MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   2   3   4   5   6   7   8   9   ...   82

Azərbaycanda  mikrobiologiya  sahəsində  elmi  tədqiqat  işlərinin  əsas  hissəsi 
Azərbaycan 
Respublikası 
Milli 
Elmlər 
Akademiyasının 
Mikrobiologiya 
İnstitutunda  və  həmçinin  mikrobiologiya  ilə  əlaqəli  digər  elmi-tədqiqat 
institutlarında, BDU, AzTU, AzDPU, AzKTA, AzDİU və s. bu kimi ali məktəblərin 
müvafiq kafedra və laboratoriyalarında davam etdirilir. 
Müstəqillik  dövründə  xüsusi  bir  inkişaf  mərhələsinə  qədəm  qoymuş, 
biotexnologiyanın  əsasını  təşkil  edən  mikrobiologiya  elminin  müxtəlif  istehsal 
sahələri  üçün  çox  böyük  əhəmiyyəti  vardır.  Süni  qida  məhsulları  isteysalının 
öyrənilməsi və gələcək inkişafı da mikrobiologiyanın inkişafı ilə əlaqədardır. 
Mikrobiologiyanın  respublikamızda  inkişafında  1922-ci  ildə  təşkil  olunmuş, 
Q.Musabəyovun  adını  daşıyan  Virusologiya  və  Gigiyena  İnstitutunun  rolu  böyuk 
olmuşdur.  Burada  qarın  yatalağı,  malyariya  və  s.  bu  tipli  xəstəliklərin  əleyhinə 
tədbirlər  işlənmiş,  ilk  dəfə  yerli  şəraitdə  brüselyozun  öyrənilməsi  üzrə  geniş 
tədqiqatlar  aparılmışdır.  Bu  institut  həm  də  böyük  vətən  müharibəsi  illərində  cəbhə 
üçün tibb preparatları hazırlanması işlərinə də cəlb olunmuşdur.  
S.Ağamalıoğlu  adına  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında  isə 
baytarlıq mikrobiologiyası və virusologiyasının əsası qoyulmuşdur. Görülən işlərin 
nəticəsi  kimi  burada  Azərbaycan  dilində  sahələrə  aid  tədris-metodiki  materiallar 
işlənib hazırlanmışdır. XX əsrin əvvəllərində isə N.Q.Uşinskinin rəhbərliyi altında 
M.V.Həsənov  və  digər  tədqiqatçıların  əməyi  sayəsində  neft  və  lay  sularının 
mikrobiologiyası öyrənilmişdir. 
Sonradan  şərəf  nişanı  ordenli  Azərbaycan  Elmi-Tədqiqat  İnstitutunda  kənd 
təsərrüfatı  heyvanlarında  mikrobioloji  xəstəliklərin  öyrənilməsi  və  profilaktikası 
istiqamətində  aparılmış  tədqiqatlar,  b.e.d.  Q.Ə.Sarıyev  və  əməkdaşları  tərəfindən 
orada indi də davam etdirilən elmi və praktiki işlər xüsusilə önəmlidir. 
Torpağın mikrobiologiyası və antibiotiklərlə əlaqədar isə uzun illər ərzində Bakı 
Dövlət  Universitetinin  «Mikrobiologiya»  kafedrasının  əməkdaşları  xeyli  işlər 
görmüşlər. 
Onların 
hazırladıqları 
«Ümumi 
mikrobiologiya» 
(1994), 
«Mikrobiologiyadan  praktikum»  (1978),  «Mikrobiologiyanın  və  virusologiyanın 
əsasları»  (1985),  «Bitki  fiziologiyası»  (1986)  və  s.  adda  tədris  vəsaitlərinin 
mikrobiologiya və onunla əlaqəli biliklərin öyrənilməsində rolu böyük olmuşdur. 
Tibbi  baxımdan  mikrobiologiyanın  respublikada  bir  elm  sahəsi  kimi 
inkişafında  isə  Azərbaycan  Tibb  Universiteti  «Mikrobiologiya»  kafedarsının 
əməkdaşlarının  da  əməyi  az  olmamışdır.  Prof.  N.Əliyevin  1975-ci  ildə  çap 
etdirdiyi 
«Mikrobiologiya» 
dərsliyinin 
tələbə 
və 
müəllim 
heyətinin 
savadlanmasında rolu danılmazdır. 
Bunların  ən  önəmlisi  isə  vaxtilə  Azərbaycan  Respublikası  Elmlər 
Akademiyası  nəzdində  yaradılmış,  indi  də  öz  fəaliyyətini  uğurla  davam  etdirən 
Mikrobiologiya İnstitutunun apardığı çoxsahəli tədqiqatlar olmuşdur.  
Ərzaq xammalı və hazır qida məhsullarının mikroorqanizmləri və bütövlükdə 
mikrobiologiyası  ilə  əlaqədar  Azərbaycan  Tibb  Universiteti,  Bakı  Dövlət 
Universiteti,  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyası,  Azərbaycan  Xalq 
Təsərrüfatı  İnstitutu,  Azərbaycan  Texnologiya  İnstitutu  və  s.  tədris  və  elm 
təşkilatlarında  aparılmış  və  indi  də  davam  etdirilən  mikrobioloji  tədqiqatların 
ölkədə  mikrobiologiya  elminin  inkişafında  əhəmiyyəti  böyük  olmuşdur.  Prof. 


R.A.Abuşov,  prof.  Ə.M.Əhmədov,  prof.  H.S.Qasımova  və  başqa  tanınmış 
alimlərin  rəhbərliyi  və  bilavasitə  iştirakı  ilə  aparılan  elmi-tədqiqat  işlərinin  qida 
məhsullarında  mikrobioloji  xəstəliklərin  müəyyən  edilməsində  və  qarşısının 
alınmasında qiyməti əvəzsizdir. 
Ən  nəhayət  Bakı  Dövlət  Universitetində  «Mikrobiologiya»  kafedrası 
əməkdaşlarının  rəhbərliyi  altında,  Azərbaycan  Tibb  Universitetinin  müvafiq 
kafedralarında  və  keçmiş  Bakı  Dövlət  Əmtəəşünaslıq-Kommersiya  İnstitutunda, 
sonradan  Azərbaycan  Dövlət  İqtisad  Universiteti  «Ərzaq  malları  əmtəəşünaslığı» 
və  «Qida  məhsullarının  texnologiyası»  kafedralarında  yerli  çörək  məhsullarının 
mikrobiologiyası  (b.e.n.  A.A.  Qurbanova),  ağacdağıdıcı  maya  göbələklərinin 
mikrobiologiyası  (b/m  M.H.  Məhərrəmova)  və  meyvə-tərəvəz  qatqılı  funksional 
əhəmiyyətli  qida  məhsullarında  bir  sıra  mikroorqanizmlərin  təsirinin  öyrənilməsi 
(dos. N.H. Qurbanov) ilə əlaqədar aparılmış və indi də davam etdirilən tədqiqatlar 
yaxın gələcəkdə ölkəmizdə mikrobiologiyanın inkişafında mühüm rol oynamalıdır. 
Bütövlükdə  götürdükdə,  Azərbaycanda  mikrobiologiya  sahəsində  elmi-
tədqiqat  işlərinin  əsas  hissəsi  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının 
Mikrobiologiya  İnstitutunda  və  həmçinin  mikrobiologiya  ilə  əlaqəli  digər  elmi-
tədqiqat institutlarında, BDU, AzTU, AzDİU və s. bu kimi ali məktəblərin müvafiq 
kafedra və laboratoriyalarında davam etdirilir. 
 
3.  Sanitariya və gigiyenanın predmeti, vəzifələri 
 Gigiyena  –  əhalinin  həyat  şəraiti  üçün  elmi  surətdə  əsaslandırılmış  optimal 
şəraitin  yaradılması  haqqında  elmdir.  O,  ətraf  mühit  amillərinin  qeyri-əlverişli 
təsirinin  xəbərdar  edilməsi  və  aradan  qaldırılması,  həmçinin  onların  insan 
sağlamlığına  əlverişli  təsirindən  istifadə  etmək  üçün  tədbirlər  hazırlayır. 
«Gigiyena»  sözü  yunanca  «hygieinos»  sözündən  götürülmüş  və  mənası  sağlamlıq 
gətirən  deməkdir.  Gigiyena  sözünün  yaranması  qədim  yunan  ilahəsi  Gigiyeyanın 
adı  ilə  əlaqədardır.  Qədim  yunana  mifoloqiyasına  görə  sağlamlıq  allahı 
Asklipiyanın  iki  qızı  olub  ki,  bunlardanda  ən  məşhurları  xəstəlik  barədə  xəbər 
verən  Gigiyeya  və  xəstəliyi  dərmalarla  müalicə  edən  Panaseya  olublar.  Bu  elm 
həyat şəraitinin sağlamlığa təsirini öyrənir, xəstəliklərin qarşısını almaq, insanın və 
insan cəmiyyətinin sağlamlığını qorumaq və mühafizə etmək üçün tədbirlər işləyib 
hazırlayır. 
İnsanı əhatə edən xarici mühit daim hərəkət və inkişaf edir, dəyişir. Buna görə 
də  insan  orqanizmi  mütəmadi  olaraq  arasıkəsilmədən  dəyişən  çoxlu  amillərin 
(qıcıqlandırıcıların)  təsirinə  məruz  qalır.  Lakin  xarici  mühitin  adi  dəyişiklikləri 
insanlarda  patoloji  dəyişikliklər  törətmir.  Çünki  insan  orqanizmi  bunlara 
uyğunlaşır.  Hər  bir  müəyyən  anda  orqanizmlə  xarici  mühit  arasında  mütəhərrik, 
dinamik  tarazlıq  yaranır  (İ.P.Pavlov).  Orqanizmlə  xarici  mühit  arasındakı  bu 
tarazlıq  pozulduqda  isə  xəstəlik  baş  verir.  Xəstəliyin  baş  verməsində  isə  xarici 
mühit amillərinin qeyri-adi gücdə və keyfiyyətdə olan təsiri əsas rol oynayır. 
Orqanizmə təsir edən xarici mühit amillərini bir neçə qrupa bölmək olar. 
1.  Kimyəvi  amillər.  Orqanizmlə  xarici  mühitin  vəhdəti  –  hər  şeydən  əvvəl, 
orqanizmlə  mühitin  kimyəvi  tərkibinin,  bunlar  arasında  maddələr  və  enerji 
mübadiləsinin  oxşarlığı  deməkdir.  Bir  çox  kimyəvi  elementlər  və  birləşmələr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə