Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə25/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   21   22   23   24   25   26   27   28   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________75 

 

Y u s i f. Uf!....  Sənin sözlərin mənim ürəyimi dağlıyır. And olsun (ayağa 



durur, bərkdən) bizim məhəbbətə! And olsun bu yolda tökülən göz yaşlarıma! 

And olsun bu zülflərə  (əli ilə göstərir) ki, məni kəmənd edibdir! Hərgah 

məqsuduma çatmasam, özümü bir dəqiqədə həlak edərəm.... 

X ə d i c ə  (əlini ürəyinə qoyub). Dəxi  bir  az sakit oldum. (Tərəfə.) Mən 

bundan elə bu sözləri gözləyirdim. (Yusifə.) Dəxi mənim üçün bu sözlər kifayət 

edər.  


 

(Dişqarıda səs gəlir.) 

 

Y u s i f (tələsmiş). Mən dəxi gedim, gəlib bizi burada görərlər, yaxşı olmaz. 



X ə d i c ə. Gedə bilərsən.... 

Y u s i f (Xədicənin əlini öpüb). Salamat qal! (Dişqarı çıxır.) 

X ə d i c ə. Xoş gəldin! (Xədicə, tək.) Məhəbbət, həqiqət yaxşı şeydir! Mən 

Yusiflə asanlıqla ayrıldım. Çünki istəmədim onun ruhuna zəhmət verim. 

Hərçənd o gedəndə ağlamaq istədim, amma xeyr, mən ağlasaydım Yusifin ürəyi 

xarab olardı, mən dəxi ona tab gətirə bilməzdim....  Eybi yoxdur, səbir edərəm. 

Aşkar ağlamayıb, pünhan ağlaram. (Əyləşib üzunü tutur. Anası  içəri daxil olur 

və Xədicəni bu halda, görüb onun yanına gedir.) 

 

 

DÖRDÜNCÜ GƏLİŞ 



 

Xədicə və Nigar. 

 

N i g a r. Xədicə, ay balam, nə üçün belə oturubsan, yatırsan? 



X  ə d i c ə (birdən qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi 

alıram. 


N i g a r (tərəfə). Görəsən genə  nə olub? Üzündən qəm dəryasına batmış 

görünür....  Ay balam, genə allaha şükür, nə olub sənə belə pozulubsan? 

X ə d i c ə. Heç.... 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________76 

 

N i g a r (yavuq gedib). Axı de görüm, nə olub sənə? Hərgah azarlısan, adam 



göndərim həkim gəlsin. 

X ə d i c ə (başı aşağı). Mənim həkimim ... sizsiniz.... 

N i g a r. Yəni kim? 

X ə d i c ə. Səninlə atam.... 

N i g a r. Mən sənin sözlərindən əsla baş aça bilmirəm. (Yavuq gedib əlindən 

tutur.) Ay balam! Bircə  dərdini desən  görüm. (Tərəfə.) Qaydadır, görmüşük 

qızın nə dərdi olsa anasına deyər. Amma bu evi yıxılmışın qızı heç görmədim ki, 

bir  otura mənimlə söhbət edə. Eh, özün bil, sabah-birigün ərə gedərsən, sənin də 

canın qurtarar, mənim də. 

X ə d i c ə (tərəfə). Uf!.... 

N i g a r. Heç ah-vay eləmə. Az qalıbdır, iş düzəlibdir. Bir ay çəkməz ki, 

toyun olar.... 

 

(Hacı İbrahim içəri daxil olur.) 



 

BEŞİNCİ GƏLİŞ 

 

Hacı İbrahim, Nigar və Xədicə. 



 

H a c ı  İ b r a h i m (Xədicəni qəmgin görüb). Genə nə var, ana-bala oturub 

kimin qeybətini edirsiniz. (Xədicə ayağa durur.) 

N i g a r. Heç kəsin. Öz dərdimiz məgər azdırmı? 

H a c ı  İ b r a h i m. Nə olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda 

ərə verərsən gedər. 

N i g a r. Doğrudan, iş nə tövr oldu?  

 

(Xədicə dişqarı çıxır.) 



 

H a c ı  İ b r a h i m. Kişiyə söz verdim. İndi gərək hazırlaşaq. 

N i g a r. Yaxşı, de görüm, yerinə yetibsənmi, görək necə adamdır: atası 

kimdir, anası kimdir? 

H a c ı  İ b r a h i m. Arvad, sən allah, qoy görək. Yenə arvadlığına salma. 

Nəyinə lazımdır kimin oğludur, kimdir və ulu babasının adı nədir? Pulu ki var, 

hamısından yaxşıdır. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________77 

 

N i g a r. Məgər pulu çoxdurmu? 



H a c ı  İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! 

Mülkünəmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı  dəxi nə istəyirsən? 

Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövləti qoyub Yusifə mən niyə 

verim?  Doğrudur, oxuyub, əli qələmlidir, amma aldığı altmış manat məvacibdir. 

Onunla külfətini necə dolandırsın? Sən indi adam göndər qızın dayısına, gəlsin 

toyun tədarükünü görək. (Nigar çıxır.) 

H a c ı  İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demək, Yusif də 

pis oğlan deyil. Amma nə fayda ki, az məvacib alır. Mənim bir qızımdan savayı 

heç kəsim yoxdur və qızımı da versəm, yeznəm mənimlə gərək olsun. Yeznəm 

də kasıb olsa, mənim dövlətimi iki ilin ərzində yeyib gedəcək. Amma hərgah 

dövlətli olsa, bu dövlət qurtaran deyil....  (Nigar daxil olur.) 

 

ALTINCI GƏLİŞ 



 

Nigar, Hacı İbrahim. 

 

N i g a r. Adam göndərdim. İndi ay kişi, bir iş var ki, qız bu işə razı olmaya. 



Ondan ötəri ki, qonşu arvadların sözünə  görə qızın könlü Yusifədir. 

H a c ı  İ b r a h i m. Arvad! Eyibdir, belə sözlər danışma, necə ki, qızın könlü 

Yusifədir? Sən qız anasısan. Sən gərək ona  nəsihət edəsən və hərgah razı olmasa 

de ki, biz onun gələcəyi üçün çalışırıq və istəyirik ki, gələcəkdə o,bir parça çörək  

yiyəsi olsun. Zəmanəmiz pul zəmanəsidir, ondan  da savayı, kişinin əsli bəydir. 

N i g a r. Özün bil. Amma bu iş çətin olacaqdır. 

H a c ı  İ b r a h i m. Heç bir çətinliyi yoxdur. Sən arvadsan, mən bilən işləri 

sən bilməzsən. Qoy dayısı gəlsin, o, başa düşər. 

 

(Niyaz bəy içəri daxil olur.) 



 


__________________Milli Kitabxana__________________ 

__________________________________________________78 

 

YEDDİNCİ GƏLİŞ 



 

Hacı İbrahim və Niyaz bəy. 

 

N i y a z  b ə y. Salaməleyküm! 



H a c ı    İ b r a h i m. Əleyküməssalam! Gəl görək Niyaz bəy,  əyləş. (Yer 

göstərir, Niyaz bəy gəlib əyləişr.) 

N i y a z  b ə y. Xeyir ola, Hacı əmi? 

H a c ı  İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xədicənin işindən ötəri zəhmət 

vermişəm. 

N i y a z  b ə y. Mən təəccüb edirəm sizin işinizə. Nə üçün bu vaxta qədər 

belə  işi qoyursunuz qala? Yusif necə ki, mən eşitmişəm, işə tul verməyinizdən 

narazıdır. 

H a c ı  İ b r a h i m. A kişi, Yusif nədir--zad nədir? Qızı özgə adama verirəm. 

N i y a z  b ə y. Nə deyirsiniz? Mən sizin sözlərinizi başa düşə bilmirəm. 

H a c ı  İ b r a h i m.  Nə  başa düşməyi  var. Qızı dəxi Yusifə vermirəm, özgə 

adama verirəm.  

N i y a z  b ə y (təəccüblə). Kimə? 

H a c ı  İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bəylərindəndir, çox yaxşı 

mülkü-maşı var. Özünün deməyinə görə, kefi çox kökdür. 

N i y a z  b ə y. Hacı  əmi, belə  şeyi eləmə. Eyib şeydir. Xalqı üstünüzə 

güldürməyin və görün bir oxuyub, tərbiyəsi vardırmı? 

H a c ı  İ b r a h i m. Ay sağ olmuş, mənim nəyimə lazımdır, bilim oxuyub ya 

yox. Pul ki, var, hər şeydən yaxşıdır....  

N i y a z  b ə y. Elə deməyin. Nə qədər pulu çox olmuş olsa da, yenə Yusif 

ondan məsləhətdir. Çünki zəmanəmiz belə  zəmanədirki, indiki mədəiiyyətli və 

mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən  əfzəldirlər. Zira ki, 

bunların  əlində  qələm var və o qələmlə  həmişə bir parça çörəkləri var. Amma 

baxırsan bizim dövlətlilər öz nəfslərini pula satıb cürəbəcürə yollarla pul 

qazanırlar və öləndən sonra onların tərbiyəsiz olan uşaqları qalan dövlətin 

qədrini bilmirlər. Çünki asanlıqla əllərinə düşüb. Bir az müddətdə atadan qalan 

dövlətin axırına çıxırlar.... Ondan  



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə