Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

147
görüşləri anlamında) qəbul etmək mümkündür. Konkret bir türk
xalqı arasında yayılmış olan mifoloji inamları, görüşləri toplayıb
təsvir edərkən onların işlədilməsi də araşdırıcıya mane olmur. Lakin
sözün əsl mənasında mifoloji axtarışlar apararkən (mifoloji
strukturların, bütövlükdə sistemin təsviri və bərpası) bu terminlər
heç cür özünü doğrultmur. Buna görə də «german (yaxud slavyan,
İran)
mifologiyası»
terminləri
ilə
analogiya
üzrə
«türk
mifologiyası» termini daha məqbuldur və anlayışın mahiyyətini
daha düzgün ifadə edir... və təbii ki, düzgün anlaşılır»
240
.
Beləliklə, A.Acalovun baxışına görə, hər bir mifologiya arxaik
dövrün
dünyagörüşüdür.  «Azərbaycan»
sözü
müasir
dövrdə
Azərbaycan xalqının adıdır. Arxaik dövrdə isə Azərbaycan xalqı
yox, Azərbaycan ərazisində yaşamış türkdilli və qeyri-türkdilli
(irandilli və s.) etnoslar var idi. Həmin etnosların mifologiyaları bir
cəm halında «Azərbaycan mifologiyası» adı altında tövsif edilə
bilməz. Çünki bunlar fərqli etnosların mifoloji dünya modelini əks
etdirən fərqli mifoloji sistemlərdir. Beləliklə, arxaik-mifoloji çağda
vahid Azərbaycan xalqı yox, türkdilli və qeyri-türkdilli etnoslar
olduğu üçün buna uyğun olaraq «Azərbaycan mifologiyası»
haqqında yox, türk mifologiyası,  İran mifologiyası və s. haqqında
söhbət gedə bilər.
Qeyd etmək istərdik ki, A.Acalovun XX yüzillik mif nəzə-
riyyəsinin baxış sistemini əks etdirən bu çox aydın yanaşması iki
amilə söykənir:
Birincisi, etnosların
«qəbilə-tayfa-xalq-millət» sxemi üzrə
böyüməsinin diaxron modelinə;
İkincisi, Azərbaycan xalqının formalaşmasının özünəməxsus
reallıqlarına.
240
Аcаlоv А. Göst. əsəri, s. 20-21


148
Lakin
mifoloq
alim
R.Qafarlı
A.Acalovun
mövqeyi
ilə
razılaşmamışdır. O, A.Acalovun yuxarıda verdiyimiz fikirlərini
nəzərdə tutaraq yazır:  «Bu müddəalarda, ilk növbədə, məsələnin
qoyuluşu etiraz doğurur. Belə ki,  «mifoloji görüşlər» anlayışı
«mifologiya»ya qarşı qoyulur və belə çıxır ki, mifoloji görüşlər bir
şey, mifologiya isə tamam başqa şeydir. Əslində isə mifologiya
mifoloji görüşlərin toplusudur, sistemidir. Necə ola bilər ki, bir
xalqın mifoloji görüşləri mövcud olsun, amma mifologiyası,
mifoloji sistemi olmasın. A.Acalov bu anlayışları başsındırmaya
(«qolovolomka») gətirib çıxardır, labirintə salır. Onun söykəndiyi
arqumentlər də əsassızdır. Birincisi ona görə ki, Azərbaycanda
türklərin əsaslı şəkildə kök salmasının – millətləşməsinin 500-600 il
bundan əvvəl başlanmasını deməklə keçmiş sovet tarixşünaslığının
«nailiyyətlərinə» haqq qazandırır...  İkincisi, Azərbaycan tarixinin
XIV-XVI əsrlərə qədərki tarixinə kölgə salmaq ənənəsinə xidmət
edən fikirləri müasir terminlərlə yüklənməsi baxımından yaraşıqlı
görünür, lakin ululuğunu, qədimliyini xarici alimlərin belə tutarlı
dəlillərlə dəfələrlə təsdiqlədikləri Azərbaycan türklərini bu qədər
«cavanlaşdırmaqla» öz mifologiyasının olmaması qənaətinə gəlir:
«Göstərilən dövrdə formalaşmış olan Azərbaycan etnosu aydın
məsələdir ki, mifoloji düşüncə ilə yaşamırdı və deməli, mifoloji
sistem yarada bilməzdi». Üçüncüsü, həmin qənaətlərlə razılaşsaq,
onda eyni qayda ilə yunan mifologiyasını şübhə altına alıb, ona da
«mifoloji görüşlər» adını verməliyik. Çünki bizə məlum olan antik
mifoloji sistem yunanların millət kimi formalaşmasından çox-çox
əvvəlki dövrlərin məhsuludur. Hətta bura dil faktorunu da əlavə
etmək olar: mifləri meydana gətirəndə yunanlar tamamilə başqa
şəkildə (millət halına düşən yunanların anlamadığı əski yunan və
ölü latın dillərində) danışırdılar. Hətta miflərin yazıya alındığı
dövrün dili belə yunan


149
milləti üçün anlaşılmaz olmuşdur. Dördüncüsü, A.Acalovun gəldiyi
son nəticə bundan ibarətdir ki,  «türk mifologiyası» termini daha
məqbuldur və anlayışın mahiyyətini daha düzgün ifadə edir». Lakin
əvvəldə verdiyi hökmlər («Bir qədər qədimlərə getdikdə isə artıq
nəkinki ayrıca Azərbaycan dilindən, üymumiyyətlə, heç bir
müstəqil türk dilindən söhbət gedə bilməz») olmasaydı, qarşısına
«Azərbaycan» sözünü artırmaqla bu fikrə bəraət qazandırmaq
olardı»
241
.
R.Qafarlının bu yanaşmasını təhlil etdikdə aydın olur ki, o,
«Azərbaycan mifologiyası» termini adı altında birmənalı şəkildə
Azərbaycan türklərinin mifoloji gürüşlərini nəzərdə tutur. Heç
təsadüfi deyildir ki, alimin xalqımızın əski mifoloji görüşlərinin
bərpa,    genezis, mifik dünya modeli, təsnifat məsələlərindən bəhs
edən kitablarında bu mifoloji sistem birmənalı şəkildə «Azərbaycan
türklərinin mifologiyası» adı altında tövsif edilmişdir
242
. Kitablarda
gerçəkləşdirilmiş «mifologiya» konsepsiyanın nəzərdən keçirilməsi
göstərir ki, R.Qafarlı «Azərbaycan (türklərinin) mifologiyası»
termini ilə iki əsas məqsədi izləmişdir:
Birincisi, o, bu terminlə Azərbaycan mifoloji görüşlərini
ümumtürk mifologiyasından diferensial tip kimi fərqləndirmişdir;
İkincisi, bu terminlə əski Azərbaycan-türk mifoloji görüş-
lərinin bütün diaxron və sinxron mətnlər sistemi əhatə olun-
muşdur. Burada diaxron sistem dedikdə mifoloji mətn struk-
turlarının tarixi böyüməsi, transformasiyaları və s. nəzərdə
tutulur. Sinxron sistem isə türk mifologiyasının qeyri-türk
241
Qаfаrlı  R.  Mif  və  nаğıl  (Epik ənənədə  jаnrlаrаrаsı əlаqə).  Bаkı:
АDPU nəşri, 1999, 448 s. 343-344
242
Qаfаrlı  R.  Azərbaycan  türklərinin  mifologiyası  (bərpa,    genezis).
Bаkı:  Ağrıdаğ,  2004;  Qаfаrlı  R. Аzərbаycаn  türklərinin  mifоlоgiyаsı
(mifik dünyа mоdeli, təsnifаt). Bаkı: Аğrıdаğ, 2004


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə