Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə42/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

132
arxaik şüurda dünyanın təsvir olunması üçün vahidləri kosmosun
əsas elementləri olan müəyyən əlifba mövcuddur. Bu elementlərin
hər birində omonimliyə gedib çıxan çoxmənalılıq inkişaf edir,
kainatın
təsvirinin
müxtəlif
aspektlərinin
vahidləri
arasında
uyğunluqlar sıraları qurulur
203
. Göründüyü kimi, Toporovun qeyd
etdiyi
«əlifba», 
«hərflərin
omonimliyi» 
(«çoxmənalılığı»),
«uyğunluqlar
sıralarının
qurulması»
mifin
semiotikləşdirmə
üsulunun başqa bir səviyyədə təsiridir.
A.K.Bayburin yazır ki, mifoloji şüurun bütün bu xüsusiyyətləri
ona son məqsədi universal təsnifat – dünya mənzərəsi (dünya modeli
– S.R.) yaratmaq olan təsnifat xarakterli mürəkkəb vəzifələrin
öhdəsindən gəlməyə mane olmur və həmin dünya mənzərəsinin
(modelin) köməyi ilə insan onu əhatə edən mühitdə istiqamətlənir və
onda öz yerini müəyyənləşdirir
204
.
Mifoloji dünya modelinin özünəməxsus semiotikləşdirmə imkanı
ona
varlıq
aləminin
fərqli
siniflərə
aid
olan
elementlərini
eyniləşdirməyə imkan verir. V.N.Toporov göstərir ki, mifopoetik
dünyagörüşü makrokosm (dünya) və mikrokosmun (insanın)
eyniyyətindən çıxış edir. Bu prinsip təkcə kosmik məkan və
torpağın yox,  ...başqa qatların da (yaşayış yerləri, avadanlıqlar,
paltarlar) modelləşməsinin çoxlu örnəklərini müəyyən edir
205
.
203
Топоров  В.Н.  О  структуре  некоторых  архаических  текстов,
соотносимых с концепцией «мирового дерева»  / Труды по знаковым
системам (сб. ст.). Вып. 5, Тарту: 1971, с. 60-61
204
Байбурин  А.К.  Мифологическое  сознание  /  Свод  этнографи-
ческих понятий и терминов, вып.4. Москва: Наука, 1991, с.79
205
Топоров В.Н. О космологических источниках  раннеисторичес-
ких описаний / Труды по знаковым системам (сб. ст.). Вып. 6, Тарту:
1973,  с.  114;  Топоров  В.Н.  О  ритуале.  Введение  в  проблематику.
Архаический  ритуал  в  фольклорных  и  раннелитературных  памят-
никах (сб. ст.). Москва: Наука, 1988, с. 12


133
Mifoloji şüur tarixi şüurdan fərqlənməklə elmi ədəbiyyatlarda
müstəqil dünyagörüşü kimi təsbit edilmişdir. Prof. P.Əfəndiyev
yazır:  «Mifologiya bəşər təfəkkürünün müəyyən mərhələsinin
məhsuludur.  İnsanın təbiət və cəmiyyət hadisələrilə təması onun
şüurunun inkişafı üçün əsas olmuşdur. Mifologiya zaman keçdikcə
insanın bədii təfəkkürünün inikasına çevrilmişdir»
206
. R.Əliyev
mifoloji
şüurun
özəlliyini
«uydurma-həqiqət»
müstəvisində
səciyyələndirərək qeyd edir ki, mif insanın təbiət və onun
hadisələrinə
yanaşma
üsuludur,
gündəlik
təmasda
insanların
qarşısına çıxan hər hansı hadisə və əşyanın fantastik yozumudur. O,
sonradan bizə uydurma görünsə də, öz zamanında həqiqi biliklər
sistemini təşkil etmişdir
207
. Başqa sözlə,  «mif ona inananların
şüurunda mifdir»
208
. «Mifoloji obrazlar maddiləşdirilmiş şəkildə əsl
reallıq kimi təsəvvür olunur»
209
. R.Bədəlovun yazdığı kimi,
«həqiqət-uydurma»
oppozisiyasının
metaforizmi
semiotik
yozumlarda əhəmiyyətli dərəcədə o zaman aradan qaldırılır ki, mif
və onun reduplikasiyaları (təkrarları, yandaşları, qoşalaşmaları –
S.R.) potensial, dərkolunmamış işarəlilik, incəsənətdəki «həqiqət-
uydurma» isə «məqsədli işarələndirmə» ilə «qeyri-işarəvi işarəlilik»
arasında işarədaxili fərqlər kimi başa düşülsün
210
. Beləliklə, mif
yaddaşının «həqiqət-uydurma» xassəsi lap başlanğıcdan işarəvi
mahiyyət daşıyır və mifoloji
206
Əfəndiyev  P. Аzərbаycаn şifаhi  xаlq ədəbiyyаtı.  Bаkı:  Mааrif,
1992, s. 129
207
Əliyev R. Аzərbаycаn nаğıllаrındа mifik görüşlər. Bаkı: Elm, 1992,
s. 7
208
Əliyev  R.  Mifin  diаlektikаsı  və fоlklоr  //  «Humаnitаr  elmlərin
öyrənilməsinin аktuаl prоblemləri» dərgisi. 2006, № 3, s. 78
209
Əliyev R. Mif və simvоl // «Dədə Qоrqud» jur., 2006, № 2, s. 45-53
210
Бадалов  Р.  Правда  и  вымысел  героического эпоса.  Баку:  Элм,
1983, с. 128-129


134
semiotizm postmif düşüncəsinin – tarixi şüurun semiotizminin
bütün mümkün kombinasiyalarının əsasında durur.
Prof. K.Abdulla mifoloji şüurun xassələri haqqında yazır:
«Mifoloji təsəvvür təkcə bizim eşitdiyimiz nağıl və əfsanələri
bəzəyən, onların məzmununu «müşayiət» edən ornamental detallar
məcmuu deyil. Mifoloji təsəvvür qədim insanın dünyagörüşünün
əsasını
formalaşdıran,
onun
hərəkətlərinin
normativ sistemini
müəyyənləşdirən, onun təbiətlə münasibətlərini tənzimləyən və
cilalayan bütöv bir yaşayış üsuludur. Fəlsəfi-etik, hüquqi-normativ
sistemdir. Hər halda, qədim bir dövr üçün mifoloji təsəvvür belə bir
səciyyədə özünü göstərir
211
. Prof. A.Hacılı qeyd edir ki, əsatir həm də
bütün dövrlər üçün aktual olan universal təfəkkür tərzi, insanın
mühiti və özünü dərketmə üsuludur. Universal qavrayış növü olan
əsatirdə real zaman, obyektiv tarixi hərəkət ya mövcud olmur, ya da
nəzərə alınmır. Əsatir nəyinsə məzmunu və ya əksi yox, nəyisə
insanla vəhdətdə qavramağa, insanın batini və zahiri arasında ahəng
yaratmağa
yönələn xüsusi idrak növü kimi aşkarlanır. Bu cəhd
əsatirin insan psixikasının dərin qatlarında gizlənən əbədi zəmin,
bəşər mədəniyyətinin dəyişməz sinxronik özəyi olduğunu təsdiq
edir
212
. Prof. A.Şükürov və prof. G.Abdullazadə göstərirlər ki, mif
şüurun vahid, bölünməz (sinkretik), universal formasıdır. O yarandığı
dövrün nəyi varsa hamısını əks etdirmişdir
213
. A.Şükürov digər bir
tədqiqatında yazır:  «Mif – qədim insanın hiss etdiyi, düşündüyü,
inandığı, başa düşdüyü nə varsa, onun idrakının şifahi izi hesab
olunmalıdır»
214
.
211
Аbdullа  K.  Sirr  içində  dаstаn  və  yаxud  gizli  Dədə  Qоrqud – 2.
Bаkı: Elm, 1999, s. 24
212
Hаcılı А. Mifоpоetik təfəkkür fəlsəfəsi. Bаkı: Mütərcim, 2002, s. 3-4
213
Şükürоv  А.,  Аbdullаzаdə G.  Аzərbаycаn  fəlsəfəsi  (qədim  dövr).
Bаkı: Аzərbаycаn Dövlət Nəşriyyаtı, 1993, s. 25
214
Şükürov A. Mifologiya. I kitab, Bаkı: Elm, 1995, s. 6


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə