik metodları ilə öyrənilə bilər... Lakin «linqvistik
metodlardan» geniş mənada o elmi prinsipləri fərqləndirmək
lazımdır ki, onlar işarə sistemlərinin xüsusi, ayrıca növü olan təbii
dillərlə
əməliyyat
aparmaq
vərdişinin
nəticəsi
olaraq
diqtə
olunur»
231
.
Beləliklə, struktur yanaşmada dil birinci işarələr sistemi, digər
ənənəvi mədəniyyət sistemləri isə dilin əsasında yaranmış, lakin
«xüsusi tiplə əlavə struktur almış» ikinci işarələr sistemləridir.
K.Levi-Stros yazır: «Dili hər şeydən əvvəl
230
Мелетинский Е.М. К вопросу о применении структурно-семио-
тического метода  в  фольклористике  /  Семиотика  и  художественное
творчество (сб.). Москва: Наука, 1977, с. 163
231
Труды по знаковым системам. Вып. 2, Тарту: 1965, с. 6


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə