Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
110 
 
Biri hələ dadmayıb ayrılıq şərbətini.  
Yığılıb güldəstələr budur üst-üstə çin-çin,  
Həm dünyaya gələnçin, həm dünyadan gedənçin.  
Dodaqlara köçəcək bir gül dəstənin ətri,  
Torpaqlara köçəcək bir gül dəstənin ətri.  
Tapılmaz bu ocağa yolu düşməyən adam,  
Elə güman etməyin bu məkana mən yadam.  
Bu yerə baş çəkməyi özümə borc bilmişəm,  
Bəli, bir gün qəlbi şad, bir gün qəmli gəlmişəm.  
Burda başqa, başqadır mənası çiçəklərin,  
Dünyası çiçəklərin.  
İki aləm görüşür çiçək mağazasında,  
Sevinclə qəm görüşür çiçək mağazasında.  
Yığılıb güldəstələr budur üst-üstə, çin-çin,  
Həm dünyaya gələnçin, həm dünyadan gedənçin. 
Siz ey məni ürəkdən sevən dostum, tanışım, 
Nə olar ki, dinləyin, bir qədər də danışım, 
Bəli, bir gün mənim də yumulacaq gözlərim
Ürəyimdə qalacaq deyilməmiş sözlərim. 
Mənə hörmət naminə, 
Ya məhəbbət naminə 
Əklil üçün gedərkən çiçək mağazasına, 
Sizdən bir xahişim var, üzünüz gülər olsun. 
Mən razı olmaram ki, gözünüz yaşla dolsun, 
Qara geyib gəlməyin dostunuzun yasına... 
Danışmayaq örtülü, 
Məni sanmayın ölü. 
Könlüm halallaşarkən, dostuyla, sirdaşıyla, 
İslatmayın qəbrimin daşını göz yaşıyla. 
Durmayın aciz kimi önündə təzadların, 
Qarşısına sədd çəkin, yanıqlı fəryadların, 
Qəlbiniz bu mənalı aləmdən ayrılmasın, 
Yazıb pozan əliniz qələmdən ayrılmasın. 
Görün nə hikmətdir bu, 
Böyük həqiqətdir bu - 
Bu gün ölən dühanın ölməyən hər əməli - 
Sabah gələn birinin damağında gül açır. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
111 
 
Çünki belə yoğrulub təbiətin təməli
Gedənlər gələnlərin davamında dil açır. 
Yəqin bir gün qalxacaq mənim də torpağımdan 
Bir addımlıq bağımdan 
Əlvan güllər, çiçəklər, 
Min-min gözəl diləklar. 
Bəli, diriləcəyəm, bi gün bu görkəmdə mən, 
Öz torpaq ölkəmdə mən. 
Onda məni də başqa güllərə qatacaqlar, 
Bir güldəstə, bir əklil şəklində satacaqlar. 
Gah şənlikdə, gah yasda olacağam yenə mən, 
Demək doğulacağam, solacağam yenə mən. 
Ömrüm davam edəcək bu şəkildə, bu sayaq 
İnsan torpağa dayaq, torpaq insana dayaq. 
Çiçək mağazasında düşünürəm bayaqdan,  
Nə çıxar göz yaşından, nə çıxar ağlamaqdan.  
Budur, bir yanda güllər gülümsər vazalarda,  
Bir tərəfdəysə solğun güllərdən xeyli əklil.  
Düyünlə yas bu yerdə rastlaşır hər baharda,  
Bağçalarda çiçəklər bununçunmu əkilir?! 
Mən ölümdən qorxmuram, 
Həyatla sazdır aram. 
Yetər lovğalandığın axmaqdan axmaq ölüm
Gəl, gözümün içinə bir də yaxşı bax, ölüm, 
Adını lüğətimdən pozmuşam öz əlimlə, 
Danışıram səninlə açıq şair dilimlə. 
Sənə həyat adından verirəm acıq, ölüm, 
Çünki ölmək sırası sənindir artıq, ölüm. 
Gedəndən çoxdur gələn, dünyamız boşalmayır, 
Zərrəcə qocalmayır. 
Həyata bəzək bizik, 
Can bizik, ürək bizik. 
Biz vardıq, varıq yenə, əbədiyik dünyada, 
Torpağın üstündə də, torpağın altında da. 
Biz insanıq, ömrümüz ölümdən çoxdur, ölüm, 
Anam torpağa bağlı insana yoxdur ölüm! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
112 
 
ƏTƏYİMDƏDİR 
 
Vətən torpağının nəfəsi, ətri  
Mənim duzumdadır, çörəyimdədir.  
Ömrümün mənası sanıram ki, mən  
Darda qalanlara köməyimdədir. 
 
Ömrümdə olmadım bəxtimdən küskün,  
Döyün məhəbbətlə, ürəyim, döyün.  
Ulu babaların, şübhəsiz - bu gün  
Qüvvəti bükülməz biləyimdədir. 
 
Gözlərim günəşli gözlərə baxdı,  
Nəsillər köksümə çiçəklər taxdı.  
Bütün yer üzünün ağ günü, baxti,  
Ləkə götürməyən məsləkimdədir. 
 
Babamdan öyrəndim mən səxavəti,  
Kiçiyə, böyüyə böyük hörməti.  
Vətən torpağının bütün neməti  
Buyurun, götürün, ətəyimdədir. 
 
Bülbülü səsləyir çəmənə eşqim,  
Sağalmaz yaradır düşmənə eşqim.  
Süleyman Rüstəməm vətənə eşqim  
Dodağımda deyil, ürəyimdədir! 
 
 
İKİ QARDAŞ 
 
Üzeyir Hacıbəyovun və  
Müslüm Maqomayevin xatirəsinə 
 
İki qardaş, iki sirdaş, iki ustadlar ustadı,  
Bizim bu dövrün övladı, bizim bu əsrin övladı.  
Vətən uğrunda can qoydu, könüllərdən xəbər verdi,  
Bütün dünyaya car çəkdi, bu ellərdən xəbər verdi. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
113 
 
Bu düz sözdür, ürəklər musiqisiz olmayıb, olmaz,  
Üzeyirin, Müslümün sənət bağında bircə gül solmaz. 
 İki sənətkarın eşqi yenə dillərdə əzbərdir,  
Bizim xoşbəxt nəsillərçin əzizlərdən əzizlərdir.  
Yorulmaq bilmədi onlar çətin yollar uzandıqca,  
Baş əydi xalqa hörmətlə böyük şöhrət qazandıqca,  
İki qardaş, iki sirdaş həqiqətdən yaranmışdı,  
Ədalətdən yaranmışdı, məhəbbətdən yaranımşdı.  
İki dostun adı daim günəştək parlayar, sönməz. 
İki dost batsa da qəm yox, bu gün torpaqlar altında  
Üzeyrin, Müslümün baxtı, bütün aləm bilir, dönməz... 
 
 
GÜLÜSTAN QUBADIR 
 
İlk bahar bülbülünün dərdinə dərman Qubadır,  
Ətri xoş hər çiçəyi, hər gülü xəndan Qubadır. 
 
Bir qızılgül qoparıb mən taxıram öz sinəmə,  
Deyirəm bəlkə mənim can evimə can Qubadır. 
 
Sevirəm alnı açıq, bəxtəvər insanlarını, 
Hər zaman dildə böyük şöhrəti dastan, Qubadır. 
 
İnanın sözlərimə, misli tapılmaz bu yerin,  
Məni hüsnilə edən, doğrusu, heyran Qubadır. 
 
Görürəm mən, seçilir başqa şəhərdən gecələr,  
İncə güllərlə, çiçəklərlə çırağban Qubadır. 
 
Mən vətəndən çox uzaqlarda gəzirkən demişəm – 
Min gülüstana əvəz məncə Gülüstan Qubadır. 
 
Gələrək vəcdə bu torpaqda gözəl nəğmə yarat,  
Cənnətin cənnəti fəxr et ki, Süleyman, Qubadır! 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə