Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə40/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

126
düşüncəsinin rüşeymi – başlanğıcıdır. Xalqların sonrakı dövrlərdə
inkişaf
etmiş
milli
mentalitet
sistemləri
öz
başlanğıcını
mifologiyadan götürür. Milli mentalitetin mifologiyadan qaynaqlanan
başlanğıcını öyrənmədən mentalitet və folklor münasibətlərini
obyektiv və düzgün şəkildə araşdırmaq mümkün deyildir. Çünki hər
bir xalqın milli mentaliteti üçün xarakterik olan xüsusiyyətlərin
başlandığı qaynaq birmənalı şəkildə mifologiyadır. Azərbaycan
folklorunda yaşayan milli mentalitet də öz spesifikası etibarilə
Azərbaycan-türk mifologiyası ilə müəyyənləşmişdir. Milli mentalitet
üçün xarakterik olmaqla yanaşı, həm də folklorda bədiiləşən və onun
vasitəsi
ilə

nəsillərdən-nəsillərə
ötürülən
kateqoriyalar
mifologiyada ortaq bir nöqtədə birləşir. Bu cəhətdən, mifologiya milli
mentalitet və milli folklor vahidlərinin ortaqlaşdığı sahə olmaqdan
daha çox, vahid, sinkretik başlanğıcdır»
184
.
Deyilənlərin işığında görünür ki, V.A.Beylisin K.Levi-Strosu
mifologiyanın özəllikləri ilə təfəkkürün özəlliklərini biri-birinə
qarışdırmaqda, başqa sözlə, mifoloji strukturların öyrənilməsini
mental strukturların öyrənilməsi ilə əvəz etməkdə qınaması düzgün
yanaşma deyildir. Düşüncənin mental strukturları bütövlükdə
mifoloji şüur strukturlarını özündə inikas edən, yaxud struktur
özəllikləri mifologiya ilə müəyyənləşən modellərdir. Bu cəhətdən
mental struktur vahidləri bütövlükdə mifoloji dünya modelinin
(mifoloji sistemin) struktur elementləridir. Mifoloji strukturlar
mental strukturlar vasitəsi ilə ifadə olunur. Mentalitet sisteminin hər
hansı vahidi, yaxud konkret dəyəri mifologiya ilə müəyyənləşməklə
onu təzahür etdirir. Bu cəhətdən, hər bir mifoloji dünya modelində
olduğu kimi, oğuz mifinin öyrənilməsi oğuz
184
Аğаzаdə  I. Аzərbаycаn  milli  mentаlitet  sistemi  və аrxаik-mifоlоji
düşüncə  /  Elmi аxtаrışlаr  (fоlklоrşünаslıq:  filоlоgiyа,  fəlsəfə,  tаrix,
incəsənət və nəzəriyyə аspektləri). № 1, Bаkı: Nurlаn, 2008, s. 29


127
mifoloji təfəkkürünün – oğuz mifoloji dünya modelinin öyrənilməsi
deməkdir.
Beləliklə, mifoloji struktur bir tam (sistem), yaxud tamın tərkib
hissəsi (mikrosistem) olaraq özünün bütün hallarında modeldir.
K.Levi-Strosun yazdığı kimi,  «...struktur tədqiqatlar modellərdən
istifadə
etmək
yolu
ilə
sosial
münasibətləri
öyrənməklə
məşğuldur»
185
.
«Model» anlayışı «sosial struktur» və «sosaial münasibətlər»
anlayışları ilə bağlıdır. K.Levi-Stros yazır:  «Sosial münasibətlər
sosial strukturun özünü aşkar edən modellərin qurulmasının əsas
materialıdır»
186
.
Aşağıdakı ardıcıllıq sxemi alınır:
Sosial münasibətlər – Model – Struktur
Beləliklə, sosial münasibətlər materialdır, həmin material
əsasında model qurulur, həmin modeldə isə struktur aşkarlanır. Bu
sxem K.Levi-Strosun struktur tədqiqatlarının əsasında durur. Alim
yazır:  «Qeyri-şüuri strukturun aşkarlanmasına necə bir yolla
gəlməli? Bu məsələdə etnoloji və tarixi metodlar üst-üstə düşür...
Ancaq sosial müəyyənliklərin dəyişməsini göstərmək yolu ilə
tarixin öyrənilməsi öz çoxsaylı ifadələnmələrinin əsasında duran və
hadisələrin
dəyişkən
ardıcıllığında
qorunub
qalan
strukturu
aşkarlamağa imkan verir»
187
.
Strukturun aşkarlanması modeli, o da öz növbəsində həmin
modelin qurulduğu sosial münasibətlərin öyrənilməsini tələb edir.
Bunu oğuz mifinə tətbiq etdikdə oğuz mifinin strukturunun
öyrənilməsi oğuz mifoloji dünya modeli, o da öz növbəsində həmin
modelin qurulduğu oğuz sosial münasibətləri ilə əlaqədardır.
185
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред.
Вост. Лит., 1985, с. 257
186
Levi-Strоs K. Göst. əsəri, s. 247
187
Levi-Strоs K. Göst. əsəri, s. 28


128
2.2. «Model» və «dünya modeli» anlayışları.
Ümumiyyətlə,  «model» mürəkkəb anlayışdır. A.F.Losev
hələ
keçən əsrin 70-ci illərinin sonunda yazırdı ki, «model» indi o qədər
müxtəlif mənalarda işlənir ki, əslində baxanda, bu termin hər bir
müəllifdə öz anlamına malikdir
188
.
A.F.Losev dil modelləri nəzəriyyəsinin ümumi əsaslarından bəhs
edən tədqiqatında «model» termininin müxtəlif müəlliflərdə işlənmiş
34 fərqli mənasını sadalamış
189
, ümumən isə mənaların sayını
göstərdiyindən daha çox hesab etmişdir
190
.
V.A.Ştoff idrakda modelin rolundan bəhs edən tədqiqatında belə
hesab etmişdir ki, model anlayışı həmişə gerçəkliyin təsviri və
inikasının bir sıra üsullarını bildirir
191
.
A.F.Losev işarə və simvol haqqında mövcud nəzəriyyələrdə
terminoloji çoxmənalılıqdan bəhs edən tədqiqatında Tartuda «İşarə
sistemləri üzrə çalışmalar» seriyasından 1964-1975-ci illər arasında
buraxılmış yeddi cildi nəzərdən keçirərək yazır:  «Beləliklə, model
tərəfimizdən təhlil olunan nəşrlərdə bu və ya digər obyektlərin
məntiqi sistem və onun elementlərinin məna münasibətlərinin təsbit
edilməsi nəticəsində dəqiq strukturun qurulması əsasında verilmiş
inikası kimi şərh olunur»
192
.
Oğuz mif modeli də oğuz gerçəkliyinin inikasıdır. Lakin bütün
mifoloji modellər kimi, bu modelin də spesifikası onun məhz
mifolojiliyində, başqa sözlə, oğuz mifoloji şüurunun
188
Лосев  А.Ф.  Знак.  Символ.  Миф.  Москва:  Изд.  Моск.  универ.,
1982, с. 221
189
Лосев  А.Ф.  Введение  в  общую  теорию  языковых  моделей.
Москва: Наука, 1968, с. 16-18
190
Лосев  А.Ф.  Знак.  Символ.  Миф.  Москва:  Изд. Моск.  универ.,
1982, с. 221
191
Ştоf Штоф  В.А.  О  роли  модели  в  познании.  Ленингра:  Наука,
1963, с. 8
192
Лосев  А.Ф.  Знак.  Символ.  Миф.  Москва:  Изд.  Моск.  универ.,
1982, с. 226


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə