Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

“ƏN ÖNƏMLİ NƏSİHƏTİ
SÜBH NAMAZI İDİ” 
ƏDALƏTLİ BİR NİZAM
QURULACAQ 
Zeynəb Ərbakan ilə atası Nəcməddin 
Ərbakanın vəfatının ildönümündə onun 
bu günə qədər heç kəsin bilmədiyi bəzi 
məsələlər haqqında danışdıq. 
Zeynəb  Ərbakan  Xocanın  bir  ailə 
başçısı və ata kimi yüksək keyfiyyətlərə 
malik  insan  olduğunu  dedi.  Ərbakan 
Xocanın gecəsini və gündüzünü, evdəki 
vəziyyətini,  necə  ibadət  etdiyini,  28 
fevral gecəsi nə etdiyini, sevdiyi şeyləri, 
adət  və  vərdişlərini  və  onun  12  sen-
tyabrda  yaşadığı  kədəri  “Milli  Qəzet”ə 
anlatdı. 
– 1969-cu ildə bir nəfər ilə yola çıxan 
“Milli Görüş”ün bu günlərə gəlməsini 
necə dəyərləndirirsiniz? 
– Çox çətin şərtlərdə başladı bu dava. 
Yalnız bir hərəkat kimi yola çıxdı. Buna 
baxmayaraq atam Konyada iki deputatın 
seçilə biləcəyi qədər səs toplayaraq millət 
vəkili  seçildi.  Onun  ən  yüksək  məqsədi 
hər zaman insanlığın qurtuluşu idi. Par-
tiyası  bağlandığı  ilk  vaxtlarda  belə  ən 
kiçik  bir  ümidsizliyə  düşmədi.  Dərhal 
ertəsi gün yeni bir partiya yarada bilərik, 
–  deyə  plan  qurmağa  başlardı.  Heç  bir 
zaman ümidsiz olmadı. 
– Türkiyədə “Milli Görüş”, dünyada 
“Milli  Görüş”  deyincə  sizə  nəyi  xatır-
ladır? 
–  Türkiyədə  “Milli  Görüş”  deyincə 
“Yaşana  bilən  Türkiyə”  və  “Yenidən 
Böyük  Türkiyə”dir.  Dünyada  isə  öncül 
və lider Türkiyədir. Bunun üçün Yeni Bir 
Dünya  yaratmaq  ana  məqsəddir.  Əsas 
niyyət  bütün  yer  üzündə  ədalətli  bir 
nizam qurmaqdır. 
– Baş örtüyü yasağı mövzusunda nə 
düşünürsünüz? 
– Hər kəs istədiyi kimi azad bir şəkildə 
təhsil alsın. Baş örtüyü qadağası olmasın. 
Qızlarımız  geyiminə,  qiyafəsinə,  zahiri 
görünüşünə  görə  incidilməsin,  onlar 
arasında  fərq  qoyulmasın,  dərslərdə 
iştirak  edə  bilsinlər.  Başı  açıq  geyimdə 
olanlar  ilə  yan-yana  oturub  təhsil  ala 
bilsinlər. 
–  Türkiyədə  qadınların  həyatı  ilə 
bağlı nəzərdə tutulan ən önəmli məsələ 
nədir? 
–  Bu,  ilk  növbədə  kiçik  yaşlı  uşaq-
larımızın müəyyən bir yaşa qədər Quran 
təhsili ala bilməmələridir. Gənclərimizin 
məktəblərdə  oxuyarkən  baş  örtüyü 
yasağı  ilə  qarşılaşmalarıdır.  Yuxarı  yaş-
larda  həyat  yoldaşları  və  ailələri  tərə-
findən  müəyyən  təzyiqlərə  məruz  qal-
malarıdır.  Yaşlı  analarımızın  qocalar 
evində  yaşadığı  sıxıntılarıdır.  İşsizlik, 
gənclərin  təhsili  və  s.  Bunların  həllinə 
yönəldilmiş  təklifləri  hazırladıq.  Bütün 
bunları  qarşımızdakı  günlərdə  açıq-
layacağıq  inşallah.  Xarici  dil  mövzu-
sunda  qərb  dillərinin  öyrənilməsinin 
çətinliyi olmamalıdır. Ərəb dili, Osmanlı 
70
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


dili də dərslər arasına daxil edilməlidir. 
–  Ərbakan  necə  çalışırdı?  Atanızla 
bağlı suallara keçmək istəyirəm. Onun 
kimi işləmək istəyirəm, – dediniz. Axı, 
o, necə işləyirdi? 
–  Təşkilat  işlərinə  daha  çox  diqqət 
yetirirdi. Hətta ailəsinin çox özəl günlə-
rindəki  toplantılarına  belə  gecikməsinə 
səbəb  olurdu.  Onunla  bağlı  iki  xatirəni 
söyləməklə onun necə çalışdığını sizlərə 
çatdırmaq istərdim.  
Məsələn, mənim nikahıma saat yarım 
gec gəldi. Saat 20:00-da başlanacaq nikah 
mərasiminə 21:30-da gəldi. Hətta gələn-
də əynindəki köynəyi tərlədiyi üçün ta-
mam yaş idi. Daha da maraqlısı odur ki, 
Fatehin sözkəsmə gecəsinə 3 saat gecik-
məsi ilə getdik. Anam 15 gün əvvəlcədən 
ona  deməsinə  və  özəl  yardımçısını  da 
xəbərdar  etməsinə  baxmayaraq,  o  gün 
gəlincə  hamımız  birlikdə  İstanbula 
getdik. Sözkəsmə üçün saat 20:00-da get-
məli idik. Axşama qədər evdən kənarda 
iclaslarda  iştirak  etdi.  Saat  17:00-da  evə 
gəldi. Təbii ki, onun bu gəlişindən anam 
çox sevinmişdi. Qız evinə vaxtında gedə 
biləcəkdik  deyə.  Ancaq  biz  qız  evinə 
gedəcəyimizi  düşünürkən  atam  əynini 
dəyişib “Şəhər sədri ilə bir məsələ barədə 
görüşməyimiz  lazımdır”,  –  deyərək 
evdən çıxdı. Gecə saat 23:00-da evə gəldi. 
Sözləşdiyimiz vaxtdan 3 saat sonra gedə 
 bildik. Böyük bir insan kütləsi saatlarla 
bizi gözləmişdi. Oraya gedəndə də 2 saat 
yenə  siyasi  fəaliyyətlər  haqqında  danış-
mış, qız evindəki qonaqlara Milli Görüşü 
anlatmışdı. Uzun sözün qısası, saat 20:00-
da  istəyəcəyimiz  qız  üçün  gecə  yarısı 
01:00-dan sonra söz açmalı olduq.  
O, bütün gecəni, demək olar ki, ibadət 
edərdi. 
– Atanızın bir gecəsi necə keçərdi? 
–  Ümumiyyətlə,  gecə  saat  1-dən  tez 
evə  gəlməzdi.  Əvvəlcə  namazını  qılar, 
sonra  yeməyini  yeyər  və  yatardı.  Saat 
03:30 radələrində qalxar, təhəccüd nama-
zını  qılardı.  Saat  04:15-ə  qədər  Quran-
kərim  oxuyar,  daha  sonra  yatardı.  Saat 
05:30-da yenidən qalxar, sübh namazını 
qılar  və  saat  07:40  radələrində  günəş 
doğana  qədər  Quran-kərim  oxuyardı. 
Sonra  saat  11:00-a  qədər  yatardı. 
Qəhvəaltısını  yedikdən  sonra  6  rükətli 
bir nafilə namazı qılar, daha sonra evdən 
ayrılardı. 
Atam  hər  zaman  “Namaz  dinin  di-
rəyi, cihad isə zirvəsidir”, – deyərdi. 
–  Onunla  çox  vaxt  keçirə  bilir-
dinizmi? 
–  Bizim  365  gün  içində  birlikdə  ola 
bildiyimiz günün sayı 4 və ya 5 gün ola 
bilərdi.  O  da  ancaq  bayram  günlərində 
mümkün olurdu. Böyüklərlə bir yerdə bu 
bayram  günlərini  qeyd  edək  deyə 
MİLLİ  GÖRÜŞ
71
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə